Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-348/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 2024-cü il 18 iyul tarixli, 1(105)-393/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 25 aprel tarixli, 1(124)-461/2024 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Nurəddin Hüseynlidən ibarət tərkibdə), xx xxxx 1981 -ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Azər İsmayılovdan ibarət tərkibdə) 2024-cü il 18 iyul tarixli, 1(105)-393/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl mışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 11 iyul 2023-cü il tarixdə saat 17:00-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində tanışı Zərərçəkmiş şəxs ondan iki gün müddətinə qaytarmaq şərti ilə aldığı 100 manat pulu geri qaytarmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu cəzalandırmaq üçün qisas niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edən və sağtərəfli hematoraksia (Plevra boşluğuna qanın toplanma sı) ilə nəticələnən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarında olan əlillik vəsiqəsinin surətindən görünür ki, Məhkum 3-cü qrup əlildir. Cinayət işinin materiallarında olan “ X6” tərəfindən verilmiş “ Stasionar xəstənin xəstəlik tarixindən çıxarışdan “ görünür ki, Məhkum müştərək qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol tərəfli alın- təpə- gicgah nahiyəsində epudural hematoması, üz skeleti sümüklərinin qırığı, sağ budun orta yuxarı 1/3-nin qapalı sınığı diaqnozu qoyulmuşdur. Birinci instansiya və Apelyasiya insta nsiyası məhkəməsi Məhkum himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə uyğun zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, zərərçəkmiş şəxslə dost olması, hadisənin qəsdən deyil, qorxutmaq məqsədilə edilən hərəkətlər nəticəsində baş verməsi, zərərçəkmişin təqsirləndirilənin xeyrinə qərar qəbul edilməsi barədə məhkəmədən xahiş etməsini, CM-in 59.1.12-ci maddəsinə uyğun zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, CM-nin 59.1.13-cü maddəsinə uyğun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və təqsirləndirilən şəxsin 3-cü qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar tam və ədalətli nəzərə alınmamış, təqsirlənd irilən şəxsə ağır cəza verilmişdir. Müdafiəçi bildirmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıqdan dostudur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə tərəfindən verilmiş cəza son dərəcə ağırdır və cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, işin hallarına açıqaşkar uyğunsuzluq təşkil edir. İstər ibtidai istintaq zamanı istərsə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vermiş olduğu ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və onun bağışlanmasını xahiş etmişdir, əməlin ictimai təhlükəliliyi artıq aradan qalxıb, sosial ədalət isə bərpa olunub, bu səbəbdən də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının verilməsinə lüzum yoxdur. Hüquqlarını müdafiə eldiyi şəxs ailəlidir, himayəsində yetki nlik yaşına çatmayan iki xx.xx.2007-ti il təvəllüdlü Daşdiyeva llknur Vüqar qızı, xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladları var. Zərərçəkmiş şəxs hal-hazırda təqsirləndirilən şəxsin azadlıqdan məhrum olmasında özünü günahkar bilir və dost kimi onun ailə üzvlərinə köməklik göstərir. Hadisə zərərçəkmiş şəxsin borcunu qaytarmadığı üçün təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişi (dostunu) qorxutmaq niyyəti ilə ehtiyatsızlıqdan baş vermişdir. Məhkum bir neçə il bundan öncə ağır avtomobil qəzası keçirmiş, kəllə-beyin travması diaqnozu qoyulmuş və baş nahiyəsində kəllə sümüyünün bir hissəsi plastiq alətlə əvəz edilmişdir. Onun səhhətində və baş nahiyəsində ciddi problemlər olduğunu zərərçəkmiş bildiyindən onu günahsız hesab edir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)- 393/2024 saylı qərarının dəyişdirilməsini, şikayətdə qeyd edilən xüsusatlar nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum edilməyən, şərti məhkum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 iyul tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət f aktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmi şlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökm ü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildi rərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən hərtərəfli yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildir ərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin təyin edilmiş cəzanın həddi düzgün müəyyən edilməmiş, cəzanın həddi müəyyən edilərkən məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın həddi məhkumun təqsirli bilnərək məhkum edildiyi maddənin sanksiyasının aşağı həddinə qədər azaldılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəy ə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 25 aprel tarixli, 1(124)-461/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 iyul tarixli, 1(105)-393/2024 nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə saxlandığı 1(bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə,
Məhkəmə qərarları › İş №1(102)-348/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-348/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver