Məhkəmə qərarları › İş №1(102)-35/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-35/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-35/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X4 barəsin də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxx 1983-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkend rayonu, Leninkend kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Rusiya Federasiyası, Qarabudaqkend rayonu, Qubden kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 42.0.9 və 52-ci maddəsinə əsasən barəsində əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq olunmuş, əlavə cəzanın icra edilməsi məhkumun əsas cəzasını icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə X4 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2018-ci ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməmiş yerdə, şəxsiyyəti is tintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qəhvəyi rəngli çantanın içərisində, geyim əşyalarının altında gömrük nəzarətindən gizlədilmiş 4.200 ədəd 5.000-lik, 8.953 ədəd 1.000-lik, 54 ədəd 500-lük nominallı əskinaslardan ibarət, külli miqdarda, 902.398 (doqquz yüz iki min üç yüz doxsan səkkiz) manat məzənnəsində cəmi 29.980.000 (iyirmi doqquz milyon doqquz yüz səksən min) Rusiya rublunu əldə edərək idarə etdiyi “Volvo FN 12” markalı, E************ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasına qoymuş və 19 yanvar 2018-ci il tarixd ə saat 1830 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim V.C.Cəfərov, hakimlər N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət tərkibdə) 25 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinə tövsüf edilmiş və ona 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə maddi sübut olan-Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 4.200 ədəd 5.000-lik, 8.953 ədəd 1.000-lik, 54 ədəd 500-lük nominallı əskinaslardan ibarət, külli miqdarda, 902.398 (doqquz yüz iki min üç yüz doxsan səkkiz) manat məzənnəsində cəmi 29.980.000 (iyirmi doqquz milyon doqquz yüz səksən min) qaçaqmalçılıq predmeti olan Rusiya rublu sahibi X7 qaytarılmış, hökm qalan hissədə dəyişdirilməmiş, apellyasiya şikayətləri təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq müddətində verdiyi ifadələrdə Məhkum “Samur” gö mrük postunun qarşısında tanımadığı şəxsin ona verdiyi çantaların içərisində pul olduğunu bilmədiyini, pulların kimə məxsus olmasından məlumatı olmadığını göstərmişdir. Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, “Samur” gömrük postuna çatmağına az qalmış əmisi X6 zəng vuraraq bir nəfərin ona bir neçə çanta və az miqdarda pul verəcəyini bildirmiş, həmin çantaları və pulu Rusiyada sahibinə çatdırmağını tapşırmışdır. İbtidai istintaq müddətində verdiyi ifadələrdə Məhkum törətdiyi cinayət əməli ilə konkret olaraq əmisi X6 heç bir əlaqəsi olmadığını göstərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, sahibkar tanışı X10 xahişi ilə 19 yanvar 2018-ci ildə Azərbaycan Respublikasında olan qardaşı oğlu X4ə zəng v uraraq bir nəfərin ona əşyalar və az miqdarda pul verəcəyini, həmin əşya və pulu Rusiyaya keçirməsini bildirmişdir. Lakin pulun konkret məbləği barədə onun məlumatı olmamışdır və bu barədə X4 heç nə deməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilmiş X17 göstərmişdir ki, Məhkum götürülmüş pullar ona məxsusdur. Belə ki, Quba rayonunda yaşayan X8 adlı qadının xahişi ilə 2016-cı ilin dekabr ayından 2017-ci ilin oktyabr ayınadək avtobus və taksi sürücüləri ilə xalçaçılıq işini inkişaf etdirməsi üçün X8 ayda 300.000400.000 rubl göndərmiş, X8 işindəki problemlər səbəbindən pulu ona qaytarmaq istədiyini demiş, o isə pulu nağd formada göndərməsini bildirmişdir. X8 əri vasitəsilə həmin pulu X4 çatdırmışdır. Sumqayıt Apelyasiya Məhkəməsində şahid qismində dindirilmiş X2 hansı mə bləğdə pul göndərəcəyindən məlumatı olmadığını, bununla belə X6 qardaşı oğlu X4 pulları gömrükdən bəyan etməklə qanuni şəkildə keçirməsini tapşırdığı göstərmişdir. Qanunvericilik qeyd edilən məbləğdə pulun qanuni şəkildə bəyan edilməklə nağd şəkildə ölkədən çıxarılmasına icazə vermir. Protestdə həm də qeyd edilmişdir ki, sərhədkeçmə hesabatından görünür ki, X17 2018- ci ilin yanvar ayından etibarən dəfələrlə Azərbaycan Respublikasına gəlmiş, lakin bir dəfə də olsun “sahibi” olduğu pulların aqibəti ilə maraqlanmaq üçün istintaq orqanına gəlməmiş, zərərçəkmiş şəxs qismində tanınmaq üçün müraciət etməmiş və qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi vasitədən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı isə X10 birdən-birə peyda olaraq pulların ona məxsus olduğunu bildirmiş, öz ifadəsi ni möhkəmləndirmək məqsədi ilə kənardan şahidlər taparaq onları istiqamətləndirmiş, apellyasiya məhkəməsi isə heç bir əsası olmayan, heç bir sübutla təsdiq edilməyən bu ifadələri qəbul edərək pulun həmin şəxsə qaytarılmasına qərar vermişdir. X10 özünü pulun sahibi, X8 pulu Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərən, X6 pulu təhvil götürüb sərhəddən keçirilməsini Məhkuma tapşıran, X3 isə pulu bilavasitə Məhkuma təhvil verən şəxs kimi təqdim etsələr də, cinayət işi üzrə qeyd edilən şəxslərin heç birinin əməlinə hüquqi qiymət verilməmiş, onların cinayətdə iştirakçı olub-olmamaları aydınlaşdırılmamışdır. Zəruri araşdırma aparılmaqla göstərilən şəxslərin əməllərinə və cinayətdə iştirakçı olub-olmamalarına qiymət verilmədən, eyni zamanda həqiqətən X10a məxsus olub-olmadığını mü əyyən etmədən cinayətin predmeti olan pulun ona qaytarılması əsassızdır. Nəzərə alınmalıdır ki, baxılması üçün məhkəməyə yalnız Məhkumla bağlı epizod verilmişdir və digər iştirakçıların barəsində ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir.X10, X6, x3 və Məhkum 30 milyon rubl kimi böyük miqdarda pulun konkret məbləğini bilmədiklərini, bu barədə soruşmadıqlarını və maraqlanmadıqlarını, X3 isə pulun məbləği barədə heç kimə heç nə demədiyini, göndərdiyi pulun taleyi ilə maraqlanmadığını göstərmişlər. Aşkar şəkildə görünür ki, həmin şəxslər göndərilən məbləğin miqdarını bilməmək taktikasından istifadə edərək bu yolla qaçaqmalçılıq cinayətinin törədilməsində iştiraklarının olmadığını göstərməyə və ayrılmış cinayət işi üzrə ortaya çıxa biləcək məsuliyyətdən yayınmağa çalışaraq qeyri-sə mimi ifadə vermişlər. X10 ifadələrində 30 milyon rubl məbləğində pulu hissə-hissə müxtəlif vaxtlarda sürücülərlə X8 göndərdiyini bildirsə də, həmin xüsusatların həqiqətə uyğun olmasına dəlalət edən heç bir sübut yoxdur. Halbuki həmin pullar həqiqətən X10 məxsusdursa və Azərbaycan Respublikası ərazisinə qanuni yolla gətirilmişdirsə, bu faktları təsdiq edən sənədlər təqdim edilməli, pulları gömrük sərhədindən keçirən şəxslər müəyyən edilərək ifadələri alınmalı və ifadələrinin həqiqətə uyğun olub-olmaması müəyyən edilməlidir. Sözügedən məbləğdə pulun konkret olaraq nə vaxt, harada, kim tərəfindən, hansı gömrük postundan keçirilməklə və hansı məbləğdə Azərbaycan Respublikasına gətirilməsi müəyyən edilməli və qiymət verilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası ərazi sinə valyuta gətirilməsinə heç bir maneə yoxdur. 10.000 ABŞ dollarına qədər valyuta gömrük orqanlarına şifahi formada bəyan edilməklə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə valyuta yazılı formada bəyan edilməklə, 50.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə valyuta isə yazılı formada bəyan edilməklə və müvafiq bank çıxarışı təqdim edilməklə nəqd formada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər. Necə olur ki, guya pulları Azərbaycan Respublikasına göndərərkən X10 qanunvericiliyin bu tələbinə əməl edir və pulları hissə-hissə göndərir, pulları geri qaytararkən isə ümumiyyətlə bu barədə maraqlanmır, soruşmur. Bundan başqa, protestdə göstərilmişdir ki, məhkəmə 13.207 əskinasdan, yəni 132 dəstədən ibarət olan pulu Məhkum gömrük postunun qarşısında hansı şər aitdə saya, məbləğini dəqiqləşdirə və ya və gömrük orqanına bəyan edə biləcəyi kimi sadə məsələyə diqqət yetirməmiş və qərarında bu xüsusatı nəzərə almamışdır. Eyni zamanda dəfələrlə Azərbaycan Respublikasının gömrük sərhədindən keçən Məhkum, Azərbaycan Respublikasının vətəndaşları olan X8 və X3, sahibkarlıq faəliyyəti ilə məşğul olan və bilavasitə deputat kimi fəaliyyət göstərən x10 30 milyon rubla yaxın xarici valyutanın ölkədən nağd şəkildə çıxarılmasına icazə olmaması barədə nəinki məlumatların olmaması, ümumiyyətlə pulun məbləği ilə maraqlanmamaları barədə ifadələrinə tənqidi yanaşılmamışdır. 14 sentyabr 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda 29.980.000 Rusiya rublunun ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək Dövlət Gömrük Komitəsinin Xəzinəs ində saxlanılmalı olduğu qeyd edildiyi və həmin hissənin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında ləğv edilmədiyi nəzərə alınmalıdır. Həmçinin protestdə qeyd edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Məhkum əməli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 206.1ci maddəsinə tövsif edilmişdir. Yəni məhkəmə Məhkum külli miqdarda valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməkdə təqsirli bilmişdir. Belə olan halda cinayətin predmeti olan xarici valyutanın malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 4 çantanın birinin içərisində paltarların altından gizlətmiş, pul barədə heç kimə məlumat verməmiş şəxsin, həmçinin içərisində pul olan çantanı digər çantalarla birlikdə Azərbaycan-Rusiya sərhədinə qədər gətirib gömrük postunun qarşısında sürücüyə bilavasitə təhvil vermiş və pulun məbləği barədə sürücünü məlumatlandırmamış şəxsin, sürücüyə içərisində pul olan çantanı qəbul edib gömrükdən keçirməsi barədə göstəriş vermiş, lakin məbləği barədə məlumat verməmiş şəxsin əməllərinə hansı hüquqi qiymət verilməsi məsələsi açıq qalmışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti ola n mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bundan əlavə beynəlxalq konvensiya və qanunvericiliyin tələbləri baxımından da Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2016-cı il tarixli qərarı ləğv edilməl idir. Belə ki, bu məsələyə dair Avropa məhkəməsinin presedent hüququnun tətbiqinə dair hazırkı cinayət işi üzrə nəzərdən keçirilməli olan müsadirənin hüquqiliyinə əsas verən 2 müstəqil hal diqqəti cəlb edir: hüquqazidd fəaliyyətin qarşısının alınması; vergi ödənilməsindən yayınmanın qarşısının alınması. Birinci əsasla bağlı, qeyd olunmalıdır ki, “ehtiyat təkərin içərisində gömrük sərhədindən gizlin keçirilməsi ilə bağlı qızıl sikkələrin müsadirəsinin” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olduğunun müəyyən edildiyi “Aqosi Birləşmiş krallığa qarşı iş üzrə” qərarında, Avropa Məhkəməsi bir sıra digər qərarlarına istinad edərək (məsələn, “Sporronq və Lönnroth” qərarı 23.09.1982), dövlətlərin ümumi maraqlara uyğun olaraq qaydalar müəyyən emək və bu yolla mülkiyyətin istifadəsi nə nəzarət etmək hüququna malik olduğunu göstərməklə (bənd 48), qeyd etmişdir ki, “təkrarən bildirir ki, üzv dövlətlərin hüququnda tanınmış ümumi prinsiplərə uyğun olaraq qaçaq mallar müsadirə predmeti ola bilər, bu bütün dövlətlərin həm milli hüququ, həm də beynəlxalq öhdəliklərindən irəli gəlir, dövlətin əmlakdan qanunsuz istifadə üzərində nəzarət səlahiyyəti ilə bağlıdır, qanun pozuntularının qarşısını alınmasına yönəlmişdir, müsadirənin haqlı ola bilməsi üçün qaçaq əmlak sahibinin davranışında həmin mallarla bağlı hər hansı qanunauyğunsuzluq olmalıdır, əmlak sahibi yalnız “məsum” olduqda müvafiq əmlakı geri tələb edə bilər”. Bu əsaslarla məhkəmə tərəfindən “qaçaq malın müsadirəsi”nin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olduğu müəyyən edilmişdir. Digər bir məsələ, ve rgi ödənilməsindən yayınmanın da müsadirənin hüquqiliyinə əsas verən müstəqil hal kimi göstərilməsidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək məqsədi ilə yanaşı, vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməsi məqsədi ilə də mülkiyyətdən məhrum etmənin mümkünlüyü nəzərdə tutulmuşdur. Cinayət işi üzrə şəxsin əməli CM-in 206.1-ci maddəsi ilə tam əhatə olunduğundan ona əlavə olaraq dövlət rüsumunu ödəməkdən yayınmağa görə CM-in 209.2ci maddəsi ilə də ittiham elan edilməmiş, bununla əlaqədar müvafiq əmlak CPM-in 132.0.4-cü maddəsinə uyğun olaraq müsadirə olunacağı ilə bağlı maddi sübut kimi tanınm ışdır. Lakin, məhkəmə tərəfindən müsadirə olunmalı olan əmlak dövlət nəfmə keçirilməyərkən nəzərə alınmamışdır ki, təqsirləndirilən şəxs tərəfindən ciddi məbləğ təşkil edən və Azərbaycan Respublikası dövlət büdcəsinə aid olan dövlət rüsumu ödənilməmişdir. Göründüyü kimi, bu zaman məhkəmə qanunçuluğu və ədaləti bərqərar etməmişdir. Belə olan halda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sadalanan qərarlarında vurğuladığı üzv dövlətlərdə ümumi və fərdi maraqların düzgün balansından da söhbət gedə bilməz. Göstərilənlərə əsasən ittiham tərəfi hesab edir ki, hər bir halda, hazırki cinayət işi üzrə Məhkum dövlət gömrük nəzarətindən gizli şəkildə Azərbaycan Respublikasından çıxardığı pul vəsaiti qaçaqmalçılıq cinayəti üzrə maddi sübut qismində yuxarıda sadalanan hüquqi əsaslar (eləcə də “İsmayı lov Rusiyaya qarşı”, “Aqosi Birləşmiş krallığa qarşı və s. əlaqəli qərarlar) və qərar qəbul edilərkən qüvvədə olan CPM-in 132.0.4-cü maddəsinə uyğun olaraq tam şəkildə dövlət nəfmə müsadirə olunmalıdır. Qaçaqmalçılıqla mübarizəni təmin etməklə müstəsna yükə malik qeyd olunan cinayət işləri üzrə qanunçuluğu tam, bütün tələbləri ilə təmin edən və gələcəkdə ciddi nöqsanlara, sui-istifadə hallarına yol açmayacaq düzgün praktikanın mövcud olması zəruridir. Odur ki, qaçaqmalçılığın beynəlxalq mübarizə predmeti olması, daxili bazar, iqtisadi suverenlik, digər milli dəyərlər üzrə mühüm təhlükə olması, onunla bağlı qəbul edilən konkret qərarın daha geniş ictimai təhlükələrə cavab verib-verməyəcəyi nəzərə alınmaqla kassasiya protesti üzrə qəbul ediləcək məhkəmə qərarı qarşısında son dərəcə həssas mü nasibət və qanunun tələbləri üzrə hər bir çatışmazlığın yerbəyer edilməsi kimi hüquqi tələb mövcuddur. Digər bir tərəfdən belə olan halda, müvafiq cinayət üzrə cinayət predmeti olan maddi sübutlar barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qəbul edilərkən qüvvədə olan CPM-in 132.0.4-cü maddəsinin aşkar tələbinin, yəni qanunun bəs hansı hallarda tətbiq ediləcəyi barədə sual yaranır. CPM-in 132.0.4-cü maddəsində cinayət predmeti olan maddi sübutla bağlı ancaq iki qərar qəbul edilməsi imkanı nəzərdə tutulmuşdur: 1. cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir (qanun bunu mülki iddianın olubolmamasından asılı etməmişdir); 2. dövlətin nəfmə keçirilir. Hansı ki, qaçaqmalçılıq cinayəti üzrə cinayət predmetinin müsadirəsi təkcə qanunun deyil, onun rəsmi şərhinin, beynəlxalq konvensiyaların tələblərindən irəli gəlir. 01 mart 2003-cü il tarixdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyanın 1-ci maddəsində göstərilir ki, “müsadirə” dedikdə, cinayət işi və ya cinayət işləri üzrə məhkəmə icraatı nəticəsində məhkəmə tərəfindən təyin edilən və əmlakdan məhrum etməkdən ibarət olan cəza və ya digər tədbir başa düşülür. İttiham tərəfi xüsusilə vurğulayır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qəbul edilərkən qüvvədə olan CPM-in 132.0.4-cü maddəsində birbaşa göstərilmişdir ki, “cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməs inə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlət nəfinə keçirilir”. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29- cu maddələrinin tələbləri nəzərə alınaraq əmlak müsadirəsinin cinayət törədilərkən istifadə olunmuş alət və vasitələrə, habelə cinayət yolu ilə əldə edilmiş əmlaka yönəldilmə si göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfmə alınmasını xüsusi müsadirə adlandırmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qəbul edilərkən qüvvədə olan CPM-in 132.0, 132.0.1 və 132.0.4-cü maddələrində cinayətin predmeti olan pulun dövlət nəfmə keçirilməsinin nəzərdə tutulmasını qeyd etsə də Sumqayıt Apellyasiya Məhkəməsi həmin normalara əməl etməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlilləri ni müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, ka ssasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestinin dəlillərini təhlil edən məhkəmə kollegiyası ilk növbədə vurgulayır ki, apellyasiya məhkəməsi Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəlləsinin 206.1-ci maddəsinə tövsif edilməli olduğuna, cinayətin predmeti – pul vəsaiti Məhkum deyil, digər şəxsə məxsus olduğuna və həmin vəsaitin sahibinə qaytarımalı olduğuna dair nəticəni məhkəmədə tədqiq olunmuş sübutlarda olan məlumatlara, işin digər faktiki hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına, həmin məhkəmənin müvafiq işlər üzrə qərarlarına və Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək kif ayət qədər geniş və ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında, ittiham tərəfinin etirazları olmadan əlavə şahid qismində X12, X17, X8 və X5 ətraflı dindirmiş, lakin onların ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsi qeyd olunan şahidlərin ifadələri ilə tam uyğunluq təşkil etmiş, heç bir ziddiyyət birinci instansiya məhkəməsi tərəfindən aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan şahid ifadələrini və Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsini sübut kimi qəbul etməməsini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zama nı Məhkum müdafiə taktikasını dəyişərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü əmisi X6 Rusiyadan zəng edib bildirmişdir ki, ona gömrükdə bir nəfər yaxınlaşaraq bir neçə çanta əşya, o cümlədən az miqdarda pul verəcək, həmin əşyaları və pulları Rusiyadakı sahibinə çatdırmalıdır. Rentgen aparatından maşını keçirdikdən sonra yolun kənarında yerləşən «Ukrayna» restoranında yemək yemiş, bundan sonra avtomobilə yaxınlaşmış və bu zaman tanımadığıbir şəxs ona yaxınlaşaraq ona 4 ədəd çanta vermiş, həmin çantaları maşının kabinasına yığmışdır. Çantaları verən şəxsin ləhcəsi və zahiri görnüşündən başa düşmüşdür ki, bu şəxs dağıstanlıdır, lakin adını soruşmamışdır. O, artıq bilirdi ki, bu çantalardan birində pul var idi, lakin həmin pulun həddindən artıq çox olduğunu bilməmiş və həmin pulu bəyan etməyi lazım bilməmişdir. Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ardıcıl ifadələrində hadisə günü gömrük postunun qarşısında «Ukrayna» restoranında yemək yediyini, sonra avtomaşına yaxınlaşıb maşını hərəkət etdirmək istəyərkən yaxınlaşan bir minik avtomobilindən üzdən tanıdığı, lakin adını bilmədiyi həmyerlisi düşüb onunla salamlaşmış, ondan 4 çanta yükün Rusiya Federasiyasına keçirməyi xahiş etdiyini, razılaşaraq çantaları öz maşınının kabinasına yığdığını, çantalardan birinin digərlərindən ağır olduğunu, gömrükdən həmin çantalardakı əşyaları bəyan etmədiyini, çantalara baxış zamanı gömrük əməkdaşlarının çantalardan birində 29.980.000 Rusiya rublu aşkar etdiklərini göstərməsi onun məhkəmədə hadisənin baş verməsi versiyasına dair ifadəsi arasında kəskin fə rq mövcud olmuş və Məhkum məhkəmədə bu fərqin səbəbini izah edə bilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR CPM-in təqsirsizlik prezumsiyası 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlar ının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin məcəllənin 125.8-ci maddəsində qeyd olunur ki, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Nəhayət həmin məcəllənin 126.6-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qanunvericiliyin bu tələblərindən görünür ki, birinci instansiya məhkəməsi Məhkum ibtidai istintaqda verdiyi ifadələrini birinci instansiya məhkəməsində dəyişdirməsini onun müdafiə hüququndan istifadə etməsi kimi qəbul etməli idi. Birinci instansiya məhkəməsinin belə hallarda üzərinə düşən vəzifə təqsirləndirilənin ifadələrinə tənqidi yanaşması ilə yanaşı, digər mötəbər sübutlarla obyektiv gerçəkliyi müəyyənləşdərməyə çalışmaqdır. Belə ki, AR CPM-in 126.6-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş ü zrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müdafiə tərəfinin təqdim etdiyi sübutları, yəni əlavə şahidlərin dindirilməsini təmin etmiş, onların sərbəst ifadə vermələrinə şərait yaratmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bilə-bilə yalan ifadə verməyə görə məsuliyyat daşımaları barədə iltizama imza edən və obyektiv gerçəklikləri məhkəmədə bildirməyə and içən şahidlərin ifadələrini sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X12, X17, X8 və X5 ifadələri təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadələrlə heç bir ziddiyyət təşkil ertməmişdir. AR C PM-in 125.8-ci maddəsində qeyd olunur ki, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Cinayət işinin materiallarından, birinci instansiya məhkəməsinin məhkəmə baxışı protokollarından görünür ki, müdafiə edən tərəfin təqdim etdiyi sübutlar, yəni əlavə şahid ifadələri ittiham orqanı tərəfindən təkzib edilməmiş, onların həqiqətə uyğun olmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin yalnız Məhkumun ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrə əsaslanıb, digər əlavə şahidlərin ifadələrini sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi, həmçinin X13 verdiyi ifadəsinə tənqidi yanaşmış və hesab etmişdir ki, ona külli miqdar təşkil edən 30.000.000 rus rublu il ərzində hissə-hissə tanımadığı nəqliyyat vasitələri və sürücülərlə Azərbaycana göndərilməsi ağla batan deyildir. Bankların pul köçürmə sistemləri vasitəsi ilə X10 istənilən məbləği təhlükəsiz və tam təminatlı şəkildə Azərbaycan Respublikasına köçürə bilərdi. Digər tərəfdən X10 külli miqdar təşkil edən məbləğin ona məxsus olması barədə, pulun ona qaytarılması barədə izah edə bilmədiyi səbəbdən Azərbaycan Respublikasının rəsmi orqanlarına müraciət etməmişdir. X10 tərəfindən qaçaqmalçılıq predmetini təşkil etmiş pul vəsaitin Azərbaycana göndərilməsi barədə başqa heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X13 ifadəsi ilə əlaqədar gəldiyi nəticə ilə bağlı qeyd edir ki, X10 birinci instansiya və apelasiya məhkəməsində verdiyi ifadələrdə qeyd edir ki, ona təbii ki, pulu gətirmək üçün etibarlı sürücü lazım olmuşdur. X6 ilə yaxşı münasibətimiz olmuş, bir-bilərinə çoxdan idi ki, tanımışlar. X6 Dağıstanda dindar və mömin adam kimi tanınmışdır. X6 böyük qardaşlarını da tanıyır, münasibətlərimiz yaxşı olmuşdur. Onun yaşadığı Levaşinskiy rayonu ilə Umarasxabın yaşadığı Dağıstan Respublikası Qarabudaqkənd rayonu qonşu rayonlardır. X6 özünün yük maşınının sürücüsü olmasını bilərək bu ilin əvvəlində X6 ilə zəngləşərək İzberbaş şəhərində görüşmüşdür. Ona məsələnin mahiyyətini izah etmişdir. X6 da bildirmişdir ki, qardaşı oğlu Məhkum idarə etdiyi yük maşını ilə İrandan qayıdıb, halhazırda Azərbaycanda, gömrük keçidinin yanındadır. Məsələni Məhkum izah etməyi xahiş etmişdir. Elə onun yanında X6 Məhkuma zəng edib onun xahişini çatdırmışdır. Xahişim ondan ibarət olmuşdur ki, X8 olan mənə məxsus 4 ədəd əşya və pul olan çantaları Məhkum maşina qoyub Dağıstana gətirsin. Həmin vaxt onun X8 Məhkuma hansı məbləğdə pul verəcəyindən məlumatım olmamışdır. Onu bilmişdirm ki, X8 ona borclu olduğu puldan qaytarmalıdır. Belə ki, X8 ona bildirmişdir ki, xərclədiyi və verəcəyi pulun məbləğini ona sonra bildirəcəkdir. Bu səbəbdən heç zənn etməmişdir ki, X8 birdən-birə pulun demək olar ki, hamısını qaytarsın. Eyni səbəbdən X6 pulun məbləğini d eyə bilməmişdir. Təbii ki, X6 da Məhkuma pulun məbləğini deyə bilməmişdir. X6dan Məhkumun mobil nömrəsi və maşının nömrəsini alıb X8 bildirmişdir. X6 bildirmişdir ki, Watsap vasitəsi ilə Məhkuma əlaqə saxlaya bilər. 20 yanvar 2018-ci il tarixdə, yəni şənbə günü səhər X6a zəng etmiş, lakin ona zəng çatmamışdır. Watsap vasitəsi ilə onunla əlaqə saxlayaraq öyrənmişdir ki, X6 Bakıdadır, problem çıxıb, qardaşı oğlu Məhkumu gömrükdə tutub Bakıya gətiriblər. Elə həmin günü o Bakı şəhərinə gəlib Sədərək yarmarkasında X6 və Məhkumun qardaşı ilə görüşmüşdür. Orada ona izah etmişlər ki, Məhkum ona görə tutulmuşdur. O əsəbləşərək X6 ilə mübahisə etmiş və ona bildirdirmişdir ki, Məhkum pulları qəbul etdikdə onları gömrükdən bəyan edib qanuni şəkildə keçirməli idi. Bundan sonra X6dan pullarını geri tələ b etməyə başlamışdır. Bu məsələdə pulun qaytarılması X6 boynuna düşməsini hesab etdiyi üçün Azərbaycan Respublikası Gömrük Komitəsinin İstintaq İdarəsinə pulun qaytarılması üçün müraciət etməmişdir. Bu ifadələrdən göründüyü kimi, X10 Məhkumun əmisi X6ı çoxdan tanımış, onlar arasında qarşılıqlı inam olmuşdur. X10 verdiyi ifadələr X6 və X8 verdiyi ifadələrdə öz təsdiqini tapır və heç bir ziddiyyət bu ifadələr arasında müəyyən edilmir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Quba rayonu ilə Dağıstan Respublikası sərhəd bölgəsində yerləşməklə, onlar arasındakı məsafə olduqca yaxındır. Bu baxımdan pul vəsaitinin sərhəddi keçirilməsi ilə çatdırılması qeyri-məntiqi hesab edilə bilməz. Həmçinin bank vasitəsilə pul köçirmələri ilə birbaşa sərhəddi keçirməklə pulun çatdırılması arasında vaxt baxım ından heç bir fərq yoxdur. Digər tərəfdən, X10, X6 və digər şahidlərin ifadələrindən məlum olur ki, həmin şəxslər arasında qarşılıqlı inam mövcud olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kollegiya qeyd edir ki, iş üzrə sübutlardan məlum olur ki, təqsirləndirilən şəxs Məhkumu ona sərhəddi qanuni yolla keçirməsini xahiş etmiş şəxslərin iradəsinə zidd olaraq, apardığı pulu kömrük orqanlarına bəyan etməyərək küllü miqdarda pul vəsaitini qaçaqmalçılıq yolu ilə sərhəddi keçirmək istəmişdir. Başqa sözlə, onun əməli AR CM-in 206.1-ci maddəsi ilə tövsüf olunmalıdır... Mülki iddia ilə bağlı apelyasiya şikayətinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əlavə şahid qismində dindirilmiş şəxslərin bəyan olunmamış pul vəsaitin mənbəsinə dair ifadələrin obyekti v faktlarla təsdiq olunmadığını qəbul etmiş, əlavə şahid qismində dindirilmiş X6 və X10 ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmiş və onları sübut növü kimi qəbul etməmiş, qaçaqmalçılıq predmeti olan pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsini zəruri saymışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər müddəasına uyğun hesabetmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, N.Karanayevin keçirdiyi və gömrük orqanları tərəfindən aşkar olunan pul vəsaitinin X14 məxsus olması cinayət işinin materiallarında təqsirləndirilən şəxsin birinci ins tansiya və apelyasiya məhkəməsində verdiyi ifadələr, həmçinin əlavə şahid kimi dindirilmiş X12, X17, X8 və X3 ifadələri ilə tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsi X.Alqasanovun ifadələrinə tənqidi yanaşaraq, obyektiv gerçəkliyə uyğun olmasını şübhə altına almış və sübut kimi qəbul etməməsini “ona külli miqdar təşkil edən 30.000.000 rus rublu il ərzində hissə-hissə tanımadığı nəqliyyat vasitələri və sürücülərlə Azərbaycana göndərilməsi ağla batan deyildir. Bankların pul köçürmə sistemləri vasitəsi ilə X10 istənilən məbləği təhlükəsiz və tam təminatlı şəkildə Azərbaycan Respublikasına köçürə bilərdi. Digər tərəfdən X10 külli miqdar təşkil edən məbləğin ona məxsus olması barədə, pulun ona qaytarılması barədə izah edə bilmədiyi səbəbdən Azərbaycan Respublikasının rəsmi orqa nlarına müraciət etməmişdir” –kimi əsaslandırmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin gətirdiyi dəlillər əsaslı şübhələr kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi hökmündə qeyd olunan - “göndərilməsi ağla batan deyil”, “istənilən məbləği təhlükəsiz və tam təminatlı şəkildə Azərbaycan Respublikasına köçürə bilərdi”, “pulun ona qaytarılması barədə izah edə bilmədiyi səbəbdən Aərbaycan Respublikasının rəsmi orqanlarına müraciət etməmişdir” – kimi ifadələr ehtimal xarakterlidir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmənin sübutları qiymətləndirməsi, işin faktiki hallarının müəyyənləşdirilməsi prosesində məntiqi ehtimallar zənciri ilə müşayət olunan fərziyyələr yalnız o halda əsaslı hesab olun bilər ki, hadisələrin və şəxslərin hərəkətlərinin alternativ cərəyan etməsi, ümumiyyətlə, qeyrimümkün olsun. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilən şəxslərin ifadələrinin ehtimallarla təkzib olunması, ümumiyyətlə, cinayət təqibinin sübutetmə prosesində şahidlik institutunun cinayət-prosesual hüquq prinsipləri baxımından mənasını heçə endirmiş olur. Cinayət prosessual qanunvericiliyə uyğun şahidin təqdim etdiyi məlumatlar, ehtimallarla deyil, yalnız digər mötəbər sübutlarla təkzib edildikdə sübut kimi qəbul edilməyəbilər. X10un külli miqdar təşkil edən 30.000.000 rus rublu il ərzində hissə-hissə tanımadığı nəqliyyat vasitələri və sürücülərlə Azərbaycana göndərilməsinin, bank vasitəsilə pul vəsaitini nə üçün göndərməməsinin səbəbini ifadə verərkən tam açıqlamaması, motivini bildirməməsi mümk ün ola bilər, lakin bu hallar onun ümumiyyətlə bu hərəkətləri etməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, X10un ifadələrinin həqiqətə uyğun olmaması heç bir konkret sübutla təkzib edilmir, əksinə digər sübutlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi hökmündə birinci instansiya məhkəməsində dindirilən X6 təqdim etdiyi ifadənin obyektiv gerçəkliyi əks etdirməməsini qeyd etsədə, gəldiyi nəticəni əsaslandırmamış, bu qənaətə gəlməsinin motivini göstərməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi birinci instansiya məhkəsində dindirilən əlavə şahidlər X8 və X3 ifadələrini hökmdə qeyd etməmiş, onlara, ümumiyyətlə, qiymət verməmişdir. X1 və X3 təqdim etdiyi ifadələr Məhkumun, onun əmisi X6ın və X10 birinci instansiya məhkəməsində təqdim etdiyi ifadələri ilə tam eyniyy at təşkil edir. Bu ifadələr arasında heç biruyğunsuzluqaşkaredilmir. Cinayət Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslərin ifadələrini təkzib edən heç bir mötəbər sübut iş üzrə müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən ehtimallara əsaslanan şübhələr bu şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul etməməyə əsas vermir. Bundan əlavə, məhkəmə kollegiyası pul vəsaitinin X10a məxsus olması məsələsini müzakirə edərkən nəzərə alır ki, cinayət işinin materiallarında olan 16.01.2008-ci il tarixli 2 nömrəli dövlət qeydiyyatı haqqında qərarın, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəha dətnamənin və 18.01.2008-ci il tarixli əmrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, “xxxx” MMC hüquqi şəxsin dövlət qeyddiyyatına alınmışdır və baş direktoru X10. Eyni zamanda iş materiallarında olan Rusiya Federasiyasının vergi və yığımlar üzrə nazirliyinin 01.01.2004-cü il tarixə qədər qeydiyyata alınmış, fərdi sahibkarların Vahid dövlət reyestrinə fərdi sahibkar haqqında yazının daxil edilməsi haqqında Şəhadətnamənin və 26.03.2004-cü il tarixli 475 nömrəli fərdi sahibkarların vahid dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 17.07.2001-ci il tarixində fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Həmçinin X10 Rusiya Federasiyası Dağıstan Respublikası Levanin rayonu üzrə Münicipal rayon deputatlar məclisinin deputatıdır. Məhkəm ə kollegiyası qeyd edir ki, X10 iş adamıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun bir sahibkar kimi qeyd olunan məbləğdə pul vəsaitinə malik olması normal hal kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, maddi sübut kimi qəbul edilən pul vəsaitinin X10a malik olmasını şübhə altına alan heç bir sübut cinayət işi materiallarında müəyyən edilmir. Maddi sübut olan pul vəsaitinin şahid X10a qaytarılması məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası məhkəmə təcrübəsini, Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyini, həmçinin Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alır. Məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının təqsirləndirilən şəxs X24 Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə məhkum olunması ilə əlaqədar cinayət işi üzrə qəbul etdiyi 10 fevral 2015-ci il tarixli qərarındakı mövqeyi nəzərə alınmalıdır. Həmin cinayət işinin faktiki hallarına əsasən, X27 “Soçi-Bakı” marşrutu üzrə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn “Kaessbohrer Setra” markalı, sərnişin avtobusunu idarə edərkən külli miqdarda, cəmi 30.035 manat dəyərində qızıl-zinət əşyalarını Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətində bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, bununla əlaqədar o, birinci instansiya məhkəməsinin hökmü ilə AR CM-in 206.1-ci maddəsi ilə məhkum olunmuş, maddi sübut olan qızıl zinət əşyaları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra mülkiyyətçi X20 qaytarılması qərara alınm ışdır. Apelyasiya instansiya məhkəməsi hökmü maddi sübut hissəsində dəyişdirilməsi, hökmün nəticəvi hissəsindən maddi sübutun qaytarılması məsələsi mülki mühakimə qaydasında həll olunanadək maddi sübutlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən təqdimat verilərək, apelyasiya məhkəməsinin qərarının maddi sübut hissəsində ləğv edilməsi və həmin hissədə baxılması üçün cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edilmişdir. Ali Məhkəmənin cinayət kollegiyasının qeyd olunan qərarında müəyyən edilmişdir ki, cinayət prosesi tərəfi olmayan şahidin cinayət mühakimə icraatında mülkiyyətindən məhrum edilməsinin mümkünlüyünü əsaslandıran hər hansı bir hüquq normasının olma ması şəraitində apellyasiya instansiyası məhkəməsinin bu cür qərar qəbul etməsi, Azərbaycan Respublikasınm Konstitusiyası, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqmda Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi və onun təfsiri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ilə də uzlaşmır. İş materiallarından görünür ki, baxılan cinayət işi üzrə X25 icraatda nə ittiham, nə də ki müdafiə tərəfində təmsil olunmadığı, yalnız şahid qismində dindirildiyi və məhkəmə qərarlarını mübahisələndirmək hüququna malik olmadığı, cinayət-prosessual qanunda şahidin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan normaların olmadığı halda, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə maddi sübut kimi tanınmış məhkum X24 törətdiyi qaçaqmalçılıq cinayətinin predmetlərini - X20 mülkiyyətini təşkil edən qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Kassasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət və cinayət prosessual qanunların normaları düzgüntətbiqedilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki,“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li qərarının 27-ci bəndində göstərilir ki, «Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən işüzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuşəşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-nin və digər normativ-hüquqi aktla rın tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları, Ali Məhkəmənin məhkəmə təcrübəsini, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qar şı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) nəzərə alaraq, apelyasiya məhkəməsi belə qənaətə gəlir ki, maddi sübut olan pul vəsaitinin X10a məxsus olması sübut olunduğundan, bu pul vəsaitinin xüsusi müsadirəsi üçün CMnin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilməməsi müəyyən olunduğundan maddi sübut olan pul vəsaiti sahibinə, yəni X10a qaytarılmalıdır. Məhkumun pul vəsaitini Azərbaycan Respublikası ərazisindən çıxartması zamanı ifşa olunduğundan, maddi sübut olan pul vəsaiti Azərbaycan Respublikası ərazisində sahibinə qaytarılmalı olduğundan maddi sübut sahibinə qaytarılarkən gömrük rəsmiləşdirilməsindən keçirilməsi və gömrük ödənişləri tutulmasına ehtiyac yoxdur...”. Göründüyü kimi, apellyasiya məhkəməsi əməlin tövsifi ilə bağlı gəldiyi nəticəni müvafiq sübutlara, onlarda olan məlumatlara, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına, həmin məhkəmənin müvafiq işlər üzrə qərarlarına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bunlarla bağlı mövqeyi iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində göstərilmişdir ki, “... cinayət əməli 19 yanvar 2018-ci ildə baş vermiş, təxminən 9 ay ibtidai istintaq aparıldıqdan sonra ci nayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq müddətində X6, X10, X8 və X3 istintaq orqanına gəlməmiş, hər hansı formada müraciət etməmiş və hər hansı sənəd təqdim etməmişlər. Sərhədkeçmə hesabatından görünür ki, X17 2018- ci ilin yanvar ayından etibarən dəfələrlə Azərbaycan Respublikasına gəlmiş, lakin bir dəfə də olsun “sahibi” olduğu pulların aqibəti ilə maraqlanmaq üçün istintaq orqanına gəlməmiş, zərərçəkmiş şəxs qismində tanınmaq üçün müraciət etməmiş və qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi vasitədən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı isə Xayrula Alqasanov birdən-birə peyda olaraq pulların ona məxsus olduğunu bildirmiş, öz ifadəsini möhkəmləndirmək məqsədi ilə kənardan şahidlər taparaq onları istiqamətləndirmiş, apellyasiya məhkəməsi isə heç bir ə sası olmayan, heç bir sübutla təsdiq edilməyən bu ifadələri qəbul edərək pulun həmin şəxsə qaytarılmasına qərar vermişdir...”. Kassasiya protestinin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, pulların sahibi X10un olduğunu uzun müddət bildirilmədiyi onların sonuncuya məxsus olmadığını göstərən amil kimi qiymətləndirilə bilməz. Əmlakın sahibinin və əmlakın ona məxsus olmasını bilən şəxslərin belə hərəkətlərinin müxtəlif səbəbləri ola bilər. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə X10un və protestdə göstərilən digər şəxslərin bu barədə istintaq orqanına deyil, məhz məhkəməyə bildirmələrində heç bir qeyri adilik yoxdur. Məhkəmə təcrübəsində ibtidai istintaqa verilməyən məlumatların məhz məhkəmədə açıqlandığı hallarına tez-tez rast gəlinir və belə məlumatlar onların ibtidai isti ntaqda verilmədiyi və ya təqdim edilmədiyi əsası ilə rədd olunmur. Odur ki, protestdə istinad edilən həmin hal qeyd olunan şəxslərin ifadələrinin həqiqəti əks etdirilmədiyi barədə fikir söyləməyə əsas vermir. Kassasiya protestində həm də göstərilmişdir ki, “...X10 özünü pulun sahibi, X8 pulu Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərən, X6 pulu təhvil götürüb sərhəddən keçirilməsini Məhkuma tapşıran, X3 isə pulu bilavasitə Məhkuma təhvil verən şəxs kimi təqdim etsələr də, cinayət işi üzrə qeyd edilən şəxslərin heç birinin əməlinə hüquqi qiymət verilməmiş, onların cinayətdə iştirakçı olub-olmamaları aydınlaşdırılmamışdır. Zəruri araşdırma aparılmaqla göstərilən şəxslərin əməllərinə və cinayətdə iştirakçı olub-olmamalarına qiymət verilmədən, eyni zamanda həqiqətən X10 məxsus ol ub-olmadığını müəyyən etmədən cinayətin predmeti olan pulun ona qaytarılması əsassızdır. Nəzərə alınmalıdır ki, baxılması üçün məhkəməyə yalnız Məhkumla bağlı epizod verilmişdir və digər iştirakçıların barəsində ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir...”. Məhkəmə kollegiyası protestin bu dəlili ilə əlaqədar vurgulayır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi yalnız Məhkum verilmiş ittiham üzrə işə baxmış, həmin iş üzrə digər şəxslərə, o cümlədən Xayrula Alqasanova ittiham verilməmişdir. Bundan başqa, hazırkı vəziyyətdə sonuncunun hər hansı bir cinayət törətməsi, o cümlədən Məhkum törətdiyi cinayətdə hər hansı bir formada iştirak etməsi barədə fikir söylənilə bilməz. Məsələyə belə yanaşma həm də Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Re spublikası CPM-nin 132-ci maddəsinin tələlərinə görə məhkəmə maddi sübut – cinayətin predmeti məsələsini həll etməli, bu barədə qərar qəbul etməlidir. Məhkəmə həm də maddi sübutun Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində göstərilən əmlaklara aid olub-olmadığı, yəni müsadirə edilməli olub-olmadığı məsələsini də həll etməlidir (qaçaqmalçılıq cinayətinin predmeti olan pul vəsaitinin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanan əmlaklara aid olmadığı barədə fikir hökmdə göstərilmiş və ittiham tərəfi hökmdən protest verməməklə faktiki olaraq həmin fikirlə razılaşmışdır). Yuxarıda göstərilən normalardan irəli gələn məsələni həll edən apellyasiya məhkəməsi bu məsələlərlə bağlı sübutları ətraflı təhlil edib pul vəsaitinin X10a məxsus olduğunu, həmin pulun müsadirə edilm əli əmlaka aid olmadığını müəyyən edərək, sonuncunun hər hansı bir cinayət törətməsi və ya ittihamda göstərilən cinayətdə iştirak etməsi barədə fikir söyləmək (o cümlədən Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinin tələbləri baxımından) və pulun sahibinə qaytarılmasından imtina etmək üçün heç bir əsasın olmadığını nəzərə alaraq əmlakı sahibinə qaytarmışdır. Odur ki, protestin həmin dəlili də əsaslı hesab oluna bilməz. Kassasiya protestində iddia edilir ki, “... X10 ifadələrində 30 milyon rubl məbləğində pulu hissə-hissə müxtəlif vaxtlarda sürücülərlə X8 göndərdiyini bildirsə də, həmin xüsusatların həqiqətə uyğun olmasına dəlalət edən heç bir sübut yoxdur. Halbuki həmin pullar həqiqətən X10 məxsusdursa və Azərbaycan Respublikası ərazisinə qanuni yolla gətirilmişdirsə, bu faktları təs diq edən sənədlər təqdim edilməli, pulları gömrük sərhədindən keçirən şəxslər müəyyən edilərək ifadələri alınmalı və ifadələrinin həqiqətə uyğun olub-olmaması müəyyən edilməlidir. Sözügedən məbləğdə pulun konkret olaraq nə vaxt, harada, kim tərəfindən, hansı gömrük postundan keçirilməklə və hansı məbləğdə Azərbaycan Respublikasına gətirilməsi müəyyən edilməli və qiymət verilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası ərazisinə valyuta gətirilməsinə heç bir maneə yoxdur. 10.000 ABŞ dollarına qədər valyuta gömrük orqanlarına şifahi formada bəyan edilməklə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə valyuta yazılı formada bəyan edilməklə, 50.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə valyuta isə yazılı formada bəyan edilməklə və müvafiq bank çıxarışı təqd im edilməklə nəqd formada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər. Necə olur ki, guya pulları Azərbaycan Respublikasına göndərərkən X10 qanunvericiliyin bu tələbinə əməl edir və pulları hissə-hissə göndərir, pulları geri qaytararkən isə ümumiyyətlə bu barədə maraqlanmır, soruşmur. Məhkəmə 13207 əskinasdan, yəni 132 dəstədən ibarət olan pulu Məhkum gömrük postunun qarşısında hansı şəraitdə saya, məbləğini dəqiqləşdirə və gömrük orqanına bəyan edə biləcəyi kimi sadə məsələyə diqqət yetirməmiş və qərarında bu xüsusatı nəzərə almamışdır. Eyni zamanda dəfələrlə Azərbaycan Respublikasının gömrük sərhədindən keçən Məhkum, Azərbaycan Respublikasının vətəndaşları olan X8 və X3, sahibkarlıq faəliyyəti ilə məşğul olan və bilavasitə deputat kimi fəaliyyət göstərən X10un 30 milyon rubla yaxın xarici valyutanın ölkədən nağd şəkildə çıxarılmasına icazə olmaması barədə nəinki məlumatların olmaması, ümumiyyətlə pulun məbləği ilə maraqlanmamaları barədə ifadələrinə tənqidi yanaşılmamışdır. X10 həmin pulun bəyan edilməklə qanuni formada gömrük nəzarətindən keçirilməsini nəzərdə tutmuşdursa, qeyd edilən məbləğdə pulu özünün gömrük sərhədindən keçirməməsi, həmin pulu qəbul edib gömrük nəzarətindən keçirilməsini tanımadığı bir şəxsə etibar etməsi hadisələrin məntiqi ardıcıllığına tamamilə ziddir...”. Məhkəmə kollegiyası bu dəlillərlə əlaqədar qeyd edir ki, onların əksəriyyətinə apellyasiya məhkəməsinin qərarında cavablar əks etdirilmiş, həmin məhkəmənin mövqeyi əsaslandırılmışdır (yuxarıda şərh olunmuşdur). Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilən dəlillər h eç bir konkret sübuta əsaslanmamaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır, qanunun tələbinə görə isə ittiham hökmü və onda göstərilən müddəalar mülahizələrə (ehtimallara) əsaslana bilməz. İttiham tərəfinin özü həmin pulların məhz cinayəti törətmiş Məhkum məxsus olmasını və ya X10un deyil, digər şəxsin əmlakı olduğunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutların heç birində belə bir məlumat da yoxdur ki, protestəki həmin fikirdə göstərilən şəxslərin Məhkum sərhəddən keçirəcəyi pulu gömrükdə rəsmiləşdirməyəcəyini bilmələri qənaətinə gəlməyə əsas verisin. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində birmənalı olaraq göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə b orclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Kassasiya protestində “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə istinad edilərək həmin bəndin yalnız 2-ci abzası göstərilmişdir (həmin bəndəki izahın ümumi kontekstindən çıxarılaraq). Plenum qərarının həmin bəndi isə 5 abzadan ibarətdir və onun 3-cü abzasında göstərilmişdir ki, “...bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasit ə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllə rinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir....”. Apellyasiya məhkəməsi özünün mövqeyini əsaslandırarkan bu izaha mahiyyətcə uyğun olan “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə izah olunur ki, “... özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CMnin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-c i maddəsinə istinad edilməklə tövsif edilməlidir...”. Kassasiya protestində iddia edilir ki, “...beynəlxalq konvensiya və qanunvericiliyin tələbləri baxımından da Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2016-cı il tarixli qərarı ləğv edilməlidir. Belə ki, bu məsələyə dair Avropa məhkəməsinin presedent hüququnun tətbiqinə dair hazırkı cinayət işi üzrə nəzərdən keçirilməli olan müsadirənin hüquqiliyinə əsas verən 2 müstəqil hal diqqəti cəlb edir: hüquqazidd fəaliyyətin qarşısının alınması; vergi ödənilməsindən yayınmanın qarşısının alınması. Birinci əsasla bağlı, qeyd olunmalıdır ki, “ehtiyat təkərin içərisində gömrük sərhədindən gizlin keçirilməsi ilə bağlı qızıl sikkələrin müsadirəsinin” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olduğunun müəyyən edildiyi “Aqosi Birləşmiş k rallığa qarşı iş üzrə” qərarında, Avropa Məhkəməsi bir sıra digər qərarlarına istinad edərək (məsələn, “Sporronq və Lönnroth” qərarı 23.09.1982), dövlətlərin ümumi maraqlara uyğun olaraq qaydalar müəyyən emək və bu yolla mülkiyyətin istifadəsinə nəzarət etmək hüququna malik olduğunu göstərməklə (bənd 48), qeyd etmişdir ki, “təkrarən bildirir ki, üzv dövlətlərin hüququnda tanınmış ümumi prinsiplərə uyğun olaraq qaçaq mallar müsadirə predmeti ola bilər, bu bütün dövlətlərin həm milli hüququ, həm də beynəlxalq öhdəliklərindən irəli gəlir, dövlətin əmlakdan qanunsuz istifadə üzərində nəzarət səlahiyyəti ilə bağlıdır, qanun pozuntularının qarşısını alınmasına yönəlmişdir, müsadirənin haqlı ola bilməsi üçün qaçaq əmlak sahibinin davranışında həmin mallarla bağlı hər hansı qanunauyğunsuzluq olmal ıdır, əmlak sahibi yalnız “məsum” olduqda müvafiq əmlakı geri tələb edə bilər”. Bu əsaslarla Məhkəmə tərəfindən “qaçaq malın müsadirəsi”nin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olduğu müəyyən edilmişdir. Digər bir məsələ, vergi ödənilməsindən yayınmanın da müsadirənin hüquqiliyinə əsas verən müstəqil hal kimi göstərilməsidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək məqsədi ilə yanaşı, vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməsi məqsədi ilə də mülkiyyətdən məhrum etmənin mümkünlüyü nəzərdə tutulmuşdur. Cinayət işi üzrə şəxsin əməli CM-in 206.1-ci maddəsi ilə tam əhatə olund uğundan ona əlavə olaraq dövlət rüsumunu ödəməkdən yayınmağa görə CM-in 209.2ci maddəsi ilə də ittiham elan edilməmiş, bununla əlaqədar müvafiq əmlak CPM-in 132.0.4-cü maddəsinə uyğun olaraq müsadirə olunacağı ilə bağlı maddi sübut kimi tanınmışdır. Lakin, məhkəmə tərəfindən müsadirə olunmalı olan əmlak dövlət nəfmə keçirilməyərkən nəzərə alınmamışdır ki, təqsirləndirilən şəxs tərəfindən ciddi məbləğ təşkil edən və Azərbaycan Respublikası dövlət büdcəsinə aid olan dövlət rüsumu ödənilməmişdir. Göründüyü kimi, bu zaman məhkəmə qanunçuluğu və ədaləti bərqərar etməmişdir...”. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin gəldiyi nəticələr yuxarıda göstərilən Konvensiyaların müddəaları və Avropa Məhkəməsinin təcrübəsi ilə heç bir ziddiyyət təşkil etmir. Protestdə istinad edil ən Avropa Məhkəməsinin qərarında cinayətin predmetinin sahibinə qaytarılmasını qadağan edən heç bir müddəa nəzərdə tutulmamışdır. Əksinə, həmin qərarda bunun (cinayətinin predmetinin sahibinə qaytarılmasını) mümkün olduğu barədə fikir söylənilmiş, bu məsələ sahibin hərəkətləri ilə əlaqələndirilmiş və qeyd olunmuşdur ki, “müsadirənin haqlı ola bilməsi üçün əmlak sahibinin davranışında mallarla bağlı hər hansı qanunsuzluq olmalıdır, əmlak yalnız “məsum” (günahsız və təqsirsiz) olduqda müvafiq əmlakı geri tələb edə bilər”. Hazırkı vəziyyətdə isə məhz X10un pul vəsaitinin sahibi olduğu təsdiq edilmiş, onun davranışında bu vəsaitlə bağlı qanunsuzluğa yol verildiyi qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş və onun bu məsələdə hər hansı bir təqsirinin, gunahının olduğu barədə fikir söy ləməyə əsas yoxdur. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, gömrükdən əmlak keçirilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada müvafiq rüsum ödənməlidir. Məhkum özünə deyil, X10a məxsus pul vəsaiti isə gömrük sərhəddindən gizli keçirilərkən aşkar edilmiş və son nəticədə sərhədi keçməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu səbəbdən X10dan həmin rüsum tutula bilməz (bu vəsait hal-hazırda da Azərbaycanın ərazisindədir). Rüsumun tutulmağı olmadığı apellyasiya məhkəməsinin qərarında da ətraflı şəkildə şərh edilmişdir. İttiham tərəfi qanunun tələblərinə və özünün istinad etdiyi Konvensiya müddəalarına uyğun olmayan mövqeyini əsaslandırmaq üçün protestdə aşağıdakı məzmunda fikir də irəli sürülmüşdür: “... Məlum olduğu kimi, Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq idxal edilən mallara görə gömrük rüsumu ödənilmədikdə gömrük təminatı üsullarından hər hansı biri tətbiq edilmədikcə rüsum predmeti olan əmlak şəxsə qaytarıla bilməz. Gömrük Məcəlləsinin 259-cu maddəsinə əsasən gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı məsələlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Mülki Məcəlləsi ilə tənzimlənir...”. Məhkəmə kollegiyası vurgulayır ki, protestdə göstərilən həmin fikirdə söhbət malların idxalından gedir. Məhkum isə X10a məxsus əmlak Azərbaycana gətirərkən deyil, Azərbaycandan Rusiyaya gizli keçirmək istəyərkən (ixrac) həmin əmlak aşkar olunmuşdu r. Malların icxracı ilə əlaqədar borcun yaranmasına aid məsələlər Gömrük Məcəlləsinin 240-241-ci maddələri, həmin borcun hesablanması və ödənilməsi məsələləri 242-249-cu maddələri, gömrük borcu üçün təminat məsələləri isə 250-265-ci maddələri ilə tənzimlənir. Bu normaların təhlili göstərir ki, onlar, o cümlədən protestdə istinad edilən Gömrük Məcəlləsinin 259-cu maddəsi həm məzmununa həm də mənasına görə X10a məxsus pul vəsaitinə (cinayətin predmeti) tətbiq edilə bilməz. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li qərarında da bu məsələlər üzrə müvafiq izah verilmişdir. Həmin qərarın 27-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sü but hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noy abr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblər inə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Kassasiya protestində Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə də istinad edilmişdir. Lakin həmin maddədə göstərilən norma da başqa məsələləri tənzim ləyir və apellyasiya məhkəməsinin mövqeyinin qanunsuz olduğu qənaətinə gəlməyə əsas vermir. Həmin normada göstərilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Göründüyü kimi, bu normada cinayətin predmetinin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsindən söhbət gedir və həmin normanın mənasına görə iş üzrə ziyan mövcuddursa, yalnız zərərçəkmiş şəxs məlum olmadıqda dövlət nəfinə keçirilir (bu normada m üsadirədən söhbət getmir). Hazırkı iş üzrə isə heç kimə ziyan vurulmamış, predmetin ziyan ödənilməsinə yönəldilməsi, zərərçəkmiş şəxsin müəyyən edilməsi məsələsi ortaya çıxmamışdır (hazırkı iş üzrə zərərçəkmiş şəxs də yoxdur). Odur ki, həmin maddə hazırkı iş üzrə cinayətin predmetinə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, hazırda həmin norma (CPM-nin 132.0.4-cü maddəsi) artıq qüvvədən düşmüş və CPM-nin 132-ci maddəsində hazırkı iş üzrə cinayətin predmetinin müsadirə edilməsinə əsas verən norma nəzərdə tutulmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin (gəldiyi nəticələrin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə kolleğiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərin ə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid b iri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhə lər də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası vurgulayır ki, pul vəsaitinin sahibinə qaytarılmalı olduğuna dair nəticə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə uyğundur (bu məsələ ilə bağlı müvafiq qərarlarının müddəaları apellyasiya məhkəməsinin qərarında ş ərh olunmuşdur). Kassasiya protestində bir sıra cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı protestdə istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəaları ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı (kassasiya protestinə münasibətdə), kassasiya protesti isə təmin edilməməlidir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X4 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar