Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-349/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Cavid Hüseynov, hakimlər Eldar İsmayılov və Samir Əliyevdən ibarət tərkibdə) 1(101)-505/2019 nömrəli xx xxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən şəhəri, M.Əsədov küçəsi, ev 61-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. C əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamış və daşımış, təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu X2 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, cinayətkar sövdələşməyə əsasən Məhkum enyi məqsədlə istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, tərkibində MDMA (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin ümumi təmiz çəkisi 0,2 qram təşkil edən, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) preparat kimi daxil olan, 10 ədəd çəhrayi rəngli, ürək formasında, eyni tərkibli həblərdən ibarət psixotrop maddəni satış məqsədi ilə naməlum şəraitdə və vaxtda qrupun digər üzvü Əliəhməd Soltanova vermiş, sonuncu həmin psixotrop maddəni satış məqsədi ilə üzərində saxlamaqla qanunsuz daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən xx xxxxxx 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Əliəhməd Soltanov həmin gün saat 18:50-də Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 33 nömrəli yaşayış binasının həyətində saxlanılmış, onun üstünə baxış keçirilmiş, baxış nəticəsində onun əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıdığı, tərkibində MDMA (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin ümumi təmiz çəkisi 0,2 qram təşkil edən, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) preparat kimi daxil ol an 10 ədəd çəhrayi rəngli, ürək formasında, eyni tərkibli həblərdən ibarət həmin psixotrop maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən satış məqsədilə narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, eyni məqsədlə, cinayətkar razılığa əsasən Məhkum qanunsuz olaraq naməlum mənbədən bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 29,080 qram, iki ədəd kiçik polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,634 qram və 2,422 qram olmaqla, ümumi çəkisi 33,136 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz əldə edib, özü ilə daşıyaraq müvəqqət i kirayədə yaşadığı ünvan 1-da saxlamışdır. Baş vermiş cinayət hadisəsi üzrə Azərbaycan Respublikası DİN, BMCMİ-nin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında xx xxxxxx 2018-ci il tarixli qərara əsasən axtarışda olan təçqsirləndirilən şəxs Məhkum xx xxxxxx 2018-ci il tarixdə tutulmuş, elə həmin tarixdə, saat 20-21 radələrində özünün iştirakı ilə kirayə yaşadığı ünvan 1-da baxış aparılarkən qonaq üçün ayrılmış otaqdakı divanın sol hissəsindən bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı, təmiz çəkisi 29,080 qram, iki ədəd kiçik polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,634 qram və 2,422 qram olan, ümumi çəkisi 33,136 qram təşkil edən qur udulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) 1(103)-912/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Qasımov Əlisahib Şükür oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun. Kassasiya şikayətin in dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri işə baxarkən ona münasibətdə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkum hər iki instansiya üzrə məhkəmə iclasları zamanı özünü təqsirli bilmədiyini ifadə etmiş, nəinki tutularkən üzərində narkotik vasitə aşkar edilməmiş, hətta kimsə ilə əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girib narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, qohumu X2 onun barəsində yalan ifadə vermiş şəxsi istehlak üçün istifadə etdiyi narkotik vasitəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına könüllü təhvil vermişdir. Bundan başqa əvvəllər məhkumluğunun olmaması, hima yəsində 1 azyaşlı övladının və xəstə anasının olması, ailənin yeganə qazanc gətirən üzvü olması kimi halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmə istintaqı zamanı təqsirinin sübuta yetirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum XXX özünü törətdiyi cinayət əməlində təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum XXXun, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan toplanmış sübutlarla müqayisəli təhlil edib təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəmə sinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi ü zrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi ni, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm qərardan görünür ki, apelyasiya instansiya məhkəməsi qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə aldığını göstərməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində (Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrinin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və məhkum müvafiq maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir) azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Belə bir cəzanı heç də ağır hesab etmək olmaz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çək indirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdik də kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli Məhkum haqqındakı qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci madd əsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-349/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-349/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver