Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-350/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs x və onun müdafiəçisi Yusifov Ceyhun Salman oğlunun, Bəraət almış şəxs X2 müdafiəçisi Abbasov Asim Müşfiq oğlunun, Zərərçəkmiş şəxs X və onun nümayəndəsi x iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 202 3-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs və nümayəndəsi X7 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, x yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərə k, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək "şübhəli şəxs” qismində saxlanıldığı 2 gün müddət cəza müddətinə hesablanıb çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmışdır. xx xxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 14 4.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 1-də qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hökm üzrə təyin olunmuş cəza ilə qi smən toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin hökmlə Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş və Məhkum2 və Məhkum1 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumların müdafiəçisi Yusifov Ceyhun Salman oğlu və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Z.A.Şirinov (sədrlik edən), Z.B.Babayev və İ.A.İbrahimli) 14 aprel 2022-ci il tarixli, 1(103)-557/ 2022 nömrəli hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, məhkumların müdafiəçisi Yusifov Ceyhun Salman oğlunun ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmü ləğv edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Məhkum1 və Məhkum2 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs və vəkili tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və N.R.Mövsümov) 24 noyabr 2022-ci il tarixli, 1(102)-1606/2022 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 1(103)557/2022 nömrəli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) 06 iyul 2023-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 və Məhkum2 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Ceyhun Yusifov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Məhkum1 və Məhkum2 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyriyaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər ” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191950 manat pulu bilavasitə və qrup üzvü Məhkum2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmlə həmçinin Məhkum2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə qardaşı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Məhkum1 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyriyaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub qardaşı Məhkum1 birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191950 manat pulu bilavasitə və qrup üzvü Məhkum1 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibi olmadığına görə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi bəraət verilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cin ayət işində olan mötəbər dəlillər, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, aparılmış istinaq hərəkətlərinin protokolları və digər sübutlar əsasında Məhkum1 və Məhkum2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması aşkar təsdiq edilmişdir. Lakin məhkəmə kollegiyası bəraət hökmünü çıxararkən, hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar (yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələri) təşkil etdiyindən və bunun nəticəsi olaraq Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verildiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 birgə verilmiş kassasiya şikayətində bildirirlər ki, X və Məhkum2 bütün ifadələri özləri müdafiə etməyə yönəlmiş yalan ifadələrdir. Məhkum1 ifadələrində etiraf etmişdir ki, zə rərçəkmiş şəxs ona inanmış və etibar etmiş, ona görə də verdiyi pullara görə heç zaman qirov tələb etməmiş, sənədləşdirmə aparmamışdır. Qismən olsa da, özü etiraf etmişdir ki, Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək onu aldadıb pulları ələ keçirmişdir. Bundan başqa şahid ifadələri Zərərçəkmiş şəxs ifadələrinə tam uyğun gəlməklə, təqsirləndirilən şəxslərin ifadələri kəskin ziddiyyət təşkil edirlər. Bu fakt onu təsdiq edir ki, təqsirləndirilən şəxslərin ifadələri işin obyektiv hallarına zidd olan özünü müdafiə xarakterli ifadələrdir. Zərərçəkmiş şəxs və şahidlərin ifadələri belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslərin hərəkətlərindən dələduzluq cinayət əməlinin bütün tərkibi mövcuddur. Göstərilən sübutlar biri-biri ilə və cinayət işinin digər halları ilə tam uyğun gələrək biri-birini tamamlayır və obyektiv nəticəyə gəlməyə əsas verir. Lakin, apellyasiya məhkəməsinin mövqeyinə görə bu sübutlar qeyri-mötəbər sübutlardır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 birgə verdikləri kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum1 barəsində onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməllərində həmin cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş ha llarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi X7 da apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini faktiki olaraq cinayət-prosessual qanunun eyni normalarında nəzərdə tutulmuş hallarla əsaslandırmışlar. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Kon stitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsi nin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb ed ir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış süb utları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə b ir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Verilmiş kassasiya müraciətlərinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 1(102)-1606/2022 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(102)-1606/2022 nömrəli qərarı ilə hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(103)-557/2022 nömrəli hökmünü kassasiya protesti və kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, apelly asiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 əməllərinə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmə Məhkum2 və Məhkum1 münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş və adları çəkilən şəxslərin barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmaqla CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Adı çəkilən qərar faktiki olaraq Məhkum2 və Məhkum1 əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva e tməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin 24 noyabr 2022-ci il tarixl i, 1(102)-1606/2022 nömrəli qərarında əks olunmuş mövqeyinə görə, yeni apellyasiya baxışı zamanı Məhkum2 və Məhkum1 əməllərinə düzgün hüquqi qiymətin verilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Lakin, apellyasiya məhkəməsi yeni baxışda Ali Məhkəmənin Cinayət kollegiyasının qərarında göstərilənlərlə razılaşmamaq üçün kifayət qədər əsas gətirmədən, həlledici şəkildə daha əvvəl apellyasiya icraatı qaydasında baxmış məhkəmə tərkibinin 14 aprel 2022-ci il tarixli, 1(103)-557/2022 nömrəli hökmündə əks olunmuş müddəaları öz hökmünə köçü rməklə kifayətlənmiş, nəticədə işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən faktiki olaraq imtina etməklə erkən yekun qənaətə gəlmişdir. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidi r. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayəti qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşma ya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda və yaxud razılaşdırılmış öhdəlik yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, bütün bunlar CM-in 178ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək, əməlin dələduzluq kimi qiymətləndirilməsinə əsas vermir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulm uş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülü r. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsi rkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədi kləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar k imi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin (CM-in 178.1-ci maddəsi ilə birlikdə götürməklə) dispozisiyasından və məhkəmə kollegiyasının bu normaların təfsirinə dair mövqeyindən çıxış etməklə hazırki işin hallarına baxdıqda, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibi olmaması haqqında yekun qənaətinin apellyasiya instansiyası məhkəməsində baxılmış sübutlardan irəli gəldiyini və ittihamın həlli üçün əhəmiyyət kəsb edən bütün halların məcmusundan hasil olundu ğunu demək mümkün deyil. Belə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum2 və Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs (Məhkum1in keçmiş həyat yoldaşı) etibarından suiistifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub Məhkum1 birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191950 manat pulu ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Apellyasiya məhkəməsinin yekun məhkəmə aktında görünür ki, məhkəmə Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibi olmaması əsası haqqında qənaətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında kommersiya məqsədi ilə verilmiş borc münasibətləri mövcud olmuş və uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs maddi tələblərini təmin edə bilməmişlər, bu səbəbdən Məhkum1 işlərinin uğursuzluğa düçar olması və maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs verməli olduğu pulu ödəməkdən yayınmış, lakin belə yayınma dələduzluğun dispozisiyasına uyğ un gələn aldatma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həm ibtidai istintaq zamanı toplanmış, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız olaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. Belə ki, birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Məhkum1 ilə boşandıqdan sonra 2015-ci ildən etibarən X qardaşı X2lə birlikdə şərikli formada Gənclik metrosu yaxınlığında avtomobil icarəsi ilə məşğul olan obyekt işlətmişlər. Əvvəllər onlar mehriban olduqlarından X və X2 dəfələrlə onu öz obyektlərinə dəvət etmişlər, burada ona da bir neçə dəfə əvəzi ödənilməklə icarəyə avtomobillər vermişlər, həm də özlərini hansı formada fəaliyyət göstərmələri və guya yüksək səviyy ədə qazanc əldə etmələrini bildirmişlər. Belə ki, həm X və həmdə X2 obyektlərində guya özlərinə məxsus 1012 avtomobilin icarəyə verdiklərini və həmin işdən yüksək gəlir əldə etdiklərini bildirmişlər və tez-tez onun yanında demişlər ki, bu işdə çox böyük xeyir vardır. Onun öz işində də ilk vaxtlar başlayan zaman təcrübəsiz olduğu üçün və əlində sərmayə pulu az olduğundan işləri yaxşı getməmiş, çox az qazanc əldə etmişdir. Sonralar isə övladlarının gələcəyini qurmaq üçün davamlı olaraq lombard fəaliyyəti ilə məşğul olmuş və öz işini yavaş-yavaş qurmuşdur. X və yaxud X2 özü ona lombard fəaliyyətiylə bağlı müraciət edib ondan heç vaxt hər hansı bir pul məbləği götürməmişlər. 2018-ci ilin yanvar ayının əvvəlində X onunla söhbət etmək istədiyini bildirib buna görə də onu özlərinin işlətdiyi avto mobil icarəsi obyektinə dəvət etmişdir. O həmin yerə gedən zaman X və X2 ona müraciət edib bildirmişlər ki, ona dəstək olmaq, övladlarına yaxşı gələcək təmin etmək üçün ona kömək etmək istəyirlər. O da qohumluq əlaqələri düşünüb onlara inanmışdır. O X və X2ə inandığı üçün 06 yanvar 2018-ci il tarixdə X2ə 5.000 manat, 20 yanvar 2018-ci il tarixdə Xə 2.000 manat, 21 yanvar 2018-ci il tarixdə Xə 4.000 manat və 500 ABŞ dolları, 28 fevral 2018-ci il tarixdə Xə 3.000 manat, 03 mart 2018-ci il tarixdə X2ə 3.000 manat, 16 aprel 2018-ci il tarixdə Xə 2.000 ABŞ dolları, 27 aprel 2018-ci il tarixdə Xə 15.000 manat, 28 avqust 2018-ci il tarixdə Xə 3.000 ABŞ dolları, 30 oktyabr 2018-ci il tarixdə Xə 2.900 AbŞ dolları və 5.600 ABŞ dolları iki dəfəyə olmaqla ümumilikdə 8.500 ABŞ dolları, 10 dekabr 2018-c i il tarixdə X2ə 10.000 ABŞ dollarını, 20 yanvar 2019-cu il tarixdə X2ə 40.000 manat, 05 fevral 2019-cu il tarixdə Xə 10.000 manat, 30 mart 2019-cu il tarixdə X2ə 10.000 ABŞ dolları, həmin tarixdə Xə 8.500 ABŞ dolları, 05 aprel 2019-cu il tarixdə X və X2ə birlikdə 10.000 manat, 13 may 2019-cu il tarixdə Xə 10.000 manat, 2019-cu ilin iyun ayının sonunda X2ə 9.000 manat, 2019-cu ilin avqust ayında X2ə 8.700 manat pulu ofisində vermişdir. Onun verdiyi pulların tarixi və həmin pullara görə ona X və yaxud X2in müraciət etməsi tamamilə dəqiqdir, sadəcə olaraq bəzi vaxtlarda X2 və yaxud X ona özləri müraciət etsə də əksər vaxtları həmin pulları özləri götürmüş, bəzi vaxtlarda isə pulun götürülməsini X28 adlı işçilərinə və digər adlarını bilmədiyi ki nəfər kişi işçisinə tapşırmışlar. O da X2 və Xi n tələbinə görə həmin pulları qeyd etdiyi şəxslərə vermişdir. X2 və X ondan aldıqları pulların müqabilində onu şirnikləşdirmək üçün guya gördükləri işin qazancı olaraq ona cəmi bir neçə dəfə pullar vermişlər. Onlar ona verdiyi pullar müqabilində 2018-ci ilin fevral və mart ayının sonunda hər dəfə 460 manat olmaqla ona ümumilikdə 920 manat pulu qazanc adı ilə vermişlər, həmin şəxslər ona bu pulu verəndə xüsuslilə vurğulamışlar ki, onun verdiyi az məbləğdə pula görə qısa müddət ərzində ona yüksək gəlir verirlər, bununla da guya onu həvəsləndirmişdilər ki, o yenə də əlavə pullar versin. 2018-ci ilin aprel ayında X və X2 ona heç bir gəlir verməyib bildirmişlər ki, təcili olaraq onlara 15.000 manat pul lazımdır, əgər bu pulu tapa bilməsələr, ziyana düşəcəklər və əvvəldən verdiyi pullara görə on a xeyir verə bilməyəcəklər. O da əvvəlki pullarını xilas etmək və çox böyük ümidlə başladığı guya birgə işləri yarımçıq qoymamaq üçün həmin vaxt onun nəğd pulu olmadığı üçün əvvəlcədən X2 və Xi xəbərdar etməklə ofisinin yaxınlığında yerləşən lombarda müraciət edib öz şəxsi qızıllarını girov qoyaraq 15.000 manat pulu götürüb qeyd etdiyi kimi Xə vermişdir. Verdiyi pullarla bağlı onu da demişdir ki, 2019-cu ilin yanvar ayının 20-si ərəfəsində X2 onun telefon əlaqəsi saxlayıb bir ədəd qara rəngli 2006-cı il istehsallı "X” markalı ucuz qiymətə avtomobil almasını, təcili olaraq alıb obyektlərində icarə vermək istədiyini bildirmiş və həmin avtomobili almaq üçün 40.000 manat pul lazım olmasını demişdir. X2in təklifi ilə o, onların obyektinə gedib qara rəngli 2006-cı il istehsallı X qeydiyyat niş anlı "X”markalı avtomobili də ona nümayiş etdirib həmin avtomobili gündəlik 250-300 manat icarəyə verməklə gəlir əldə edəcəklərini bildirmişlər. X2 özü ona demişdir ki, həmin avtomobilin qiyməti çox olsa da pulun bir qismini ödəyib hazırda bu maşını almaq üçün 40.000 manat pul lazımdır, alqı-satqını isə əlavə xərc və şapka pulu olmasın deyə təkrarən onun adına qeydiyyata vurmaq lazım deyil. Belə ki, bu avtomobil rəsmi guya X2in adında olsa da guya ona məxsus olacaqdı. X2 həmin pulu ondan şəxsən özü dostu X2 adlı şəxsin yanında ofisində götürmüşdür. O, həmin avtomobili sonradan görmək istəsə də həmin şəxslər avtomobili işlətdiklərini bildirmişlər, lakin sonradan yəni 2019-cu ilin sonunda ona məlum olmuşdur ki, guya ona məxsus olan həmin avtomobili X üzərinə X qeydiyyat nişanını qoymaq adı i lə aparıb başqa "X” adlı şəxsin yanına qoyaraq ordan da pul götürmüşdür. 2019-cu ilin avqust ayına qədər olan müddətdə X və X2 ona azaz olmaqla cəmi 2.760 pulu guya gəlir kimi vermişlər. 2019-cu ilin aprel ayında X və X2 ona birlikdə müraciət edib təcili olaraq 10.000 manat pul lazım olmasını deyəndə o, onlara bildirmişdir ki, artıq külli miqdarda pul verməyinə baxmayaraq onlar ona bu məbləğlərdə uyğun gəlir vermirlər. Bu zaman onlar ona demişlər ki, guya hazıradək onun verdiyi pulları götürdükləri işin genişləndirilməsinə sərf etmişlər, hazırda isə 10.000 manat pul verilməsə işlərində yenə də ləngimə yaranacaqdır. O da Xlə X2ə inandığından və artıq külli miqdarda verdiyi pulları təhlükəyə atmamaq üçün yenidən qeyd etdiyi lombarda müraciət edib yenə də onlara xəbərdar etməklə şəxsi qızılla rını girova qoyub 10.000 manat pul götürərək hər ikisinin iştirakı ilə ofisində pulu onlara vermişdir. X və X2 hər dəfə ondan iri məbləğdə pulları alarkən ona müxtəlif avtomobillər göstərib onun verdiyi pullar müqabilində həmin avtomobilləri alınmasını və ona məxsus olmasını bildirmişlər. X və X2 ona qara rəngli 2006cı il istehsallı X qeydiyyat nişanlı "X” markalı avtomobili, ağ rəngli "X12” markalı 2003- cü il istehsallı X qeydiyyat nişanlı avtomobil, qara rəngli 2008-ci il istehsallı, X qediyyat nişanlı avtomobil, ağ rəngli, "X” markalı X qeydiyyat nişanlı avtomobil, qara rəngli "X” markalı 2012ci il istehsallı X qeydiyyat nişanlı avtomobili göstərib onun verdiyi pullar müqabilində alındığını, avtomobillərin qalıq borclarını ödəmək üçün bu avtomobillərdən alınan icarə pullarının həmin is tiqamətə yönəltdiklərini və bütün dəyərini ödədikdən sonra bu avtomobilləri rəsmi olaraq onun adına qeydiyyata salacaqlarını bildirmişlər. 2019-cu ilin sonunda o, X2 və Xdən pulları tələb edən zaman həmin şəxslər onu guya sakitləşdirmək üçün ağ rəngli 2007-ci il istehsallı "X” markalı X qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə ona gətirib vermişlər və sonradan bunu adına rəsmişləşdirəcəyini demişlər. Lakin avtomobil onun həyətində bir aya yaxın qalsa da hər dəfə X2gil müxtəlif bəhanələrlə sənədləşməni gecikdirmişlər. X2gilin də məlumatı o, həmin avtomobilə 2.000 manatlıq təmir xərci də qoymuşdur. Sonradan onunla həmin avtomobilin sahibi X2 adlı tanışları vasitəsilə əlaqə saxlayıb «X3» yanında avtomobilin yanında olmasını bildirib onunla görüşmüşdür. Bu zaman həmin avtomo bilin X2a məxsus olmasını, sadəcə olaraq həmin avtomobili işlətmək üçün X2gilə verdiyini, lakin son iki aydır ki, nə X2gili, nə də ki, avtomobili tapa bilmədiyini demişdir. Onların arasında olan mübahisədən sonra avtomobil X2a məxsus olduğu üçün sonuncu avtomobili aparmışdır. O, X2gili həmin vaxtı axtarsa da həmin şəxsləri tapa bilməmiş, X avtomobili aparandan sonra X2gil ona demişdir ki, həmin avtomobil guya onların özünə məxsus olub, lakin sonradanda həmin avtomobili X2a verməmişlər. O, dəfələrlə X evinə gedib həmin şəxslərə verdiyi pulları qaytarmaqla bağlı müraciət etsə də onlar müxtəlif bəhanələrlə ondan yayınır və pulları tezliklə ödəyəcəklərini bildirmişlər. Bu görüşlər zamanı xanım olduğu üçün pulunu verməkdən imtina etməsinlər deyə guya X və X2ə verdiyi pulların ilk lombard fəal iyyətinə başlayan zamanlarda müdiri olmuş X müəllimə məxsus olmasını demiş, X müəlim də ona görə həmin şəxslərə pulun qaytarılması ilə bağlı bir neçə dəfə söhbətlər etmişdir. Amma əslində X və X2ə verdiyi pullar onun özünə məxsus olmuşdur. Artıq X və X2in ona məxsus pulları ələ keçirmələrini başa düşəndə bu pulların verilməsini heç bir sənədlə rəsmişləşdirmədiyi üçün həmin şəxslərin ondan aldığı pullarla bağlı səs yazılarını telefon vasitəsilə yazmışdır. Bundan başqa onun həmin şəxslərlə birgə iş görüb qazanc əldə etməyiylə bağlı işləri onun işçiləri Ağasəlim, böyük oğlu X, X2gilin işçisi X28, pul götürdüyü lombardın müdiri X müəllim və ətraflarında olan digər şəxslər bilmişlər. Səs yazıları və lombarddan pul götürməyiylə bağlı sənədləri də istintaqa təqdim etmişdir. X və X2 birlikdə 2018- ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə ümumilikdə 191.950 pulunu ələ keçirmişlər, həmçinin Xgilə verdiyi lombarddan götürdüyü hazırda da faizlərini ödədiyi pulların məbləği xx.xx.2018-ci ildə götürdüyü pula görə 19500 manat, xx.xx.2019-cu il tarixdə götürdüyü pula görə 7.500 manat pul ödəmişdir. Hazırda da onun qızılları girovdadır və o, faiz pulları ödəməkdə davam edir. Nəzərə alınmalıdır ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağasəlim Mehdizadə, X28, Şahid5, Şahid7 və qeyriləri vermiş olduqları ifadələrində zərərçəkmiş şəxsin ifadəsində göstərmiş olduğu xüsusatları təsdiqləmişlər. Xüsusən, bəhs olunan pulların müəyyən hissəsinin bir tərəfdən digərinə verilməsində iştirak etmiş X9 tərəflər arasında birbaşa pul müna sibətləri ilə bağlı danışıqlarda iştirak etməsə də, verilmiş pulların lombard fəaliyyəti ilə bağlı olmadığını, pulları Zərərçəkmiş şəxs götürüb təqsirləndirilən şəxslərə apararkən heç bir sənədə imza atmadığını, bu proseslərdə heç bir faiz söhbəti və girovdan söhbət getməsinin şahidi olmadığını, hətta X xanımın bəzi vaxtlarda ondan Xgilin obyektdəki işlərinin necə getməsi, gəlirlərinin vəziyyəti ilə bağlı maraqlanmasını ifadəsində göstərmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs ilə Məhkum1 arasında baş vermiş telefon danışıqlarından müəyyən olunur ki, sonuncu Zərərçəkmiş şəxs "Mən girdim 80 minin altına, amma siz gör neynəmisiz?” ifadəsinə münasibət inkaredici heç bir ifadə işlətməmiş, həmçinin zərərçəkmiş şəxsin "Başıva dönərəm, neynirsən elə 187 min puldu...” ifadəsinə m ünasibətdə isə "bildim” cavabını verməklə həmin məbləği aldığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız Məhkum1 və Məhkum2 ziddiyyətli ifadələrindən çıxış edərək, hər hansı ağlabatan əsas gətirmədən adları çəkilən şahidlərin ifadələrini sübut kimi qəbul edilməsindən imtina etmək barədə nəticəyə gəlməklə yanaşı, məlum telefon danışıqlarının tədqiq və təhlilini aparmamış, bununla da, cinayət təqibinin başlandığı andan yekun məhkəmə qərarlarının çıxarıldığı vaxtadək zərər çəkmiş şəxsin və əksər şahidlərin ziddiyyətsiz və birmənalı ifadələrinə və obyektiv həqiqəti əks etdirən telefon danışıqlarına əhəmiyyət verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 01 ədəd diskdə təsbit edilmiş 15 səs yazılarına baxış keçirərkən Zərərçəkmiş şəxs M əhkum1 aralarında olan danışıqlardan müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs maşınların alqı-satqısını həyata keçirilməsi, maşınların sonuncunun və öz adına rəsmişləşdirmək və sonradan həmin maşınları icarəyə verməklə qazanc əldə etmək məqsədi ilə birgə biznes fəaliyyəti ilə məşğul olması barədə vədlər vermiş və bu məqsədlər üçün Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda kifayət qədər böyük məbləğlərdə vəsait almışdır. Həmçinin birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, ilkin mərhələdə Zərərçəkmiş şəxs verdiyi pulların müqabilində ona bir neçə ay aylıq qazanc verilmiş (faktiki olaraq sonuncunu inandırmaq, əsl məqsədi pərdələmək niyyəti ilə), Zərərçəkmiş şəxs işlərin gedişatı ilə maraqlandıqda X və qardaşı ona işlətdikləri avtomob il icarəsi obyektində olan bir neçə avtomobili nümayiş etdirib onun verdiyi pullar hesabına alındığını demişlər (zərər çəkmişin adına rəsmiləşdirmədən, bir qismi başqa şəxslərə məxsus olduğu halda). Sonradan bizneslərinin yaxşı getməməsini bildirərək verdiyi pulların batmaması adı ilə Zərərçəkmiş şəxs daha artıq məbləğlərdə pullar alınmış, sonuncu bu pulların bir qismini özünə məxsus olan qızılları girov qoyaraq başqa lombarddan götürmüş, verilmiş pullar tələb olunduqda X zərərçəkmiş şəxsi inandırmaq və sakitləşdirmək məqsədi ilə müxtəlif bəhanələr gətirməklə yanaşı yekunda 2007-ci il istehsallı “X" markalı **NG-*** qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə sonradan adına rəsmiləşdirəcəyi adı altında (digər şəxsin mülkiyyətində olan avtomobili) Zərərçəkmiş şəxs vermişdir. Göstərilən hal Zərərçəkmiş şəxs ifadələri, Zərərçəkmiş şəxs Məhkum1 aralarında olan telefon danışıqları, ibtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid8 ifadələri və sonuncunun Zərərçəkmiş şəxs arasında olan telefon danışıqları ilə təsdiqlənmişdir. Belə ki, Şahid8 ifadəsində göstərmişdir ki, o özünə məxsus olan, Xə etibarnamə verdiyi avtomobilini axtarmağa başlamış, həmin vaxtlar X və X2 onun zənglərinə cavab verməyib gizlənmişlər... Avtomobilini axtaran zaman təxminən 2019-cu ilin sonlarında dəqiq tarixini bilmədiyi vaxtda Bakı şəhəri, Həzi Aslanov metrosunun yaxınlığında olan “X” restoranının qarşısında özünə məxsus olan “X” markalı **-NG-*** qeydiyyat nişanlı ağ rəngli avtomobili görmüş, həmin avtomobilinə yaxınlaşıb dayanacağa baxan şəxsdən həmin avtomobili orada saxlayan şəxsi, sonradan adının X olmasını bildiyi xanımı tapmış, hər şeyi olduğu kimi Xyə danışıb həmin avtomobilin özünə məxsus olmasını, bu avtomobili istifadə edib pulunu ödəmək üçün Xə verdiyini, pulunun ödənmədiyini, Xi tapa bilmədiyini, ona məxsus avtomobili geri almaq istədiyini demişdir. X xanım bildirmişdir ki, həmin avtomobili X və qardaşı X2 onlara avtomobil icarəsi obyektinə gəlir əldə etmək üçün qoyduğu pulu tələb edən zaman, bunun əvəzində, onunku kimi təqdim edib 28.000 manat dəyərləndirməklə ona vermişlər, lakin guya qeydiyyat xərcləri və kreditdə olduğu üçün həmin avtomobili Xnin adına rəsmiləşdirməmişlər. X xanım sözlərindən sonra, onluq bir şeyin olmamasını başa düşüb avtomobilini ona təhvil vermişdir.... Bu hadisədən sonra da Xili ondan yayınmış,... təxminən 3-4 ay sonra ona məxsus “Vaz 2121” markalı avtomobilin x adlı şəxsə girov qoyulmasını eşitmiş, bundan sonra həmin şəxsə müraciət edib Xin avtomobili girov qoyduğu borc məbləğini, yəni, 7.000 manatı həmin şəxsə verib avtomobilini təhvil almışdır. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 etibarlı qohumluq münasibətlərdə olan Zərərçəkmiş şəxs 191950 manat pul vəsaitinin məhz üzərilərinə götürdükləri öhdəliyin yerinə yetirmək (kommersiya) məqsədi ilə yoxsa həmin işi görmək niyyətində olmadan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə borclarının olması haqda məlumatları gizlətməklə öz əmlak kütlələrinin artırmaq məqsədi (dələduzluq niyyəti ilə) ilə əldə etmələrini aydınlaşdırılmamışdır. Bunun əvəzinə apellyasiya məhkəməsi hökmdə Zərərçəkmiş şəxs tər əfindən təqdim edilmiş diskdə olan məlumatlara qısa şəkildə istinad etməklə, yalnız təqsirləndirilən şəxslərin sözləri ilə təsdiqlənən hallardan çıxış edərək tərəflər (X və X) arasında faizlər barədə danışıqların olmasını qeyd etmişdir. Belə ki, apellyasiya məhkəməsi X tərəfindən Xnin ünvanına “sənin aylıqların verilir”, “bu yandan faizlər dirəndi", X tərəfindən isə Xin ünvanına “görüm müəllimi ayın axırına kimi saxlaya bilirəmmi", “müəllim elə bilir ki, pulun əvəzinə altı ədəd maşın var”, “camaatın pulunu vermişəm sənə, ver da camaatın pulunu” ifadələri əsas götürərək tərəflər arasında mülki xarakterli münasibətlərin olması barədə qənaətə gəlmişdir. Lakin apellyasiya məhkəməsinin öz hökmündə istinad etdiyi məlumatlardan birmənalı aydın deyil ki, Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs ünvan ına "sənin aylıqların verilir”, "bu yandan faizlər dirəndi”, kimi ifadələrində "aylıq” hissəsi zərər çəkmişin göstərdiyi və ona verilmiş cüzi qazanc kimi, yoxsa məhz faiz kimi qəbul olunmalıdır. Digər tərəfdən ümumi danışıqların kontekstindən görünür ki, Məhkum1 bu yandan faizlər dirəndi” ifadələrini işlətməklə, əksinə, Zərərçəkmiş şəxs ilə bağlı olmayan, digər işləri ilə bağlı borc faizlərini yığılmasını, qeyd olunan borcların qaytara bilməməsini zərər çəkmişə izah etməyə çalışmışdır ki, qeyd olunan ifadələr məhkəmə tərəfindən yanlış təsvir edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dələduzluqda ittiham olunan şəxsin əmlakın ona verilməsinədək həmin əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətində olub-olmaması (əməlində cinayətin subyektiv cəhətinə aid zəruri əlamətin mövcudluğu) məsələ si yalnız şəxsin öz hərəkətlərinə subyektiv münasibəti barədə verdiyi şifahi məlumatlar əsasında deyil, həm də işin obyektiv hallarından, o cümlədən onun əmlakı əldə edərkən nümayiş etdirdiyi davranışından, verdiyi vədlərin məzmunundan, əmlakı ələ keçirdikdən sonrakı dövrdə etdiyi hərəkətlərdən, bu hərəkətlərin verdiyi vədlərlə (götürdüyü öhdəliklə) uyğunluq təşkil edib-etməməsindən, verdiyi vədin, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinin ondan asılı olmayan hallardan, yoxsa özünün vədin (öhdəliyin) icrasından boyun qaçırmasından irəli gılib-gəlməməsindən, vədin qismən də olsa yerinə yetirilməsi (öhdəliyin icrası) istiqamətində hərəkətlər edib-etməməsindən asılı olaraq həll olunmalıdır. Bu baxımdan, yuxarıda qeyd olunan hallar Zərərçəkmiş şəxs pul vəsaitləri götürərkən Məhkum1 v ə Məhkum2 həqiqi niyyətlərinin nədən ibarət olduğunu və məqsədlərinin nəyə yönəldiyini müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb etsə də, onlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən keçirilməmişdir. Halbuki, həmin hallar iş üzrə toplanmış, o cümlədən apellyasiya instansiyası məhkəməsinin özünün bilavasitə tədqiq etdiyi sübutlardan, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahid ifadələri, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd diskdə təsbit edilmiş 15 səs yazıları və digər sübutlardan irəli gəlir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmü ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, iş üzrə toplanmış sübutların (CPM-in 144-146-cı maddələri tələb etdiyi kimi) müqayisəli şəkildə obyektiv qiymətləndirilməsinə əsaslanan, müvafiq olaraq da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4 və 349.5-ci maddələrində təsbit edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qiymətləndirilə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə və Ali Məhkəmənin Plenum qərarında əks olunmuş hüquqi mövqeyinə cavab vermədiyi müəyyən olunur. Göründüyü kimi, yuxarıda təsvir edilən çatışmazlıqlar və nöqsanların əksəriyyətinin Ali Məhkəmənin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarında da təsbit edilməsinə baxmayaraq, işə növbəti baxan apellyasiya instansiyası məhkəməsi sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əməl etməməklə cinayət-prosessual qanunun 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin əsası kimi nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu çatışmazlıqların mövcudluğu vəziyyətində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökm qüvvədə saxlanıla bilməz və belə vəziyyət iş üzrə həqiqətin müəyyən edilməsi üçün təkrar araşdırmanın aparılmasını, araşdırılmış bütün sübutlara onların X və Məhkum2 qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlmək üçün kifayət etməsi nöqteyi nəzərindən qiymət verilməsini labüd edir. Beləliklə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edərək və həmin protestin və şikayətinin təmin edilməsi haqda dövlət ittihamçısı X2 və Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi haqqında bəraət almış şəxs Məhkum1, onun müdafiəçisi Yusifov Ceyhun Salman oğlunun, bəraət almış şəxs Məhkum2 müdafiəçisi Abbasov Asim Müşfiq oğlunun çıxışlarınıını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum2 və Mə hkum1 CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmü ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələ ləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlunun kassasiya protesti və Zərərçəkmiş şəxs və nümayəndəsi X4 birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 06 iyul 2023-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmü ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-350/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-350/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver