Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-35/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi6 Hüseynqulu oğlunun və Müdafiəçi7 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət koll egiyasının 02 dekabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Aqil Musayev) 24 may 2022-ci il tarixli, 1(099)-17/2022 nömrəli hökmü ilə xx xxxxxx 1981-ci ildə xxxx rayonun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 29,120.2.1, 29,120.2.4-cü mad dələri ilə ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.2.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2020-ci il tarixdən hesablanmış, xx xxxxxx 1976-cı ildə xxxx rayonun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxxx rayonu, xxxx kənd tam orta məktəbinin hərbi rəhbər müəllimi işləyən, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib CM-in 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.2.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 və Məhkum1 məhkum edilmişlər ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəx s halında, 2014-2015-ci illərdə Rusiya Federasiyasının Voronej şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan digər qardaşları X1 miqdarda pulunu ələ keçirməkdə günahlandırdıqları həmkəndlisi Zərərçəkmiş şəxs buna görə aralarında uzun müddət davam edən ədavətə son qoyub qisas niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Məhkum2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə bir ədəd uzunluğu 88 sm, en kəsiyi 32 mm olan metal boru, bir ədəd uzunluğu 90 sm, en kəsiyi 16 mm olan metal armatur və bir ədəd balta yerləşdirməklə hazırlıq görüb əlverişli şərait yaranmasını gözləmişlər, 16 iyul 2020-ci il tarixdə, saat 22 radələrində yaşadıqları Sabirabad rayonu, Yolçubəyli kəndindəki evin qarşısında olarkən q onşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri istiqamətində hərəkət etdiyini görüb Məhkum1 həmin “Mitsubishi Pajero” markalı avtomobilin sükanı arxasına keçib, Məhkum2 isə arxa oturacaqda əyləşməklə, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili birgə təqib etmişlər, Sabirabad rayonu, Türkədi kəndi ərazisində Məhkum1 qardaşı ilə əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə Zərərçəkmiş şəxs avtomobilinin sol yan hissəsindən qəsdən vurub sonuncuya sol bazu sümüyünün distal hissəsinin qapalı, yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə, mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobilə 5715.00 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla zədələyərək ağır nəticələrə səbəb olmuş, Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ibarət olan niyyətlərini həyata keçirmək üçün Məhkum1 avtomobildə olan baltanı, Məhkum2 isə metal borunu əlinə götürməklə Zərərçəkmiş şəxs üzərinə birgə hücum etmişlər, həmin vaxt Məhkum2 zərərçəkənin baş və bədəninin müxtəlif nahiyələrinə əlindəki metal boru ilə bir neçə zərbə endirmiş, Zərərçəkmiş şəxs yaxınlıqdakı yol kənarında “Bərəkət” market istiqamətində qaçdığından, Məhkum1 əlində olan baltanı qardaşı Məhkum2 əlindəki metal boru ilə dəyişməklə Zərərçəkmiş şəxs birlikdə təqib etmişlər, sonuncunun marketə keçib qapını arxadan tutduğunu gördükdə qapını sındırıb içəri keçməklə həmin vaxt birg ə Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncunu, hadisə yerində olan oğlu Şahid6 gözləri qarşısında ona müstəsna dərəcədə qəddarlıq göstərərək xüsusi iztirab və əzab verdiyini dərk etməklə, eləcə də zərərçəkmişə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə xüsusi əzab və işgəncə verməklə, xüsusi amansızlıqla baş və bədəninin müxtəlif nahiyələrinə Məhkum2 əlində olan balta, Məhkum1 isə metal boru ilə birlikdə çoxsaylı zərbələr endirib Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsinin çapılmış yarası xarakterli açıq kəllə-beyin travması ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, sağ əlin ikinci daraq sümüyünün sınığı xarakterli sağ əlin arxa səthinin çapıl mış yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, sağ təpə və ənsə nahiyələrinin əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətlərini birlikdə yetirmişlər, Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlərdən ölməsinə əmin olduqlarından, eləcə də həmin vaxt hadisə yerində olan şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqlarından, zərərçəkmiş Zərərçəkmiş şəxs isə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən Mircavid və Məhkum2 qardaşları öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdilər. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Elşad Əliyev) 1(106)-653/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə dəyişdirilərək, məhkum edilmiş şəxs Məhkum2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif edilərək, ona qanuni və ədalətli cəza təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsi ilə bağlı əməlində həmin cinayətin tərkibi olmadığına görə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-653/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum1 əməlinin Azərbaycan Respublikasının CM-in 29,120.2.1, 29,120.2.4-cü maddələrindən Azərbaycan Respublikasının CM-in 126.2.1-ci maddəsinə tövsif edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmə si işdə olan bu sübutlar arasındakı ziddiyyətləri araşdırmamış, onlardan hansının və nəyə görə mötəbər hesab etdiyini əsaslandırmamışddır. Ona görə də hazırkı vəziyyətdə hadisənin zərərçəkənin azyaşlı uşağının gözü qarısında baş verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Daha sonra, birinci instansiya məhkəməsi “Bərəkət” marketdə Məhkum1 əlində metal boru və Məhkum2 əlində balta olmaqla, Zərərçəkmiş şəxs bədəninə və başına birlikdə 1 dəqiqə ərzində vurduqları çoxsaylı zərbələri onun müstəsna dərəcədə qəddarlıq göstərilərək xüsusi iztirab və əzab verdiyini dərk etməklə, eləcə də zərərçəkmişə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirilməklə xüsusi əzab və işgəncə verilməklə, xüsusi amansızlıqla öldürülməsinə cəhd kimi qiymətləndirmişd ir. Kassatorların fikrincə, bu halda da birinci instansiya məhkəməsi hadisələri və faktları düzgün və obyektiv qiymətləndirməmiş, qərəzli yanaşaraq, əsassız olaraq, təqsirləndirilən şəxslərin əməllərinin CM-in daha ağır maddəsi ilə tövsif etmişdir. Belə vəziyyətdə Zərərçəkmiş şəxs hətta ölmüş olsaydı belə onun əməli qəsdən adam öldürmə əməli kimi deyil, CM-in 126.3-cü maddəsinə tövsif edilməli idi. Məhkum2 niyyəti Zərərçəkmiş şəxs öldürmək deyil, ona və ailə üzvlərinə çoxsaylı pisliklər etdiyinə, dəfələrlə müxtəlif yerlərdə onun və ailə üzvləri barəsində dediyi nalayiq sözlərə görə döyüb cəzalandırmaq olmuşdur. Məhkum2 qeyd etdiyim niyyəti onun davranışında da aydın hiss edilir. Belə ki, “Bərəkət” marketdə Zərərçəkmiş şəxs əlində olan baltanın iti tərəfi ilə deyil, küt tərəfi ilə zərbələr vurmuşdur. Əlbəttə, əgər onu qəsdən öldürmək niyyəti olsaydı, onda Məhkum2 əlində olan baltanın arxa hissəsi ilə deyil, iti tərəfi ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbə endirərdi. Bundan başqa, təxminən bir dəqiqə davam edən bu hadisə başa çatandan sonra Məhkum2 xəsarət almış Zərərçəkmiş şəxs üçün təcili tibbi yardım xidmətinin çağırılmasını demişdir. Məhkumun Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyim Məhkum1 niyyəti onun davranışında da aydın hiss edilir. Belə ki, “Bərəkət” marketdə Zərərçəkmiş şəxs metal boru, qardaşı Seyidəli isə baltanın kəsici olmayan hissəsi ilə zərbələr vurmuşlar. Bu fakt bir neçə şahid ifadələri ilə yanaşı, həm də iş üzrə keçirilmiş məhkəmə videotexniki ekspertizasının 27 may 202 1-ci il tarixli 4/580 nömrəli rəyi ilə də təsdiq olunur. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli video yazıların tədqiqi zamanı video yazılardakı görüntülərdə K3 kimi işarə olunmuş şəxs əlində olan baltanın küt hissəsi ilə K1 kimi işarə olunmuş şəxsin müxtəlif hissələrinə zərbələr vurur. Əlbəttə, əgər onu qəsdən öldürmək niyyəti olsaydı, onda qardaşım Məhkum2 əlində olan baltanın arxa hissəsi ilə deyil, iti tərəfi ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbə endirərdi. Bundan başqa, təxminən bir dəqiqə davam edən bu hadisə başa çatandan sonra hüquqlarını müdafiə etdiyim Məhkum1 Adışirinin avtomobilinə oturarkən Allah eləsin ölməsin, qardaşı Məhkum2 isə xəsarət almış Zərərçəkmiş şəxs üçün təcili tibbi yardım xidməti nin çağırılmasını demişdir. İşdə olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının 04 may 2021-ci il tarixli, T 85/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ əlin ikinci daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin çapılmış yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Qeyd edilməlidir ki, Məhkum1 əməlində CM-in 120.2.1-ci və 120.2.4-cü maddələrində nəzərdə tutulan xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin deyil, həmin Məcəllənin 126.2.1-ci maddəsində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkib əlamətləri mövcuddur. Ona görə də Məhkum1 əməli CM-in 29,120.2.1-ci və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.1-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 d ekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassatorların kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu h alda, heç bir əsas olmadan həmin Məcəllənin 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Kassasiya şikayətlərindən görünür ki, kassatorlar məhkumların zərərçəkmiş şəxsə balta və dəmir boru ilə zərbələrin endirmələri və bunun nəticəsində zərərçəkmiş şəxsə cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilmiş bədən xəsarətlərinin yetirilməsini mübahisələndirmirlər. Kassasiya şikayətlərində məhkumların bu əməllərinin hüquqi tövsifi mübahisələndirilir. Belə ki, istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkumlar zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə bu əməlləri törətmiş və onların əməli Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, m əhkumlar zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış və onların zərərçəkmiş şəxsə qarşı törədilmiş əməlləri Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamə tləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan s əbəblərdən baş vermir. İstintaq orqanı təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onların özlərinin ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək, işin hallarını nəzərə alıb Məhkum1 və Məhkum2 əməllərinin tövsifi ilə razılaşmış və onların Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apelyasiya şik ayətlərinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumların əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqs irkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş işin hallarını nəzərə alıb nəticəyə gəlmişdir ki, məhkumlar məhz zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə sonuncuya balta və dəmir boru ilə zərbələr endirmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu nəticəni işin hallarına və toplanmış sübutlara tam uyğun olduğundan əsaslı və düzgün hesab edir. Belə ki, məhkumlar Məhkum1 və Məhkum2 öz ifadələrində Zərərçəkmiş şəxs öldürmək istəməməyi qeyd etsələr də, cinayət işinin materialları əsasında işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki hallarından görünür ki, hadisə ərəfəsində təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin qardaşlarına məxsus pulu ələ keçirmələrindən hiddətlənmiş və bu vəziyyətdə sonuncu ilə görüşməyə gedərkən özləri ilə armatur parçası və balta götürmüşlər. Baxılan iş üzrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 fevral 2021-ci il tarixli 319 və 320 nömrəli rəyləri ilə Məhkum2 və Məhkum1 psixi cəhətdən sağlam olması, öz hətəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması müəyyən edilmiş, onların öz hərəkətlərinin mənasını dərk etmələrini, o cümlədən baltanın və dəmir parçasının xassələrini bilmələrini, həmin alətlərlə bədənə vurulan zərbələrin hansı nəticələr doğura biləcəyini anlamalarını müdafiə tərəfi də bütöv proses boyu şübhə altına almamışdır. Məhkəmə-tibbi ekspertizasının təkrar komisyon məhkəmə-tibb ekspertizasının 04 may 2021-ci il tarixli T 85/2021 nömrəli rəyinə görə Zərərçəkmiş şəxs bədəni üzərindəki baş beynin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpəgicgah nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan açıq kəllə-beyin travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əlin ikinci daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin çapılmış yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Hər iki xəsarət çapıcı alətin, yəni baltanın təsirindən qərarda qeyd olunan şəraitdə əmələ gələ bilərdilər. Sağ təpə və ənsə nahiyələrinin çapıq toxumaları isə əzilmiş yaraların izləri olmaqla bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, mantirovkanın təsirindən əmələ gəlmələri ink ar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol bazu sümüyünün distal hissəsinin qapalı, yerdəyişmiş sınığı bərk küt əşya təsirindən törənmiş, şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Xəsarətlərin qərarda qeyd olunan müddətdə, yəni 16 iyul 2020-ci il tarixdə yetirilmələri inkar olunmur. “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokolun, təkrar komisyon məhkəmə-tibb ekspertizasının 04 may 2021-ci il tarixli T 85/2021 nömrəli rəyinin və məhkəmə-videotexniki ekspertizasının 27 may 2021-c i il tarixli, 4/580 nömrəli rəyinin əlaqəli təhlili ilə müəyyən olunur ki, Məhkum2 və Məhkum1 hadisə zamanı əllərində olan balta və dəmir parçası ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə, o cümlədən həyati əhəmiyyətli orqan hesab olunan baş nahiyəsinə çox saylı zərbələr endirərək ona beynin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan ağır dərəcəli açıq kəllə-beyin travması, sağ əlin ikinci daraq sümüyünün sınığı ilə müşayiət olunan az ağır dərəcəli sağ əlin arxa səthinin çapılmış yarası, yüngül dərəcəli sağ təpə və ənsə nahiyələrinin çapıq toxumaları isə əzilmiş yaraları xəsarətləri yetirmişlər. Şahid ifadələri, xüsusilə də, video görüntü ilə dəqiq müəyyən olunur ki, Məhkum2 və Məhkum1 cinayə tkar hərəkətləri onların öz təşəbbüsləri ilə deyil, məhz ətrafda olan şəxslərin çoxsaylı müdaxilələri nəticəsində, eləcə də zərərçəkmiş şəxs tam hərəkətsiz vəziyyətə düşdükdən sonra dayandıraraq hadisə yerini tərk edirlər. Məhkum2 və Məhkum1 hadisənin əvvəlində onları sakitləşdirməyə cəhd edən şəxsləri kəskin reaksiya verməklə özlərindən kənara itələmiş və öz hərəkətlərinə davam etmişlər. Belə ki, ilk olaraq Seyidəli, daha sonra Mircavid hadisə yerindən – mağazadan çıxarılır, sonuncular mağazadan çıxan kimi zərərçəkmiş şəxsin övladı ona yaxınlaşır. Bundan əlavə, Məhkum2 və Məhkum1 Zərərçəkmiş şəxs “cəzalandırma” tədbirini realizə etmək üçün hadisə yerinə gəlməmişdən əvvəl özləri ilə balta və dəmir parçası götürmələri, zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamasını qeyd etsələr də, “cəz alandırma” vasitəsi kimi bədən üzvlərindən (əl, ayaq, baş) deyil, birbaşa kəsici və dağıdıcı alətlərdən istifadə etmələri, psixi cəhətdən sağlam olan, öz hərəkətlərinin mənasını dərk edən, onları ölçüb-biçmək iqtidarında olan təqsirləndirilən şəxslərin öz hərəkətlərinin mənasını dərk etmələrinə, o cümlədən balta və dəmir parçasının xassələrini bilmələrinə, balta və dəmir parçası ilə bədənə vurulan zərbələrin hansı nəticələr doğura biləcəyini anlamalarına baxmayaraq digər orqanları ilə yanaşı zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanına – baş nahiyəsinə qeyd olunan alətlərlə xəsarətlər yetirmələri, öz cinayətkar hərəkətlərini könüllü deyil, ətrafda olan şəxslərin dəfələrlə etdikləri müdaxilədən sonra dayandırmaları, hətta bu zaman belə zərərçəkmiş şəxsin huşsuz hala düşməsini onun ölümü ki mi dərk edib hadisə yerini tərk etmələri məhz təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi birbaşa qəsdlə öldürmək niyyətində olmasını təsdiq edir və bu hallarla da müdafiəçilərin təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdikləri həmin dəlillər tamamilə təkzib olunur. Məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, zərərçəkmişə endirilmiş zərbələrinin sayı və lokalizasiyası təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi həyatdan məhrum etmək istəməsinə dəlalət edir. Şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verəcəyini dərk etməsi, bunları arzulaması və hərəkətləri ilə bu nəticəyə doğru getməsi isə birbaşa qəsdin mövcudluğunu təsdiq edən zəruri əqli və iradi ünsürlərdir. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan əməlləri subyektiv cəhətd ən düzgün olaraq adam öldürməyə düzünə qəsd kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Məhkum2 hadisə zamanı əlindəki baltanın kəsici hissəsi ilə deyil, arxa və yan hissələri ilə zərərçəkmiş şəxsə xəsarətlər yetirməsi, habelə hadisədən sonra təqsirləndirilən şəxslərin “Allah istəsin Fuad ölməsin, təcili tibbi yardım çağırın” kimi fikirlər ifadə etmələri əməlin hüquqi tövsifində heç bir əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmə - tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərindəki baş beynin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı xəsarətləri məhz balta ilə endirilən zərbənin təsirindən yaranmışdır. Bununla yanaşı təqsirləndirilən şəxslərin “Allah istəsin Fuad ölməsin, təcili tibbi yardım çağırın” kim i fikirlər səsləndirmələri hadisədən sonrakı peşmançılıq olduğu üçün əməlin hüquqi tövsifində nəzərə alına bilməz. Bundan əlavə, müdafiə tərəfinin zərərçəkmiş şəxsə xəsarətlər yetirən zaman sonuncunun azyaşlı uşağının hadisə yerində olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal iş üzrə toplanmış digər sübutlarla yanaşı, “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokol ilə tam təkzib olunur. Belə ki, həmin protokoldan görünür ki, Məhkum1 saat 22:55:05-də mağazadan çıxarılır və saat 22:55:10-da, yəni 5 saniyə sonra zərərçəkmiş şəxsin azyaşlı uşağı ona yaxınlaşır. Bu hal uşağın kənarda dayanaraq hadisəni seyr etməsini təsdiq edir. Bununla yanaşı məhkəmə-tibbi ekspertizasının təkrar komis yon məhkəmə-tibb ekspertizasının 04 may 2021-ci il tarixli T 85/2021 nömrəli rəyi ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər balta və dəmir parçası ilə zərərçəkmiş şəxsə çoxsaylı xəsarətlər yetirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında möv cud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun müvafiq qərarında əks olunmuş hüquqi mövqenin işığında birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara müəyyən edilir ki, təqsirləndirilən şəxslər hadisə zamanı zərərçəkmiş şəxsə qəsdən balta və dəmir parçası ilə ağır, az ağır və yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər yetirib xüsusi ağrılar verməklə öldürməyə cəhd etmələri və həmin cinayətkar hərəkətlərini zərərçəkmiş şəxsin azyaşlı uşaqlarının gözləri qarşısında etdiyi üçün onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 29, 120.2.4-cü maddələri ilə tövsif olunmuşdur. İşin halları, yəni məh kumlar tərəfindən zərərçəkmiş şəxsə vurulmuş xəsarətlərin lokalizasiyası, həyat üçün önəm daşıyan orqanlarına yetirilmiş xəsarətlərin xarakteri, məhkumlar tərəfindən zərərçəkmiş şəxsə çoxsaylı xəsarətlərin yetirilməsi və yalnız ətrafdakı kənar şəxslərin müdaxiləsi nəticəsində öz əməllərini dayandırmaları məhkumların zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla məhkumların zərərçəkmiş şəxsin əmlakının qəsdən zədələnməsi ilə əlaqədar əməlləri tam sübuta yetirilmiş və onların CM-in 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4 və 186.2.2-ci maddələri ilə tövsif etmiş və onları həmin maddələr ilə təqsirli bilmişlər. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, məhkumlar qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz hökmdə təsvir edilmiş şəraitdə və qaydada baş verməsi məhkumlar Məhkum1 və Məhkum2 özlərinin qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlarla və cinayət işinin digər materiallar ı ilə tam təsdiq olunur. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Birinci və apelyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apelyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 və 186.2.2-maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəylərindən gö rünür ki, məhkumlar Məhkum1 və Məhkum2 cinayət törədərkən anlaqlı olmuş, affekt vəziyyətdə olmamış, onu psixi və psixoloji vəziyyəti ilə əlaqədar onun cəzadan azad edilməsi və ya əməlinin digər maddəyə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkumlar Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə ba xan məhkəmələrin məhkumlar Məhkum1 və Məhkum2 təyin etdiyi cəzanın həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması q anuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-35/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-35/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver