Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-352/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və mülki iddiaçının - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər i Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə (s ədrlik edən hakim Hüseynli Hüseyn İnanc oğlu) X16, 03 mart 1982-ci il tarixdə də Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanın ona aid olan hissəsini (30000 manat məbləği) tamamilə ödədiyi üçün CM-nin 732.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət işinin icraatına xitam verilmiş, iş üzrə mülki iddia isə ona aid hissədə təmin edilməmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X7 qarşı CM-nin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X23 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, "xxxx" MMC-nin adından Bakı şəhərində həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində, cəmiyyətin 2017-ci il üzrə ümumi gəliri 1507692,73 manat, xərci 1082602,82 manat, vergiyə cəlb olunan mənfəəti 425089,91 manat və ödənilməli mənfəət vergisi 85017,98 manat olduğu halda, həmin il üzrə ümumi gəliri 1117411,73 manat, xərci 1082602,82 manat, vergiyə cəlb olunan mənfəəti 34808,91 manat və ödənilməli mənfəət vergisini 6971,78 manat göstərib, 338,32 manat ödəyərək, 84679,66 manat məbləğində mənfəət vergisini; həmin il üzrə təqdim etdiyi əmlak vergisi bəyannaməsində cəmiyyətin əmlakının orta illik qalıq dəyərini 3738,92 manat və əmlak vergisini 18,69 manat göstərib, dö vlət büdcəsinə 14,96 manat ödəyərək, 3,73 manat məbləğində hüquqi şəxsin əmlak vergisini; 2018-ci ilin mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 20,30 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini (MÖMV) bəyan edib ödəməməklə, 20,30 manat MÖMV-ni; aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat MÖMV-ni; may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat MÖMVni; iyu n ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat MÖMV-ni; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat MÖMV-ni; avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,00 manat dövriyyədən 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat MÖMV-ni; sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsində həmin dövr üzrə 300,0 0 manat dövriyyədən 300,00 manat dövriyyədən 20,30 manat MÖMV-ni bəyan edib ödəməməklə, 20,30 manat, cəmi isə 142,10 manat məbləğində MÖMV-ni; habelə, 2018-ci ilin 3-cü rübü üzrə təqdim etdiyi bəyannamədə həmin rüb üzrə müəyyən edilmiş 563,16 manat əmək haqqı fondundan, 25 faiz dərəcə ilə 140,79 manat məcburi dövlət sosial sığorta haqları bəyan edib, ödəməməklə, 140,79 manat məcburi dövlət sosial sığorta haqqını, ümumilikdə isə xeyli miqdar təşkil edən, 84966,28 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 01 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarından mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasi ya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin), CM-nin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama və iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhməd ov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırması tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış və CPM-nin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Hər iki instansiya məhkəməsi tərəfindən iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 9/5626 nömrəli rəyi qəbul edilmişdir. Lakin nə birinci, nə də apellyasiya instansiya məhkəməsi ibtidai istintaq dövründə keçirilmiş məhkəmə-müh asibatlıq ekspertizasının rəyinin nə üçün mötəbər sübut kimi qiymətləndirilməməsini öz qərarlarında əsaslandırmamışdar. Qeyd edilən rəyə əsasən ekspert tərəfindən müəssisənin 84.966,28 manat vergi borcunun olması təsdiq edilsə də, ekspert tərəfindən vergi ödəyicisinin hazırki cinayət işi üzrə 25.745,39 manat artıq ödəməsinin və 15.000 manat (10.000 + 5.000) ödənişinin olması qeyd edilmişdir. Ekspert rəyində göstərilən artıq ödəmə məbləği həm hazırkı baxılan iş üzrə, həm də "xxxx" MMC ilə bağlı hal hazırda davam edən birinci instansiya məhkəməsinin icraatında olan digər iş üzrə tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli 9/2211 nömrəli ekspert rəyində nəzərə alınmışdır. Ekspert rəyinə əsasən səyyar vergi yoxlaması aktında 25 yanvar 2018-ci il tarixə vergi ödəyicisinin 25.745,39 manat artıq ödəməsi olması qeyd edilir. Birinci instansiya məhkəməsi tərəfidən qərar qəbul edilərkən mülki iddianın 84.966,28 manat deyil, 59.220,89 manat hissədə qəbul edilərək təmin edilməsi işin faktiki hallarına uyğun olmamışdır. Həmçinin şikayət müəllifi bildirmişdir ki, "xxxx" MMC-də 113.007,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməsindən yayındırılması ilə əlaqədar X26 və X23 barələrində hal-hazırda baxışı davam edən başqa bir cinayət işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/2211 saylı ekspert rəyinin hazırk iş üzrə tətbiq edilməsi və nəzərə alınması tamamilə qanunsuzdur və ciddi prosessual pozuntudur. Belə ki, X17 və X12 barələrindəki cinayət isi üzrə verilmiş ilkin rəydə SVY ilə hesablanmış vergilər ekspertlər tərəfindən qəbul edilməsə də, həmin iş üzrə icraat davam edir və məhkəmə tərəfindən yekun qərar çıxarılaraq bu rəy də mötəbər sübut kimi qiymətləndirilməmişdir. Eləcə də həmin rəylə bağlı bir çox çatışmazlıqlar olduğundan iş təkrar ekspertizaya göndərilmiş və hal-hazırda da ekspertiza tədqiqatındadır. Bu hal özü həmin iş üzrə verilmiş və 113.007,86 manat verginin əsaslılığını şübhə altına alan rəyin (hazırki iş üzrə artıq ödənilmiş məbləğin SVY özrə hesablanmış borc nəzərə alınmadan mülki iddia məbləğindən çıxılmaqla azalmasına səbəb olan) özünün qeyri-mötəbər olduğunu bir daha sübut edir. Belə olan halda, yekunlaşmamış digər bir iş üzrə verilmiş, hələ mötəbər sübut kimi qəbul edilməmiş və şübhəli məqamlar olduğuna görə təkrar ekspertizaya göndərilmiş iş üzrə mövcud olan rəyə əsasən SVY ilə hesablanmış vergi məbləğləri olduğu halda onu nəzərə almadan artıq ödəmə olan 25.745,39 manat məbləği birbaşa hazırkı iş üzrə KVY və cari bəyannamələrlə hesablanmış 84.966,28 manat məbləğdən çıxılmaqla mülki iddianın 59.220,89 məbləğdə qəbul edilərək təsdiq edilməsi əsassız olmaqla işin faktiki halları ilə və iş üzrə mövcud sübutlara uyğunsuzluq təşkil etmişdir. X18 və X23 barələrində Xəzər Rayon Məhkəməsində cinayət işinə baxılması halhazırda davam etdiyindən, həmin iş üzrə mülki iddia məbləğini təşkil edən 113.007,86 manat vergi məbləğləri ləğv olunmadığı və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində öz əksini tapdığı, eləcə də həmin məbləğ barədə yekun bir qərar mövcud olmadığı halda, məhkəmə tərəfindən səyyar vergi yoxlamasına qədər ödənilmiş 25.745,39 manat vergi məbləğinin 113.007,86 manat vergi məbləğləri mövcud olduğu halda həmin məbləğ nəz ərə alınmadan hazırki iş üzrə verilmiş 84.966,28 manat mülki iddia məbləğindən çıxılmalı olması barədə hər hansı hüquqi əsaslandırma aparılmamışdır. Halbuki, ödənilmiş 25.745,39 manat məbləğ hazırkı iş üzrə olan mülki iddia məbləğindən əvvəl yaranmış, SVY ilə hesablanmış 113.007,86 manat vergi borcunun hesabına silinmişdir. Odur ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində qeyd edildiyi kimi 25.745,39 manat artıq ödəmə məbləğinin KVY və cari bəyannamələrlə hesablanmış 84.966,28 manat vergi məbləğlərindən çıxılması tam əsassız və qanunsuz olmaqla işin faktiki halları ilə uyğunsuzluq təşkil etmişdir. Bundan başqa, məhkəmə qərarında qeyd edilmişdir ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin ifadələrinə əsasən X5 2017-ci ildən başlayaraq "x xxx" MMC-də idarəçiliyi X23 ilə birlikdə həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəbdən vergi borcu adları qeyd edilən şəxslər arasında bərabər şəkildə müəyyən edilmiş, mülki iddia məbləği X19 və X23 arasrnda iki hissəyə bölünmüşdür. Bu mövqe ilə apellyasiya instansiyası məhkəməsi də razılaşaraq birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı nöqsanlarını təkrarlamışdır. Bununla bağlı kassasiya şikayətinin müəllifi bildirir ki, məhkəmə mülki iddia məbləğini hər iki şəxs arasında bölməkdə haqlı olmamışdır. Mülki iddia məbləği iş üzrə hər iki şəxsin təqsiri müəyyən edildiyindən və iştirakçılıqla törədildiyindən onlar arasında bərabər bölünməklə deyil, müştərək qaydada onlardan tutulmaqla həll edilməli idi. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəm əsi Plenumunun “Məhkəmə hökmü haqqmda” 15 saylı 24 dekabr 2021-ci il tarixli Qərarının 69-cu bəndinə əsasən iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən Plenum Qərarının tövsiyələrinə zidd olaraq mülki iddiaçının vəsatəti olmadığı halda paylar X19 və X23 arasında bərabər şəkildə müəyyən edilmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edilən dəlillərə heç bir münasibət bildirilmədən hökmdən verilmiş apellyasiya şikayətinin dəlillərini düzgün, hərtərəfli araşdırmamışdır. Həmçinin vurulmuş maddi ziyanın müştərək qaydada tutulması ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı 24 dekabr 2021-ci il tarixli Qərarın 69-cu bəndi apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə kollegiyası tərəfindən buna heç bir reaksiya verilməmiş, əksinə əsassız olaraq CM-nin 72-ci maddəsinin qeyd hissəsinə istinad edərək həmin Məcəllənin 72-1.2, 73-1.3 və 73-2.2-ci maddələrinə əsasən vurulmuş ziyanın həcminə və xarakterinə onun təqsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilməsini qeyd etməklə apellyasiya şikayətinin dəlilini təkzib etməyə çalışmışdır. Halbuki, CM-nin qeyd edilən normalarında CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1, 178.3, 178.4, 179.3, 179.4-cü, 192, 193, 19 5, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 210, 211, 212 və 213-2-ci maddələri üzrə vurulmuş ziyanın ödənilməsindən söhbət gedir. Məhkum həmin maddələrlə deyil, CM-nİn 213-cü maddəsi ilə təqsirləndirildiyindən onun barəsində qeyd olunan normaların tətbiqi düzgün olmamışdır.etdiyi dəlillərin baxılan iş üzrə tətbiq edilməsi tamamilə əsassız olmuşdur. Şərh olunanlara əsaslanaraq mülki iddiaçının nümayəndəsi Eldəniz Əhmədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum da qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştira kçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, mülki iddiaçının nümayəndəsi Eldən iz Əhmədov həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkumun barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla prosessual qanunvericiliyin normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası mə hkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür v ə bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını təhlil edib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq apardığı təhlilin nəticələri kimi aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norma lara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhk əməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit e dir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət və ya digər qeyri-qanuni əməl törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutu r. Konstitusiyanın 63-cü maddəsinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını göz ləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqd im etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə b ilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasınd a məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edi lən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Mə cəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cin ayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolv erilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsində qeyd olunmuşdur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qe yd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkə mə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquq i mövqe kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadl ıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramovun və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübu tlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Hazırki iş üzrə, məhkəmələrin işin faktiki halları barədə gəldikləri qənaətə görə, iş üzrə araşdırılmış sübutlarla "xxxx" MMC-nin 84966,28 manat vergi borcunun olması, müəssisənin 25745,39 manat artıq ödəməsinin olması və bu artıq ödəmə nəzərə alınmaqla müəssisənin ödəməli olduğu vergi borcunun məbləğinin 59220,89 manat olması müəyyən edilmiş, həmin məbləğin ödənilməsi isə bərabər şəkildə Məhkumun ilə X13 üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticənin birinci ins tansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsini qeyd edərək əvvəla vurğulamağı lazım bilir ki, bu sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmiş, onların yolverilməzliyini təşkil edən və CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmiş və məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında araşdırılmış sübutları ətraflı şərh edərək onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət vermişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özü nü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, "xxxx" MMC-nə 2017-ci ildən 2018-ci ilin sentyabr ayına kimi faktiki rəhbərliyi X12lə birlikdə həyata keçirmişlər, təqribən yarı yarıya şərik olmuşlar. Malların sifariş verilməsi, çeşidlənməsi, satışının təşkil olunması və bu kimi işləri X12 aparmış, o, isə cəmiyyətin fəaliyyəti üçün pul vəsaiti sərf etmiş və cəmiyyətin bütün fəaliyyətinə rəhbər kimi nəzarət etmişdir. Həmçinin, vergilərin hesablanması və ödənilməsi məsələlərinə də X12lə birlikdə nəzarət etmişlər. Onun fəaliyyəti cəmiyyətdə 2018-ci ilədək olmuşdur. Həmçinin Məhkum son sözündə bildirmişdir ki, tanışı X12lə aralarında olan şifahi razılığa əsasən gəlir, ziyan və məsuliyyət hər birinə 50 faiz olmaqla şərikli olaraq "xxxx" MMC-ni işlətdikləri dövrdə cəmiyy ətin dövlətə 59966,28 manat vergi borcu yaranmışdır. Həmin borcun şərikliyə uyğun olaraq 29.983,14 manat hissəsi onun payına düşür. O, "xxxx" MMC-də vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılmış ibtidai istintaq zamanı həmin borcdan 10.000 manat ödəmişdir, bununla bağlı qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı onun payına düşən 30.000 manatdan qalan 19.983,14 manatı da dövlət büdcəsinə ödəmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X23 göstərmişdir ki, "xxxx" MMC 2012-ci ildə onun təşəbbüsü ilə tanışı Şahid1 adına təsis edilmiş və direktoru da sonuncu olmuşdur. İlqar onun tapşırığı ilə direktor kimi cəmiyyətin adı ndan lazım olan işləri görmüşdür. O, cəmiyyətə faktiki rəhbərliyi tək həyata keçirməmiş, bu fəaliyyətdən əldə olunan gəliri tək götürməmişdir. Onunla birlikdə "xxxx" MMC-nin fəaliyyətinə X26 da rəhbərlik etmişdir, təqribən yarı yarıya şərik olmuşlar. Cəmiyyətin əsas fəaliyyəti xaricdən ölkəyə balıq məhsullarının idxal olunaraq satışından ibarət olmuşdur. X26 onun 1994-cü ildən tanışı olmuş, birinci ilə çoxlu sayda iş birliyi və şəriklik etmişlər. "xxxx" MMC-nin fəaliyyətinə açılan gündən birlikdə rəhbərlik etmişlər. X26 da rəsmiyyətdə onun kimi cəmiyyətin direktor müavini olmuşdur. Cəmiyyətin satış işləri ilə özü məşğul olmuş, yəni malların satılması və satılmış malların pulunun yığılması işlərinə nəzarət etmişdir. X26 ofis işləri ilə, yəni cəmiyyətin apardığı əməliyyatlarla bağlı sənədləş mələrin aparılması, uçotunun tutulması işləri ilə məşğul olmuşdur. Lakin, cəmiyyətin dövriyyəsinə, buna görə hesabatların verilməsinə, vergilərin ödənilməsinə X17la birlikdə nəzarət etmişlər. Mühasibin fəaliyyətinə də birlikdə nəzarət etmişlər, onun fəaliyyəti üzrə birlikdə tapşırıq vermişlər. Cəmiyyətin mühasibi X9 onun və X17un göstərişi ilə ona verilmiş sənədlərə əsasən cəmiyyətin adından vergi orqanına hesabatlar vermişdir. Bundan başqa, "xxxx" MMC-nin idarəçiliyi 2017-ci ildən X19 ilə onda olmuş, cəmiyyəti sonuncu ilə birlikdə idarə etmişlər. Malların sifariş verilməsi, çeşidlənməsi, satışının təşkil olunması və bu kimi işləri özü aparmış, Məhkum cəmiyyətin fəaliyyəti üçün pul vəsaiti sərf etmiş və cəmiyyətin bütün fəaliyyətinə rəhbər kimi nəzarət etmişdir. Həmçinin, vergilərin hesa blanması və ödənilməsi məsələlərinə də Məhkumla birlikdə nəzarət etmişlər. Onun fəaliyyəti cəmiyyətdə 2017-ci ilin sentyabr ayınadək olmuş, həmin vaxtdan sonra cəmiyyətin fəaliyyətinə qarışmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-in fəaliyyəti üzrə iki cinayət işi və üç təqsirləndirilən şəxs mövcüddur. Onun tərəfindən "xxxx" MMC-yə hesablanmış vergi borcunun nə qədər olması müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-nin birinci fəliyyət dövrü üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Həmin səyyar vergi yoxlamasında 20162017-ci illər üzrə 25.000 manat artıq ödəniş müəyyən edilmişdir. Tərəflərindən vergi orqanın səyyar vergi yoxlaması zamanı qəbul edilmiş qərar əsassız hesab edilmişdir, çünki həmin səyyar vergi yoxlaması əsasında qəbul edilmiş qərar rəsmi sənədlər üzrə deyil, qara hesabatlar üzrə aparılmışdır. Sonradan 2019-cu il tarixdə kameral vergi yoxlaması aparılmış və "xxxx" MMC-nin 84.966 manat vergi borcunun olduğu müəyyən edilmişdir. Onlar da təsdiq edirlər ki, "xxxx" MMC-in 84.966 manat vergi borcu mövcuddur, lakin səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş 25.000 manat məbləğində artıq ödəmə həmin 84.966 manat vergi borcundan çıxılmalıdır. Bundan başqa vergi borcundan Məhkum tərəfindən 10.000 manat, X12 tərəfindən isə 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/784 saylı rəyi birinci instans iya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmaqla "xxxx" MMC-də cari bəyannamələrlə hesablanmış, 2017-ci il üzrə 6623,46 manat mənfəət vergisi, həmin il üzrə 3,73 manat əmlak vergisi, 2018-ci ilin mart – sentyabr ayları üzrə 142,10 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2018-ci ilin 3-cü rübü üzrə 140,79 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2017-ci il üzrə 78056,20 manat mənfəət vergisi olmaqla, ümumilikdə isə xeyli miqdar təşkil edən, 84966,28 manat məbləğində vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5626 saylı rəyinə əsas ən, həmin rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqatla xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktda göstərilən dövrlər üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə "xxxx" MMC-in vergi borcunun məbləği 84966,28 manat müəyyən edilir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin fəaliyyəti üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt, həmin aktdakı dövrlər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(003)-85/2022 saylı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqınd qərarı ilə xx.xx.2022-ci il tarixdə daxil olmuş "xxxx" MMC-in fəaliyyəti ilə bağlı başqa bir cinayət işində öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, xx.xx.2019-cu il tarixli aktda göstərilən 84966,28 manat məbləğində vergi borcu hər iki cinayət işi verilmiş ittihamda mövcud olmuş dur. Eyni zamanda qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 1(003)85/2022 saylı məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərarı ilə xx.xx.2022-ci il tarixdə daxil olmuş cinayət işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/2211 saylı rəydə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlər və xx.xx.2019-cu il tarixdə tərtib olunmuş “Vergi borclarının araşdırılması nəticəsinə dair “Akt”da cari bəyannamə və kameral vergi yoxlaması ilə göstərilən dövrlər ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 84966,28 manat olması müəyyən edilmişdir. Lakin, qeyd olunanlarla yanaşı məhkəmə-mühasibatlıq ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 9/2211 saylı rəydə xx.xx.2018-ci il tarixə müəssisənin 25745,39 manat məbləğ ində artıq ödəməsinin olduğu öz əksini tapmışdır. Həmin artıq ödəmə nəzərə alınmaqla müəssisənin ödəməli olduğu vergi borcu məbləğinin 59220,89 (84966,28- 25745,39) manat olması müəyyən olunmuşdur. Bundan başqa həmin rəydə müəssisə tərəfindən hazırkı cinayət işi üzrə ümumilikdə 15000,0 manat məbləğində (10000,0 + 5000,0) ödəniş edildiyi göstərilmişdir. Həmçinin cinayət işi materiallarından görünür ki, müəssisə tərəfindən istintaq zamanı 10000,0 manat məbləğində pul vəsaiti ödənilmiş, yuxarıda göstərilən 25745,39 manat məbləğində artıq ödəmə də hazırkı cinayət işində də öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, X19 tərəfindən ibtidai istintaq zamanı vergi borcundan 10000 manatı dövlət büdcəsinə ödənilmiş dir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, X19 tərəfindən məhkəmə istintaqı zamanı vergi borcundan 20000 manatı dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı iclasında mülki iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini mübahisələndirsə də, cinayət təqibinin həmin mərhələsində istər təkrar, istərsə də əlavə ekspertizaların keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmiş və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq 11 oktyabr 2022-ci il tarixli rəyi cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisəli şəkild ə qiymətləndirərək müvafiq qərar qəbul etmişdir. Mülki iddiaçının kassasiya şikayətində yuxarıda təsvir edilən ekspertiza rəyi mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəyin şübhə altına alınması və onun yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy əd alətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də, ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Beləliklə, hər iki məhkəmə baxışının nəticələri ilə müəyyən edilmiş işin faktiki hallarını qanunvericiliyin tələblərinə müvafiq müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslıdır. İş üzrə hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə müəyyən edilmişdir ki, ittiham aktına əsasən Məhkum 84966,28 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcb uri dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmış, lakin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5626 saylı rəyində müəssisənin 25745,39 manat məbləğində artıq ödəməsinin olduğu öz əksini tapmış, həmin artıq ödəmə nəzərə alınmaqla müəssisənin ödəməli olduğu vergi borcu məbləğinin 59220,89 manat olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Məhkumun CM-nin 73-2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinin və cinayət işinin icraatına xitam verilməsinin düzgün olmaması, nəticə etibarı ilə isə cinayət qanunu normalarının səhv tətbiq edilməsi barədə də kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və bu haqda dəlillərə cavab olaraq aş ağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, CM-nin 213.1-ci maddəsində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, son nəticədə də "xxxx" MMC-nin hazırki iş üzrə ödənilməsindən yayındırılmış vergi məbləğinin 59220,89 manat, yəni xeyli miqdarda olması müəyyən olunmuşdur. CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsasən, Məhkum X23 ilə birlikdə 2017-ci ildən başlayaraq "xxxx" MMC-nə rəhbərlik etmiş və bu baxımdan həmin dövrdə bütün məsələlərə, o cümlədən vergilərin dövlət büdcəsinə ödənilməsinə görə birgə və bərabər məsuliyyət daşımış, vergilərin ödənilməməsinə görə dövlətə vurulmuş ziyanı isə bərabər pay şəklində ödəməli olmuşlar. İşdə olan sənədlərlə müəyyən edilir ki, Məhkum iştirakçılıqla törətdiyi cinayət nəticəsində vurulmuş 59220,89 manat məbləğində zərərin yarı hissəsini, yəni özünə aid olan payı – cəmisi 30000 manat məbləğində pulu ibtidai araşdırma zamanı və məhkəmə iclasında dövlət büdcəsinə ödəmişdir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 72–73-2-ci (o cümlədən CM-nin 73-2.1-c i- m.k.) maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.” CM-nin 73-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.1-ci maddəsinə gbrə, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.5-ci maddəsinin maddəsinin tələbələrindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. İşin hallarından və qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, i ş üzrə müəyyən edilmiş hallar Məhkumun cəzalandırılmasını aradan qaldırdığından onun barəsində CM-nin 213.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə tamamilə əsaslı və qanuni olmuş və yuxarıda qeyd olunduğu kimi, bu nəticənin şübhə altına alınması üçün heç bir əsas araşdırılmış sübutlarla müəyyən edilməmiş, ittiham tərəfi olaraq mülki iddiaçının nümayəndəsi də bunu təkzib edən mötəbər sübutları məhkəmələrə təqdim etməmiş, kassasiya müraciətində də onun müəllifi öz dəlillərini inandırıcı şəkildə əsaslandırmamışdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeləri və Ali Məhkəmənin Plenmunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların təl əblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, birinci instansiya məhkəməsi kimi, qəbul etdiyi yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və buna görə kassasiya şikayətinin dəlillərinin əksinə olaraq kassasiya qaydasında m übahihəsələndirilən qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halın olmasını müəyyən etmir. Bu baxımdan məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayıb apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək, kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi Nümayəndə3, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkumun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 202 3-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-352/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-352/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver