Məhkəmə qərarları › İş №1(102)-354/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-354/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-354/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Roman Ələkbərli) 1(101)803/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxx 1959-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 308.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gün bərabər tutulmaqla) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 9 aprel 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək, yəni 9 (doqquz) ay 10 (on) gün həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 1 (bir) il 6 (altı) ay 20 (iyirmi) günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmiş, xx xxxxxx 1958-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikasının CM-in 32.5, 308.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 32.5,308.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gün bərabər tutulmaqla) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, vəzifəli şəxs qismində qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq saxtal aşdırmaqla təkrarən hazırlamış və təkrarən satmış, qanunsuz olaraq hazırladığı saxta rəsmi sənədlərdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kolleci üzrə 30 yanvar 2017-ci il tarixli 11/93-2 nömrəli əmrlə həmin Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın 6-cı fəslinə əsasən, tədris müəssisəsində tərbiyə işlərinə rəhbərlik etmək, tələbələrin istehs alat təliminin onların vətənpərvərlik, hüquqi, mənəvi tərbiyəsi ilə sıx əlaqə şəraitində aparılmasını təmin etmək, tələbələrin mədəni istirahətinin, sinifdənkənar və məktəbdənkənar tədbirlərinin təşkilinə rəhbərlik etmək, tələbələrlə tərbiyə işi aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıların və digər işçilərin fəaliyyətini əlaqələndirmək və onların işinə nəzarət etmək, istehsalat təcrübəsi zamanı tələbələr arasında tərbiyə işlərinin aparılmasını təmin etmək, məktəbdə tələbələrin mənzil-məişət şəraitinə, intizam və davranışına nəzarət etmək, bədən tərbiyəsi və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə birlikdə kütləvi-idman və hərbi vətənpərvərlik işləri təşkil etmək, tərbiyə sahəsində qabaqcıl təcrübəni ümumiləşdirmək və yaymaq, sinifdənkənar tədbirlər və tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar hazırlamaq, peşəyönümlü və tələbə qəbulu işlərini təşkil etmək, tələbələrin hüquqi biliklərə yiyələnməsi, onların sağlam, öz peşəsinin bacarıqlı ustası və əsl vətənpərvər kimi yetişməsi üçün tədbirlər görmək, tədris müəssisəsinin valideynlərlə qarşılıqlı əlaqəsini təmin etmək, müəssisədə psixoloqla birlikdə psixoloji işin təşkilinə rəhbərlik etmək, təhsilalanlar arasında psixoloji pozuntular müşahidə edilərsə, əvvəlcədən profilaktik işlərin təşkilinə nəzarət etmək və təhsilalanların valideynlərini və müvafiq qurumları xəbərdarlıq etməyə məsuliyyət daşımaq, müəssisənin illik hesabatının və inkişaf planının hazırlanması ilə bağlı təkliflər hazırlamaq və direktora təqdim etmək kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaların a malik rəhbər vəzifəli şəxs kimi tanışı X18 və tanışı Məhkum2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomları özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxslər üçün qanunsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 n ömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən baytarlıq aptekində Gədəbəy rayon sakini Şahid1 özünün, arvadı Şahid3 və tanışı Şahid2 arvadı Şahid4 adlarına diplomların hazırlanmasında köməklik göstərilməsinə dair özünə etdiyi müraciəti ilə əlaqədar Şahid1 hər bir diplom üçün 220 manat olmaqla, ümumilikdə 3 diploma görə cəmi 660 manat məbləğində pul müqabilində göstərilən şəxslərin adlarına saxta diplom hazırlayıb sonuncuya təqdim edəcəyinə dair razılaşıb, tanışı X18 və Məhkum2 ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, Məhkum2 isə üzlüklərin yapışdırılması, özünün isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib 2021-ci ilin fevral ayında aralarındakı cinayətkar niyyətə uy ğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 3 ədəd blank üzərində, o cümlədən, Şahid3 Gəncə Dövlət Regional Kollecində təhsil almadığı halda, əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Dövlət Regional Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə Şahid3 Gəncə Dövlət Regional Kollecini “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bitirməsi barədə xx.xx.2015-ci ildə verilmiş AA № 101973 seriyalı 1456 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor” və “dövlə t attestasiya komissiyasının sədri” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid4 Gəncə Humanitar Kollecində təhsil almadığı halda, sonuncunun Gəncə Humanitar Kollecini “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bitirməsi barədə xx.xx.2007-ci il tarixdə verilmiş BB-İİ № 128379 seriyalı 2812 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecinin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid 1 Gəncə Texniki Kollecində təhsil almadığı halda, sonuncunun Gəncə Texniki Kollecini “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə bitirməsi barədə xx.xx.2012-ci il tarixdə verilmiş BB-İİ № 101879 seriyalı 1847 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecininin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş 3 ədəd diplom bankını hazırladıqdan sonra həmin blankları təqdim etməsi ilə cinayə tkar qrupun digər üzvü Məhkum2 blankları istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb özünə təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin fevral ayında yaşadığı ünvanın yaxınlığında yerləşən baytarlıq aptekində Şahid1 şəxsən 660 manat məbləğində pul vəsaitini alıb Alim Qurbanov və Məhkum2lə aralarında bölüb, həmin 3 ədəd saxta diplomu təhvil verməklə sataraq Məhkum2 və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayaraq satmış və sonuncularla qab aqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə biləbilə həmin saxta rəsmi sənədlərdən istifadə etmiş, həmin hərəkətləri ilə Alim Qurbanov və Məhkum2 köməkçiliyi ilə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən vahid niyyətlə sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzif ədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi tanışı X18 və tanışı Məhkum2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomları özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxs üçün qanunsuz və əsassız olaraq təhsil alması görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kab inetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında ünvan 7 ünvanında yerləşən “Sehirli Na ftalan Health & Resort” istirahət mərkəzində cinayətdən xəbərsiz tələbə yoldaşı Şahid9 tanışı X5 adına Gəncə Dövlət Regional Kolleci tərəfindən verilməsi görüntüsü yaradan diplomun hazırlanmasında köməklik göstərilməsinə dair özünə etdiyi müraciəti ilə əlaqədar, Şahid9la 200 manat məbləğində pul vəsaiti müqabilində həmin diplomu hazırlayaraq sonuncuya təqdim edəcəyinə dair razılaşıb, Şahid9 həmin pul vəsaitini "xxxx" MMC-nin istintaqla müəyyən edilməyən poçt şöbəsi vasitəsilə cinayətdən xəbərsiz olan oğlu X7 istifadəsində olmuş plastik bank kartına köçürməsinə nail olaraq istintaqla müəyyən edilməyən şəraitdə həmin pul vəsaitini nağdlaşdırmaqla ələ keçirib Alim Qurbanov və Məhkum2lə aralarında bölüb, bundan sonra, tanışı X18 və Məhkum2 ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurb anovun diplomların içliklərinin hazırlanması, Məhkum2 isə üzlüklərin yapışdırılması, özünün isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib X2 Dövlət Regional Kollecində təhsil almadığı halda 2021-ci ilin fevral ayında aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 1 ədəd blank üzərində əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Dövlət Regional Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə X5 Gəncə Dövlət Regional Kollecini “Baytarlıq” ixtisası üzr ə bitirməsi barədə xx.xx.2023-cü il tarixdə verilmiş AA № 106285 seriyalı 8416 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor” və “dövlət attestasiya komissiyasının sədri” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom bankını hazırladıqdan sonra həmin blankı təqdim etməsi ilə cinayətkar qrupun digər üzvü Məhkum2 blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb özünə təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta r əsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin fevral ayında, istintaqa məlum olmayan, cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan şəxs vasitəsilə göndərməklə həmin saxta diplomu Şahid9 vasitəsilə Məhəmməd Zeynallıya təqdim edib satmaqla cinayətkar qrupun digər üzvləri Məhkum2 və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənəddən təkrarən istifadə etmiş, həmin hərəkətləri ilə Alim Qurbanov və Məhkum2 köməkçiliyi ilə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndiri lməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi tanışı X18 və tanışı Məhkum2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomları özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxs üçün qanu nsuz və əsassız olaraq təhsil alması görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında Gəncə şəhərində, “köhnə Şəmkir avtovağzalı” deyilən yerdə tanışı Şahid7 övladı Fərid Məhyəddinovun adına Gəncə Texniki Kolleci tərəfindən verilməsi görüntüsü yaradan diplomun hazırlamasında köməklik göstərilməsinə dair özünə etdiyi müraciəti ilə əlaqədar, Şahid7 200 manat məbləğində pul müqabilində göstərilən şəxsin adına saxta diplom hazırlayıb sonuncuya təqdim edəcəyinə dair razılaşıb həmin pul vəsaitini qabaqcadan alaraq cinayətkar qrupun digər üzvləri X18 və Məh kum2 ilə aralarında bölüb, sonuncularla rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, Məhkum2 isə üzlüklərin yapışdırılması, özünün isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib X1 Texniki Kollecində təhsil almadığı halda 2021-ci ilin fevral-mart ayında aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi blank üzərində əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Texniki Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə X4 Gəncə Texniki Kollecini “Baytarlıq” ixtisası üzrə bitirməsi barədə xx.xx.2012-ci ildə verilmiş BB-İİ № 102943 seriyalı 2354 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “dövlət ixtisas komissiyassının sədri”, “direktor” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom bankını hazırladıqdan sonra həmin blankı təqdim etməsi ilə cinayətkar qrupun digər üzvü Məhkum2 blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb özünə təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvanın yaxınlığında yerləşən baytarlıq aptekində həmin 1 ədəd diplomu Şahid7 şəxsən təhvil verməklə sataraq cinayətkar qrupun digər üzvləri Məhkum2 və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənəddən təkrarən istifadə etmiş, həmin hərəkətləri ilə Alim Qurbanov və Məhkum2 köməkçiliyi ilə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilm əsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi tanışı X18 və tanışı Məhkum2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomları özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxslər üçün qan unsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soy adı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən baytarlıq aptekində Gədəbəy rayon sakini Şahid1 özünün, tanışı Şahid6 və tanışı Şahid2 qardaşının arvadı Şahid5 Şadman qızının adlarına saxta diplomların hazırlanmasında köməklik göstərilməsinə dair özünə etdikləri müraciəti ilə əlaqədar Şahid1 və Şahid2 hər bir diplom üçün 220 manat pul müqabilində göstərilən şəxslərin adlarına saxta diplom hazırlayıb sonunculara təqdim edəcəyinə dair razılaşıb, cinayətkar qrupun digər üzvləri X18 və Məhkum2 ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, Məhkum2 isə üzlüklərin yapışdırılması, özünün isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib 2021-ci ilin aprel ayının əvvəlində aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 3 ədəd blank, 2 ədəd bakalavr diplomuna əlavə üzərində, o cümlədən, Şahid1 Gəncə Dövlət Universitetində təhsil almadığı halda, əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içl iyi və Gəncə Dövlət Universitetinin dairəvi möhür nümunəsindən istifadə etməklə sonuncunun Gəncə Dövlət Universitetini “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bitirməsi barədə xx.xx.2013-cü il tarixdə verilmiş B № 194628 seriyalı 6826 qeydiyyat nömrəli diplom blankını, həmin diplom blankına əlavəni və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, diplom blankında olan “dövlət attestasiya komissiyassının sədri” və “rektor”, diplom blankına əlavədə olan “rektor”, “dekan” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid6 Gəncə Dövlət Universitetində təhsil almadığı halda, sonuncunun Gəncə Dövlət Universitetini “Bədə n tərbiyəsi və idman” ixtisası üzrə bitirməsi barədə xx.xx.2020-ci il tarixdə verilmiş AA № 012514 seriyalı 12627 qeydiyyat nömrəli diplom blankını, həmin diplom blankına əlavəni və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Dövlət Universitetinin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, diplom blankında olan “dövlət attestasiya komissiyasının sədri” və “rektor”, diplom blankına əlavədə olan “rektor”, “dekan” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Səfərova X25 Humanitar Kollecində təhsil almadığı halda, sonuncunun Gəncə Humanitar Kollecini “Məktəbəqədər təlim və tərbiyə” ix tisası üzrə bitirməsi barədə xx.xx.2009-cu ildə verilmiş BB-İİ № 136297 seriyalı 3452 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecinin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom banklarını və diploma əlavələri hazırladıqdan sonra həmin blank və əlavələri təqdim etməsi ilə cinayətkar qrupun digər üzvü Məhkum2 blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cil dləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb özünə təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvanın yaxınlığında yerləşən baytarlıq aptekində Şahid1 və Şahid2la görüşərək onlardan cəmi 660 manat pul vəsaitini alaraq Məhkum2 və Alim Qurbanovla aralarında bölüb, 8 aprel 2021-ci il tarixdə həmin baytarlıq aptekində ümumilikdə həmin 3 ədəd diplomu və 2 ədəd diploma əlavəni Şahid2 şəxsən təhvil verib satmaqla, cinayətkar qrupun digər üzvləri Məhkum2 və Alim Qurbanovla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə bilə-bilə həmin saxta sənədlərdən təkrarən istifadə etmi ş, həmin hərəkətləri ilə Alim Qurbanov və Məhkum2 köməkçiliyi ilə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum2 CM-nin 32.5, 308.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qeyrisi i lə birlikdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində təkrarən köməkçi qismində iştirak etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamış və təkrarən satmış, qanunsuz olaraq hazırladığı saxta rəsmi sənədlərdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin nəzdi ndəki Gəncə Dövlət Regional Kolleci üzrə 30 yanvar 2017-ci il tarixli 11/93-2 nömrəli əmrlə həmin Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib həmin vəzifədə işləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın 6-cı fəslinə əsasən, tədris müəssisəsində tərbiyə işlərinə rəhbərlik etmək, tələbələrin istehsalat təliminin onların vətənpərvərlik, hüquqi, mənəvi tərbiyəsi ilə sıx əlaqə şəraitində aparılmasını təmin etmək, tələbələrin mədəni istirahətinin, sinifdənkənar və məktəbdənkənar tədbirlərinin təşkilinə rəhbərlik etmək, tələbələrlə tərbiyə işi aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıların və digər işçilərin fəaliyyətini əlaqələndirmək və onların işinə nəzarət etmək, istehsalat təcrübəsi zamanı tələbələr arasında tərbiyə işlərinin aparılmasını təmin etmək, məktəbdə tələbələrin mənzil-məişət şəraitinə, intizam və davranışına nəzarət etmək, bədən tərbiyəsi və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə birlikdə kütləviidman və hərbi vətənpərvərlik işləri təşkil etmək, tərbiyə sahəsində qabaqcıl təcrübəni ümumiləşdirmək və yaymaq,sinifdənkənar tədbirlər və tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar hazırlamaq, peşəyönümlü və tələbə qəbulu işlərini təşkil etmək, tələbələrin hüquqi biliklərə yiyələnməsi, onların sağlam, öz peşəsinin bacarıqlı ustası və əsl vətənpərvər kimi yetişməsi üçün tədbirlər görmək, tədris müəssi səsinin valideynlərlə qarşılıqlı əlaqəsini təmin etmək, müəssisədə psixoloqla birlikdə psixoloji işin təşkilinə rəhbərlik etmək, təhsilalanlar arasında psixoloji pozuntular müşahidə edilərsə, əvvəlcədən profilaktik işlərin təşkilinə nəzarət etmək və təhsilalanların valideynlərini və müvafiq qurumları xəbərdarlıq etməyə məsuliyyət daşımaq, müəssisənin illik hesabatının və inkişaf planının hazırlanması ilə bağlı təkliflər hazırlamaq və direktora təqdim etmək kimi təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs olan Məhkum1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxslər üçün qanunsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və sa xta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə tanışı X18 ilə birlikdə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomları təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazıl malı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında ünvan 4 ünvanının yaxınlığında yerləşən baytarlıq aptekində Gədəbəy rayon sakini Şahid1 özünün, arvadı Şahid3 və tanışı Şahid2 arvadı Şahid4 adlarına diplomların hazırlanmasında köməklik göstərilməsinə dair Məhkum1 etdiyi müraciəti ilə əlaqədar sonuncu Şahid1 hər bir diplom üçün 220 manat olmaqla, ümumilikdə 3 diploma görə cəmi 660 manat məbləğində pul müqabilində göstərilən şəxslərin adlarına saxta diplom hazırlayıb sonuncuya təqdim edəcəyinə dair razılaşdıqdan sonra, tanışı X18 və özü ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, özünün üzlüklərin yapışdırılması, Məhkum1 isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib 2021-ci ilin fevral ayında aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 3 ədəd blank üzərində, o cümlədən, Şahid3 Gəncə Dövlət Regional Kollecində təhsil almadığı halda, əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texnik i qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Dövlət Regional Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə Şahid3 Gəncə Dövlət Regional Kollecini “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bitirməsi barədə xx.xx.2015-ci ildə verilmiş AA № 101973 seriyalı 1456 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor” və “dövlət attestasiya komissiyasının sədri” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid4 Gəncə Humanitar Kollecində təhsil almadığı halda, sonuncunun Gəncə Humanitar Kollecini “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bitirməs i barədə xx.xx.2007-ci ildə verilmiş BB-İİ № 128379 seriyalı 2812 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecininin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid1 Gəncə Texniki Kollecində təhsil almadığı halda, sonuncunun Gəncə Texniki Kollecini “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə bitirməsi barədə xx.xx.2012-ci ildə verilmiş BB-İİ № 101879 seriyalı 1847 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecininin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş 3 ədəd diplom bankını hazırladıqdan sonra həmin blankları təqdim etməsindən sonra şəxsən həmin blankları istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb Məhkum1 təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bi r qrup şəxs qismində qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin fevral ayında Məhkum1 vasitəsilə sonuncunun yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən baytarlıq aptekində Şahid1 660 manat məbləğində pul vəsaitini alıb Alim Qurbanov və Məhkum1la aralarında bölüb, həmin 3 ədəd saxta diplomu Məhkum1 vasitəsilə təhvil verməklə sataraq sonuncu və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayaraq satmış və sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə bilə-bilə həmin saxta rəsmi sənədlərdən istifadə etmiş, Məhkum1 həmin hərəkətlərlə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra struktu rlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən vahid niyyətlə sui-istifadə etməsində Alim Qurbanovla birlikdə köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kolleci üzrə 30 yanvar 2017-ci il tarixli 11/93-2 nömrəli əmrlə həmin Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini və zifəsinə təyin edilib qeyd edilən səlahiyyətləri yerinə yetirən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs olan Məhkum1 təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxs üçün qanunsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə tanışı X18 ilə birlikdə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomu təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onları n verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında ünvan 7 ünvanında yerləşən “Sehirli Naftalan Health & Resort” istirahət mərkəzində Məhkum1 cinayətdən xəbərsiz tələbə yoldaşı Şahid9 tanışı X5 adına Gəncə Dövlət Regional Kolleci tərəfindən verilməsi görüntüsü yaradan diplomun hazırlanmasında köməklik göstərilməsinə dair Məhkum1 etdiyi müraciəti ilə əlaqədar, sonuncu Şahid9la 200 manat məbləğində pul vəsaiti müqabilində həmin diplomu hazırlayaraq sonuncuya təqdim edəcəyinə dair razılaşıb, Şahid9 həmin pul vəsaitini "xxxx" MMC-nin istintaqla müəyyən edilməyən poçt şöbəsi vasitəsilə Məhkum1 cinayətdən xəbərsiz olan övladı X7 istifadəsində olmuş plastik bank kartına köçürməsinə nail olaraq istintaqla müəyyən edilməyən şəraitdə həmin pul vəsaitini nağdlaşdırmaqla əldə etməsindən sonra həmin pul vəsaitini Alim Qurbanov və Məhkum1la aralarında bölüb, bundan sonra, tanışı X18 və özü ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, özünün üzlüklərin yapışdırılması, Məhkum1 isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib X2 Dövlət Regional Kollecində təhsil almadığı halda 2021-ci ilin fevral ayında aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 1 ədəd blank üzərində əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Dövlət Regional Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə X5 Gəncə Dövlət Regional Kollecini “Baytarlıq” ixtisası üzrə bitirməsi barədə xx.xx.2023-cü ildə verilmiş AA № 106285 seriyalı 8416 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor” və “dövlət attestasiya komissiyassının sədri” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom bankını hazırladıqdan sonra həmin blankı təqdim etməsi ilə özü şəxsən qeyd edilən blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həq iqi diplom görüntüsü yaradıb Məhkum1 təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin fevral ayında, istintaqa məlum olmayan, cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan şəxs vasitəsilə Məhkum1 göndərməklə həmin saxta diplomu Şahid9 vasitəsilə Məhəmməd Zeynallıya təqdim edib satmaqla cinayətkar qrupun digər üzvləri Məhkum1 və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənəddən təkrarən istifadə etmiş, Məhkum1 həmin hərəkətlərlə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən vahid niyyətlə təkrarən sui-istifadə etməsində Alim Qurbanovla birlikdə köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kolleci üzrə 30 yanvar 2017-ci il tarixli 11/93-2 nömrəli əmrlə həmin Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib qeyd edilən səlah iyyətləri yerinə yetirən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs olan Məhkum1 təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxs üçün qanunsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə tanışı X18 ilə birlikdə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomu təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilmə si haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevr al ayında Gəncə şəhərində, “köhnə Şəmkir avtovağzalı” deyilən yerdə tanışı Şahid7 övladı Fərid Məhyəddinovun adına Gəncə Texniki Kolleci tərəfindən verilməsi görüntüsü yaradan diplomun hazırlanmasında köməklik göstərilməsinə dair Məhkum1 etdiyi müraciəti ilə əlaqədar, Şahid7 200 manat məbləğində pul müqabilində göstərilən şəxsin adına saxta diplom hazırlayıb sonuncuya təqdim edəcəyinə dair Məhkum1 razılaşıb həmin pul vəsaitini sonuncu qabaqcadan alaraq cinayətkar qrupun digər üzvü X18 və özü ilə aralarında bölüb, aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, özünün üzlüklərin yapışdırılması, Məhkum1 isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qru p şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib X1 Texniki Kollecində təhsil almadığı halda 2021-ci ilin fevral-mart ayında aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi blank üzərində əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırladığı diplom içliyi və Gəncə Texniki Kollecinin dairəvi möhür nümunəsindən istifadə etməklə X4 Gəncə Texniki Kollecini “Baytarlıq” ixtisası üzrə bitirməsi barədə xx.xx.2012-ci ildə verilmiş BB-İİ № 102943 seriyalı 2354 qeydiyyat nömrəli diplom blankını və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində o lan məlumatları yazıb, “dövlət ixtisas komissiyasının sədri”, “direktor” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom bankını hazırladıqdan sonra həmin blankı təqdim etməsi ilə özü şəxsən həmin blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qaydada həqiqi diplom görüntüsü yaradıb Məhkum1 təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində Məhkum1 yaşadığı ünvanın yaxınlığında yerləşən baytarlıq aptekində həmin 1 ədəd diplomu Şahid7 təhvil verməklə sataraq cinayətkar qru pun üzvləri Məhkum1 və Alim Qurbanovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənəddən təkrarən istifadə etmiş, Məhkum1 həmin hərəkətlərlə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən vahid niyyətlə təkrarən sui-istifadə etməsində Alim Qurbanovla birli kdə köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kolleci üzrə 30 yanvar 2017-ci il tarixli 11/93-2 nömrəli əmrlə həmin Kollecin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib qeyd edilən səlahiyyətləri yerinə yetirən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs olan Məhkum1 təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni xeyrinə saxta diplom hazırladıqları şəxs üçün qanunsuz və əsassız olaraq təhsil almaları görüntüsü yaratmaq, özü və saxta sənəd hazırlanmasında əlbir olduğu şəxslər üçün qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətl ərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə tanışı X18 ilə birlikdə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan saxta diplomu təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarının 3-cü bölməsinə əsasən, nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilən ali təhsil pilləsinin bakalavr diplomu kalliqrafik xətlə qara tuşla yazılmalı, diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulmalı, diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılmalı, diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılmalı olmasına baxmayaraq, 2021-ci ilin fevral ayında Məhkum1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən baytarlıq aptekində Gədəbəy rayon sakini Şahid1 özünün, tanışı Şahid6 və tanışı Şahid2 qardaşının arvadı Şahid5 Şadman qızının adlarına saxta diplomların hazırlanmasında köməklik göstərilməsinə dair Məhkum1 etdikləri müraciəti ilə əlaqədar Şahid1 və Şahid2 hər bir diplom üçün 220 manat pul müqabilində göstərilən şəxslərin adlarına saxta diplom hazırlayıb sonunculara təqdim edəcəyinə dair razıla şıb, cinayətkar qrupun digər üzvləri X18 və özü ilə aralarında rol bölgüsü aparmaqla, yəni Alim Qurbanovun diplomların içliklərinin hazırlanması, özünün üzlüklərin yapışdırılması, Məhkum1 isə danışıqlar aparmaqla şəxslərin müəyyən olunması və saxta sənədləri təqdim etməsi barədə sövdələşərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib 2021-ci ilin aprel ayının əvvəlində aralarındakı cinayətkar niyyətə uyğun olaraq Alim Qurbanov yaşadığı ünvan 6 ünvanında istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi 3 ədəd blank, 2 ədəd bakalavr diplomuna əlavə üzərində, o cümlədən, Şahid1 Gəncə Dövlət Universitetində təhsil almadığı halda, əvvəlcədən kompüterin yaddaşına başqa rəsmi diplom nümunəsindən texniki qurğu (skayner) vasitəsilə köçürməklə hazırla dığı diplom içliyi və Gəncə Dövlət Universitetinin dairəvi möhür nümunəsindən istifadə etməklə sonuncunun Gəncə Dövlət Universitetini “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bitirməsi barədə xx.xx.2013-cü ildə verilmiş B № 194628 seriyalı 6826 qeydiyyat nömrəli diplom blankını, həmin diplom blankına əlavəni və onun qeyd edilən möhürlə təsdiq edilməsi görüntüsünü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, diplom blankında olan “dövlət attestasiya komissiyasının sədri” və “rektor”, diplom blankına əlavədə olan “rektor”, “dekan” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Şahid6 Gəncə Dövlət Universitetində təhsil almadığı halda, sonuncunun Gəncə Dövlət Universiteti ni “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bitirməsi barədə xx.xx.2020-ci ildə verilmiş AA № 012514 seriyalı 12627 qeydiyyat nömrəli diplom blankını, həmin diplom blankına əlavəni və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Dövlət Universitetinin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, diplom blankında olan “dövlət attestasiya komissiyasının sədri” və “rektor”, diplom blankına əlavədə olan “rektor”, “dekan” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, həmçinin, eyni qaydada, Səfərova X25 Humanitar Kollecində təhsil almadığığı halda, sonuncunun Gəncə Humanitar Kollecini “Məktəbəqədər təlim və tərbiyə ” ixtisası üzrə bitirməsi barədə xx.xx.2009-cu ildə verilmiş BB-İİ №136297 seriyalı 3452 qeydiyyat nömrəli diplom blankını və əvvəlcədən kompüterin yaddaşına texniki qurğu (skayner) vasitəsilə köçürdüyü Gəncə Humanitar Kollecinin dairəvi möhürü ilə təsdiq edilməsi görüntüsü yaratmaqla, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib içərisində olan məlumatları yazıb, “direktor”, “dövlət ixtisas komissiyasının sədri” və “katib” qrafalarında olan imzaları qəsdən fərqli formada imzalamaqla, qanunsuz olaraq məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş diplom banklarını və diploma əlavələri hazırladıqdan sonra həmin blank və əlavələri təqdim etməsi ilə özü şəxsən həmin blankı istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi diplom üzlükləri ilə cildləyib müvafiq qa ydada həqiqi diplom görüntüsü yaradıb Məhkum1 təqdim etməklə istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə hüquq verən saxta rəsmi sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq hazırladıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində sonuncunun yaşadığı ünvanın yaxınlığında yerləşən baytarlıq aptekində Şahid1 və Şahid2la görüşərək onlardan cəmi 660 manat pul vəsaitini alaraq özü və Alim Qurbanovla aralarında bölüb, 8 aprel 2021-ci ildə həmin baytarlıq aptekində ümumilikdə həmin 3 ədəd diplomu və 2 ədəd diploma əlavəni Şahid2 Məhkum1 təhvil verib satmaqla, sonuncu və Alim Qurbanovla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə bilə-bilə həmin saxta sənədlərdən təkrarən istifadə etmiş, Məhkum1 həmin hərəkətlərlə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən vahid niyyətlə təkrarən sui-istifadə etməsində Alim Qurbanovla birlikdə köməkçi qismində təkrarən iştirak etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmm ədov) 1(104)-237/2022 nömrəli 01 iyul 2022-ci il tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs lər Məhkum1 Azərbaycan Respublikası CM-in 308.2, 320.1 və 320.2-ci maddələrində və Məhkum2 CM-in 32.5,308.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, iş materiallarına əlavə edilmiş sənədlər və işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmələrin qənaətinə görə təqsirləndirilən şəxslərə Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamda CM-in 308.2-ci maddəsinin tövsifedici əlaməti olan - əməlin ağır nəticələrə səbəb olması sadəcə formal olaraq qeyd olunmuş, lakin bu əlamətin mövcud olmasına dair hər hansı konkret fakt göstərilməmişdir. Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamdan görünür ki,...Məhkum1 həmin hərəkətlərlə dövlətin təhsil sahəsində vətəndaşların konstitusiya hüququ nun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, vətəndaşların maarifləndirilməsi və təhsilə münasibəti, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasına dair məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmuşdur. Beləliklə, verilmiş ittihamda Məhkum1 əməlləri nəticəsində dövlət müəssisəsi olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işinin pozulmasına səbəb olması, başqa sözlə onun əməlləri ağır nəticələrə səbəb olması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə yuxarıda şərh edilən halları nəzərə almadan, ittiham tərəfinin s übutları ümumiyyətlə rədd etmədən, əsassız olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 əməllərini düzgün olmayaraq müvafiq olaraq CM-in 308.1 və 32.5, 308.1-ci maddələri ilə qiymətləndirmiş, CM-in 320.2-ci maddəsini isə ittihamdan çıxarmışdır. Yuxarıda göstərilən sübutlarla isə müəyyən edilmişdir ki, Məhkum1 və Məhkum2 qanunsuz olaraq hazırladığı saxta rəsmi sənədlərdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən istifadə etmişlər. Məhkəmənin bu xüsusatlar üzrə gəldiyi nəticə də əsassızdır. Məhkəmə Məhkum1 şəhid ailəsi üzvü olmasını, onun özünün ikinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, arvadının isə 2-ci dərəcəli əlil olmasını, törətdiyi cinayət əməlini səmi mi etiraf edərək əməlindən peşman olmasını, Məhkum2 isə ikinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cəza təyin edərkən bu yüngülləşdirici halların hansı qaydada Məhkum1 və Məhkum2 cəzasına necə təsir etməsini əsaslandırmamış, həmçinin Məhkum1 və Məhkum2 cəzalarını ağırlaşdıran halların olmasını da nəzərə almadan onlara əsassız olaraq yüngül cəzalar təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən cinayətlərin təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə almışdır. Beləliklə, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, Məhkum1 və Məhkum2 cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla törətməsinə baxmayaraq, ona təyin etdiyi cəza təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin ilkin dəlili ondan ibarətdir ki, məhk əmələr tərəfindən məhkumların əməllərinin Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməsi, onların ittihamından Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin xaric edilməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya məhkəməsi bu dəlilə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üz rə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin dispozisiyasına əsasən CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələr ağır nəticələrə səbəb olduqda CM-in 308.2ci maddəsi ilə tövsif olunur. Göründüyü kimi “ağır nəticələr” CM-in 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə uyğun olaraq ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmələr belə qənaətə gəlmişlər ki, iş üzrə əldə olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlara və irəli sürülmüş ittihama əsasən təqsirləndirilən şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaları - vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə hüquq verən rəsmi sənədləri təkrarən saxtalaşdırıb hazırlamaqda və təkrarən satmaqda ifadə olunsa da, həmin əməllərin məhz ağır nəticələrə səbəb olmasının nədə ifadə olması, bu ağır nəticələrin real olaraq nədən ibarət olması və ümumiyyətlə təqsirləndirilən şəxslərin həmin əməllərinin konkret olaraq hansı ağır nəticələrə səbəb olması irəli sürülmüş ittihamda göstərilməmiş, belə nəticələrin olmasına dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da əldə edilməmiş dir. Məhkəmə kollegiyası qanunun yuxarıda qeyd edilən normalarının tələblərini rəhbər tutub təqsirləndirilən şəxslərin əməllərinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxslərin əməllərinin ağır nəticələri müəyyən olunmamışdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan da belə nəticələrin baş verməsini görünmür. İstintaq orqanı təqsirləndirilən şəxslərin cinayət əməlləri CM-in 308-ci maddəsi ilə tövsif edərkən həmin əməllərin ağır nəticələrə səbəb olması barədə qeyd etsə də, həmin ağır nəticələrin konkret olaraq nədə ifadə və nədən ibarət olması göstərməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni vəya digər r əsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə AzərbaycanRespublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma” əməlinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 320.2-ci maddəsi isə “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə” əməlinə görə məsuliyyət nəzərdə tutur. Qanunun həmin maddələrinin dispozisiyasından göründüyü kimi, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma əməli tam olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə əhatə olunur və həmin əməllərin əlavə olaraq həm də Cinayət Məcəlləsinin 320.2-c i maddəsi ilə tövsif edilməsinə əsas yoxdur. Belə ki, Məhkum1 və Məhkum2 hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və satmışlar. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb məhkəmələrin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, saxta diplomların hazırlanması və satılması ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə tam əhatə olunur və əlavə olaraq həmin əməllərinin CM-in 320.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsas yoxdur. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən saxta diplomlardan istifadə edilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin ittihamından CM-in 320.2-ci maddəsinin çıxarılm ası əsaslı və qanuna uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin təqsirləndirilən şəxslərin əməllərinin tövsifinə dair dəlilini əsassız hesab edir. Kassasiya protestinin digər dəlili məhkəmələr tərəfindən məhkumlar barəsində təyin olunmuş cəzanın ədalətsiz və yüngül olmasıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsi yyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə tə qsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasınd an və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanı törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh ed ilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi h ər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq ö nəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. İş materiallardan görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 şəhid ailəsi üzvü olmasını, onun özünün ikinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, arvadının isə 2-ci dərəcəli əlil olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Məhkum2 isə ikinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşman olmasını müvafiq olaraq təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən cinayətlərin təkrar və qabaqcadan əlbir olmu ş bir qrup şəxs halında törədilməsini Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə koll egiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Xalid Məmmə dov barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı ədalətli hesab edib hökmü dəyişdirmədən saxlayarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin cəza təyin edilməsi ilə əlaqədar dəlilləri əsaslı olduğun dan protest həmin hissədə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 haqqında 01 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 308.1 və 320.1-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,308.1 və 320.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar