Məhkəmə qərarları › İş №1(102)-349/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-349/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-349/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, X1 və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Əzizov Azər Mirzə oğlunun iştirakları ilə xx xxxx 1962-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fiziki şəxs kimi fərdi sahibkarlı q fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 200.2.3 və 308.2-ci maddəsi ilə bəraət almasına və 29, 200.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1(105)-9/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Əzizov Azər Mirzə oğlu tərə findən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(060)-5/2023 nömrəli hökmü ilə (hakim R.E.Xəlilov) X5 - CM-in 200.2.3, 308.2 və 29, 200.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 200.2.3 və 29, 200.2.3-cü maddələri ilə 5000 (beş min) manat cərimə cəzasına, CM-in 308.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı ) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat cərimə cəzası saxlanılmış, maddi sübut olan və Azərbaycan Respublikası Baş prokurorluğunun “Azərbaycan Beynəlxalq Bankı”nda olan depozit seyfində saxlanılan X4 məxsus Şahid3 götürülmüş 6582 manat, Rövşən İsmayılovun özündə götürülmüş 48618 manat, 46198 ABŞ dolları, 1225 Avro, 95 İngilis funt sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə xüsusi müsadirə olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli 1(105)-9/2024 nömrəli hökmü ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayəti qismən təmin edilmiş, X2 Azərbaycan Respublikası CM-in 200.2.3, 29, 200.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(060)-5/2023 nömrəli hökmü ləğv edilmişdir. X4 Azərbaycan Respublikasının CM-in 200.2.3-cü və 308.2-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X5 Azərbaycan Respublikası CM-in 29, 200.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Maddi sübut olan və Azərbaycan Respublikası Baş prokurorluğunun “Azərbaycan Beynəlxalq Bankı”nda olan depozit seyfində saxlanılan X4 məxsus Şahid3 götürülmüş 6582 manat, Rövşən İsmayılovun özündən götürülmüş 48618 manat, 46198 ABŞ dolları, 1225 Avro, 95 İngilis funt sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublun X4 qaytarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X5 ona görə məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ticarət sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs kimi malların ölçüsünə, çəkisinə, istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları vahid niyyətlə külli m iqdarda aldatmış və eyni niyyətlə külli miqdarda aldatmağa cəhd etmişdir. Belə ki, o, 3 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən vergi ödəyicisinin ********** eyniləşdirilmə nömrəsi ilə ticarət sahəsində fərdi sahibkar qismində qeydə alınmaqla sabun və yuyucu tozlar, təmizləyici və cilalayıcı vasitələrin istehsalı ilə məşğul olan fiziki şəxs kimi ünvan 3 (digər hüquqi sənədlər üzrə ünvan 2 ünvanında yerləşən X6 məxsus olmaqla «qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında» müqavilə əsasında icarəyə götürdüyü 1441,7 m2 olan ərazinin 540 m2 sahəsində xarici ölkələrdən aldığı avadanlıqları quraşdırmaqla yaratdığı istehsal müəssisəsinə rəhbərlik edən kadrların seçilməsi, işə qəbulu, yerləşdirilmə si, işdən çıxarılması, işin təşkili də daxil olmaqla inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin, 10-cu maddəsinin 9-cu bəndinin, 13-cü maddəsinin 3-cü bəndinin tələblərinə əsasən istehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməli olduğu, istehsalçı malda ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya məlumat verməyə borclu olduğu, istehs al edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalı olduğu, istehsal markasında istehsalçının adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilməklə hazırlanmış mal istehsal markasına uyğun gəlməli olduğu halda qeyd olunan Qanunun göstərilən tələblərini, yəni qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərə uyğun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, malın ölçüsünə, çəkisinə, istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları vahid niyyətlə külli miqdarda ziyan vurmaqla aldatmaq məqsədilə, ünvan 3 ünvanında yerləşən faktiki rəhbərlik etdiyi istehsal müəssisəsində 01 yanvar 2015-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək dövr ərzində sıxlıqlarına və donma temper aturlarına əsasən QOST4052 (ASTM) işarəli standartın, eləcə də, həmin mayelərin qablaşdırmaları üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartın tələblərinə cavab verməyən «Tosol» nişanlı antifriz məhsulunu (mavi - 40 dərəcə C)1000 qramlıq qabda qablaşdırmaqla 15712 ədəd istehsal edib 01 ədədini 02 manata olmaqla, 14600 ədəd sataraq cəmi 29.200 manat, «Sniezka Tosol» nişanlı antifriz məhsulunu (mavi-40 dərəcə C)1000 qramlıq qabda qablaşdırmaqla 14600 ədəd istehsal edib 01 ədədini 02 manata olmaqla, 14600 ədəd sataraq cəmi 29.200 manat, «Sniezka Tosol» nişanlı antifriz məhsulunu (mavi-40 dərəcə C) 5000 qramlıq qabda qablaşdırmaqla 7511 ədəd istehsal edib 01 ədədini 05 manata olmaqla, 7300 ədəd sataraq cəmi 36.500 manat, eyni niyyətlə, 01 yanvar 2016-cı il tarixdən 31 yanvar 2021-cı il tarixədək aktiv xlorun miqdarına əsasən QOST ********* işarəli, qablaşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartların tələblərinə cavab verməyən «Hit Bio Net» nişanlı məhsulunu (tuz ruhu) 600 qramlıq qabda qablaşdırmaqla 66170 ədəd istehsal edib 01 ədədini 0,6 manata olmaqla, 61000 ədəd sataraq cəmi 36.600 manat, «Ecostos universal gel» nişanlı ağardıcı və dizenfeksiya edici məhsulunu 500 qramlıq qabda qablaşdırmaqla 6800 ədəd istehsal edib 01 ədədini 01 manata olmaqla, 6100 ədəd sataraq cəmi 6.100 manat, 750 qramlıq qabda qablaşdırmaqla 6931 ədəd istehsal edib 01 ədədini 1,4 manata olmaqla, 6100 ədəd sataraq cəmi 8.540 manat, 1000 qramlıq qabda qablaşdırmaqla 6100 ədəd istehsal edib 01 ədədini 1,8 manata olmaqla, 6100 ədəd satar aq cəmi 10.980 manat, eyni niyyətlə, 1 yanvar 2017-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək dövr ərzində davamlılıq göstəricisinə əsasən AZS053-2001 işarəli standartın tələblərinə cavab verməyən «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (manual) 2,3 kiloqramlıq qabda qablaşdırmaqla 4900 ədəd istehsal edib 01 ədədini 2,5 manata olmaqla, 4900 ədəd sataraq cəmi 12.250 manat, 250 qramlıq qabda qablaşdırmaqla 10320 ədəd istehsal edib 01 ədədini 0,5 manata olmaqla, 9800 ədəd sataraq cəmi 4.900 manat, «ABC» nişanlı paltarların yuyulması üçün toz məhsulunu 500 qramlıq qabda qablaşdırmaqla 4240 ədəd istehsal edib 01 ədədini 0,60 manata olmaqla, 2940 ədəd sataraq cəmi 1.764 manat, «ABC++» nişanlı paltarların yuyulması üçün toz məhsulunu 500 qramlıq qabda qablaşdırmaqla 3940 ədəd is tehsal edib 01 ədədini 0,60 manata olmaqla, 2940 ədəd sataraq cəmi 1.764 manat, göstərilən standart uyğunsuzluğu ilə yanaşı qablaşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartın tələblərinə cavab verməyən «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (bahar təravəti) 250 qramlıq qabda qablaşdırmaqla 6900 ədəd istehsal edib 01 ədədini 0,50 manata olmaqla, 4900 ədəd sataraq cəmi 2.450 manat, aktiv xlorun miqdarına əsasən AZS ***-**** işarəli standartın tələblərinə cavab verməyən «Era» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (bahar təravəti) 500 qramlıq qabda qablaşdırmaqla 5200 ədəd istehsal edib 01 ədədini 0,50 manata olmaqla, 4900 ədəd sataraq cəmi 2.450 manat, səthi aktiv maddələrin miqdarına əsasən AZS ***-**** işarəli, eləcə də, qabl aşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartların tələblərinə cavab verməyən «Eko» nişanlı qabların yuyulması üçün maye (çiyələk) 1000 qramlıq qabda qablaşdırmaqla 2450 ədəd istehsal edib 01 ədədini 0,70 manata olmaqla, 2450 ədəd sataraq cəmi 1.715 manat, 450 qramlıq qabda qablaşdırmaqla 5320 ədəd istehsal edib 01 ədədini 0,40 manata olmaqla, 4900 ədəd sataraq cəmi 1.960 manat, «Era» nişanlı qabların yuyulması üçün maye məhsulunu (okean, rose) 5 litrlilik qabda qablaşdırmaqla 1470 ədəd istehsal edib 01 ədədini 2,40 manata olmaqla, 1470 ədəd sataraq 3.528 manat, 0,450 litrlilik qabda qablaşdırmaqla 5400 ədəd istehsal edib 01 ədədini 0,45 manata olmaqla, 4900 ədəd sataraq cəmi 2.205 manat, yağ turşularının miqdarına əsasən AZS ***-**** işarəli standar tın tələblərinə cavab verməyən «Aysberq» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (sarı və yaşıl) 250 qramlıq qabda qablaşdırmaqla 01 ədədini 0,5 manata olmaqla, 7350 ədəd sataraq cəmi 3.675 manat, eyni niyyətlə, 1 yanvar 2018-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək aktiv xlorun miqdarına əsasən AZS ***-**** işarəli standartın tələblərinə cavab verməyən «Ayna ov» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (çiyələkli) 500 qramlıq qabda qablaşdırmaqla 7670 ədəd istehsal edib 01 ədədini 0,60 manata olmaqla, 7400 ədəd sataraq cəmi 4.440 manat, «Era» nişanlı təmizləyici toz məhsulunu (almalı) 500 qramlıq qabda qablaşdırmaqla 4445 ədəd istehsal edib 01 ədədini 0,60 manata olmaqla, 3700 ədəd sataraq cəmi 2.220 manat, göstərilən standart uyğunsuzluğu ilə yanaşı qablaşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartın tələblərinə cavab verməyən «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (limon) 500 qramlıq qabda qablaşdırmaqla 4071 ədəd istehsal edib 01 ədədini 0,60 manata olmaqla, 3700 ədəd sataraq cəmi 2.220 manat, köpüklənmə göstəricisinə əsasən QOST 31696 işarəli, qablaşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.5792002 işarəli standartların tələblərinə cavab verməyən «Subrina» nişanlı duş geli məhsulunu 250 qramlıq qabda qablaşdırmaqla 8017 ədəd istehsal edib 01 ədədini 1,5 manata olmaqla, 7400 ədəd sataraq cəmi 11.100 manat, eyni niyyətlə, 1 yanvar 2019-cu il tarixdən 31 yanvar 2021-ci il tarixədək köpüklənmə göstəricisinə əsasən QOST 31696 işarəli standartın cavab verməyən «Jolie» nişanlı saçları n yuyulması üçün şampun məhsulunu (kəpəyə qarşı, + vitamin E) 500 qramlıq qabda qablaşdırmaqla 4920 ədəd istehsal edib 01 ədədini 1,7 manata olmaqla, 3750 ədəd sataraq cəmi 6.375 manat, «Herbal» nişanlı saçların yuyulması üçün şampun məhsulunu (kəpəyə qarşı, + mineral) 250 qramlıq qabda qablaşdırmaqla 4280 ədəd istehsal edib 01 ədədini 1,4 manata olmaqla, 3750 ədəd sataraq cəmi 5.250 manat, eyni niyyətlə, 1 yanvar 2020-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək üzvü turşuların miqdarına əsasən AZS ***-**** işarəli standartın tələblərinə cavab verməyən «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (rozmarin) 350 qramlıq qabda qablaşdırmaqla 1170 ədəd istehsal edib 01 ədədini 0,3 manata olmaqla, 650 ədəd sataraq cəmi 195 manat, 01 litrlilik qabda qablaşdırmaqla 360 ədəd is tehsal edib 01 ədədini 0,65 manata olmaqla, 360 ədəd sataraq cəmi 234 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (yaşıl) 350 qramlıq qabda qablaşdırmaqla 1450 ədəd istehsal edib 01 ədədini 0,3 manata olmaqla, 650 ədəd sataraq cəmi 195 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (mavi) 350 qramlıq qabda qablaşdırmaqla 1440 ədəd istehsal edib 01 ədədini 0,3 manata olmaqla, 650 ədəd sataraq cəmi 195 manat, 5 litrlilik qabda qablaşdırmaqla 650 ədəd istehsal edib 01 ədədini 2,4 manata olmaqla, 650 ədəd sataraq cəmi 1.560 manat, göstərilən standart uyğunsuzluğu ilə yanaşı qablaşdırması üzərindəki çəki göstəricisi ilə əlaqədar QOST 8.579-2002 işarəli standartın tələblərinə cavab verməyən «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulu nu (ananaslı) 350 qramlıq qabda qablaşdırmaqla 850 ədəd istehsal edib 01 ədədini 0,3 manata olmaqla, 650 ədəd sataraq cəmi 195 manat, suda həll olunmayan maddələrin və aktiv xlorun miqdarına əsasən AZS ***-**** işarəli standartın tələblərinə cavab verməyən «Payt» nişanlı təmizləyici toz məhsulunu (alma, sodalı) 500 qramlıq qabda qablaşdırmaqla 120 ədəd istehsal edib 01 ədədini 0,5 manata olmaqla, 120 ədəd sataraq cəmi 60 manat, eyni niyyətlə, 1 iyul 2020-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək köpüklənmə göstəricisinə əsasən QOST 31696 işarəli standartın cavab verməyən «Spark» nişanlı saçların yuyulması üçün şampun məhsulunu (+balzam) 500 qramlıq qabda qablaşdırmaqla 3335 ədəd istehsal edib 01 ədədini 1,3 manata olmaqla, 2100 ədəd sataraq cəmi 2.730 manat, ümumilikdə 232.750 (iki yüz otuz iki min yeddi yüz əlli) manat dəyərində malları Bakı şəhəri və Respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərinə satmağa nail olmaqla həmin malların ölçüsünə, çəkisinə, istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmış, yuxarıda göstərilən ayrı-ayrı məhsul üzrə qeyd olunan dövr ərzində istehsal edilmiş və müvafiq standartlara cavab verməyən, «Tosol» nişanlı antifriz məhsulunu (mavi - 40 dərəcə C) 1000 qramlıq qabda qablaşdırılmış halda 1112 ədəd olmaqla cəmi 2.224 manat, «Sniezka Tosol» nişanlı antifriz məhsulunu (mavi-40 dərəcə C) 5000 qramlıq qabda qablaşdırılmış halda 211 ədəd olmaqla cəmi 1.055 manat, «Hit Bio Net» nişanlı məhsulunu (tuz ruhu) 600 qramlıq qabda qablaşdırılmış halda 5170 ədəd olmaqla cəmi 3.102 ma nat, «Ecostos universal gel» nişanlı ağardıcı və dezinfeksiya edici məhsulunu 500 qramlıq qabda qablaşdırılmış halda 700 ədəd olmaqla cəmi 700 manat, 750 qramlıq qabda qablaşdırılmış halda 831 ədəd olmaqla cəmi 1.163,4 manat, «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (manual) 250 qramlıq qabda qablaşdırılmış halda 520 ədəd olmaqla cəmi 260 manat, «ABC» nişanlı paltarların yuyulması üçün toz məhsulunu 500 qramlıq qabda qablaşdırılmış halda 1300 ədəd olmaqla cəmi 780 manat, «ABC++» nişanlı paltarların yuyulması üçün toz məhsulunu 500 qramlıq qabda qablaşdırılmış halda 1000 ədəd olmaqla cəmi 600 manat, «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (bahar təravəti) 250 qramlıq qabda qablaşdırılmış halda 2000 ədəd olmaqla cəmi 1.000 manat, «Era» nişanlı paltarların yuyulma sı üçün toz məhsulunu (bahar təravəti) 500 qramlıq qabda qablaşdırılmış halda 300 ədəd olmaqla cəmi 150 manat, «Eko» nişanlı qabların yuyulması üçün maye məhsulunu (çiyələk) 450 qramlıq qabda qablaşdırılmış halda 420 ədəd olmaqla 168 manat, «Era» nişanlı qabların yuyulması üçün maye məhsulunu (okean, rose) 0,450 litrlilik qabda qablaşdırılmış halda 500 ədəd olmaqla cəmi 225 manat, «Ayna ov» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (çiyələkli) 500 qramlıq qabda qablaşdırılmış halda 270 ədəd olmaqla cəmi 162 manat, «Era» nişanlı təmizləyici toz məhsulunu (almalı) 500 qramlıq qabda qablaşdırılmış halda 745 ədəd olmaqla cəmi 447 manat, «Eko» nişanlı paltarların yuyulması üçün toz məhsulunu (limon) 500 qramlıq qabda qablaşdırılmış halda 371 ədəd olmaqla cəmi 222,6 manat, «Subrina» nişan lı duş geli məhsulunu 250 qramlıq qabda qablaşdırılmış halda 617 ədəd olmaqla cəmi 925,5 manat, «Jolie» nişanlı saçların yuyulması üçün şampun məhsulunu (kəpəyə qarşı, + vitamin E) 500 qramlıq qabda qablaşdırılmış halda 1170 ədəd olmaqla cəmi 1.989 manat, «Herbal» nişanlı saçların yuyulması üçün şampun məhsulunu (kəpəyə qarşı, + mineral) 250 qramlıq qabda qablaşdırılmış halda 530 ədəd olmaqla cəmi 742 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (rozmarin) 350 qramlıq qabda qablaşdırılmış halda 520 ədəd olmaqla cəmi 156 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (yaşıl) 350 qramlıq qabda qablaşdırılmış halda 800 ədəd olmaqla cəmi 240 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (mavi) 350 qramlıq qabda qablaşdırılmış halda 790 ədəd olmaqla cəmi 237 manat, «Lux Era» nişanlı əllərin yuyulması üçün maye sabun məhsulunu (ananaslı) 350 qramlıq qabda qablaşdırılmış halda 200 ədəd olmaqla cəmi 60 manat, «Spark» nişanlı saçların yuyulması üçün şampun məhsulunu (+balzam) 500 qramlıq qabda qablaşdırılmış halda 1235 ədəd olmaqla cəmi 1.605,5 manat, ümumilikdə 18.214 manat dəyərində malları satış məqsədilə saxladığı ünvan 3 (digər hüquqi sənədlər üzrə ünvan 2 ünvanında yerləşən faktiki rəhbərlik etdiyi istehsal müəssisəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qərarın icrası üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 11 fevral 2021-ci il və 26 fevral 2021-ci il tarixlərdə baxış keçiri lərkən aşkar olunmaqla götürüldüyündən həmin malları satmağa nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, ümumilikdə 18.214 (on səkkiz min iki yüz on dörd) manat dəyərində həmin malların ölçüsünə, çəkisinə, istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmağa cəhd etmiş, həmin hərəkətləri ilə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət tənzimlənməsi, yəni malların lazımi keyfiyyətdə olmasının və təhlükəsizliyinin nizamlanması sahəsində işini pozmaqla, yəni cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlə t ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni baxışa təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü X4 Azərbaycan Respublikası CM-in 200.2.3-cü və 308.2-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hissədə əsassıdır. Belə ki, müəssisədə faktiki aşkar edilmiş malların keyfiyyətsiz olması, həmin müəssisə tərəfindən əvvəlki illərdə də istehsal olunmuş məhsulların keyfiyyətsiz olması nəticəsinə gəlinməsinə əsasdır və həmin məhsulların faktiki mövcud olmaması əsas götürülməklə R.İsmayılov cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şi kayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmünün X5 Azərbaycan Respublikası CM-in 29, 200.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və R.İsmayılov barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə məhkum R.İsmayılovun və müdafiəçi A.Əzizovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şik ayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilir ki, apellyasiya instansiya məhkəməsinin hökmü X4 Azərbaycan Respublikası CM-in 200.2.3-cü və 308.2ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hissədə əsassızdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hökmünün X5 Azərbaycan Respublikası CM-in 29, 200.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və R.İsmayılov barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunu r. Azərbaycan Respublikası CM-in 200.1-ci maddəsində “İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 200.2-ci maddəsinə görə “Eyni əməllər: 200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “xeyli m iqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür.” Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə görə “Bu Məcəllənin 308.1-ci maddəs i ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cina yət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə al ınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası verilmiş kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək həmin dəlilləri əsassız hesab edir və apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Rövşən İsmayılovun CM-in 200.2.3 və 308.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair toplanılmış sübutlar onun həmin maddələr üzrə ittiham olunması üçün yetərli olmamışdır. Belə ki, cinayət işi üzrə X4 irəli s ürülən ittihamın bir hissəsindən görünür ki, o, fərdi sahibkar kimi 1 yanvar 2015-ci ildən 31 yanvar 2021-ci il tarixə kimi fəaliyyət göstərdiyi müəssisədə keyfiyyətsiz məhsullar istehsal etmiş və onu sataraq 232.750 manat məbləğində gəlir əldə etməklə istehlakçıları aldatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 1 yanvar 2015-ci ildən 31 yanvar 2021-ci ili əhatə edən dövr ərzində keyfiyyətsiz olması iddia edilən məhsulların qiyməti hesablanaraq 232.750 manat müəyyən edilmişdir. Rəy tədqiq olunduqda müəyyən olunmuşdur ki, onun tərtib edilməsi zamanı istifadə olunan məlumatlar yalnız Rövşən İsmayılovun ifadəsinə əsaslanmışdır. Halbuki, Rövşən İsmayılov ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, araşdırma zamanı ondan əvvəllər standartlaşma institutu tərəfindən keyfiyyətsiz olması barədə nəticəyə gəlinmiş mallardan hansı sayda və hansı müddətdə olmaqla hansı qiymətə satılması barədə soruşulduqda təxmini olaraq bu barədə bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülən ittihamın 232.750 manat dəyərində keyfiyyətsiz məhsullara aid hissəsi ibtidai istintaq dövründə ziddiyyətli və mübahisəli olmuşdur. Belə ki, 232.750 manat dəyərində keyfiyyətsiz olması iddia edilən məhsullar haqqında, yəni onların istehsal ili, növü, çəkisi, aylıq satış miqdarı, əldə edilən gəlirlər və s. barədə məlumatları təqsirləndirilən şəxs Rövşən İsmayılov özü ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirsə də, o, heç bir ifadəsində əvvəlki illərdə satdığı məhsulların keyfiyyətsiz olmasını bildirməmiş, əksinə həm ibtidai, həm məhkəmə istin taqı zamanı bu ittihamı təkzib etmişdir. Həmin məhsulların keyfiyyətsiz olmasını Rövşən İsmayılovun rəhbərlik etdiyi müəssisədə işləyən şəxslər (şahidlər) Şahid5, Şahid7, Şahid8, Şahid2 Məhəmməd oğlu, Şahid6, Şahid1 və Şahid12 da ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində təsdiq etməmişlər. Rövşən İsmayılov irəli sürülən ittihamın əksinə olaraq ifadəsində göstərmişdir ki, müəssisədə istehsal edilən bütün çeşid məhsullardan Gigiyena və Epidemiologiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin nəzdində olan standartlaşdırma idarəsi tərəfindən nümunələr götürülmüş və 1 illik uyğunluq sertifaktı verilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsi tərəfindən fiziki şəxs Rövşən İsmayılova 19 mart 2020-ci il tarixdən 19 mart 2021-ci il tar ixə kimi 22 ədəd “Uyğunluq Sertifikatı”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” tərəfindən isə 8 ədəd 7 aprel 2020-ci il tarixdə “Gigiyenik Sertifikat” verilmişdir. Rövşən İsmayılov ifadələrində 1 yanvar 2015-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan müddətdə istehsal etdiyi və dəyəri 232.750 manat təşkil edən məhsullardan “Bravo”, “Bazarstore” və s. ticarət obyetklərində satıldığını bildirsə də, ibtidai istintaq qurumu bu məsələni ümumiyyətlə araşdırmamış, həmin məhsullardan əldə edib onlardan nümunələr götürərək tədqiqatlar aparılmamış, onların təxmini deyil, dəqiq qiymətinin nə qədər olmasını müəyyən etməmişdir. Qeyd edilən dövrdə istehsal edilmiş məhsullar isə müəssisənin özündə və onun anbarında aşkar edilmədiyi üçün onların çəkisinə, istehlak xüsusiyyətinə, keyfiyyətinə görə müvafiq standartlara cavab verib – verməməsinin yoxlamaq üçün üzərində laborator sınaqlar və müayinələrin aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı 1 yanvar 2015-ci il tarixdən 31 yanvar 2021-ci il tarixlərdə satılması iddia edilən 232.750 manat dəyərində, hər hansı bir nümunəsi mövcud olmayan və tərkibi yoxlanılmayan məhsulların keyfiyyətsiz olması qənaətini hər hansı mötəbər sübuta əsaslanaraq hasil etməmiş, müəssisədən satış üçün nəzərdə tutulan 18.214 manat dəyərində xx.xx.2021-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş məhsulların müvafiq standartlara cavab verməməsi ilə əlaqələndirmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə görə müəssisədən aşkar edilmiş 18.214 manat d əyərində olan məhsullar çəkisinə, istehlak xüsusiyyətinə, keyfiyyətinə görə standartlara cavab vermədiyindən, əvvəlki dövlərdə (xx.xx.2015-xx.xx.2021) artıq satışı baş tutmuş dəyəri 232.750 manat olan məhsullar da müvafiq standartlara cavab verməmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı Rövşən İsmayılovun fəaliyyət göstərdiyi müəssisədən aşkar edilmiş, 18.214 dəyərində olan məhsulların xüsusiyyətlərini, yəni keyfiyyətsizliyini əvvəlki illərdə satılmış, aşkar edilməsi mümkün olmayan, tərkibi yoxlanılmayan eyni adlı digər məhsullara da şamil etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı anbardan aşkar edilmiş məhsulların keyfiyyətsziliyini əvvəlki illərdə, yəni 1 yanvar 2015-ci il tarixdən 31 yanvar 2021-ci il satılmış məhsullara şamil edərkən həmin məhsul ların bir-birindən fərqli olması halını da nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellaysiya instansiya məhkəməsi haqlı olaraq ibtidai istintaq orqanının, həmçninin birinci instansiya məhkəməsinin 1 yanvar 2015-ci il tarixdən 31 yanvar 2021-ci il tarixlərdə istehsal edilərək satılmış məhsulların keyfiyyətsiz olması barədə qənaəti ilə razılaşmamış və hesab etmişdir ki, Rövşən İsmayılova irəli sürülən ittihamın 232.750 manat dəyərində məhsulların keyfiyyətsizliyinə dair hissəsi ziddiyətli olmaqla bərabər, ehtimallar və fərziyyələr üzərində qurulmuşdur. İttihamın həmin hissəsi ilə bağlı mövcud olan sübutlar onun təsdiq edilməsi üçün kifayətedici həcmdə deyildir. Məhkəmə kollegiyası həmçinin protestdə Rövşən İsmayılova CM-in 308.2-ci maddəsi ilə əssasız olaraq bəraət verilməsin ə dair dəlilləri ilə razılaşmır və bununla bağlı qeyd edir ki, ideal məcmuya aid edilən cinayətlərdən biri başa çatmış, digər isə başa çatmamış ola bilməzdi. CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli maddi tərkibli olduğu üçün hər hansı ağır nəticənin baş verməsi tələb edilir ki, cinayət işində istehlakçıların 18.214 dəyərində aldadılmağa cəhd edilməsi özü-özülyündə ağır nəticənin baş verməsini istisna etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərənca m vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Rövşən İsmayılovun əməlində CM-in 308.2-ci madd əsinin mövcudluğu öz təsdiqini tapmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının ş ərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkumun əsassız olaraq CM-in 29, 200.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, R.İsmayılova qarşı irəli sürülmüş ittihamın müəssisədən 18.214 manat dəyərində aşkar edilmiş məhsulların öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsi, yəni həmin keyfiyyətsiz malların ölçüsünə, çəkisinə, istehlak xüsusiyyəti və keyfiyyətinə görə istehlakçıları aldatmağa cəhd etməsi ilə bağlı hissəsi əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, məhkum X5 qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı əldə edilmiş xx.xx.2021-ci il tarixli rəyi və təkrar kompleks məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, hər iki rəyin məzmunundan müəyyən olunur ki, Rövşən İsmayılovu n fəaliyyət göstərdiyi müəssisədən aşkar edilərək götürülmüş məhsullardan 18.214 manat dəyərində olan hissəsi müvafiq standartların (QOST və AZS) tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, pr otestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar