Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-349/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum1, müdafiəçilər Məsi Ağayevin və Müdafiəçi4 iştirakları ilə, Bakı Apel yasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Azər Paşayev və Rasim Sadıxov) 13 yanvar 2023-cü il tarixli, 1(101)-118/2023 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunun, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən İsmayıllı Rayon M əhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən onun barəsində təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: İttiham altına əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şə xs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Quliyev X2 Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Məhkum1, İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Milad” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizl i keçirib Beyləqan rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 659,574 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 19.848,963 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun üzvləri Məhkum1 və Məhkum2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla ünvan 2 ünvanının blokuna qanunsuz daşımış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Məhkum1 bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamini, Məhkum2 bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əs asında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Məhkum1 və Məhkum2 həmin gün saat 22:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 29 sentyabr 2021-ci il tarixdə saat 00:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı Məhkum1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamin, Məhkum2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra sonuncuların razılığı və iştirakı ilə ünvan 2 ünvanının dəhlizində 29 sentyabr 2021-ci il tarixdə saat 02.05-dən etibarən keçirilmiş bax ış zamanı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan iki ədəd bağlamadan onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları bir ədəd bükümdə ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19 845 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 06 iyun 2023-cü il tarixli, 1(103)-696/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, hökmlə hökmlə Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 11 (on bir) il azadlıqdan məhrumetmə cəzasına artırılmış, CM-in 71.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 29.10.20-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti məhrum etmə ləğv edilmiş, CM-in 67.1ci maddəsi tətbiq ediməklə Məhkum2 barəsində təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəza ilə qismən birləşdirilərək Məhkum2 qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən sa xlanılmışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum2 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 21 fevral 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qayda sında baxılanadək yəni 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum2 ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-349/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-349/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver