Məhkəmə qərarları › İş №1(102)-352/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-352/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-352/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, X11 Rasim oğlunun və onun müdafiəçisi – “Universal” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından X11 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Məhkməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Y.X.Həşimov) X2 (xx xx xx 1983-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evl i, əvvəllər məhkum edilmiş, ünvan3ndə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə isə o, təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum1ya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhru m etmə cəzası ilə tamamilə toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, cərimə cəzasının müstəqil icra olunması, Məhkum1nın cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 26 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) xüsusi ittihamçı X4 və X11 Rasim oğlu tərəfindən ayri-ayrılıqda verilmiş apel lyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkməsinin 03 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından X11 Rasim oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş və məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gələrək, Məhkum1nı CM-in 148-ci maddəsi ilə (X25i təhqir etməkdə) aşağıdakı əməllərə görə təqsirli bilmişdir. X3 14 fevral 2020-ci ildə “Face book” sosial şəbəkəsində özünün “Məhkum1” profilində, yəni internet informasiya ehtiyatında “Gələk Xa. Bu adamı yaxşı tanıyan biri kimi əminliklə deyirəm onu deputat kimi ora təyin etmək istəyən qüvvə var. Bu adam deputat olsaydı onlara xidmət üçün nələr edərdi, nə alçaqlıqlara imza atardı təsəvvür edə bilirəm. Çünki görmüşəm, tanıyıram. Tanımırsız deyə, unutmusuz alçaqlıqların deyə, onun maskasının altında nələr yatdığını görmürsüz. Əsl X32ı tanımaq çətindi, çün adam ictimai artistdi” məzmunda, habelə 14 sentyabr 2020-ci ildə “Çoxunuz soruşursunuz kişi fahişəsi necə olur? Uzatmadan nümunə göstərim: X20 DİN-in səhifəsində mənə qarşı yazılan haqsız bəyanatı bəyənib, sonra da deyir rejimlə mübarizə aparıram. Müxalifətə, X26yə, Məhkum1ya, Gənclər sektoruna, ABŞ səfirliyinə, X28a, X29a, X30a a tıb, X27ə ata bilməyib, yaxın qohumu X30in ümidinə qalan….Və nəhayət əlində qalan, özündən bixəbər X33in qəhrəmanı. Qız dərdi öldürəcey bu debili. Ona görə təklif edirəm: Ay camaat, yığışıb X31ndən halallıq alıb bu gədəni evləndirəkmi? İllərdi uşağın gözü-başı qaynayır, yaşıda 40 haqlayıb, yazıxdı, pis nəticələr olur, görmürsünüz?” məzmunda məlumatları qeyrimüəyyən şəxslərin dairəsində yaymaqla X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Kassasiya şikayətinin dəlilləri: X11 Rasim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, habelə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə X25i təhqir etməkdə təqsirli bilinmiş və ona 1500 manat miqdarında cərimə cəzası təyin edildiyi üçün o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Həmçinin, Məhkum1 apellyasiya instansiyası məhkəməsində müdafiəçi iştirak etmədiyi üçün müdafiə hüququnun pozulduğunu kassasiya şikayətində qeyd etmişdir. Məhkum Məhkum1 kassasiya şikayətində göstərdiklərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarının və Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə və yaxud “8 noyabr – Zəfər G ünü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edlməsini və X1 xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asıl ı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. X11 kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və yaxud “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməli olduğu halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə - X25i təhqir etməkdə təqsirli bilindiyini və ona 1500 manat miqdarında - həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının və CM-in 148-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, qeyd olunan əsaslardan biri ilə cinayət məsuliyyətindən azad edilməklə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiri lməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11 və 416.1.21-ci maddələrində göstərilən hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini (əlavə ilə birlikdə) Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarını kassasiya şikayətinin və ona əlavənin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin Məhkum1nı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bildiyi təhqir əməlinin təsvirindən görünür davamlı olaraq tödə rilən bu əməlin sonuncu epizodu 14 sentyabr 2020-ci ildə başa çatmışdır. Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında daha ağır növ cəza olaraq 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu üçün CM-in 15.2-ci maddəsinə görə həmin maddədə nəzərdə tutulmuş təhqir əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir və CM-in 75.1.1-ci maddəsinə əsasən bu cinayət üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il təşkil edir. CM-in 75.2-ci maddəsinə əsasən “müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır”. Füzuli Rayon Məhkəməsinin X31in verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə Məhkum1nın CM-in 148-ci maddəsi ilə 1500 manat miqdarında cərimə cəzasına məhrum edilməsinə dair 03 fevral 2022-ci il tarixli hö kmü həmin hökmdən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldıqdan sonra hökmün dəyişdirilmdən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarıldığı tarixdə - 13 may 2022-ci ildə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, təhqir cinayətinin törədildiyi – 14 sentyabr 2020-ci il tarixindən 13 may 2022-ci il tarixinədək davam edən müddət 2 ildən az olmaqla hökm qanuni qüvvəyə mindiyi anadək Məhkum1nın CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum1nın cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair dəlilini və bu əsasla cinayət məsuliyyətindən azad edilməsinə və xüsusi ittiham qaydasında şikayət üzrə i craata xitam verilməsinə dair tələbini əsassız hesab edir. Şərh edilən dəlil kimi Məhkum1nın onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə, bu qərara əsasən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair dəlil və tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci maddəsindən görünür ki, həmin Qərarla amnistiyanın məhkəmələrin icraatlarında olan müstəsna olaraq cinayət işləri və yaxud məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə tətbiq edilməsi təsbit edilmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə təqsirləndirilən (eləcə də məhkum olunmuş) şəxslər barəsində tətbiq edilməsi isə nəzərdə tutulmamışdır. Məhkum1ya CM-in 148-ci maddəsi ilə həmin maddənin sanksyasında nəzərdə tutulmuş dörd növ cəzalardan ən yüngül növdə - 1500 manat miqdarında cərimə cəzası təyin olunduğundan (CM-in 66.5-ci maddəsinə əsasən bu cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarı ilə CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 8 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla qəti cəza müəyyən edildiyindən) və bu cəza CM-in 58.3-cü, eləcə də cə zanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının tələblərinə və CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinə cavab verən cəza olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş - CM-in 148-ci maddəsi ilə təyin olunmuş 1500 manat miqdarında cərimə cəzasının həddindən artıq ağır cəza olması barədə dəlillə də razılaşmır. Məhkum1nın kassasiya şikayətində irəli sürdüyü - apellyasiya instansiyası məhkəməsində onun müdafiəçi ilə təmin olunmamasına, bununla da müdafiə hüququnun pozulmasına dair iddiasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri ilə əlaqədar xüsusi ittiham qaydasında materiala mahiyyəti üzrə baxılmasına dair 13 may 2022-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən, həmin iclasda Məhkum1 şəxsən iştirak et miş, lakin müdafiəçi ilə təmin olunması barədə məsələ qaldırmamış, eyni zamanda baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində təsbit edilən müdafiəçinin cinayət prosesində mütləq qaydada iştirakını tələb edən digər hallar mövcud olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində Məhkum1nın müdafiəsi fərdi fəaliyyət göstərən vəkil X5 tərəfindən həyata keçirilmiş, kassasiya instansiyası məhkəməsində isə Məhkum1 müvafiq vəsatət qaldırdığı üçün məhkəmə kollegiyasının qərarına əsasən dövlət hesabına təyin olunmuş “Universal” Vəkil Bürosunun vəkili X3 hüquqi yardımı ilə təmin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayətlə əlaqədar həyata keçirilmiş cinayət prosesində Məhkum1nın müdafiə hüququnun təmin olunması haqqınd a nəticəyə gəlir. Yuxarıda təsvir olunanlar kassasiya şikayətinin (əlavə ilə birlikdə) əsassız olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti və ona əlavə ilə ehtiva olunan - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1, o cümlədən 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum Məhkum1nın və onun müdafiəçisi müdafiəçinin kassasiya şikayətinin təmin edilməsinə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X1 barəsində olan 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası. Q Ə R A R A A L D İ: X11 nun kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X1 barəsində olan 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar