Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-348/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkumun müdafiəçisi, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Qocayev Orxan Ələddin oğlunun iştirakları ilə xx xxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Qocayev Orxan Ələddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), M.A.Xankişiyev və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli x x xxxxxx 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin X6 da CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkum X4 özü, Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum tanışı X6 ilə özgənin əmlakını əl də etmək məqsədi ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib barəsində rüsvayedici məlumatlar yayacağı, yəni Xun Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanda qeyri-təbii yol ilə cinsi əlaqədə olan zaman çəkdiyi videogörüntünü onun qohumlarına göstərəcəyi, internet vasitəsi ilə yayacağı və cinsi əlaqədə olmaları barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə hədə-qorxu gələrək pul tələb edib aralarında bölüşdürəcəklərinə dair razılığa gəlmiş, bununla bağlı 2018-ci ilin oktyabr ayının əvvəllərində Məhkum Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanda yerləşən "N.Nərimanov" adına istirahət parkında görüşüb haqqında rüsvayedici məlumatları özündə əks etdirən intim xarakterli videogörüntünün olmasını bildirib həmin videogörüntünü ailəsinə və internet səhifələrinə yayma hədəsi ilə hədə-qorxu gələrək 5000 manat məbləğində pul tələb edib həmin danışıqda vahid niyyətlə əhatə olunan qəsdlə 1000 manat məbləğində pulunu, 3-4 gün keçdikdən sonra isə ünvan 5 ünvanın qarşısında yerləşən "Bakı-Astraxan Dostluq" parkında 4000 manat məbləğində, ümumilikdə 5000 manat məbləğində pul alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tanışı X6 ilə özgənin əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib barəsində rüsvayedici məlumatlar yayacağı, yəni Xun Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanda qeyri-təbii yol ilə cinsi əlaqədə olan zaman çəkdiyi videogörüntünü onun qohumlarına göstərəcəyi, internet vasitəsi ilə yayacağı və cinsi əlaqədə olmaları barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə hədə-qorxu gələrək pul tələb edib aralarında bölüşdürəcəklərinə dair razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlan özündə əks etdirən intim xarakterli videogörüntünü ailəsinə və internet səhifələrinə yayma hədəsi ilə hədə-qorxu gələrək sonuncudan 4000 manat məbləğində pul tələb edib 2018-ci ilin oktyabr ayının ortalarında ünvan 5 ünvanın qarşısında yerləşən "BakıAstraxan Dostluq" parkında 4000 manat məbləğində pul alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tanışı X6 ilə özgənin əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib barəsində rüsvayedici məlumatlar yayacağı, yəni Xun Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanda qeyri-təbii yol ilə cinsi əlaqədə olan zaman çəkdiyi videogörüntünü onun qohumlarına göstərəcəyi, internet vasitəsi ilə yayacağı və cinsi əlaqədə olmaları barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə hədə-qorxu gələrək pul tələb edib aralarında bölüşdürəcəklərinə dair razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları özündə əks etdirən intim xarakterli videogörüntünü ailəsinə və internet səhifələrinə yayma hədəsi ilə hədə qorxu gələrək sonuncudan 4000 manat məbləği ndə pul tələb edib 2018-ci ilin oktyabr ayının sonlarında ünvan 5 ünvanın qarşısında yerləşən "Bakı-Astraxan Dostluq" parkında 4000 manat məbləğində pul alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tanışı X6 ilə özgənin əmlakını əldə etmək məqsədilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib barəsində rüsvayedici məlumatlar yayacağı, yəni Xun Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanda qeyri-təbii yol ilə cinsi əlaqədə olan zaman çəkdiyi videogörüntünü onun qohumlarına göstərəcəyi, internet vasitəsi ilə yayacağı və cinsi əlaqədə olmaları barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə hədə-qorxu gələrək pul tələb edib ar alarında bölüşdürəcəklərinə dair razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlan özündə əks etdirən intim xarakterli videogörüntünü ailəsinə və internet səhifələrinə yayma hədəsi ilə hədə-qorxu gələrək sonuncudan 2000 manat məbləğində pul tələb edib 2018-ci ilin noyabr ayının sonlarında ünvan 5 ünvanın qarşısında yerləşən "BakıAstraxan Dostluq" parkında 2000 manat məbləğində pul alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tanışı X6 ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların yayma hədəsi ilə özgənin əmlakım hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib barəsində rüsvayedici məlumatlar yayacağı, yəni Xun Zərərçək miş şəxs ilə ünvan 2 ünvanda qeyri-təbii yol ilə cinsi əlaqədə olan zaman çəkdiyi videogörüntünü onun qohumlarına göstərəcəyi, internet vasitəsi ilə yayacağı və cinsi əlaqədə olmaları barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə hədəqorxu gələrək pul tələb edib aralarında bölüşdürəcəklərinə dair razılığa gəldikdən sonra, 2018-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanda olan zaman ona zəng edərək haqqında rüsvayedici məlumatları özündə əks etdirən intim xarakterli videogörüntünü ailəsinə və internet səhifələrinə yayma hədəsi ilə hədə-qorxu gələrək xeyli miqdarda, 10.000 manat məbləğində pul tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum ilk dəfə törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qəbul edilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona CM-nin 182.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəzanın aşağı həddidən də yüngül cəza təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi O.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni s übutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız Məhkum barəsində təyin olunmuş cəza mübahisə edilir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Re spublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Zərərçəkmiş şəxs Məhkum qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. C inayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan ye kun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-348/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-348/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver