Məhkəmə qərarları › İş №1(102)-351/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-351/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-351/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Bakı şəhər Xətai rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublik ası CM-in 178.2.1, 178.2.4 və 32.3,310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.İbrahimli) Məhkum-xx.xx.1979-ju ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2011 tar ixdən hesablanmış, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 il 5 günündən vaxtından əvvəl şərti azad edilmiş ü1-də qeydiyyatda olan, ü2 yaşamış; Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.3,310-cu maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 4 (dörd) ay müddətə, CM-in 32.3,310-cu maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2-ci maddəsi ilə cəzalar qismən toplanmaqla qəti olaraq 4 (dörd) il müddətə, CM-in 67.1-ci maddəsi ilə bu cəza Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhər Xəzər rayon məhkəməsinin xx x xxx 2014-cü il tarixli qərarı ilə 11 ay 5 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş və çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Ağcabədi rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda X3 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsin i təşkil etməklə rəhbərlik edərək X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayətlərini törətmişdir. Belə ki, o, X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə sonuncunun özbaşına özünü vəzifəli şəxs kimi, yəni özünü Bakı şəhər Prokurorluğunun işçisi olan xxx kimi təqdim etməsini təşkil etməklə rəhbərlik edərək Zərərçəkmiş şəxs qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmiş, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunun Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu - X4 azadlıqdan məhrum etmə cəzasının 3 il azaldılmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxx 2015-ci il tarixdə saat 17 radələrində ü3-də yerləşən “Sehirli Qala” restoranında 5500 manatını ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs aldatmış və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.3, 310cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Y.Şamoyev (sədrlik edən və m əruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Laçın rayonundan məcburi köçkün olduğunu, atasının ağır xəstə olmasını, anasının vəfat etməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavədə Məhkum əməlində cinayət tərkibinin olmadığını, heç kəsi aldadıb pul almadığını, özünü vəzifəli şəxs kimi təqdim etmədiyini, müstəntiqin onu əsassız olaraq ittiham etdiyi ni, bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin ed ərkən Məhkum ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, ailənin yeganə dolandıranı olmasını, Laçın rayonundan məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edib nəzərə almışdır. Göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbini də nəzərə alaraq cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi cəzanın daha da yüngülləşdirilməsi barədə apellyasiya şikayətinin dəlillərini də yoxlayaraq hökmü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticə qanuni və əsaslı olduğundan, o cümlədən məhkuma təyin edi lmiş cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkum kassasiya şikayətinə əlavədə əməlində cinayət tərkibinin olmadığını, heç kəsi aldadıb pul almadığını, özünü vəzifəli şəxs kimi təqdim etmədiyini, müstəntiqin onu əsassız olaraq ittiham etdiyini göstərsə də, bu mülahizələrini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx x xx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.3, 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar