Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-353/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun və Məhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçiiştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2 019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.H.Səmədov, hakimlər C.C.Ramazanov və R.İ.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1963-cü ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan3ndə daimi qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, cinayəti törətmiş ş əxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X2 nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 04 aprel 2018-ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2019cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim G.L.Rzayeva, hakimlər F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X2 nümayəndəsi X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı tərə findən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X2 nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 04 aprel 2018-ci il tarixli bəraət hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 5 may 2017ci il tarixdən 22 iyun 2017-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 17 (on yeddi) gün çıxılmaqla Məhkum üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini i darə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 01 oktyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünə əsasən Məhkum 30 avqust 2016-ci il tarixdə təxminən saat 12:30 radələrində ünvan5nun ünvan6ndan keçən 40-cı kilometrində idarə etdiyi “Ford Transit” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla ünvan8 istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-ci bəndinin və 69-cu maddəs inin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qarşısında hərəkət edən avtomobili ötmək üçün avtomobilini qarşı hərəkət zolağına çıxarmış, bu zaman idarə etdiyi mikroavtobusun sol yan hissəsi ünvan9ndə hərəkət edən X6 idarə etdiyi “Mitsubishi Canter” markalı H-020146 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində üfiqi yüklənmiş dəmir konstruksiyalı reklam lövhəsinin sol küncü ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər X4 müştərək travma, açıq kəllə-beyin travması, kəllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələrinə qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, X7 müştərək travma, açıq kəllə-beyin travması, k əllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələrinə qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, Zərərçəkmiş şəxs1na üzün sol nahiyəsinin yumşaq toxumalarının əziyi, müxtəlif ölçülü sıyrıqları xəsarətləri yetirilməklə sağlamlığına yüngül, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmişcırılmış yarası xəsarətləri yetirilməklə sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs3 2710 manat məbləğində maddi ziyan vurulmaqla “Ford Transit” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsinə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçikassasiya şikayəti verm işdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum əməlində cinayət tərkibi müəyyən olunmadığı, əslində yolnəqliyyat hadisəsinin baş verməsində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin ziddinə olaraq reklam lövhəsini daşıyan “Mitsubishi Canter” markalı avtomobilin sürücüsü təqsirli olduğu halda, apellyasiya instansyası məhkəməsi tərəfindən onun barəsində əsassız və qanunsuz olararaq Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarılmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Məhkum bəraət verilm əsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş edir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclsında baxılanadək – 18 fevral 2020-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə XXXX555inin 18 fevral 2020-ci il tarixli 17/18-417 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nə zərə alıb, müdafiəçinin kassasiya şikayətinin geri qaytarılmasına və dövlət ittihamçısının kassasiya şikayətinin geri qaytarılmasına etiraz etməməsinə dair çıxışlarını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-353/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-353/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver