Məhkəmə qərarları › İş №1(102)-348/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-348/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-348/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx xxxx 1979-cu il tarixdə Ucar rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim S.A.Hacıyev) Məhkum –CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X7 və X5 da təqsirli bilinib məhkum edilmişlər. Mə hkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edəm və məruzəçi hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkib) apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum, ona görə məhkum edilmişdir ki, o, X7 və X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Belə ki, Məhkum və X7 qabaqcdan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2018- ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan tikilinin taxtadan düzəldilmiş qapısını əli ilə açmaqla hinə qanunsuz daxil olub oradan 8 ədəd toyuqları, 6 ədəd qazları və 4 ədəd ördəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 218 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 qabaqcdan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Dairəvi yolunun 12-ci km-də, Bakı şəhəri istiqamətin də yolun sağ tərəfində yerləşən “Laçınkənd” adlanan yaşayış massivində Zərərçəkmiş şəxs10 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan tikilinin taxtadan düzəldilmiş qapısını əli ilə açmaqla hinə qanunsuz daxil olub oradan 8 ədəd toyuqları və 3 ədəd hindquşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 250 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcdan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Dairəvi yolunun 12-ci km-də, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən “Laçınkənd” a dlanan yaşayış massivində Zərərçəkmiş şəxs1 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan tikilinin qapısının kilidini qırıb hinə qanunsuz daxil olub oradan 20 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcdan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 04 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Dairəvi yolunun 12-ci km-də, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən “Laçınkənd” adlanan yaşayış massivində Zərərçəkmiş şəxs9 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə tullan maqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan tikilinin taxtadan düzəldilmiş qapısını əli ilə açmaqla hinə qanunsuz daxil olub oradan 50 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 300 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən Zərərçəkmiş şəxs13 məxsus ünvansız fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərdən atlanıb yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısını itələyib açmaqla hinə qanunsuz daxil olub orada n 30 ədəd toyuqları və 5 hindquşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 550 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum, X7 və X5 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018ci il tarixdə saat 04:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən Stansiya Qaradağ adlanan yerdə sement zavodun arxa tərəfində Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı kilid açarı sındıraraq hinə qanunsuz daxil olub oradan 21 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 126 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. B undan başqa Məhkum, X7 və X5 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə saat 04:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən Stansiya Qaradağ adlanan yerdə X1 məxsus fərdi yaşayış evinin həyətinə tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısını itələyib açaraq hinə qanunsuz daxil olub oradan 17 ədəd toyuqları gizli olaraq talayıb zərərçəkmiş şəxs Vidadi Çırağəliyevə ümumilikdə 102 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 02 radələrində Ba kı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus ev 2 mənzil 59 ünvanının arxa tərəfində yerləşən bağ sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı kilid açarı sındıraraq hinə qanunsuz daxil olub oradan 74 ədəd toyuqları, 1 əddəd qazı və 1 ədəd ördəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 900 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 02 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 5 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı kilid açarını sındıraraq hinə qanunsuz daxil olub oradan 20 ədəd toyuqları və 5 ədəd hindquşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 400 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən Zərərçəkmiş şəxs2 Lüftulla qızına məxsus ev 51 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı mişar daşını kənara çəkib hinə qanunsuz daxil olub oradan 6 ədəd “bolqar” qazlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 300 manat ziyan vurmaqla təkrarə n oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 04 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Füzuli küçəsində yerləşən “Soyuducu təmiri sexi”nin həyətyanı sahəsinə hasardan tullanıb həyətdə olan hinin qapısını əli ilə itələyərək hinə qanunsuz daxil olub oradan 18 ədəd lal ördəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 190 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 02 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı ş əhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı taxta dirəyi kənara atıb açaraq hinə qanunsuz daxil olub oradan 50 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 450 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ünvan 7 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısındakı dəmir dirəyi kənara atıb açaraq hinə qanunsuz daxil olub oradan 12 ədəd ördəkləri, 2 ədəd hindquşlarını və 10 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 400 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum və X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 04 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 8 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan hinin qapısını əli ilə itələyərək hinə qanunsuz daxil olub oradan 10 ədəd qazları, 3 ədəd hindquşlarını və 15 ədəd toyuqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 400 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhku m və X7 oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2018-ci il tarixdə 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 9 ünvanının həyətyanı sahəsinin hasarından tullanmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdə olan iki ayrı tikili hinlərin qapılarındakı kilid açarları qıraraq hinlərə qanunsuz daxil olub oradan 05 ədəd qazları, 04 ədəd hindquşlarını və 11 ədəd toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 450 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində təyin edilm iş cəza müddətinin qismən də olsa azaldılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o ilk dəfə məhkum olunub, himayəsində yetkinlik yaşına çatmayan uşağı var, ailənin yeganə qazanc gətirənidir, əməlindən peşmandır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olun an sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq e dilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətb iq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xar akterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı, Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağl ı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutar aq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar