Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-350/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əzizov Azər Mirzə oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi nin 19 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.M.Əzizov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən və məruzəçi), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) Məhkum, 6 iyul 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Sumqayı t Şəhər Məhkəməsinin 10 mart 2017ci il tarixli hökmü ilə CM-in 131.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il müddətə islah işləri və 500 (beş yüz) manat miqdarında cərimə cəzalarına, həmin məhkəmənin 29 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 244.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, habelə onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Anar” adlı kafeni icarə əsasında işlədərkən, əvvəllər bir neçə dəfə dostları ilə həmin kafedə yeyib içdikdən sonra hesabı ödəyə bilmədiyindən nisyə yazdırıb sonradan ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, pulu ödəmədiyinə görə kafenin müştərisi Şahid ilə 11 yanvar 2022-ci il tarixdə, saat 17 radələrindən etibarən dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq kafeni bağlayaraq başqa şəxsə təhvil verdiyini, borcu ödəmək üçün götürdükləri möhlətin son günü olduğunu xatırladıb borc pulu ondan ödəməyi tələb etdikdə Şahid pulu ödəməkdən imtina edərək dostlarının ona ödəyəcəyini bildirdikdən sonra, sonuncunun hesab borcunu verməkdən imtina etdiyinə görə qarşılıqlı olaraq telefon vasitəsi ilə kobud danışaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış münaqişəni həll etmək üçün həmin gün saat 17 radələrində Şahid ilə görüşüb ona xəsarət yetirdikdən sonra bundan xəbər tutmuş Zərərçəkmiş şəxs ona zəng edərək mübahisə edib Şahid bədən xəsarəti yetirməsinə, pulu tələb etməsinə görə ona iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs heç vaxt kafedə pul ödəmədiyini bildirib bu məsələyə qarışmamasını dedikdən sonra qarşılıqlı olaraq həmin telefon danışığı zamanı birbirilərini nalayiq ifadələrlə söyüb təhqir etmiş, Məhkum onun söyüşlərini qəbul etməyərək şəxsi münasibətlər zəminində yaranmış ədavət üz ündən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, niyyətini qətiləşdirdikdən sonra Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi 34 “Bravo” supermarketin arxa girişi ilə üzbəüz yerləşən mağazanın qarşısına çağırıb həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gələrək Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs həmin gün, saat 20:32-də qeyd olunan yerə gəldikdən sonra mağazanın qarşısında sonuncuya yaxınlaşıb əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfatməişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi və boyun nahiyələrinə bir neçə zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sol diz oyn ağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin üç ədəd sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, boyunun ön səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərərvurmaya aid edilən, ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan daxili qanitirmə ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Sumqayıt Ağır Cin ayətlər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 19 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.M.Əzizov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və Məhkum əməlinin CM-in 122.1-ci maddəsi ilə tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi A.M.Əzizov həmin şikayətini onunla əsaslandırmışdır ki, hazırki işə apellyasiya instansiyası məhkəməsində baxılarkən o, Məhkum apellyasiya şikayətinin dəlillərinin əsaslılığının araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırsa da, məhkəmə kollegiyası onun vəsatətini təmin etməməklə, müdafiə tərəfinə öz müdafiəsini qurmaq üçün istinad etdiyi dəlili araşdırmaqdan faktiki olaraq imtina etmişdir. Halbuki, işin hallarına görə belə ekspertizanın təyin edilərək keçirilməsi zəruri olmuşdur ona görə ki, toplanmış sübutlara əsasən Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxslə əvvəllər hər hansı bir münaqişəsi və ədavəti olmamış, hadisədən əvvəl zərər çəkmiş başqa şəxsi guya müdafiə etmək üçün Məhkum zəng edərək onun və rəhmətə getmiş anasının ünvanına deyilməsi mümkün olmayan söyüşlər işlətmiş, bu söyüş və təhqirlər Məhkum böyük stres və həyəcan yaratmış, görüşə gələrkən Zərərçəkmiş şəxs yenə də həmin söyüşləri davam etdirmiş, buna görə də hüquqlarını müdafiə etdiyi şəxs özünü saxlaya bilməyərək, elə zərər çəkmişə çatan kimi ona bıçaq zərbələri yetirmiş, bu zərbələrin sayını və istiqamətlərini də bilməmiş, yalnız polis əməkdaşları onu hadisə yerind ən götürüb polis idarəsinə aparandan sonra zərər çəkmişi vurduğunu və onun öldüyünü bilmişdir. Bu hallarla təsdiq olunur ki, Məhkum həqiqətən də fizioloji affekt vəziyyətində olmuş və ona istinad olunan əməli məhz affekt vəziyyətində, yəni güclü ruhi həyəcan vəziyyətində törətmişdir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertizanın rəyi ilə bu hal inkar edilsə də, məhkəmələr həmin rəyə əsaslanmaqla başqa nəticəyə gəlməkdə haqlı olmamışlar, çünki qanunvericiliyin tələblərinə əsasən həmin rəyin nəticələri məhkəmələr üçün məcburi xarakter daşımamışdır, şəxsin cinayət törədərkən fizioloji affekt vəziyyətində olub-olmaması isə məhkəmə tərəfindən toplanmış və araşdırılmış sübutlara əsasən müəyyən edilərək bu hala hüquqi qiymət verilməldir. Belə olan halda hazırki iş üzrə məhkəmələrin qə bul etdikləri yekun məhkəmə aktları qanuni və əsaslı hesab edilə bilməz. Daha sonra müdafiəçi qeyd etmişdir ki, məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edərkən “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələri, habelə “fizioloji affekt” anlayışına dair hüquq nəzəriyyəsində verilmiş şərhləri də nəzərə almamış, nəticə etibarı isə onun həmin əməlinin göstərilən maddə ilə tövsif edilməsində səhvə yol vermişlər. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi A.M.Əzizov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçiriləcəyi vaxt və yer haqqında q anuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X8 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X8in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə icl asında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi A.M.Əzizovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin tövsifində səhvə yol verilməsini iddia edir, bununla da sonuncunun əməlinin CM-in 122.1-ci maddəsinə tövsif edilməsi, bu əsasla da Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarın dəyişdirilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CP M-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi A.M.Əzizovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, hazırki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə b axılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apelly asiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsin də müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ və İİ hissələrində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsi n hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqqında tələb hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vax tında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələrinə dair təqsirlilikləri sübuta yetirilmiş şəxslər haqqında onların törətdikləri əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə şəxsiyyətlərinə uyğun cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəx s özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək k eçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hü quqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir his səsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli suby ektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi təl əb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kən arda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, tör ədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayə t prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əl amətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayə t-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edil məsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinay ət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Resp ublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin q ərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı m ülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olun an sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum məhz CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və onun əməlinin həmin maddə ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəy ə gəlmişlər. Məhkum apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmlə təqsirli bilindiyi əməli, yəni qəsdən adam öldürmə cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Anar” adlı kafeni icarə əsasında işlədərkən, əvvəllər bir neçə dəfə dostları ilə həmin kafedə yeyib içdikdən sonra hesabı ödəyə bilmədiyindən nisyə yazdırıb sonradan ödəyəcəyini öhdəsinə götürməsinə baxm ayaraq, pulu ödəmədiyinə görə kafenin müştərisi Şahid ilə 11 yanvar 2022-ci il tarixdə, saat 17 radələrindən etibarən dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq kafeni bağlayaraq başqa şəxsə təhvil verdiyini, borcu ödəmək üçün götürdükləri möhlətin son günü olduğunu xatırladıb borc pulu ondan ödəməyi tələb etdikdə Şahid pulu ödəməkdən imtina edərək dostlarının ona ödəyəcəyini bildirdikdən sonra, sonuncunun hesab borcunu verməkdən imtina etdiyinə görə qarşılıqlı olaraq telefon vasitəsi ilə kobud danışaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış münaqişəni həll etmək üçün həmin gün saat 17 radələrində Şahid ilə görüşüb ona xəsarət yetirdikdən sonra bundan xəbər tutmuş Zərərçəkmiş şəxs ona zəng edərək mübahisə edib Şahid bədən xəsarəti yetirməsinə, pulu tələb etməsinə görə ona iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs heç vaxt kafedə pul ödəmədiyini bildirib bu məsələyə qarışmamasını dedikdən sonra qarşılıqlı olaraq həmin telefon danışığı zamanı bir-birilərini nalayiq ifadələrlə söyüb təhqir etmiş, Məhkum onun söyüşlərini qəbul etməyərək şəxsi münasibətlər zəminində yaranmış ədavət üzündən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, niyyətini qətiləşdirdikdən sonra Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi 34 “Bravo” supermarketin arxa girişi ilə üzbəüz yerləşən mağazanın qarşısına çağırıb həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gələrək Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs həmin gün, saat 20:32-də qe yd olunan yerə gəldikdən sonra mağazanın qarşısında sonuncuya yaxınlaşıb əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfatməişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi və boyun nahiyələrinə bir neçə zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin üç ədəd sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, boyunun ön səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərərvurmaya aid edilən, ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan daxili qanitirmə ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və ümumilikdə birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara) müraciət etməyi zəruri bilir. Belə ki, işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mahiyyəti üzrə baxılarkən Məhkum özünü ona elan olunmuş ittiham üzrə deyil (sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə gör ə CM-in 120.2.2-ci maddəsi ilə ittiham elan olumuşdur), CMin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər kafe (yeməkxana) icarəyə götürüb işlədərkən sonradan tanıdığı Şahid adlarını bilmədiyi digər şəxslərlə birlikdə həmin kafeyə gələrək orada yeyib-içmiş, lakin bəzi hallarda pul vermədiyinə görə Şahidin borcları yığılıb qalmışdır. 2022-ci ilin yanvar ayında kafe bağlanmalı olduğundan o, borclu olan şəxslərdən, o cümlədən Şahid borclarını ödəməyi tələb etmiş, sonuncu da bu tələbi yerinə yetirməyi üzərinə götürsə də, borclarını ödəməmişdir. Buna görə o, 11 yanvar 202-ci il tarixdə Şahidə zəng edərək yenə də öz tələbini təkrarlamış, lakin Şahid borclarını ödəməkdən yayındığına görə, onlar həmin gün görüşüb mübahisə etmiş, bu zaman əl bəyaxa olmuş, lakin bu zaman dalaşmayaraq biri-birinə xəsarətlər yetirməmiş və qısa vaxtdan sonra ayrılmışlar. Bundan sonra, elə həmin gün özünü Şahid dostu kimi təqdim etmiş Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı ona zəng edərək onu təhqir etmiş, telefonda mübahisə edərək görüşmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı Zərərçəkmiş şəxs həmçinin ona Şahidla dalaşdığına görə ona iradını bildirmiş və hədə-qorxu gəlmişdir. Axşam evdə olarkən Zərərçəkmiş şəxs yenidən ona zəng edərək onu təhqir etmiş. Buna görə o, saat 20 radələrində Zərərçəkmiş şəxs təklifi ilə onunla “Bravo” marketin yaxınlığında görüşərkən sonuncu onu təhqir etdiyinə görə ona üzərində olan bıçaqla xatırlamadığı sayda bir neçə zərbə vurmuş, lakin bu zaman onun öldürmək məqsədi izləməmişdir. Cinayət işinin materialları ndan görünür ki, Məhkum ibtidai araşdırma zamanı özünü ona CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək yuxarıda göstərilən ifadələrə analoji ifadələr vermiş və həmin ifadələrində də qeyd etmişdir ki, o, icarəyə götürdüyü kafenin işlədilməsini hadisədən üç gün əvvəl dayandırmış və bu iaşə müəssisəsini X adlı tanışına təhvil vermişdir. Həmin vaxt Şahid kafeyə 150 manat borcu qalmış, lakin sonuncu həmin borcun yalnız bir hissəsini – 70 manatını ödəmiş, qalanını isə 11 yanvar 2022-ci il tarixdə ödəməyə söz vermişdir. Buna görə, o, həmin gün saat 12 radələrində Şahid zəng edərək ondan qalan 80 manat borcunu verməsini istəmiş, sonuncu da ona yas mərasiminə getməli olmasını və borcun dostları tərəfindən ödəniləciyini bildirmiş, bu zəmində onların aralarında sö zlə mübahisə yaranmış və onlar görüşüb söhbət etmək qərarına gəlmişlər. Görüş zamanı Şahidla sonuncunun kafeyə olan borcunu ödəməməsinə görə mübahisə edib əlbayaxa olmuş, lakin həmin vaxt o, Şahidi vurmamış və onlar ayrılmışlar. Bundan sonra saat 17:23 radələrində ***-***-**-** saylı telefon nömrəsi ilə əvvəllər Şahidla birlikdə kafeyə gəlmiş Zərərçəkmiş şəxs ona zəng edərək Şahid pul istədiyinə görə ona iradını bildirmiş, o, isə cavabında ona bu işin ona aid olmamasını dedikdə onun bu sözü Zərərçəkmiş şəxsin xoşuna gəlməmiş və onunla daha da qəzəbli danışmağa başlamışdır. O, söhbəti yarımçıq qoyaraq telefonu söndürmüş, sonra isə Şahid zəng edərək Zərərçəkmiş şəxs etdiyi zəngə görə ona narazılığın bildirmiş, sonuncu da onun borca görə tələb etdiyi pulu xatırlamadığı yanacaq doldurma məntəq əsinə gedib pulu oradan götürməsini təklif etmişdir. Lakin o, bu təkliflə razılaşmamış və Şahid pulu özünün gətirib verməsini demişdir. Bundan bir qədər sonra Zərərçəkmiş şəxs yenə ona zəng edərək onunla kobud şəkildə danışmış, o, da sonuncuya bu tərzdə cavab verdikdə Zərərçəkmiş şəxs ona telefonda belə ürəkli danışmasını bildirərək nə vaxtsa görüşüb söhbət etməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs həmin vaxt görüşmələrini təklif etmiş, lakin sonuncu işdə olmasını bildirərək görüşə gələ bilməyəciyini demiş, o, da Zərərçəkmiş şəxsə kobud cavab verib onunla sağollaşmış və evə getmişdir. Bir qədər sonra o, evdən çıxıb Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisinə getmiş, bu vaxt Zərərçəkmiş şəxs yenə də ona zəng edib onunla mübahisə etməyə başlamış və söhbət zamanı onu nalayiq söyüşlərlə təhqir etmiş, o, da eyni söyüşlərlə ona cavab vermişdir. Zərərçəkmiş şəxs ondan harada olmasını soruşmuş, o, Zərərçəkmiş şəxsə 9-cu mikrorayonun ərazisində “Bravo” marketin arxasında olduğunu demiş, onlar da həmin yerdə görüşməyə razılaşmışlar. Görüşə getməzdən əvvəl o, işlətdiyi “Anar” kafesində saxladığı əşyaların arasında olan bıçağı da özü ilə götürmüş və “Bravo” marketin yaxınlığında, idarə etdiyi “Toyota Prius” markalı avtomobildə oturub Zərərçəkmiş şəxs gözləmişdr. Bir qədər sonra, saat 20.40 radələrində Zərərçəkmiş şəxs həmin yerə gəlmiş və o, avtomaşından düşüb ona yaxınlaşaraq onunla kobud danışdığına görə iradını bildirmiş, onlar əvvəl biri-birini itələmiş və bu vaxt o, üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə xatırlamadığı sayda zərbələr vurub onu öldürmüşdür. Ətrafda olan şəxslər onun Zərərçəkmiş şəxsə bıçaqla zərbələr vurduğunu görüb qışqırmağa başlamış, bıçaq əlində qalmışdır. O, buna görə bıçağı yaxınlıqdakı tikilinin üstünə tullamış və orada dayanıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Təsvir edilən ifadələrində Məhkum həmçinin qeyd etmişdir ki, hadisə baş vermiş tarixdə, yəni 11 yanvar 2022-ci il tarixdə, saat 15-16 radələrində o, xatırlamadığı miqdarda araq içmiş, narkomaniya xəstəliyindən əzab çəkdiyi üçün Sumqayıt şəhər Narkoloji dispanserdə qeydiyyatdadır və orada müalicə alır, əvvəllər isə beyin silkələlənməsi ilə əlaqədar Sumqayıt şəhər xəstəxanasında müalicə almışdır, onun başqa xəstəlikləri yoxdur. Həm Məhkum, həm də iş üzrə şahid qismində dindirilmiş Şahid ibtidai araşdırma zamanı və birinci instansiya məhkə məsinin məhkəmə iclasında verdiyi ifadələrindən (həmin ifadələr 19 iyun 2023-cü il tarixli hökmündə ətraflı təsvir edilmişdir) görünən odur ki, sonuncunun həqiqətən Məhkum icarə əsasında işlətdiyi “Anar” kafesində dəfələrlə yeyibiçməsinə görə 150 manat məbləğində borcu yaranmış, sonuncu həmin borcun bir hissəsini ödəsə borcun qalan hissəsi ödənilmədən qalmış, bu səbəbdən Məhkum həmin borcun da ödənilməsini tələb edərək əvvəl telefon danışıqları zamanı, sonra isə görüşərkən Şahidla bu zəmində mübahisə etmiş, bu haqda isə sonuncu dostu Zərərçəkmiş şəxs bildirdikdə Zərərçəkmiş şəxs Məhkuma zəng edərək onunla mübahisə etmiş, bu danışıqlar zamanı isə onlar biri-birini təhqir etmiş, Zərərçəkmiş şəxs görüşüb mübahisəni həll etməyim təklif etdikdə onlar görüşmüş və həmin görüş zamanı Məhkum özünü təhqir olunmuş hesab edərək əvvəlcədən işlətdiyi kafedən götürüb üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq ona iş üzrə məhkəmə-tibbi ekspertizasının 17 mart 2022-ci il tarixli 2 saylı rəyi ilə müəyyən edilmiş xəsarətləri yetirərək onu qəsdən öldürmüşdür. Bu görüşdən əvvəl isə Məhkum telefon danışıqları zamanı özü də eyni şəkildə Zərərçəkmiş şəxs söyüşlərlə təhqir etmiş, bundan sonra isə müəyyən müddət ərzində bir qədər məsafə qət edərək görüş təyin edildiyi yerə gəlmiş, əvvəlcədən isə işlətdiyi kafedən bıçaq götürərək üzərində saxlamış və hadisə yerində də idarə etdiyi avtomaşında oturaraq Zərərçəkmiş şəxs gözləmiş, buna da təxminən 20 dəqiqə sərf etmiş, Zərərçəkmiş şəxs hadisə yerinə gəldikdən isə üzərində olan bıçaqla ona sonu ncu həm ayaq üstə dayanmış, həm də yıxılmış vəziyyətdə olarkən bir neçə zərbə vurmuşdur. İşin bu faktiki halları toplanmış və araşdırılmış sübutlarla, o cümlədən işə əlavə edilmiş video görüntülərlə tam təsdiq edildiyindən məhkəmə kollegiyası Məhkum istinad edilən qəsdən adam öldürmə cinayətini qəflətən yaranmış güclü ruhi həyəcan vəziyyətində törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Bu qənaəti ilə bağlı, məhkəmə kollegiyası cinayət qanunun normasının tələblərinə müraciət edərək həmçinin həmin normaya aşağıda göstərilən təfsir verməyi labüd bilir. Belə ki, CM-in 122-ci maddəsində zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız d avranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, təqsirkarın belə vəziyyətdə həmin əməli törətməsi həm iş üzrə toplanmış və araşdırılmış sübutlarla, həm də məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən edilə bilər. Sözügedən maddədə qeyd olunan “güclü ruhi həyəcan” vəziyyətinin izahı ilə əlaqədar qeyd etmək lazımdır ki, güclü ruhi həyəcan vəziyyəti zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Qəsdən adam öldürmə əməlinin CM-in 122-ci maddəsi ilə tövsif edilməsi üçün isə başlıca şərt ondan ibarətdir ki, təqsirkarın güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranması toplanmış sübutlarla müəyyən edilməldir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, affekt vəziyyəti yalnız psixoloji problemi olan şəxslər üçün xarakterik deyil, yəni affekt vəziyyətinə düşmək üçün şəxsin öncədən psixoloji problemlərinin olması önəm daşımır. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər və qanunun tələbinə görə, güclü ruhi həyəcan vəziyyəti zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Psixologiya elmi nə görə, güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir, onun şüurunun dərketmə dairəsi daralır və o, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Lakin, fizioloji affekt vəziyyəti şəxsi anlaqsız vəziyyətə gətirmir, yalnız onu məhdud anlaqlılıq vəziyyətinə salır. Belə psixoloji vəziyyətdə olan şəxs öz davranışı üzərində nəzarəti tam itirmir və qismən şüurla hərəkət edir. Bu isə o, deməkdir ki, şəxs öz əməlinin ictimai təhlükəli nəticələrini görür və dərk edir. Yuxarıda göstərildiyi kimi, təqsirkarın əməlinin CM-in 122-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır, qəflətən yaranma dedikdə isə zərər çəkmiş şəxs tərəfindən zorakılıq, ağır təhqir, sair qanunsuz və y a əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, zərər çəkmiş şəxs tərəfindən edilən ağır təhqir dedikdə, təhqirə görə məsuliyyət nəzərdə tutulmuş CM-in 148ci maddəsində müəyyən edilən təhqirlə müqayisədə daha ağır təhqir başa düşülməlidir. Belə təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna və son dərəcədə kobud surətdə alçaldılmasında ifadə olunur, təhqirin ağır olub-olmaması onun təqsirkar tərəfindən ağır təhqir kimi qiymətləndirilməsinə görə deyil, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərə, milli adət və ənənələrə uyğun gəlib-gəlməməsi nöqteyi-nəzərindən müəyyən edilməlidir. Məhkəmə kollegiyası təsvir edilənlərdən və iş üzrə toplanmış və araşdırılmış sübutlardan (əsasən də Məhkum ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələrdən), habelə onun həmin sübutlarla təsdiq olunaraq təqsirli bilindiyi ittihamdan çıxış edərək, belə qənaətə gəlir ki, sonuncu 11 yanvar 2022-ci il tarixdə, yəni hadisə baş verən gün Zərərçəkmiş şəxslə telefon danışıqları zamanı özünü sonuncu tərəfindən təhqir olunmuş hesab edərək və özü də bu təhqiri cavabsız qoymaraq onu öldürmək qərarına gəlsə də, bunun üçün əvvəlcədən hazırlıq görmüş (işlətdiyi kafedən bıçaq götürmüş), sonradan isə, yəni müəyyən vaxt keçdikdən sonra ona ünvanlanmış söyüşlərə görə Zərərçəkmiş şəxs qisas almaq niyyətilə onu qəsdən öldürmuş, yəni həyatdan məhrum etmişdir. Bütün bu hallara görə məhkəmə kollegiyası hesab edir ki, Məhkum istər Zərərçəkmiş şəxslə tele fon danışıqları zamanı, istərsə də bilavasitə ona istinad olunan əməli törədərkən güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamış, bu zaman tam şəkildə öz hərəkətlərini dərk edərək idarə etmək iqtidarında olmuşdur ki, bu baxımdan onun törətdiyi əməlin CM-in 122-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Ən əsası isə məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayətində iddia olunan bu hal ibtidai araşdırma zamanı kompleks ambulator məhkəmə-psixitarik və psixoloji ekspertizasının təyin edilərək keçirilməsi ilə yolu ilə yoxlanılmış və iş materiallarına qanuni yolla əldə edilərək birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədiq olunmuş, məhkəmələr tərəfindən isə mötəbər sübutlardan biri kimi qiymətləndirilmiş bu ekspertizanın 19 mart 2021-ci il tarixli, 919 saylı rəyi əlavə edilmişdir. Həmin rəyə əsasən, yoxlanılan şəxs Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, aparılmış eksperimental-psixoloji müayinə gedişində onun idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Məhkum ona ittiham olunan cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə et mək iqtidarındadır, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Rəydə həmçinin qeyd olunmuşdur ki, Məhkum ünsiyyətçillik, söz götürməmək, hirslilik, hövsələsizlik, emosionallıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir və o, ittiham olunduğu əməli törədən zaman onda psixiemosional vəziyyətində hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur və bu zaman sonuncu fizioloji affekt vəziyyəti keçirməmiş, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Göründüyü kimi, müdafiəçi A.M.Əzizovun kassasiya şikayətinin dəlill əri bütün təsvir edilənlərlə təkzib olunur və buna görə məhkəmə kollegiyası hesab edir ki, tam və hərtərəfli araşdırılmış mötəbər sübutlarla təsdiq olunan işin müəyyən edilmiş faktiki hallarına (hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində göstərilən) hallarına görə, Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması və onun törətdiyi əməlin göstərilən maddə ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən isə qanuna müvafiq qaydada tədqiq edilərək qiymətləndirilmiş sübutların məcmusu ilə tam təsdiq olunur, digər tərəfdən qəsdən öldürmə cinayətləri üzrə formalaşmış istintaq və məhkəmə təcrübəsinə də uyğundur. Belə ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən əvvəllər də şəxsiyyət əleyhinə cin ayətlərə dair baxılmış cinayət işlərin təhlili göstərir ki, həmin işlər üzrə təqsirkar şəxslər zərər çəkmiş şəxslər tərəfindən nalayiq ifadələrlə və ya başqa şəkildə təhqir olunduqlarına görə onlardan qisas almaq məqsədilə sonuncuların sağlamlıqlarına az ağır və ya ağır zərər vurduqda, yaxud da onları qəsdən həyatdan məhrum etdikdə, onları əməlləri baş vermiş nəticələrə və müəyyən edilmiş tövisf edici əlamətlərə müvafiq olaraq CM-in 126 (sağlamlığa qəsdən ağır zərər vurma), və ya CM-in 127 (sağlamlığa qəsdən az ağır zərər vurma), ya da CM-in 120-ci (qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulmuş cinayətlər kimi qiymətləndirilmiş və CM-in 122 və ya 129-cu maddələri ilə deyil, məhz həmin maddələrlə tövsif edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmı ş məhkəmələr əsaslı olaraq Məhkum əməlini CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etməklə yanaşı onun həmin əməli güclü ruhi həyacan (affekt) vəziyyətində törədilmiş cinayət kimi qiymətləndirməkdən imtina etmiş və bu əməlin CM-in 122-ci maddəsi ilə tövsif edilməsini mümkün bilməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işi üzrə kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir, məhkumun müdafiəçisi A.M.Əzizovun kassasiya müraciətində göstərdiyi dəlillər işdə olan sübutlarla təkzib olunur və buna görə sonuncunun bu dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmi ş dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə CM-in 8, 41, 5 8 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar, o cümlədən onun əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alınmış və ona bütün göstərilənlərə uyğun olan, təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə qanuni və ədalətli cəza təyin olunmuşdur. Beləliklə, məhkəm ə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.M.Əzizovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əzizov Azər Mirzə oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-350/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-350/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver