Məhkəmə qərarları › İş №1(102)-349/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-349/2020

17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-349/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçi-vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi-vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə)xx xxxxxx 2016-cı İl tarixli hökmü ilə, Məhkum-xx xxx 1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ü1 qeydiyyatda olmaqla, faktiki ol araq Ü2 fərdi evdə yaşamış Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx xxxxxxxx 2015-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X2 qəsdən öldürmüşdür. Belə ki, o, xx xxxxxx 2015-ci il tarixdə gecə saat 01 radələrində əvvəllər qeyri-rəsmi nikahda olduğu X1 çağırışı ilə sonuncunun yaşadığı ü3 yerləşən fərdi evinin həyətində olarkən x1 ona əvvəllər olan münasibətlərini bərpa etməyi təklif edərək yenidən yanına tez-tez gəlməsini tələb etmiş, həmin təklifini rədd etdikdə x1 onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaran mış və həmin mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə x1nın qulaq arxası nahiyəsinə yumruqla zərbə vurmaqla ona sağ ənsə nahiyəsinin çoxqəlpəli basılmış sınığı, baş beyninə qansızma ilə nəticələnən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətər yetirərək onu öldürdükdən, yəni qəsdən həyatdan məhrum etdikdən sonra cinayətin izlərini gizlətmək məqsədi ilə x1 meyitini idarə etdiyi VAZ-21099 markalı, AZ**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq Abşeron rayonu, Qobu qəsəbəsinin yaxınlığında yerləşən «Qızıl qaya» adlanan daş karxanasının yaxınlığında təpədə üzərinə mişar daşlar tökməklə basdırmışdır. Hökmdən Məhkum müdafiəçisi T.M.Xanəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apel yasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim M.H.Zeynalov, hakimlər N.R.Mövsümov və F.G.Zeynallıdan ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 120.1-ci maddəsi ilə ixtisaslaşdırılmış əməli CM-nin 124.1-ci maddəsinə tövsif edilmiş, ona bu maddə ilə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayəti təmin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.M.Nəsirov, hakimlər İ.S.Qılıcov və F.K.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və iş yenidən apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.M.Əhmədov, hakimlər N.M.Nəsibov və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2017ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müdd ətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.S.Seyfəliyev, hakimlər H.Q. Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və iş yenidən apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim H.Ə.Nəbiyev, hakimlər R.O.Əsgərova və M.Ə.Rzayevdən ibarət tərkibdə) xx xxxxxxx 2019 -cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmiş və o, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək çəkdiyi 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzanın əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti verərək, qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini və məhkumun müdafiəçisi-vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, məhkumun cinayət əməlinin bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya protestinin və Kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, Məhkum şübhəli şəxs qismində istintaqa verdiyi ilk ifadəsində göstərmişdir ki, “...xx xxxxxx 2015-ci il tarixdə mən daş karxanasında olarkən x1 mənim, əl telefonuma zəng etdi və mənə dedi ki, evə gələndə bizə gələrsən, səninlə işim vardır. Mən həmin gün Güzdək daş karxanasında idim, mişa r daşı dolu olan maşını yolun kənarına qoyub gecə saat 1 radələrində evə gəldim. Bildirirəm ki, maşını yolun kənarına, qoyduqdan sonra yaxınlıqda olan mağazadan 2 butulka pivə alıb maşının yanında içdim. Yoldaşım evdə idi. Mən evə yaxınlaşanda x1 qapısının ağzında dayandığım görüb onun həyətinə girdim. x1 evi də birmərtəbəli, kürüsülüdür, həyətin ətrafı hasarlanmamışdır, açıqdır, yoldan həyəti tam görünür. Onun evinin qapısı bağlı idi. Özü pilləkəndə oturmuşdu. Mən həyətə girib ona yaxınlaşdım və ondan nə istədiyini soruşdum. O, mənə bildirdi ki, niyə mənim yanıma gəlib-getmirsən, gəl əvvəlki münasibətlərimizi bərpa edək, sən də mənim yanıma gəl-get. O, ayağa durdu. Mən isə ona ailəm olduğunu və bir daha onun yanına gəlməyəcəyimi deyib, məni narahat etməməyi xahiş etdim. Mənim cavabımı eşi tdikdə o, mənim, ailəmin ünvanına ifadə olunması mümkün olmayan söyüşlər söydü. Onun söyüşləri mənə pis təsir etdi və mən ondan söyüş söyməsini dayandırmasını tələb etdim, lakin o, yenə də daha pis söyüşlər söydü və mən də özümü saxlaya bilməyib əsəbimdən onun qulağının dibinə yumruqla bərk zərbə vurdum. O, mənim zərbəmdən pilləkənin üstünə yıxıldı və yerində qaldı. Mən ona əhəmiyyət vermədim və onun ayağa qalxmağını gözlədim. 5-10 dəqiqə gözləyəndən sonra onun yerindən qalxmadığını görüb əyilib ona baxdım və nəfəsinin artıq gəlmədiyini hiss etdim. Bu vaxt bildim ki, o, artıq ölmüşdür. Mən qorxdum. Onun ağzı tərəfdən qan gəlirdi. Mən fikirləşə-fikirləşə qaldım ki, onun meyitini nə edim. Buna görə də qərara gəldim ki, onun meyitini götürüb harasa aparıb atım və heç kəsin onun ölümündən xəbə ri olmasın. Həmin vaxt mən bizim küçədə heç kəsi görmədim...”. Qeyd olunan ifadənin qiymətləndirilməsi ilə əlaqədar ittiham tərəfi qeyd edir ki, cinayət işinin materiallarında olan məlikəmə-tibbi ekspertizasının xx xxxxxx 2015-ci il tarixli, 122 №-li rəyi ilə müəyyən edilmişdir ki, X1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuş, gecikmiş meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 1-2 ay əvvəl baş vermişdir. Meyitin bədəni üzərində sağ ənsə nahiyəsinin çoxqəlpəli basılmış sınığı, bas beyninə qansızma xəsarətləri aşkar olunmuş, qeyd olunan xəsarət geniş təsir səthinə və tini olan bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti meyitin müayinəsindən 1-2 ay əvvəl, Məhkum ifadəsində göstərdiyi şəraitdə əmələ gəlmişdir, dərəcəsinə görə, həm ayrı-ayrılıq da, eləcə də ümumilikdə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidir. x1 xəsarətləri alarkən müəyyən müddət (dəqiqələrlə ölçülə bilər) danışa, hərəkət edə bilərdi, aşkar olunan xəsarətləri x1nın özüözünə yetirməsi istisna olunur, xəsarət yetirilən vaxt zərərçəkmişlə xəsarət yetirən şaquli vəziyyətdə qarşı-qarşıya olmuşlar. Ekspertin rəyindən də görünür ki, zərərçəkmiş x1 xəsarətləri alarkən müəyyən müddət (dəqiqələrlə ölçülə bilər) danışa, hərəkət edə bilərdi. Məhkum isə bütün ifadələrində göstərir ki, “O, mənim zərbəmdən pilləkənin üstünə yıxıldı və yerində qaldı. Mən ona əhəmiyyət vermədim və onun ayağa qalxmağını gözlədim. 5-10 dəqiqə gözləyəndən sonra onun yerindən qalxmadığını görü b əyilib ona baxdım və nəfəsinin artıq gəlmədiyini hiss etdim. Onun ağzı tərəfdən qan gəlirdi”. Məhkumun zərərçəkmişi vurduqdan və sonuncu yıxıldıqdan sonra 5-10 dəqiqə nəyi gözləyibmiş, əgər o, zərərçəkmişi sadəcə cəzalandırmaq üçün bir yumruq vurubsa, o zaman məntiqlə zərərçəkmiş yıxıldıqdan uzağı 0,5-1 dəqiqə sonra Məhkum ona yaxınlaşıb nə baş verdiyini öyrənməli idi. Yox, əgər Məhkum apellyasiya məhkəməsinin qənaətinə görə ehtiyatsızlıqdan, zərərçəkmişi vurub yerə yıxmışdırsa, o zaman 5-10 dəqiqə gözləmədən onun ağzından qan gəlməsini və tərpənməməsini (halbuki ekspert rəyinə görə zərərçəkmiş xəsarətləri alarkən müəyyən müddət (dəqiqələrlə ölçülə bilər) danışa, hərəkət edə bilərdi) görüb ən azı özü zərərçəkmişə yardım edə, qonşuları köməyə çağıra və ya təcili tibbi yardıma zəng edə b ilərdi. Çünki onların uzun müddət yaxın münasibətləri olmuş və məhkum, ifadələrində göstərmişdir ki, x1n ölümünü istəməmiş və onu öldürmək məqsədilə vurmamışdır. Lakin, Məhkum bunların heç birini etməmiş və 5-10 dəqiqə (ola bilsin daha çox) “nəyinsə baş verməsini” gözləmişdir. Məhkum göstərilən müddət ərzində “nəyi” gözlədiyinə apellyasiya məhkəməsi aydınlıq gətirməmiş, Məhkum cinayəti törətdikdən sonra davranışı apelyasiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində istinad etdiyi sübutların əsaslı olmaması qənaətinə gəlməyə rəvac verir. Belə ki, Məhkum hadisəni törətdikdən sonra etdiyi hərəkətlər barədə göstərmişdir ki, «bundan sonra həyətə girərək idarə etdiyim VAZ-21099 markalı, AZ**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb x1n evinin qarşısına yaxınlaşaraq meyi ti götürüb maşının yük yerinə qoydum. x1n ağız hissəsindən gələn qanın maşına və üstünə tökülməməsi üçün onun əlində olan dəsmalı üzünə bükdüm. Meyiti maşının yük yerinə qoyarkən x1n cibindən yerə düşən qara rəngli mobil telefonu götürüb öz cibimə qoydum. x1n meyitini yük yerində olan kovrolitin üstünə qoyub «Qızıl qaya» daş karxanası istiqamətinə getməyə başladım. Həmin yeri yaxşı tanıdığından qeyd edilən əraziyə gediş-gəlişin az olduğunu nəzərə alaraq, meyiti həmin əraziyə aparıb qoymaq qərarına gəldim. Müşfiq qəsəbəsinə gedən yola çıxıb kiminsə birdən onu saxlaya bilməsini fikirləşərək torpaq yolla təxminən 56 km məsafə gedib avtomobili daş karxanasına gedən yolun yaxınlığında yerləşən hündür təpənin üstünə çıxardıb meyiti maşının yük yerindən götürüb təpənin sağ kənarında olan daşların arasına qoyaraq, görünməməsi üçün orada olan qırıq-qırıq mişar daşlarını meyitin üstünə tökdüm. x1 basdırandan sonra cibimdə olan x1n telefonunu yaxınlığa tulladım. Oradan çıxıb saat 05 radələrində evə çatdım, ailə üzvləri yatdıqlarından mənim gəlməyimi hiss etmədilər. Saat 08 radələrində yerimdən qalxıb öz minik maşınımla daşla dolu «Zil» makralı maşını saxladığım yerə gəldim. VAZ-21099 markalı avtomobilin çölünü, içini və yük yerini yaxınlıqda keçən su borusundan gələn su ilə yudum. Günortaya qədər maşında olan 500 ədəd mişar daşlarını tanımadığım adama satıb evə qayıtdım. Evə gələndən sonra baş verənlər mənə sakit olmağa imkan vermədi. Buna görə də, arvadımı və uşağımı götürüb Xaçmaz rayonuna gedib müəyyən müddət orada qalmaq qərarına gəldim. Mən idarə etdiyim avtomobili bacımın əri Öm ürmalıgilin qapısına qoyub Sumqayıt şəhərində yerləşən H.Əliyevin heykəlinin yaxınlığında yerləşən notariusa getdim, orada bacımın ərinin adına baş etibarnamə alıb onu bacımın ərinə verərək Rusiyaya gedəcəyimi dedim və ondan maşını satıb banka olan borcumu ödəməyi xahiş etdim. Mən arvadıma və digər şəxslərə baş verənlər barədə heç bir söz demədim, yalnız Xaçmaza gedib oradan Rusiyaya gedəcəyimizi dedim. Tarixi yadımda olmayan gün Xaçmaz şəhərinə çataraq axtarıb ayı 80 manata olan kirayə ev tapdım. Evdən çıxarkən üstümdə 400 manat pul var idi. Bir neçə gündən sonra arvadım hər gün məndən bura gəlmələrinin səbəbini soruşduqda, mən hər dəfə yaxın günlərdə Rusiyaya gedəcəyimizi deyirdim. Arvadımın əl çəkmədiyini və hər gün ağladığını görüb baş verənləri olduğu kimi arvadıma danışdım». Məhkum i stintaq və məhkəmə araşdırmaları zamanı da eyni məzmunlu ifadələr vermişdir. Həmçinin protestdə göstərilmişdir ki, məhkəmə kollegiyası «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli qərarının tövsiyyələri nəzərə alınmalı olduğu halda, bu tövsiyələri nəzərə almamış və nəticədə əsaslandırılmamış qərar qəbul etmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli qərarında vurğulanmışdır ki, «təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən isin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası, (məsə lən, həyat üçün mühüm orqana xəsarət yetirməsi,) həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır». İş materiallarından göründüyü kimi, Məhkum cinayəti törətdikdən sonra etdiyi hərəkətlər:- idarə etdiyi VAZ21099 markalı, AZ**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb x1n evinin qarşısına yaxınlaşaraq meyiti götürüb maşının yük yerinə qoyması, x1n ağız hissəsindən gələn qanın maşınına və üstünə tökülməməsi üçün onun əlində olan dəsmalı üzünə bükərək bağlaması, meyiti maşının yük yerinə qoyarkən meyitin cibindən yerə düşən qara rəngli mobil telefonu götürüb öz cibinə qoyması, cinayətin izini gizlətmək məqsədilə meyiti yük yerində olan kovrolitin üstünə qoyub «Qızıl qaya» daş karxan asına aparması, Müşfiq qəsəbəsinə gedən yola çıxıb kiminsə birdən onu saxlaya bilməsini fikirləşərək torpaq yolla təxminən 5-6 km məsafə gedib avtomobili daş karxanasına gedən yolun yaxınlığında yerləşən hündür təpənin üstünə çıxarıb meyiti maşının yük yerindən götürüb təpənin sağ kənarında olan daşların arasına qoyması, meyitin görülməməsi üçün orada olan qırıq-qırıq mişar daşlarını meyitin üstünə tökməsi, meyiti basdırandan sonra cibində olan x1n telefonunu tullaması, evə qayıtdıqdan sonra yaşayış yerini dəyişib başqa rayona getməsi, cinayətin üstündən 2 aya qədər vaxt keçməsinə baxmayaraq bu barədə müvafiq orqanlara heç bir məlumat verməməsi kimi hallar Cinayət Qanununun və Ali Məhkəmənin göstərilən Plenum qərarının mövqeyindən yanaşdıqda məhkum edilmiş şəxs Məhkum bu cinayəti ehtiyatsı zlıqdan törətməsinə dair gəlinən nəticənin əsaslı olmaması qənaətinə gəlinməsinə rəvac verir. Xüsusilə vurğulanmalıdır ki, cinayəti törətdikdən sonra şəxsin cinayəti ehtiyatsızlıqdan törətdiyi onun davranışında təzahür etməlidir. Məsələn, zərərçəkmişə dərhal ilkin tibbi yardım göstərməli, cinayətin zərərli nəticələrinin mümkün qədər azaldılması üçün tədbir görməli, əməlindən peşman olduğunu sübut edən hərəkətlər etməli və s. Lakin, görünən odur ki, Məhkum nəinki bunları etməmiş, əksinə bu cinayətin üstünün açılmaması “bütün tədbirləri görmüş” və əməlindən “o qədər peşman olmuşdur” ki, zərərçəkmişi öldürdükdən sonra meyitinin aşkar edilməməsi üçün və cinayətin izini itirmək məqsədilə “etibarlı bir yerdə daş-qalaq etmək” qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1 -ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, məhkəmə kollegiyası qərar qəbul edərkən «Qəsdən adam öldürmə isləri üzrə məhkəmə təcrübəsi haqqmda» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli qərarının, həmçinin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının tövsiyyələ rinə əməl etməmiş və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə tövsif edilməsi cinayət işinin faktiki hallarına uyğun deyildir və onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 124-cü maddəsinə tövsif edilməlidir. Məhkum ağır xəstəlikdən əziyyət çəkir, ailəlidir, azyaşlı körpələri və işləməyən həyat yoldaşı onun himayəsindədir, ailə maddi cəhətdən ağır vəziyyətdədir, ailədə x1 qazanc gətirən və ailəni dolandıran odur və mütəmadi müalic ələr alır, zərərçəkmiş şəxsin hüquqi varisi barışmışdır və 5 ilə yaxın müddət keçərək cinayətin artıq ictimai-təhlükəlilik dərəcəsi əhmiyyətli dərəcədə sıfıra enmişdir, şəxs ona təyin edilmiş cəzanı da çəkib qurtarmışdır. Ona görə də onun barəsində cinayət təqibinə xitam verilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun nor malarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli qərarları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsinin hər iki qərarları məhkumun cinayət əməlinin düzgün tövsif edilməməsinə dair kassasiya protestləri əsasında Ali Məhkəmənin Cinayət Kollegiyasının qərar ları ilə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Cinayət Kollegiyasının cinayət işi üzrə xx xxxx 2017-ci il tarixli və xx xxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməsinin cinayət işi faktiki hallarına uyğun olmaması barədə mövqeyi ilə razılaşaraq hesab edir ki, müdafiəçinin hazırda baxılan kassasiya şikayətinin bu barədə dəlillərində həmin qərarlarla hüquqi qiymət verilmiş hallardan fərqli yeni, mötəbər sübutlara əsaslanan, məhkumun hüquqi vəziyyətinin yüngülləşdirən halların mövcudluğu müəyyən edilmədiyindən, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməsinə dair kassasiya şikayəti də təmin edilmə məlidir. Kassasiya protestinin dəlilləri isə məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə düzgün tövsif edilməməsi və CM-nin 120.1-ci maddəsinə tövsif edilməli olması barədədir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinə üçüncü dəfə apellyasiya protesti əsasında baxarkən öz gəldiyi nəticələrini aşağıdakı kimi əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi iclasında işə baxılarkən əlavə dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, 2011-ci ildə qohumu Xanım Rüstəmova ilə ailə həyatı qurmuş və onların birgə nikahından qızı anadan olmuşdur. Evləndikdən sonra x1 ilə əvvəlki kimi tez-tez əlaqə saxlamadığından bu x1n xoşuna gəlməmişdir və son vaxtlar x1 dəfələrlə zəng edib onu evinə çağırışmış, lakin o, hər dəfə x1yə görüşmək istəmədiy ini və ailəli olduğunu bildirmişdir. Buna cavab olaraq x1 dəfələrlə ona söyüş mesajları yazmasına baxmayaraq həmin söyüşlərə cavab verməmişdir. x1 hətta onun evinin darvazasını döymüş və zəng edərək onu çölə çağırmış və bu zaman o x1dən çıxıb getməsini xahiş etmiş, əl çəkmədikdə bir təhər dilə tutub yola salmışıdır. x1 ilə əlaqəsi barədə arvadı Xanımın xəbəri olmamışdır. x1 ilə əlaqə saxlamaq istəməməsinin səbəbi məhz arvadının bunu bilməsini istəməməsi olmuşdur. xx xxxxxx 2015-ci ildə daş karxanasında olarkən x1 onun mobil telefonuna zəng edərək onunla işi olduğundan evə gələndə yanına gəlməsini xahiş etmişdir. Güzdək daş karxanasından mişar daşını avtomobilə yüklətdikdən sonra Hökməli dairəsindən keçərkən orada yolun kənarında olan mağazalardan birindən 2 (iki) butulka pivə alaraq avtomo bilə qoyub Ceyranbatan qəsəbəsinə gələrək saat 01 radələrində avtomobili evinə gedən yolun kənarına qoyub elə orada 2 (iki) butulka pivəni içmiş və evə yaxınlaşanda x1n öz qapısının ağzında pilləkənin üstündə oturduğunu görüb həyətinə girmiş və həmin vaxt x1n əlində dəsmal və yanında yaşıl rəngli su qabı görmüşdür. O,x1dən zəng etməsinin səbəbini soruşduqda x1 ona əvvəlki münasibətləri bərpa etməyi və evinə gəlib-getməyi təklif etmiş o, isə bu zaman x1yə artıq ailəli olduğunu, görüşmək istəmədiyini yenə də təkrarlamışdır. Cavabını eşitdikdən sonra x1 onun ailəsinin ünvanına ifadə olunması mümkün olmayan söyüşlər söymüş və x1n söyüşləri ona pis təsir etdiyindən söyüşlərini dayandırmasını tələb etdikdə, x1 daha nəlayiq ifadələrlə ona söyüşlər söymüşdür. Bunu eşitdikdə özünü saxlaya bilməyi b əsəbindən x1n qulağının dibinə yumruqla bərk zərbə vurmuş və x1 onun zərbəsinin təsirindən pilləkənin üstünə yıxılıb yerdə qalmışdır. O bu zaman x1n ayağa qalxmasını gözləmiş, lakin təxminən 5 (beş) dəqiqə gözləyəndən sonra x1n tərpənmədiyini görüb, əyilib qulaq asdıqda, x1n nəfəsinin artıq gəlmədiyini hiss etmişdir. Yenidən diqqətlə baxdıqda, artıq onun öldüyünü bilmişdir. Bu zaman özünü itirdiyi üçün meyidi götürüb harasa aparmaq qərarına gəlmiş və həyətə girərək idarə etdiyi “VAZ 21099” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb x1n evinin qarşısına yaxınlaşaraq meyiti götürüb maşının yük yerinə qoymuş və x1 «Qızılqaya» daş karxanasına aparıb basdırdıqdan sonra arvadını və uşağını götürüb Xaçmaz rayonuna gedərək müəyyən müddət orada qalmaq qərarına gəlmişdir. O a rvadına, eləcədə digər şəxslərə baş verənlər barədə heç bir söz deməmiş, yalnız Xaçmaza gedib oradan Rusiyaya gedəcəyini bildirmişdir. Onun x1 öldürmək niyyəti olmamış və hal- hazırda da törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs Məhkum ifadəsində əlavə olaraq göstərmişdir ki. o, sağ əli ilə x1n üzünün sol tərəfinə vurmuşdur və Yegənəni vurandan sonra siqaret çəkmiş, onun siqaret çəkməsi təxminən 10 (on) dəqiqə çəkmişdir. O bu zaman düşünməmişdir ki, x1 ölə bilər. O, fikirləşmişdir ki, x1 yıxılıb indi duracaq. Ancaq görmüşdür ki, x1 yıxıldığı yerdən durmamışdır.x1 yerə yıxılandan sonra onun üzünə su vurmuşdur ki, ayılsın. O, x1n öldüyünü görüb özünü itirərək aparıb karyerdə basdırmışdır. O, x1n ölümünü arzulamamış və x1 vurduğuna görə çox peşmandır. O, inanmazdı ki, bir d əfə vurmaqla x1 ölər, bilsəydi ki, x1 öləcək onu vurmazdı. Həmin vaxt hava qaranlıq olmuş, işıq lampası isə orda yox idi. Hadisəni ondan və x1dən başqa heç kim görməmişdir. Onun bu hadisədən əvvəl x1 ilə axırıncı dəfə nə vaxt görüşməsi yadında deyil. O, Yegənin təklifi ilə onun evinə getmişdir. Məhkəmə hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən iş üzrə tibbi rəy vermiş ekspert X5 iş üzrə verdiyi rəylə bağlı göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən ona təqdim olunmuş tibbi sənədlər əsasında rəy tərtib olunumuşdur və mərhum x1 ona vurulmuş yumruq zərbəsinin təsirindən vəfat etmişdir. Ölümün dəqiq olaraq nədən baş verməsi barədə fikir söyləmək mümkün deyildir. Ölümün zərəçəkmiş şxsə vurulmuş yumruq zərbəsindən neçə dəqiqədən sonra baş verməsini birinci ekspert söyləyə bilər, çünki o, meyidi görmüşdür. Bu hadisə ilə bağlı heç bir ekspert məhkəməyə dəqiq söz deməyəcək. Çünki meyid çürüməyə məruz qalmışdır, ona görə də dəqiqə və saatları demək mümkün deyildir. Eləcə də ekspert iş üzrə verdiyi rəylə bağlı əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsin beyin toxuması tam çürüdüyündən mərhumun zərbə aldıqdan neçə dəqiqə sonra ölməsini demək mümkün deyildir. Yəni zərəçəmiş şəxs ona zərbə vurulan həmin an da ölə bilər, yaşamını davam da edə bilər, yəni bir neçə dəqiqədən sonra da ölə bilər. Mərhumun başı piİləkənin tininə dəydiyindən biri digərini tamamlayan xəsarətlərdir. Mərhum x1 həmlə edənin vurduğu, yuimruq zərbəsinin nəticəsində döşəmənin üstünə yıxılmışdır. Yumruq zərbəsi də bərk küt əşyadır. Bədənə endirilmi ş zərbənin nəticəsində mərhum xəsarət almışdır. Bir şəxsin digərini vurması ilə vurulan şəxsin yıxılması səbəbli əlaqədir və biri digərini tamamlayır. Onlar üz-üzə olduğundan həmlə edənin vurduğu zərbənin təsirindən zərərçəkmiş şəxs ölmüşdür. Mərhuma xəsarət yetirilən anda sürətlənmiş vəziyyətdə ala bilər. Məhkəmə təbabətində «sürətlənmiş» sözü vardır. Yəni bu o deməkdir ki, zərbə vurulan şəxs sürətlənmiş vəziyyət alır, yəni durduğu yerdə səndələyir, müqavimətini itirir. Zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsin vurduğu zərbə ilə yıxılması birbaşa səbəbli əlaqəlidir. Mərhumun sonuncu vəziyyəti onun başının yerə dəyməsidir. Zərbənin şaquli vəziyyətdə törənməsi daha məqsədə uyğundur.Bu xəsarət vurulmuş zərbə nəticəsində zərəçəkmiş şəxsin başının daşın tininə dəyməsi nəticəsində hansısa şərai tdə vəfat etmişdir. Məhkəmə tibbi ekspertiza təcrübəsinə əsasən mərhum sürətlənmiş vəziyyət alıbdır.Yazdığı rəyi, yəni rəyin ifadələrlə uyğun gələn hissəsini təsdiq edir. Meyidin müayinəsi zamanı ilkin rəydə göstərilən xəsarətlər və ölümün səbəbi düzdür. Məhkəmə kollegiyasının məhkəmə-tibbi eksperti H.M.Kazımovu iş üzrə verdiyi tibbi rəylə bağlı dindirdikdən sonra cinayət iş üzrə “Sənədlər əsasında təkrar-məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə’’ xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin ekspertlərinə və ekspertizanın təşkilinin həmin Birliyin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə verilmiş ikinci məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1971-ci il təvəllüdlü mərhumə X1 meyitinin müayinəsi ilə əlaqədar verilmiş 122 saylı məhkəmə-tibbi ekspertizasının rəyində və ölüm faktına dair tərtib olunmuş 390/T saylı təkrari məhkəmətibbi ekspertizası rəyində yazılanlara əsaslanaraq, cinayət işinin ımateriallarındakı məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, komisiya aşağıdakı nəticəyə gəlmişdir: Məhkəmə hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən iş üzrə verilmiş məhkəmə-tibbi eksperizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş 1, 2, 3 saylı suallara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya» X12 Birliyinin Sumqayıt şəhər şöbəsində tərtib olunmuş x xxxxxx 2015-ci il tarixli, 122 saylı və X3 şöbəsində tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli, 390/T saylı məhkəmə-tibbi ekspertizası rəyləri arasında uyğunsuzluq və ziddiyyət yoxdur. Belə ki, x1nın başının sağ ənsə nahiyəsinin pilləkənin tininə dəyməsindən (çırpılmasından) əvvəl çırpılma sürətini və xəsarətin həcmini artıran «əlavə verilmiş sürətləndirmə» onun sol qulaqdibi nahiyəsinə yetirilən güclü yumruq zərbəsi ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, müvazinətini itirərək səndələyib sərbəst yıxılmalar bədən səthinin yıxılma anında vəziyyətindən asılı olaraq bədənin kontakt yerində sıyrıq və qançırların yaranması ilə müşayiət olunur. Məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai araş dırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarına uyğun deyildir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum xx xxxxxx 2015-ci il tarixdə gecə saat 01 radələrində əvvəllər qeyri-rəsmi nikahda olduğu X1 çağırışı ilə sonuncunun yaşadığı ü3 yerləşən fərdi evinin həyətində olarkən subyektiv cəhətdən onu qəsdən öldürmək niyyəti olmamışdır. Həmin vaxt iş üzrə zərərçəkmiş şəxs x1 ona əvvəllər olan münasibətlərini bərpa etməyi təklif edərək təqsirləndirilən şəxsdən yenidən onun yanına tez-tez gəlməsini tələb etmiş, həmin təklifini təqsirləndirilən şəxs rədd etdikdə x1 onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs x1nın qulaq arxası nahiyəsinə yumruqla zərbə vurmaqla ona sağ ənsə nahiyəsinin çoxqəlpəli basılmış sınığı, bas beyninə qansızına ilə nəticələnən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vyurmaya aid olan xəsarət yetirmiş və nəticədə zərərçəkmiş şəxs aldığı ağır zərər vurmadan hadisə yerində ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halının yuxarıda göstərildiyi kimi müəyyən olunmasını təkzib edən heç bir sübut növü iş materiallarında mövcud deyil. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci İl tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbə olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o, cümlədən cinayətin üsulu aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi) həmçinin təqsirkarın və zərərçəkmiş şəxs hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərkətləri nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi öldürmək olmamış və bunu arzu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanıb tədqiq edilmiş sübutların məcmusuna əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarında gəlinmiş və yuxarıda göstərilən nəticələr cinayət işinin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-pros essual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən təyin edilmiş sonuncu komission məhkəmə-tibbi eksperizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə zərərçəkmiş şəxsin xəsarəti aldığı vəziyyətə müəyyən aydınlıq gətirilmiş və apellyasiya məhkəmə kollegiyası da toplanmış bütün sübutların məcmuna istinadən iş üzrə öz nəticələrini əsaslandırmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, x xxxxxx 2015-ci il tarixli 122 saylı və xx xxxxxx 2016-cı il tarixli, 390/T saylı məhkəmə-tibbi ekspertizası rəyləri arasında uyğunsuzluq və ziddiyyət yoxdur. Həmin rəylərin məzmunu aşağıdakı kimidir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2015-ci il tarixli rəyində göstərilmişdir ki, “... mərhum X1 ölümü nə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Gecikmiş meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 1-2 ay əvvəl baş vermişdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarət vardır: sağ ənsə nahiyəsinin qəlpəli basılmış sınığı. Baş beyinə qansızma. Qeyd olunan xəsarət geniş təsir səthinə və tini olan bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən 1-2 ay əvvəl, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum x1 xəsarətləri alarkən müəyyən müddət (dəqiqələrlə ola bilər) danışa, hərəkət edə bilərdi. Mərhum x1nın bədəni üzərində olan xəsarətin onun özü tərəfindən yerinə yetirilməsi istisna edilir. Xəsarət yetirilən vaxt zərərçəkmişlə xəsarət yetirən şaquli vəziyyətdə qarşı-qarşıya olmuşdurlar...”. Komission Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2016-cı il tarixli rəyində göstərilmişdir ki, “Mərhumə x1nın meyitinin müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda ənsə sümüyündə sağda qəlpəli ovalvari sınıq olması və həmin sınığın tibbikriminalistik müayinə zamanı küt yaranma mexanizminə malik olmaqla, geniş səthə malik tini olan küt əşyanın təsirindən törənməsi müəyyən edilmişdir. Mərhum x1nın ənsə nahiyəsində sağda aşkar edilmiş qəlpəli basılmış ovalvari sınığı yumruq zərbəsi nəticəsində yarana bilməzdi. Mərhum x1nın ənsə nahiyəsində sağda aşkar edilən sınıq qulaq nahiyəsinə vurulmuş zərbəd ən sonra yıxılaraq başın sağ ənsə nahiyəsinə pilləkənin tininə dəyməsi zamanı yaranmasına uyğun gəlir”. Komission məhkəmə-tibbi eksperizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş 1, 2, 3 saylı suallara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya» X12 Birliyinin Sumqayıt şəhər şöbəsində tərtib olunmuş x xxxxxx 2015-ci il tarixli, 122 saylı və X3 şöbəsində tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli, 390/T saylı məhkəmə-tibbi ekspertizası rəyləri arasında uyğunsuzluq və ziddiyyət yoxdur. Belə ki, x1nın başının sağ ənsə nahiyəsinin pilləkənin tininə dəyməsindən (çırpılmasından) əvvəl çırpılma sürətini və xəsarətin həcmini artıran «əlavə verilmiş sürətləndirmə» onun sol qulaqdibi nahiyəsinə yetirilən g üclü yumruq zərbəsi ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, müvazinətini itirərək səndələyib sərbəst yıxılmalar bədən səthinin yıxılma anında vəziyyətindən asılı olaraq bədənin kontakt yerində sıyrıq və qançırların yaranması ilə müşayiət olunur. Azərbaycan Respublikası CM-nini 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş olur. CM-nin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş olur. CM-nin 26.3-cü maddəs inə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Məhkum zərərçəkmiş şəxs x1nın qulaq arxası nahiyəsinə yumruqla zərbə vurmaqla öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməmişdir. Məhkuma elan edilmiş ittihamda göstərilmişdir ki, mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə x1nın qulaq arxası nahiyəsinə yumruqla zə rbə vurmaqla ona sağ ənsə nahiyəsinin çoxqəlpəli basılmış sınığı, baş beyninə qansızma ilə nəticələnən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətər yetirərək onu öldürmüşdür. Yəni elan edilmiş ittihamda zərərçəkmiş şəxsə xəsarətin təqsirləndirilən şəxsin tərəfindən hər hansı alətlə yetirilməsi göstərilməmişdir və cinayət işinin materiallarından da xəsarətin hər hansı alətlə yetirilməsinə dəlalət edən mötəbər sübutun mövcudluğu müəyyən edilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən hər hansı alətdən istifadə etməsi barədə məhkəmələrin nəticəyə gəlməsi elan edilmiş ittihamın məhkumun ziyanına ağırlaşdırılması olardı ki, bu nəticə də Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinin tələbinə ziddir. Cina yət işi üzrə təyin edilmiş Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2015-ci il tarixli rəyində göstərilmişdir ki, Qeyd olunan xəsarət geniş təsir səthinə və tini olan bərk küt əşya təsirindən törənmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2016-cı il tarixli rəyində göstərilmişdir ki, “Mərhum x1nın meyitinin müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda ənsə sümüyündə sağda qəlpəli ovalvari sınıq olması və həmin sınığın tibbi-kriminalistik müayinə zamanı küt yaranma mexanizminə malik olmaqla, geniş səthə malik tini olan küt əşyanın təsirindən törənməsi müəyyən edilmişdir. Komission məhkəmə-tibbi eksperizasının xx xxxxxx 2019-cu il tarixli rəyində isə göstərilir ki, x1nın başının sağ ənsə nahiyəsinin pilləkənin tininə dəyməsindən (çırpılmasından) əvvəl çırpılma sürətini və xəsar ətin həcmini artıran «əlavə verilmiş sürətləndirmə» onun sol qulaqdibi nahiyəsinə yetirilən güclü yumruq zərbəsi ilə əlaqədardır. Beləliklə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi yumruq zərbəsi nəticəsində sonuncunun aldığı ağır xəsarətlərin həcmi başının sağ ənsə nahiyəsinin pilləkənin tininə dəyməsindən çırpılma sürətinin artması nəticəsində artmışdır. Beləliklə elan edilmiş ittiham üzrə Məhkum mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə x1nın qulaq arxası nahiyəsinə yumruqla zərbə vurmaqla ona sağ ənsə nahiyəsinin çoxqəlpəli basılmış sınığı, baş beyninə qansızma ilə nəticələnən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətər yetirərək onu öldürməsi öz təsdiqini tapmır. Təqsirləndirilən şəxsin zə rərçəkmiş şəxsi qəsdən sol qulaqdibi nahiyəsinə yumruqla vurmaqla xəsarət yetirməsi sübut olunsa da, sağ ənsə nahiyəsinin geniş səthə malik tini olan küt əşyanın təsirindən, pilləkənin tininə dəyməsi aldığı xəsarətlərin həcmini artırmışdır. Bununla yanaşı zərərçəkmiş şəxsin aldığı xəsarətlər bütövlükdə təqsirləndirilən şəxsin onun qulaq arxası nahiyəsinə yumruqla zərbə vurması ilə əlaqədar olmuşdur. Lakin, məhkəmə iclaslarında tədqiq olunmuş məhkəmə-tibb ekspertizalarının rəyləri üzrə və cinayət işinin digər materialları üzrə zərərçəkmiş şəxsin ölümünün məhz yumruq zərbəsindən aldığı xəsarətlər nəticəsində baş verdiyi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Xəsarət yetirilməsindən müəyyən müddət keçdikdən sonra ölümün baş verməsi və bu müddət ərzində təqsirləndirilən şəxsin 10 dəqiqə siqaret çəkdiyinə görə zərərçəkmiş şəxsə heç bir kömək göstərməməsi özü-özlüyündə qəsdən adam öldürmənin əlaməti kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxsin bu hərkətləri onun cinayətkar etinasızlığının davamı kimi qiymətləndirilə bilər. Ona görə də məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə tövsif edilməsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğundur. Məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsinə tövsif edilməsi barədə kassasiya protestinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisivəkil Cəlalzadə Mehdi Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ape lyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi-vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlunun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar