Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-351/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və R.Ə.Sadıxovdan ibarət tərkibdə) 12 mart 2020-ci il tarixli hökmü ilə, Məhkum - xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ünvan 1-də qeydiyyatda olan Azərbaycan Respubli kası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə Azərbaycan Respublikası CPM-nin 42.1.3-cü maddəsi ilə yəni cinayətin törədilməsinə aidiyyatı olmadığı üçün bəraət verilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın çəkilməsinin əvvəlinin 30 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə 2018-ci ilin iyun ayının əvvəllərindən 2018-ci ilin avqust ayının sonuna kimi olan müddət ərzində günorta saatlarında xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs öz yaşadığı ünvan 1 ünvanda yerləşən evin zirzəmisində olan kompyuterdə oyun oynamaq adı ilə aldadıb özü ilə həmin yerə apararaq, dəfələrlə, yəni təkrarən onun köməksiz vəziyyətindən istifadə edib qucaqlayaraq əlini sonuncunun əynində olan şalvarın qabaq hissəsindən içəri salıb onun cinsiyyət orqanını sığallamış və bu hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı çəkib öz əynində olan şalvarı və alt paltarını çıxarıb onu qucağında otuzduraraq cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına toxundurub cinsi ehtirasını təmin etmək və həmin vaxt seksual xarakterli zorakılıq hərəkətlərindən azad olaraq oranı tərk etmək istədikdə Zərərçəkmiş şəxs ona müqavimət göstərərkən Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə biləyindən tutub dartmaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək öz cinsiyyət orqanını əlinə almağa sonuncuya məcbur etmiş, habelə törətdiyi qanunsuz hərəkətləri hər hansı bir şəxsə söyləyəcəyi təqdirdə hədələyərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya məhkəməsi 24 avqust 2020-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə məhkəmə istintaqının aparılması ilə baxılması, ünvan 2 ünvanda yerləşən evin həyətində ayaqyolunun olub-olmamasını aydınlaşdırmaq və zirzəmiyə baxış keçirilməsi, zərərçəkmiş şəxs hesab edilən Zərərçəkmiş şəxs psixoloqun, qanuni nümayəndənin iştirakı ilə, eləcə də anası şahid X9nın məhkəmə istintaqında dindirilməsi, həmin binada, Ünvan 1-də yaşayan X2, Ünvan 2-da yaşayan X3 və Ünvan 3-də yaşayan X1 dəvət edib əlavə şahid qismində dindirilməsi və təqsirləndirilən şəxs Məhkum barədə məhkəmə-tibbi ekspertizanın təyin edilməsi haqqında vəsadətlər təmin edilməmişdir. Nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində işə baxılan zaman Məhkum ona verilən ittihamı etiraf etməmişdir. Hazırda onun barəsində CM-nin 150.3.3-cü maddəsi ilə çıxarılmış ittiham hökmünün məzmunundan da görünür ki, o məhkəmə istintaqı zamanı bu ittihamı qəti şəkildə rədd etmiş, Məhkum barəsində çıxarılmış həmin ittiham hökmündə işə baxmış hakim ittihama qanuni don geyindirmək üçün, ibtidai istintaq zamanı iş üzrə Məhkum adından yazılmış ifadəsinə istinad etmişdir və həmin ifadəsində də müəyyən edilir ki, Məhkum qismən də olsa Zərərçəkmiş şəxsa qarşı törətdiyi cinayəti etiraf etmişdir. Məhkum bu qaydada həbs olunm ası və azadlıqdan məhrum edilməsi, konkrekt kiminsə sifarişi, təhriki, Nəsimi rayon Pİ-nin 22-ci PŞ-si əməkdaşlarının müdaxiləsi əsasında həyata keçirilmişdir. Ona görə Məhkum polislər tərəfindən tutulan zamanı daha çox işgəncəyə məruz qaldığına görə məcburiyyət qarşısında qalaraq, uydurma ifadə vermişdir. İşə baxmış məhkəmə Məhkum vaxtı ilə ibtidai istintaq zamanı verdiyi uydurma ifadəsini əsas götürərək qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. Halbuki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə üçün sübut kimi qəbul edilməməlidir. Məhkum yalnız məhkəmə istintaqı zamanı qanunla müəyyən edilmiş və sübuta yetmiş hallara görə məhkum edilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsində isə onun CM-nin 150.3.3-cü maddəsi ilə təqsirinin sübuta yetməsi faktı heç bir mötəbər sübutlarl a təsdiq olunmur. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Məhkum tərəfindən zərərçəkmiş şəxs hesab edilmiş Zərərçəkmiş şəxs zor tətbiq etmə və ya seksual xarakterli digər zorakılıq hərəkətlərinin edilməsini təsdiq edən hər-hansı sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsində göstərilən sübutların mövcud olub -olmamasını müəyyən etmək üçün ibtidai istintaq orqanı cinayət hadisəsinin, törədilmiş əməldə cinayətin əlamətlərinin olub- olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları bilərəkdən araşdırmamış, Məhkum CM-nin 150.3.3-cü maddəsi ilə ağır ittiham elan olunmasına əsassız və qanunsuz nail olmuşdur. İş materiallarında olan Məhkəmə Psixoloji Ekspertizasının 23.01.2019- cu il tarixli 127 saylı rəyinin nəticəvi hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs azyaşlı olduğundan həmin hərəkətləri yanlış qavrayıb təsvir edə, inandığı şəxslərin təsiri altında söyləyə bilər. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı qərarın təsviri hisəsində göstərilən seksual xarakterli hərəkətləri və həmin hərəkətlərin mahiyyətini dərk etmək, anlamaq qabiliyyətinə malik deyildir. Müdafiə tərəfi hesab edir ki, məhkəməyədək araşdırma zamanı və məhkəmə istintaqında 5 yaşlı Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması CPM-nin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilən ittihamın, eləcə də, məhkəmənin ittiham hökmünün əsasını Məhkumla iş üzrə şahid qismində dindirilən X9 və sonuncunun ailə üzvləri arasında uzun illər zirzəmidən istifadəyə və X9nin evinin bir hissəsini gözəllik salonu kimi istifadə etdiyinə görə çoxsaylı, açıq-saçıq geyinən qadınların onun evinə gəlməsi, onların bir-birinə nəlayiq ifadələr işlətməsi, bəzilərinin siqaret çəkib kötüyünü yerə atması nəticəsində Məhkum X9yə dəfələrlə irad tutub, mübahisə etməsi, Məhkum X9nin qohumları tərəfindən döyülməsi, aralarında yaranmış ədavətə görə X9nin polis əməkdaşları ilə əməkdaşlığı, 5 yaşlı qızı Zərərçəkmiş şəxsı öyrədərək onun sözlərindən verdiyi fərziyələr, ehtimallar, polisin müdaxiləsi və provokasiyası, özünün təhriki, nəticədə Məhkum barəsində uydurma, yalan, sifarişli ittihamın verilməsi təşkil edir. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq vaxtı, həm də məhkə mə istintaqında özünü təqsirli bilməməsi, zərəçəkmiş, şahidlərin ifadələrinin yolverilməz sübut növü kimi qəbul edilməsinə, həmin sübutlara tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəməyədək araşdırma və məhkəmə istintaqının nəticələri ilə açıq-aşkar müəyyən olunur ki, zərərçəkmiş şəxs hesab edilmiş 5 yaşlı Zərərçəkmiş şəxs anası şahid qismində dindirilən X9nın polislə davamlı əməkdaşlığı, ehtima l və fərziyələrini qızı Zərərçəkmiş şəxsa öyrədib, sözlərini danışmağa təhrik etməsi, Zərərçəkmiş şəxsın adından yazılan izahat, X9nin oxşar məzmunlu izahat və ifadələri, polisin müdaxiləsi və provokasiyası nəticəsində Məhkum CM-nin 150.3.3-cü və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmasına və həbs olunmasına əsas olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin 31.08.2020ci il tarixli qərarının ləğv edərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi haqqında və ya CPM-nin 21.1 və 42.1.4-cü maddələrinə əsasən cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə Məhkum CM-nin 150.3.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işi n materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə y ekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlu kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 31.08.2020-ci il tarixli qərarının ləğv edilərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi haqqında və ya CPM-nin 21.1 və 42.1.4-cü naddələrinə əsasən cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə Məhkum CM-nin 150.3.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əla mətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əl amətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsa slana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun düzgün qiymətləndirmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qeyd olunan mötəbər və mümkün sübutları ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş, tədqiq olunmuş və ittihamın əsası kimi qəbul edilmiş hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmiş, istintaq orqanı və məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının tələblərinin pozulması hallarına yol verilməmişdir. Məhkumun, zərərç əkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, habelə iş üzrə keçirilmiş istintaq hərəkətlərini, toplanmış sənədlərin hər birini mötəbərliyi üzrə qiymətləndirən birinci instansiya məhkəməsi işin faktiki hallarını məhz həmin sübutların məcmuyu əsasında düzgün müəyyənləşdirmiş, tədqiq edilmiş biridigərinə uyğun gələn mötəbər sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi məhkumun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticəni Məhk um törətmiş olduğu cinayət əməlinin tövsifinə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş, apelyasiya instansiya məhkəməsidə düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları üzrə belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-i n 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmı ş sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkum qeyd olunan cinayət iş üzrə mməhkum olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə münasibətdə bəraət verilməsinə dair müdafiəçinin kassasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, cinayət qanunun müddəalarını cinayət işinin materialları və kassasiya şikayətinin dəlilləri ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə instansiyası məhkum edilmiş şəxsin şəxsiyyətini və onun törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Babayev Elxan Camaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-351/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-351/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver