Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-354/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum və müdafiəçisi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbay can Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli hökmü ilə 1971-ci il tarixdə Naxçıvan MR-nın Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi qaydada taksi sürücüsü fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan MR-nın ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri il ə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 09 may 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə X7 Azərbaycan respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum istintaq zamanı müəyyən edilməmiş mənbədən həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,350 (sıfır tam, mində üç yüz əlli) qram olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilmiş, ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və ümumi təmiz çəkisi 1,162 (bir tam mində yüz altmış iki) qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib o zaman əynində olan göy rəngli gödəkcənin sol iç cibində saxlamaqla qanunsuz daşımışdır. Belə ki, Məhkum tanışı X7 ilə birgə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edib, saxlayıb daşıyaraq Bakı şəhəri, Sabunçu rayonun inzibati ərazisinə gətirdikləri və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 09 may 2018-ci il tarixdə saat 1530 radələrində ünvan 4 ünvanda yerləşən “Aqat” şadlı q sarayının yaxınlığında onlar polis əməkdaşları tərəfindən saxlanılıb, yuxarıda qeyd edildiyi kimi ZZZin üstünə keçirilmiş baxış zaman sonuncunun o zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib saxlamaqla daşıdıqları külli miqdarda, yəni 17,870 (on yeddi tam, mində səkkiz yüz yetmiş) qram çəkidə qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum əynində o zaman olmuş göy rəngli gödəkcənin sol iç cibindən isə sonuncunun satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,350 (sıfır tam, mində üç yüz əlli) qram olan psixotrop maddə metafetamin və ümumi təmiz çəkisi 1,162 (bir tam, mində yüz altmış iki) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək müva fiq qaydada götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarından məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi hökm üzrə nəticələr gələrkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayət inin təmin edilməsi barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şika yətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli ol ması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 09 may 2018-ci il tarixli protokoldan görünür ki, X7 və Məhkum narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında həmin tarixdə DİN-nin BMCMİ- in Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X5 tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri X8 və X1, həmçinin dəvət edilmiş iki nəfər hal şahidlərinin iştirakı ilə əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat tədbirləri zamanı 09 may 2018-ci il tarixdə saat 15-30 radələrində X7 və Məhkum ünvan 5 ünvanda yerləşən “Aqat” şadlıq evinin yaxınlığında üzərində “Taksi” nişanı olan, “BYD” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşından düşdükdən sonra polis əməkdaşları tərəflərindən saxlanılaraq onların şəxsiyyətləri müəyyən olunmuş, hal şahidlərinin iştirakı ilə həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmaları bildirilmiş və üzərlər ində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etmələri təklif olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı X7 o zaman əynində olan mavi rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə, Məhkum isə o zaman əynində olan göy rəngli gödəkcəsinin sol iç cibindən bir bükümdə psixotrop maddə metafetaminə, bir bükümdə isə narkotik vasitə tiryəkə bənzər maddələri təqdim edərək üzərlərində başqa bir qanunsuz əşyanın olmadığını bildirmişlər. Baxış zamanı ZZZin və Məhkum üzərlərindən, həmçinin ZZZin idarə etdiyi “BYD” markalı **-GE*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı ZZZin üzərindən bir ədəd qara rəngli “Nokia-X2” markalı və Məhkum üzərindən isə bir ədəd güm üşü rəngli “Nokia” markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. ZZZ və Məhkum aşkar edilmiş bükümlər şal şahidlərinin iştirakı ilə DİN-nin 6 saylı möhürü ilə möhürlənib qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı ZZZ ondan aşkar olunmuş narkotik vasitə heroini şəxsən tanıdığı Masallı rayon sakini «Tofiq» adlı şəxsdən aldığını və bunun üçün qabaqcadan alınmış narkotik vasitə heroinin 3 qramını «Tofiq» adlı şəxslə Məhkum arasında vasitəçilik etdiyi üçün onun özünə çatmalı olduğunu və aşkar edilmiş narkotik vasitə heroinin Məhkum tərəfindən 300 manat ödənilməklə aldıqlarını bildirmişdir. Məhkum isə ondan aşkar olunmuş narkotik vasitə tiryəki və psixotrop maddə metafetamini tanımadığı şəxsdən aldığını, ZZZin verdiyi şifahi ifadəni təsdiqləyərək Masallı rayon sakini «Tofiq» adlı şəxsi ZZZ şəxsən tanıdığından onunla müvafiq razılığa gəldiyini bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin iştirakçıları saxlanılmış şəxslər ZZZ və Məhkumlə birlikdə DİN-nin BMCMİ-nə getmiş və Bakı şəhəri 16 saylı Hüquq məsləhətxanasından dəvət olunmuş iki nəfər vəkilin iştirakı ilə həmin protokol tərtib olunmuşdur. (cild 1, iş vər. 7-9). Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə t utulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kolleg iyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-n in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-354/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-354/2021
14.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver