Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-350/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi – XX80nun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 okty abr 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim Ş.B.Məmmədova, hakimlər M.A.Xankişiyev və M.M.Ağalarovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1992-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 may 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Dövlət iithamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2019-cu tarixli hökmü Məhkum təyin edilmiş cəza his səsində dəyişdirilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Məhkum 09 may 2018-ci il tarixdə, saat 22 radələrində ünvan5nın arxasında sərxoş vəziyyətdə tanışı X1 birgə tanışları olan istintaq zamanı şəxsiyyəti müəyyən edilməyən “XX65” adlı şəxsin ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs onlara yaxınlaşıb onun ünvanına nalayiq ifadə işlətməsi və üz nahiyəsindən əli ilə itələməsi səbəbinə görə üzərində gəzdirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs 9 dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin 6 ədəd deşilmiş-kəsilmiş yarası, onurğanın bel nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid edilən, qarının sol yarısının qarın boşluğuna keçərək bağırsağı və böyük piyliyi zədələyən yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ dirsək oynağının venasını kəsməklə 1 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısıkassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla, o cümlədən təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs, şahid XXX44un dindirmələr və üzləşdirmələr zamanı verdikləri ifadələrlə, Zərərçəkmiş şəxs ikisi sağlamlığa ağır zərər vuran olmaqla, ümumilikdə 9 ədad bıçaq yaralarının yetirilməsini əks etdirən məhkəmə-tibbi ekspertizasının rəyi ilə Məhkum məhz öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bıçaq zərbələri vurması, XXX44un onu zərərçəkmiş şəxsdən aralaşdırması və vaxtında Zərərçəkmiş şəxs xəstəxanaya çatdırması səbəbindən, yəni iradəsindən asılı olmayan səbəblərə görə qəsdini başa çatdıra bilməməsi tam sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi müstəsna olaraq məhkəmədə verilmiş Məhkum müdafiəsinə yönəlmiş işin həqiqi hallarını əks etdirməyən ifdələr əsasında, y əni əsassız və qanunsuz olaraq Məhkum əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən (qəsdən adam öldürməyə cəhddən) 126.1-ci maddəsinə (qəsdən sağlamlığa ağır zərər vurmaya) dəyişdirmiş və bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətinin digər dəlili isə odur ki, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hallar müəyyən edilməklə Məhkum həddindən artıq yüngül olmasına görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza (4 il müddətə azadlıqdan məhrum etmə) təyin edilmiş, lakin heç bir əsas olmadan həmin cəza da apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş azadl ıqdan məhrum etmə cəzasının ən aşağı həddinə - 3 ilədək azaldılmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibi olduğu halda, o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib həddindən artıq ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiaysı daxilində cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərin in hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi m üəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 29,120.1ci maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə dəyişdirildiyini, apellyasiya instansiyası məhkəməsinin isə cinayət əməlinin yanlış hüquqi tövsifi ilə razılaşmaqla yanaşı həm də əsassız olaraq birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin etdiyi həddindən artıq yüngül cəzanı daha da yüngülləşdird iyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi da kassasiya şikayətində Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə deyil, sağlamlığa qəsdən yüngül zərər vurma kimi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası daxilində ona cəzanın təyin edilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini CinayətProsessual Məcəllənin e yni maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əmə lində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli old uğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Göründüyü kimi, şəxsin cinayətə cəhd etməkdə təqsirləndirilməsi üzrə işlərdə qəsdin ictimai təhlükəli nəticənin əldə edilməsinə yönəlməsi (ictimai təhlükəli nəticənin baş verməsinin arzu olunması), lakin şəxsin iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmaması (birbaşa qəsdin mövcudluğu) sübutetmə predmetinə daxil olan zəruri (tərkibyaradıcı) hal kimi çıxış edir. Yəni, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə ittiham irəli sürüldüyündən, onun zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyi arzu etməsi, lakin iradəsindən asılı olmayan səbəbdən öldürə bilməməsi hazırki işin sübutetmə predmetini təşkil edirdi və inandırıcı şəkildə sübuta yetirilməli idi. Çünki, təqsirsizlik prezumpsiyası, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 21, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-pr osessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Belə ki, Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etmə si dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı şərh olunan məsələ üzrə qənətini (Məhkum Zərərçəkmiş şəxs öldürməyi arzu etməsini, lakin iradəsindən asılı olmayan səbəbdən – onlarla birlikdə olmuş X1 hadisəyə aktiv müdaxilə edib onları aralaşdırmaqla buna imkan verməməsinə görə məqsədinə çata bilməməsini) həlledici şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs, şahid X1 ibtidai istintaq zaman ı verdikləri ifadələri və zərərçəkmiş Zərərçəkmiş şəxs deşici-kəsici alətlə (o cümlədən, bıçaqla) ümumilikdə 9 (ikisi həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır, qalanları sağlamlığa yüngül zərər vuran) xəsarətlərin yetirilməsinə dair məhkəmə-tibbi ekspertizasının 08 iyun 2018-ci il tarixli rəyi ilə əsaslandırmışdır (kassasiya protestinin müəllifi də əməlin tövsifi üzrə məhkəmələrin gəldikləri nəticələri mübahisələndirərkən həmin sübutlara istinad etmişdir). Lakin, birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin verdiyi məlumatları təsdiq edərək, E.X4 hadisə yerində olmasına baxmayaraq müdaxiləsi olmadan, yəni hərəkətlərini davam etdirməyə real imkanı olduğu halda ona bıçaqla zərbələr vurmasını dayandırdığını və XX66 tərəfindən onun xəstəxanaya aparılma sına mane olmadığını göstərmişdir. Şahid XXXX75 da birinci instansiya məhkəməsində eyni məlumatları verərək, Məhkum özünün heç bir müdaxilə olmadan Zərərçəkmiş şəxs qarşı hərəkətlərini dayandırdığını və nəinki ona Zərərçəkmiş şəxs xəstəxanaya aparmağa mane olmadığını, hətta avtomobilin arxasınca Zərərçəkmiş şəxs xəstəxanaya tez çatdırmağı qışqırdığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsində təkrar dindirilərkən də həmin şəxslər ibtidai istintaqda onlardan alınan ifadələri deyil, birinci instansiya məhkəməsində verdikləri məlumatları təsdiq emişlər. Həmçinin, şahid XXXX75 ibtidai istintaqda onun adından alınmış ifadələr kimi müvafiq protokollarda (şahidin əlavə dindirilməsi haqqında 02 avqust 2018-ci il tarixli və zərərçəkmiş şəxslə üzləşdirilməsinə dair protokolarda) yazılmış i fadələrin və həmin protokollardakı imzaların ona aid olmadığını göstərmiş və XXXX75un göstərdiyi bu hallar, yəni protokollarda onun öz əli ilə icra edilmiş mətlər kimi qeyd olunan yazı və imzaların onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 28 iyun 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir. XXXX75un adından olan həmin ifadələrin mümkünlüyünü inkar edən bu cür ciddi qanun pozuntusu (CPM-in 125-ci maddəsinin müddəaları baxımından ifadələrin sübut kimi yolverilməzliyi) müəyyən edildiyi, zərərçəkmiş şəxs də ibtidai istintaqda verdiyi məlumatları təqsdiq etməyib təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verdiyi vəziyyətdə, yalnız xəsarətlərin sayının çox olmasını və ağırlıq dər əcəsini əks etdirən məhkəmə tibbi ekspertizasının rəyi Məhkum zərərçəkmiş şəxsi öldürməyi arzu etməsini, lakin iradəsindən asılı olmayan səbəbdən qəsdini başa çatdıra bilməməsini, yəni birbaşa qəsdin mövcudluğunu (Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə irəli sürülmüş ittihamı) kifayət qədər təsdiq edən sübut kimi nəzərdən keçirilə bilməzdi. Baxılan işdə sübutetmə predmetinə daxil olan həmin xüsusatın (birbaşa qəsdin) mövcudluğunu mötəbərliliklə, sübhələrə yer qoymadan müəyyən etmək mümkün olmadığı üçün birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən baş vermiş ictimai təhlükəli nəticələrə (Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərərin vurulmasına) görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nə dəyişdirməsi (apellyasiya instansiyası məhkəməsinin bununla razılaşması) cinayət-prosessual qanunun 349.4 və 349.5-ci maddələrində təsbit olunmuş məhkəmə hökmünün qanuniliyi və əsaslılığı meyarlarına, yuxarıda təsvir edilən sübutlar və sübutetməyə dair normaların tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamç ısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 29,120.1-ci maddələrindən qeyd olunan maddəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Təsvir edilənlərə görə məhkəmə kollegiyası müdafiəçinin Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibinin olması haqqında iddiasını və bu iddianın üzərində qurulmuş Məhkum əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasına uyğun olan cəzanın təyin edilməsi haqqında tələblərini açıq-aşkar əsassız, işin həqiqi hallarına, cinayət qanununun normalarına söykənməyən iddia və tələblər kimi qiymətləndirir. Əksinə, məhkəm ə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsi hissəsində əsaslı hesab edir və apellyasiya instansiyası məhkəməsinin bu hissədə hökmü dəyişdirmək üçün heç bir yeni (birinci instansiya məhkəməsinin nəzərə almadığı) halı müəyyən etmədiyi, təqsirkarın şəxsiyyətinin, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının isə (o cümlədən, Məhkum üzərində bıçaq gəzdirməsinin, sərxoş halda, onunla XXX663un mübahisəsini kəsmək istəyən Zərərçəkmiş şəxs bıçaqla qəsdən doqquz xəsarət yetirməklə onun sağlamlığına ağır zərər vurmasının, yaxın tanışına qarşı belə adi mübahisə vəziyyətində bıçaqla hücum etməkdən çəkinməməsinin, cinayətin alətini gizlətməsinin) birinci instansiya məhkəməsinin təyin etdiyi (Cinayət Məcəlləs inin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin aşağı həddinə yaxın olan) cəzanın açıq-aydın ədalətsiz cəza kimi qiymətləndirmək üçün əsas yaratmadığı vəziyyətdə hökmlə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin ən aşağı həddinədək azaltması məhkəmənin Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinə, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, cəzanın məqsədlərini əks etdirən CM-in 41.2-ci maddəsinin tələblərinə əməl etmədiyini göstərir. Apellyasiya instansiyası məhkəməsi cəzanın təyin edilməsi hissəsində hökmü dəyişdirərkən onun nəzərindən qaçırmışdır ki, cinayət-prosessual qanunun 404 və 405.1.1-ci maddələri ancaq sərtliyinə və yaxud yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəzanı cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza (hökmün apellyasiya qaydasında dəyişdirilməsinin əsası) kimi səciyyələndirir. Təsvir edilənlər yalnız dövlət ittihamçısının kassasiya protestinin qismən təmin edilməsi üçün əsasın müəyyən oldunğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə özü tərəf indən verilmiş kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısının kassasiya protesti isə qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 oktyabr 2019-cu il tarixli qərarı ləgv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən - cəzanın mübahisələndirilməsi hissəsində təmin edilsin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 oktyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-350/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-350/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver