Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-348/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Alıyev Namiq Nazim oğlunun və Əlili İsrafil Muğan oğlunun, Məhkum müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarından Məhkum, onun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən ayrı-ayrılıqda, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonunun Ləmbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməy ən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 28 iyul 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə xüsusi cins ev heyvanları saxlayan şəxslərin maddi imkanların geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirmələrini fikirləşməklə aralarında olan razılaşmaya əsasən “İnstagram” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq saxladığı “Skottish” cinsindən olan pişiyini özündə olan eyni cinsdən pişiklə cütləşdirmək adı ilə 09 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz ünvanda yerləşən heyvandarlıq fermasının qarşısına dəvət etmiş və Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə cütləşdirəcəkləri pişiyini gətizdirmək üçün zəng etmək adı ilə Zərərçəkmiş şəxs mobil telefonunu götürən kimi Təqsirləndirilən şəxs dərhal Zərərçəkmiş şəxs üz nahiyəsindən kəllə ilə zərbə vurub yerə yıxaraq, əlləri ilə boğazından sıxmaqla, sonuncuya burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrin qançırları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətinin qarşısını tam almaqla ona əlverişli şərait yaratmış, Zərərçəkmiş şəxs 40 manat dəyərində gödəkcəsini əynindən, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində 01 ədəd avtobus kartını və 10 manat dəyərində hesabı boş olan “Muğan Bank”a aid 01 ədəd plastik kartını isə əynində olan şalvarının ciblərindən çıxararaq 80 manat dəyərində “Xiaomi” markalı mobil t elefonu ilə birlikdə ələ keçirərək və zərərçəkmiş şəxsə cəmi 137 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1476/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 yanvar 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, ittiham edildiyi əməlin törədilməsində özünü təqsirli bilmədiyini və Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törətmədiyini göstərməklə, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir
7. Qeyd edilən hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Atakişiyev Gursel Firəddin oğlu apellyasiya şikayəti verərək, hökmün əsassız və qanunsuz olduğundan ləğv olunması, Təqsirləndirilən şəxs cinayət əməlinin düzgün tövsif edilərək, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yeni hökm çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1476/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və onun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən ayrı-ayrılıqda, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraci ətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində onun əməlində cinayət tərkibinin olmadığı iddia edib Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkum müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətində müdafiə etdiyi şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu kassasiya şikayətində müdafiə etdiklər i şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində ape llyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Hazırki məhkəmə baxışının predmeti olan kassasiya müraciətlərində Məhkum - əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını, müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı - Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini, eləcə də müdafiəçilər Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu - məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilmədiyini iddia etmiş, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hər üç kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinay ət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə gör ə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmaması və yaxud təqsirliliyinin sübuta yetirilməməsi, eləcə də məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi barədə kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
25. Belə ki, Məhkum, eləcə də məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasi ya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı- ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətmələrinin təsdiqi məhkumların hər birinin ibtidai istintaqda verdikləri ifadələrinin etirafedici məzmunu ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və keçirilmiş ekspertiza rəyləri, həmçin in cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum və Təqsirləndirilən şəxs hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin ittiham edildikləri həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının və sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə hər iki apellyasiya şikayətində irəli sürülmüş dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirli olduğu, həmin cinayətlərin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barəd ə qərar qəbul etmişdir.
30. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən ayrı-ayrılıqda, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı tərəfindən ayrıayrılıqda, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-120/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərar kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.