Məhkəmə qərarları › İş №1(102)-352/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-352/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-352/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, barəsində cinayət işi üzrə icraata xitam verilmiş Məhkum müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X24 oğl unun, zərərçəkmiş şəxs X6 hüquqi varisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Camələddin oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarındanzərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim X.Q.Tağıyev) Məhkum (xx xxxxx 1957-ci ildə ünvan 2-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə m üddətlərinin keçməsinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayəti vermişdir. Barəsində cinayət işi üzrə icraata xitam verilmiş Məhkum müdafiəçisi X24 oğlu kassasiya şikayətinə qa rşı etiraz təqdim etmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama və cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərarına əsasən Məhkum vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqacadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlak hüquqlarını əldə etməklə dələduzluq etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, o, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirmək üçün X11, X7 və X18 ilə qabaqacadan əlbir olan bir qrup şəxs təşkil edərək, ünvan 3 ünvanda yerləşən 867,3 kv.metr ümumi sahədən, 655,1 kv. metr əsas sahədən, 212, 2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksindən (ünvan3-dan) X6 payına düşən 14620 manat dəyərində əmlak hüquqlarını, Zərərçəkmiş şəxs1 30000 manat pulunu ələ keçirmək məqsədilə, xx xxxxxxxx 2011-ci il tarixdə X18 və X8 ilə birlikdə ünvan9na gedərək, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, guya X6un bütün əmlakının idarə edilməsini X12 etibar etdiyi Bakı şəhəri 25 saylı X14 verilmiş xx xxxxxx 2006-cı il tarixli, AR-İ seriyalı, 101001 nömrəli saxta etibarnaməni notarius X5 təqdim etməklə, ondan saxta olduğunu bilə-bilə istifadə edərək, X6un guya X18ə ümumi etibarnamə üzrə etibar etdiyi səlahiyyətlərinin bir hissəsinin bir il müddətinə X4 adına etibar edilməsinə dair xx xxxxxxxx 2011-ci il tarixli, ƏN-İ seriyalı, 257419 nömrəli etibarnamə əldə etmiş, daha sonra xx xxxxxxxx 2011-ci il tarixdə ünvan4 X1 və X17 adından çıxış edən X8 ilə Zərərçəkmiş şəxs1 arasında xx xxxxxxxx 2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına nail olaraq, ünvan5 tərəfindən xx xxxxx 2008-ci il tarixdə verilmiş MH ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********36-12301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında istifadələrində olan 0,1285 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 867,3 kv.m., əsas sahəsi 655.1 kv.m., köməkçi sahəsi 212.2 kv.m. olan əmlak kompleksi kimi müəssisədən X10 çatan hissəni bütünlüklə, X9 çatan hissənin isə 25 faizini Zərərçəkmiş şəxs1 mülkiyyətinə cəmi 5000 manat pul müqabilində satmalarını rəsmiləşdirməklə, faktiki olaraq notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 30000 manat pul alaraq, et ibardan sui-istifadə etmə və aldatma yolu ilə X6 əmlak kompleksindən payına düşən, xeyli miqdar təşkil edən 14620 manat dəyərində əmlak hüquqlarını, həmçinin Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 30000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş X10 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda və ümumilikdə xeyli miqdar təşkil edən 44620 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və ona qarşı etiarazın dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaqda, eləcə də Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi kimi onun malik olduğu prosessual hüquqlara əməl olunmamış, o cümlədən ona ifadə vermək, təqsirləndirilən şəxslə üzləşdirilmək, cinayət işinin materialları ilə tanış olmaq imkanı yaradılmamış, sübutların tədqiqinə dair cinayət-prosessual qanunun 143146-cı maddələrinin tələbləri pozulmuş, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərə tutulmuş ağır cinayətin (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluğun) tərkibi olduğu halda, o, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa görə) təqsirləndirilmiş və son nəticədə əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb müddətlərinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Barəsində cinayət işi üzrə icraata xitam verilmiş Məhkum müdafiəçisi X24 oğlu kassasiya şikayətinə qarşı etirazında şikayətin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kas sasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kolle giyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayətində Məhkum cinayət əməlinin külli miqdarda ziyan vurmaqla dələduzluq kimi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, düzgün olamayaq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə tövsif olunduğunu və bu səbəbdən düzgün olmayaraq cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə görə cinayət məsuliyyətindən azad olunduğunu, eyni zamanda cinayət işi üzrə icraatın gedişində zərərçəkmiş şəxsin hüquqi varisi kimi onun prosessual hüquqlarının pozulduğunu iddia edərək, faktiki olaraq kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin Məhkum əməlində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrinin deyil, 178.3.2-ci maddəsində nəzərdə tutulmuş külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin tərkibinin olması barədə iddiasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin məhkəmə baxışının hədlərini təsbit edən 318.1-ci maddəsinin tələbləri ilə müqayisə etdikdə, həmin iddianın qeyd olunan cinayət-prosessual normanın tələbləri ilə uzlaşmadığı üçün əsassız olduğu müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən isə Məhkum qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi barədə ittiham irəli sürülməmiş, o, yalnız qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində xeyli miqdarda (zərərçəkmiş şəxs X10 münasibətdə - 14620 manat məbləğində) ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə - Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, habelə saxta sənəddən istifadə etdiyinə görə CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilmişdir. Odur ki, CPM-in 318.1-ci maddəsinin tələbinə görə, birinci və apellyasiya instansiyası məhkəmələri kimi, kassasiya instansiyası məhkəməsi də Məhkum qarşı irəli sürülməyən ittihama baxa, bu məsələ üzrə kassasiya şikayətində gətirilən dəlillərdən çıxış etməklə həmin müraciətə münasibətini müəyyənləşdirə (onları məhkəmə qərarının ləğvinə əsas yaradan dəlillər kimi nəzərdən keçirə) bilməz. Belə yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsini təfsir edərkən qeyd etmişdir ki, “məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir... Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxşının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqiatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir”. Belə olan halda, (nə qədər ki, zərərçəkmiş şəxsin hüquqi var isi Məhkum barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməsinin əsassız olması barədə iddiasını onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən ağır cinayəti törətməsi barədə CPM-in 318.1-ci maddəsinin tələbləri ilə uzlaşmayan dəlillə əlaqələndirmşdir) kassasiya şikayətinin həmin məsələyə həsr olunmuş (cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə görə Məhkum cinayət məsuliyyətindən azad edilməsinin qanunsuz olması haqqında) dəlili də əsaslı sayı bilməz. Belə ki, Məhkum ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kimi, CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə CM-in 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən ci nayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti iki il, az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti yeddi il təşkil edir. Birinci instansiya məhkəməsinin qərarında göstərildiyi kimi həmin müddətlər, yəni iki il xx xxxxxxxx 2013-cü ildə, yeddi il xx xxxxxxxx 2018-ci il tarixdə bitmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində müdafiə tərəfi cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə görə Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsi ilə (bəraətverici sayılmayan əsasla) cinayət işi üzrə icraata xitam verilməsinə razılıq vermişdir. Odur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə görə Məhkum cinayət məsuliyyətindən azad edilm əsi və cinayət işi üzrə icraata xitam verilməsi cinayətprosessual qanunun 39.1.3 və 43.3-cü maddələrinin tələbləri nöqteyi-nəzərindən də əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin cinayət prosesində zərərçəkmiş şəxsin hüquqi varisinin prosessual hüquqlarının pozulması haqqında dəlillərinə gəldikdə, kollegiya bu məsələdə də kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas tapmır. Belə ki, cinayət işinin istər ibtidai istintaq, istərsə də məhkəmə icraatlarına aid materiallarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar zərərçəkmiş şəxsin hüqiqi varisi Zərərçəkmiş şəxs2 prosessul hüquqlarının təmin edilməsi üçün tədbirlər görmüş, bu istiqamətdə lazımi səy göstərmiş (o cümlədən, birinci və apellyasiya instansiyası məhkəmələrində Zərərçək miş şəxs2 cinayət işinin materialları ilə tanış olması, prosesdə iştirakının təmin olunması üçün dəfələrlə məhkəmə iclasları təxirə salınmış), yəni Cinayət-Prosessual Məcəllənin 87 və 106-cı maddələrində təsbit edilmiş zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqları ilə şərtləndirilən vəzifələrini yerinə yetirmişlər. Qeyd olunanlar Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu şikayətin dəlillərinə görə apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi, dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, Məhkum müdafiəçisi müdafiəçinin və Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxxx 2019-cu il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar