Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-349/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)349-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Füzuli rayon Məhkəməsi nin 27 mart 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X3) Məhkum – xx xxxx 1957-ci ildə Füzuli rayonu *************** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, X8 baş mühəndisi vəzifəsində işləyən, məhkumluğu olmayan, Füzuli rayonu, ********************* kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki)il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum X22 Təchizatı və Satışı İdarəsinin X8 baş mühəndisi vəzifəsində işləyərkən laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.4.13, 5.4.15-ci, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.11-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 3.5, 6.3-cü bəndlərinin, həmçinin Texniki Departamentin rayon enerji təchizatı və satışı idarələrinin 10/6/0. 4 kv-luq istismar şöbəsinin baş mühəndisinin vəzifə Təlimatının tələblərini pozaraq müvafiq qaydada istismara qəbul edilmədən (balansa götürülmədən) Füzuli rayonu, ************* kənd Tam orta məktəbinin həyətində quraşdırılmış və elektrik enerjisi verilmiş 160 kva gücündə 1 (bir) ədəd KTP tipli elektrik transformator yarımstansiyasının (məntəqəsinin) mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının yerində olmadığını, həmçinin yarımstansiyanın gövdəsinin üzərində təhlükə barədə xəbərdarlıq və qadağanedici nişan və yazıların olmadığını şəxsən görməsinə baxmayaraq, hərəkətsizlik edərək hər an kənar şəxslərin, xüsusilə məktəbin həyəti olduğundan şagirdlərin həmin transformator yarımstansiyasının açıq qalmış yerindən yarımstansiyaya daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformator yarımstansiyasının (məntəqəsinin) mühafizə çəpərinin (gövdə təbəqələrinin) və arxa qapılarının bərpa edilməsini, eləcə də yarımstansiyanın ön hissəsində olan qapısının qıfılla bağlanılmasını təşkil etməməklə transformator məntəqəsinin texniki saz vəziyyətdə saxlanılmasını və təhlükəsiz istismar edilməsini təmin etməmiş, nəticədə onun ehtiyatsızlığından Füzuli rayonu, *********** kənd sakini və ************** kənd Tam orta məktəbinin *******-ci sinif şagirdi X11 25 fevral 2017ci il tarixdə, saat 19 radələrində 160 kva gücündə transformator yarımstansiyasının açıq hissəsindən yarımstansiyaya maneəsiz dax il olaraq onun içərisinə düşmüş topunu götürmək istəyərkən onu elektrik cərəyanı vurmuş, nəticədə E6 onun ölümünə səbəb olan ənsə nahiyəsinin, sifətin sağ hissəsinin qulaq və boyun nahiyələrini əhatə etməklə, sol əlin arxa səthinin və sol dizin ön səthinin kənarlarının yanıq izli sarımtıl rəngli yaraları kimi elektrikvurma zamanı yaranmağa xarakterik canlı şəxslərdə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri alaraq ağciyər və ürək çatmamazlığından ölmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X2 və X9 ibarət tərkibdə) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti t əmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək əməlində bəraətin əsaslarının olubolmadığını yoxlanılması, əgər bu əsaslar varsa qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışma qaytarılması barədə, əgər, iş üzrə bəraətin əsaslarının olmassa təyin edilmiş cəzalara CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzadan daha yüngül cəza növü olan islah işləri cəzası təyin edilməsi və həmçinin, təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasi ya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona verilmiş ittihamla razı olmamış və bildirmişdir ki, onun bu cinayət işində heç bir təqsiri yoxdur. Belə ki, bədbəxt hadisə baş vermiş Füzuli rayon ************* kənd tam orta məktəbin həyətində yerləşən 160 kilovoltluq elektrik transformator yarımstansiyası onun işlədiyi X8 balansında olmayıb. Bədbəxt hadisə baş verəndən sonra həmin yarımstansiyanın heç bir təşkilatın balansına verilmədiyindən və bu baxımdan nəzarətsiz qalmasından bəhs edən şəbəkənin Aran RET və Sİ-nə 06.04.2017-ci il tarixli 24/206 nömrəli yazılı məktubu vardır. Həmin transformator Məhkum işlədiyi şəbəkənin rəsmi olaraq balansında olmaması onu deməyə əsas verir ki, Füzuli rayon ************* kənd tam orta məktəbin həyətində “ Bərpa Tikinti Təşkilatı” tərəfindən quraşdırılmış transformatorun nəzarətdə saxlanılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə baş mühəndis cavabdehlik daşımamalıdır. Bu transformatorun hansısa təşkilatın ya məktəbin balansına verilməsi məsələsinə şəbəkə və regional idarə rəhbərliyi məsuliyyət daşımalıdır və bu məsələlər onların səlahiyyətlərinə aiddir. Nə qədər ki, həmin transformator məktəbin həyətindədir və hadisə baş verən vaxtadək Məhkum işlədiyi şəbəkənin balansında olmayıb, həmin transformatorun nəzarətsiz qalmasına, niyə hansısa təşkilatın balansına verilməməsinə, təhlükəsizlik qaydalarının qorunmasına o, cavabdehlik daşımamalıdır. Həmçinin, Məhkum bildirmişdir ki, o, şəbəkənin baş mühəndisi kimi həmin transformatorun qapılarının sökülüb orta məktəbin tualetinə qapı kimi vurul ması, qapıların qıfıllarının sındırılması, transformatoru əhatə edən mühafizə çəpərin sökülərək orta məktəbin həyətinin çəpərlərinə vurulması, dayaq dəmir boruların kəsilib aparılması barədə hadisədən 3-4 ay qabaq şəbəkə rəisi Z6 işçi yoldaşları olan şəbəkənin montyorları- X10, X12 və X7 yanında şifahi qaydada məlumat vermişdir. Bundan başqa o, montyor İ6 birlikdə orta məktəbin təsərrüfat müdiri B6 transformatorun 2 ədəd dəmir qapısının və dəmir hasarlarının məktəb tualetinin qapısından və həyətinin çəpərlərindən sökülərək yerinə qoyulmasını bildirmişdir. Lakin, məktəbin cavabdehlik daşıyan şəxsləri tərəfindən heç bir tədbir görülməmişdir. X21 başqa digər şahidlərin dindirilməsi barədə məhkəmədə şifahi vəsatət versə də, həmin şahidlər məhkəmədə dindirilmədilər. Şirvan Apelyasiya Məhkəməsin də isə, məhkəmə iclası məhkəmə istintaqı aparılmadan keçirildiyindən həmin şahidlərin dindirilməsi mümkün olmadı. X4 şahid kimi ifadə verərkən qeyd edilənləri təsdiq etdi. Həmçinin, Füzuli rayon ************* kənd tam orta məktəbin 2-ci sinif şagirdi mərhum X6 futbol oynayarkən təsadüfən transformatorun altına düşən topu götürmək üçün transformatorun açıq olan qapısından deyil, bağlı olan qapısını açaraq içəri girib topu götürərkən baş nahiyyəsinin gərginliyə toxunması istintaq orqanı tərəfindən hərtərəfli araşdırılmamış və hadisə yerinə baxış zamanı nəzərə alınmamış və protokola bu xüsusatda düzgün məlumatlar qeyd olunmamışdır. Balansa götürülməyən transformator yarımstansiyasına nəzarət və təhlükəsizlik tədbirlərinin görülməsi baş mühəndisin vəzifəsi deyildir, çünki həmin əmlak Məhkum iş lədiyi elektrik şəbəkəsinin balansında olmadığından o da bir baş mühəndis kimi həmin əmlakla bağlı heç bir məsuliyyət daşımamalıdır. Həmin transformatoru vaxtında hansısa təşkilatın balansına verilməsi səlahiyyətləri isə baş mühəndisin deyil, idarə və şəbəkə rəhbərliyinin, əmr vermək səlahiyyəti olan vəzifəli şəxslərin səlahiyyətlərindədir. Bu məsələyə görə, transformatorun nəzarətsiz qalması, talan olunması, dağıdılmasına və təhlükəsizlik tədbirlərinin görülməsinə ilk öncə həmin şəxslər məsuliyyət daşıyırlar. Məktəbin həyətində saz vəziyyətdə quraşdırılmış transformatorun mühafizə çəpərlərinin sökülüb məktəb həyətinin çəpərlərinə vurulması qapılarının sökülüb məktəbin tualetinin qapıları yerinə vurulması və bununla da transformatoru saz vəziyyətdən nasaz vəziyyətə gətirən, təhlükəli vəziy yətə salan məktəbin vəzifəli şəxsləri başda məktəbin direktoru olmaqla məsuliyyət daşımalıdırlar. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi baş mühəndis montyorların yanında həmin transformatorun təhlükəli vəziyyəti barədə həm idarə rəisinə, həm də orta məktəbin təsərrüfat müdirinə şifahi məlumat vermiş və məktəbin təsərrüfat müdirindən transformatordan sökülüb məktəbin tualet qapısına vurulmuş qapı və çəpərlərin yerinə bərpa olunmasını bildirmişdir. Həmin şahidlər iş üzrə dindirilməmişdir. Məhkum tərəfindən mərhumun ailəsinə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəfn və digər zəruri xərclər üçün maddi köməklik edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə cinayət işi materiallar ında ərizə vardır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tə tbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyün ü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində bəraətin əsaslarının olubolmadığının yoxlanmasını, əgər bu əsaslar varsa qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışma qaytarılması barədə, əgər, iş üzrə bəraət əsasları olmassa, CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzadan daha yüngül cəza növü olan islah işləri cəzası təyin edilməsi və həmçinin, təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində bəraət əsaları onunla əsaslandırılır ki, Balansa götürülməyən transformator yarım stansiyasına nəzarət və təhlükəsizlik tədbirlərinin görülməsi baş mühəndisin vəzifəsi deyildir, çünki həmin əmlak Məhkum işlədiyi elektrik şəbəkəsinin balansında olmadığından o da bir baş mühəndis kimi həmin əmlakla bağlı heç bir məsuliyyət daşımamalıdır. Cinayət işinin materiallarından görünür ki, balansa qəbul edilməsə də, Füzuli rayonu, ************* kənd Tam orta məktəbinin həyətində 160 kva gücündə 1 (bir) ədəd KTP tipli elektrik transformator yarımstansiyası (məntəqəsi) quraşdırılmış və elektrik enerjisi verilmişdir. Füzuli rayonu, ************* kənd Tam orta məktəbinin həyətində 160 kva gücündə 1 (bir) ədəd KTP tipli elektrik transformator yarımstansiyasına enerji verilmişdirsə onda ona nəzarət və təhlükəsizlik tədbirlərinin görülməsi də vacib olmuşdur. Bu vəzifələr isə vəzifə təlim atına əsasən baş mühəndisin vəzifələrinə aid olmuşdur. Bundan başqa iş materialları ilə və Məhkum qismən etiraf ifadələri ilə sübut edilmişdir ki hadisədən xeyli əvvəl ************* kənd Tam orta məktəbinin həyətində quraşdırılmış elektrik transformator yarımstansiyasının mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının yerində olmadığını, həmçinin yarımstansiyanın gövdəsinin üzərində təhlükə barədə xəbərdarlıq və qadağanedici nişan və yazıların olmadığını Məhkum şəxsən görmüşdür. Lakin buna baxmayaraq, məktəbin həyəti olduğundan şagirdlərin həmin transformator yarımstansiyasının açıq qalmış yerindən yarımstansiyaya daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməmiş, qabaqcadan görməli old uğu və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformator yarımstansiyasının (məntəqəsinin) mühafizə çəpərinin (gövdə təbəqələrinin) və arxa qapılarının bərpa edilməsini, eləcə də yarımstansiyanın ön hissəsində olan qapısının qıfılla bağlanılmasını təşkil etməməklə transformator məntəqəsinin texniki saz vəziyyətdə saxlanılmasını və təhlükəsiz istismar edilməsini təmin etməmişdir. Bundan başqa kassasiya şikayətində göstərilmişdir ki, baş mühəndis montyorların yanında həmin transformatorun təhlükəli vəziyyəti barədə həm idarə rəisinə, həm də orta məktəbin təsərrüfat müdirinə şifahi məlumat vermiş və məktəbin təsərrüfat müdirindən transformatordan sökülüb məktəbin tualet qapısına vurulmuş qapı və çəpərlərin yerinə bərpa olunmasını bildirmişdir. Cinayət işinin materiallar ında olan rayon enerji təchizatı və satışı idarəsinin vəzifə təlimatından görünür ki, baş mühəndisin vəzifələrinə məsul olduğu sahədə bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək aiddir. Yəni nasazlıqlar barədə müdiriyyətə şifahi məlumat vermək deyil, müvafiq qaydada nəzərdə tutulmuş əsaslarla akt tərtib edilməli olduğu halda bunlar edilməmişdir. Bundan başqa həmin təlimata əsasən baş mühəndisin vəzifələrinə həm də, güc avadanlıqlarının yüklərinin tənzimlənməsinin təşkili, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlərin görülməsi, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təkliflər hazırlamaq vəzifələri də aid edilmişdir. Göstərilənlərə əsasən məhkə mə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən Balansa götürülməyən transformator yarımstansiyasına nəzarət və təhlükəsizlik tədbirlərinin görülməsi baş mühəndisin vəzifəsi deyildir, Məhkum işlədiyi elektrik şəbəkəsinin balansında olmadığından o da bir baş mühəndis kimi həmin əmlakla bağlı heç bir məsuliyyət daşımamalıdır dəlilləri tam əsassızdır və təmin edilməməlidir. Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, tədqiq edilmiş mötəbər sübutlarla əsaslandırıldığından dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətində məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza, islah işləri cə zası təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Birinci instansiya məhkəməsi Məhkum hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq a z ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduğu müəyyən edilməmişdir. Bundan başqa, Məhkum X22 Təchizatı və Satışı İdarəsinin X8 baş mühəndisi vəzifəsində işləyərkən laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də birinci instansiya məhkəməsi ona əsas cəza ilə yanaşı Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində nəzərdə tutulmuş əlavə cəzanın da təy in edilməsini də cəzanın məqsədi barədə qanunun tələbinə uyğun olaraq təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və təyin edilmiş əlavə cəzanın ləğv edilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır, ona görə də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdiri lməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-349/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-349/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver