Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-354/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, ** ***** 1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1988-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3də yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhk əmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Ş.İmanov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum1 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 05 (beş) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 09 oktyabr 2019-cu il tarixdən 30 dekabr 2020-ci il tarixədək həbsdə, habelə 30 dekabr 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 03 (üç) gün müddətə azadlıqd an məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamdan 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayı ş obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq generatorunun dəyərinin təxminən 50 faizini təşkil edən mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan kabeli, 1 ədəd “Toshiba” markalı noutbuku, 1 ədəd alüminium qapının, 1 ədəd “HP” markalı printeri, 1 ədəd təhlükəsizlik kameralarının serverini, 1 ədəd 102 ekran monitorunu, 1 ədəd “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, 2 ədəd ayaqyolundan “ECE” firmasına məxsus istifadədə olmuş unitazları və 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını oğurlamalarına dair hissə xaric edilmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi xaric edilmişdir. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMin 69.3-cü maddəsinə əsasən Məhkum1 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 05 (beş) ay müddət və hazırki hökmlə 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 03 (üç) ay 04 (dörd) gün müddət cəmi 08 (səkkiz) ay 04 (dörd) gün müddət ona tə yin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Məhkum1 üzərində 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMin 69.3-cü maddəsinə əsasən Məhkum2 09 oktyabr 2019-cu il tarixdən 30 dekabr 2020-ci il tarixədək həbsdə, habelə 30 dekabr 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 04 (dörd) ay 27 (iyimi yeddi) gün müddət və hazırki hökmlə 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 03 (üç) ay 04 (dörd) gün müddət cəmi 08 (səkiz) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlığın məhd udlaşdırılması cəzasından çıxılmış və Məhkum2 üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq generatorunun dəyərinin təxminən 50 faizini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki gidroforlu su mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki alüminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı pr interi, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ədəd 1000 manat dəyərindəki 102 ekran monitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektli elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan, cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, sö ykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan, cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq formalı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR-49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 60 manat dəyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməcili tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əl- üzün yuyan moydadırı, 1 ədəd “ Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindəki oturacaqları, bir ədədini qiyməti 4 manat olan, cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və razetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan, cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik razetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoru yucu borunu, bir ədədinin qiyməti 50 manat olan, cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, ECE” firmasına məxsus nerj materialından olan istifadədə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan, cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borularını, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə ta nışı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq generatorunun dəyərinin təxminən 50 faizini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 ma nat dəyərindəki gidroforlu su mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki alüminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı printeri, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ədəd 1000 manat dəyərindəki 102 ekran monitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektli elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan, cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, söykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan, cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq formalı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR-49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş cəmi 60 manat dəyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşü nə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməcili tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əl-üzün yuyan moydadırı, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindək i oturacaqları, bir ədədini qiyməti 4 manat olan, cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və rozetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan, cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik rozetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoruyucu borunu, bir ədədinin qiyməti 50 manat olan, cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, ECE” firmasına məxsus nerj materialından olan istifadədə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan, cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarı nın içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borularını, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs məxsus olan əmlakın oğurlanması ilə əla qədar onlara verilmiş ittihamlar üzrə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələr vermələrinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu halına heç bir əhəmiyyət verməyərək, Məhkum1 və Məhkum2 ittihamından həmin epizod üzrə oğurlanmış, lakin maddi sübut kimi aşkar edilməmiş əmlaklara dair hissəni çıxarmış, nəticədə təqsirləndirilən şəxslərin CM-in 177.2.4-cü maddəsi ilə məhkum olunmalarına dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən xaric edilmiş və onlara əsassız olaraq yüngül cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibe dilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin tövsifi və onlara təyin edilmiş cəzanın yüngül olması mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi əsassız olaraq həmin maddəni xaric etmiş və məhkumlara əsassız olaraq yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama “ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “ Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə koll egiyası kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin tövsifi ilə əlaqədar dəlilləri ilə qismən razılaşaraq ilk növbədə həmin dəlillərə münasibət bildirməyi və bununla əlaqədar olaraq cinayət işinin materiallarına və cinayətprosessual qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəmənin Plenumunun qərarlarında verilən tövsiyələrə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əla mətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığını n şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadələrinə görə ona dəymiş ziyanın məbləği 73.510 (yetmiş üç min beş yüz on) manat olmuş, lakin ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakın talanması, qalan hissənin təsdiq olunmadığı nəticəsinə gələrək rədd etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə verilmiş ittihamın tam təsdiq olunması nəticəsinə gələrək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək məhkum etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxsə məxsus olan əmlaklardan 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq generatorunun dəyərinin təxminən 50 faizini təşkil edən mühərrikinin, 1-ci və 2-ci mərtəbədə yerləşən otaqlardan təxminən 300 m uzunluğunda, Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT 6 UTP tipli, “Dördlər Kablo” firmasına məxsus, istifadə edilmiş,internet xətti üçün nəzərdə tutulan kabelin, 1 ədəd “Toshiba” markalı noutbukun, 1 ədəd alüminium qapının, 1 ədəd “HP” markalı printerin, 1 ədəd təhlükəsizlik kameralarının serverinin, 1 ədəd 102 sm ekran monitorunun, 1 ədəd “Sharp” firmasına məxsus 2 kameralı soyuducunun, 2 ədəd ayaqyolundan istifadədə olmuş “ECE” firmasına məxsus unitazların və istilik sisteminin divarlarının içərisində quraşdırılmış 30 ədəd su kranlarının gizli Məhkum1 və Məhkum2 tərəfindən oğurlanmasının sübuta yetirilməməsi nəticəsinə gələrək həmin epizodları, həmçinin Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsini təqsirləndirilən şəxslərin ittihamından xaric etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən nəticəyə gələrkən cinayət prosessual qanunvericiliyin tələblərini yerinə yetirməmişdir. Belə ki, məhkəmə həmin əmlakların oğurlanmasında Məhkum1 və Məhkum2 təqsirlərinin sübuta yetirilməməsi, lakin oğurluq faktının olması nəticəsinə gəlmişdisə, Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən bununla bağlı materialları baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli idi. Məhkəmənin həmin epizodlar üzrə ümumiyyətlə oğurluq hadisəsinin olmaması nəticəsinə gəldiyi təqdirdə isə təqsirləndirilən şəxslərin ittihamından cinayət hadisəsinin olmaması əsası ilə həmin epizodlar xaric edilməli idi. Apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmayaraq ziddiyyətli qərar qəbul etmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın onların törətmiş olduğu cinayət əməllərinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğun olmayaraq yüngül olmasına dair dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nə zərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cin ayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edil miş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmə lər cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydad a əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər h allarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, kassasiya protestinin məhkumlara cəza təyin olunmasına dair dəlilləri ilə razılaşan və protestin həmin hissədə təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adları çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentya br 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün t ətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, məhkumlar Məhkum1 və Məhkum2 əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdi m etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edisin. Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-354/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-354/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver