Məhkəmə qərarları › İş №1(102)-354/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-354/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-354/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Xankişiyev Mirzə Aslan oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi M.A.Xankişiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Səfərli Cavid Şamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1994-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, A zərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 1 may 2019-cu il tarixli hökmü ilə CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15% (on beş faizi) dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 17 dekabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən həmin cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan azadlıqdan məhrum etmə c əzasına məhkum olunmuş və CM-in 69.3-cü maddəsinə əsasən onun 20 dekabr 2022-ci il tarixdən 29 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 9 (doqquz) gün müddətin 1 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesabı ilə hesablanmaqla, o, cəzasını çəkib qurtarmış hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmi ş 20 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:00-dan etibarən Məhkum icazəsi və iştirakı ilə ünvan 2 ünvanına baxış keçirilən zaman həmin evin dərs otağındakı qəhvəyi rəngli dolabın içərisindən bir ədəd sellofan bükümdə ona məxsus 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi M.A.Xankişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlund an ibarət tərkibdə) 15 may 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti, Məhkum müdafiəçisi M.A.Xankişiyev isə - kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı R.P.Almazov – həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını; - müdafiəçi M.A.Xankişiyev – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum hərəkətlərində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı Qərarına, ibtidai araşdırma orqanı tərəfindən M əhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.P.Almazov həmin protestini belə əsaslandırmışdır ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 13,055 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 11,791 qram qurudulmuş marixuananı əldə etməsi, daşıması və üzərində və yaşadığı evdə saxlaması iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilmiş, lakin məhkəmələr bu sübutlara heç bir əhəmiyyət vermədən, Məhkum özünü müdafiə etmə xarakteri daşıyan, habelə sonuncunu müdafiə etməyə çalışan qohum və qonşularının işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittihamın üzərindən 13,055 qram narkotik vasitə heroinin aşkar edilməsi xüsusatının sübuta yetirilməməsi barədə əsassız qənaətə gəlmişlər. Kassasiya protestinin müəllifi daha sonra qeyd etmişdir ki, polis şöbəsində Məhkum üzərində axtarış 20 dekabr 2022-ci il tarixdə 09:50-dən 10:01-dək, evinə isə baxış həmin gün saat 11:00-dan 11:14dək olan müddətdə keçirilmişdir. Göründüyü kimi, Məhkum evində olan marixuananın evdən çıxarılaraq başqa yerə atılması üçün kifayət qədər vaxt olmuş, lakin Məhkum qohumları bunu etməmişlər, bu da ona dəlalət edir ki, o, polis əməkdaşları tərəfindən məhz küçədə olduğu zaman tutulmuşdur. Lakin, məhkəmələr iş üzrə şahid qismində dind irilmiş Məhkum yaxın qohumlarının və qonşularının ziddiyyətli, işin faktiki hallarına uyğun olmayan ifadələrini əsas götürərək onun evində olduğu zaman polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması, habelə sonuncunun üzərindən 13,055 qram narkotik vasitə heroinin aşkar edilməsinin sübuta yetirilməməsi barədə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmiş, nəticədə də onun əməlinin tövsifində səhvə yol vermişlər. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı R.P.Almazov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Müdafiəçi M.A.Xankişiyev kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və h əmin aktlarda məhkəmələrin gəldikləri nəticələrə istinad edərək və hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamdan onun 13,055 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsinin və üzərində saxlayıb daşımasının sübuta yetirilməməsi əsası ilə xaric edilməsi ilə razılaşaraq öz şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr Məhkum 11,791 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı evdə saxlaması barədə düzgün olmayan nəticəyə gəlmiş, ittihamın bu hissəsi üzrə də sübutlar prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edilmiş, lakin məhkəmələr həmin sübutlara düzgün hüquqi qiymət verməmişlər. Nəticədə isə Məhkum təqsiri sübuta yetirilmədiyi halda qanunsuz olaraq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi M.A.Xankişiyev kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və Məhkum əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və nəticədə məhkəmə tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Müdafiəçi M.A.Xankişiyev isə kassasiya şikayətində eyni ilə iş üzrə toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini və hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edildiyini iddia edir və apellyasiya instansiyası məhkəməsinin qərarının ləvğ edilərək Məhkum bəraət verilməli olması haqda tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestini və müdafiəçi M.A.Xankişiyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarın ın icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insa n və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandır ılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkə mə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni z amanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələbləri nə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə q arşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla X üsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, ya xud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasın da uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılark ən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqlar ı məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşa ğıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Mə cəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yar anma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şə rh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işlə ri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri dig ərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən cinayət işinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, habelə birinci instansiya məhkəməsinin müdafiə tərəfininin vəsatətlərinə əsasən əldə edilmiş və həmin məhkəmənin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittihamın bir hissəsinin – Məhkum qanunsuz olaraq 11,791 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşıması və yaşadığı evdə saxlamasının sübuta yetirilməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən sonuncunun külli miqdarda narkotik vasitə olan 13,055 qram çəkidə heroini əldə etməsi, saxlaması və daşımasına dair ittihamın digər hissəsinin, habelə onun həmin narkotik vasitələri satmaq niyyətində olmasınının sübuta yetirilməməsi, nəticə etibarı ilə isə məhkumun əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası sübutların toplanılmasına, araşdırılmasına və sübutetməyə dair cinayət-prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu və Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məh kəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr məhkəməyədək icraat zamanı Məhkum 13,055 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsinə, daşımasına və üzərində saxlamasına dair toplanmış sübutların qanun pozuntusu ilə toplanması, bu səbəbdən də həmin sübutların yolverilməz olması, nəticə etibarı ilə isə onun bu əməli törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, bu nəticənin əsasına isə təkcə Məhkum özünü müdafiə xarakterli ifadələrini deyil, həm də heç bir qanun pozuntusuna yol verilmədən əldə olunmuş digər sübutları da qoymuşlar (qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı da həmin sübutlar – Məhkum yaxın qohumlarının və işdə heç bir marağı olmayan şəxslərin ifadələri əldə edilmiş, lakin ibtidai araşdırma orqanı tərəfindən həmin sübutların məhkəməyə təqdim edilməsindən imtina olunmuşdur). Məhkəmə kollegiyası kassasiya protestinin və həmçinin kassasiya şikayətinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün iş üzrə toplanmış və araşdırılmış sübutların bir qisminə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmanın və kassasiya protesti müəllifinin əsaslandıqları, təhqiqat zamanı toplanmış sübutlara görə, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatının yoxlanılması üçün 19 dekabr 2022-ci il tarixdə əməliyya t-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən o, 20 dekabr 2022-ci il tarixdə saat 08.20-də ünvan 2 ünvanının qarşısında hərəkət edərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-nə gətirilmiş və orada saat 09.20-də şübhəli şəxs qismində tutulduqdan sonra saat 9.50-dən başlayaraq üzərinə video çəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində, məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 7/1425 saylı rəyi ilə müəyyən edildiyi kimi, 13,055 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu halları həm təhqiqat, həm də ibtidai araşdırmanın ilkin mərhələsində izahat verərkən və şübhəli və təqsirləndirilən şəxs qismində dind irilərkən Məhkum özü, habelə şahid qismində dindirilmiş əməliyyat qrupunun üzvləri polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da təsdiq etmişlər. Lakin, həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də iş birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 20 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman saat 08 radələrində evə qara masqalı şəxslər daxil olmuş, həmin vaxt evdə ondan başqa arvadı və bacısı da olmuşlar. Həmin şəxslər yataq otağına daxil olaraq onu tutub çölə çıxartmış, o, əynində şort və mayka olduğu üçün həyətdə olarkən ona şalvar vermişlər ki, geyinsin. Daha sonra o, polis şöbəsinə aparılmış və orada polis əməkdaşları tərəfindən üzərinə bir bükümdə narkotik vasitə qoyulduqdan sonr a video çəkiliş zamanı ondan soruşulduqda bu vasitənin ona məxsus olmasının etiraf etməsi tapşırılmışdır. O, əvvəlcə buna razı olmamış, lakin ona edilmiş təzyiqlər nəticəsində polis əməkdaşlarının dedikləri ilə razı olmağa və etirafedici ifadələr verməyə məcbur olmuşdur. Əslində onun üzərində həmin vaxt narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə də baxış keçirilmiş və orada anasının şagirdlərlə keçirdiyi məşğələ otağından bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Lakin, bu narkotik vasitə də ona məxsus olmamış və onu da evə polis əməkdaşları qoymuşlar. Eyni zamanda Məhkum bildirmişdir ki, o, əvvəllər həqiqətən də narkotik vasitə olan qurudu lmuş marixuanadan çəkmə yolu ilə istifadə etmiş, lakin başqa narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməmiş, belə vasitə və maddələrin satışı ilə məşğul olmamış, tutulduğu dövrdə isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, Məhkum ilə qohumluq və ya digər yaxınlıq münasibətləri olmayan qonşuları - X3, X21, X19, habelə qonşu həyətdə təmir işləri aparmış X16 ibtidai araşdırma zamanı verdikləri ifadələri təsdiq edərək, hər birisi ayrıayrılıqda göstərmişlər ki, Məhkum polis əməkdaşları tərəfindən 20 dekabr 2022-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanında yerləşən yaşadığı evində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Məhkum saxlanılarkən onun əynində qısa şort və mayka olmuş və polis əməkdaşları onun qohumlarının verdikləri şalvarı və köynəyi geyindirdikdən sonra sonuncunu polis şöbəsinə aparmışlar. İş materiallarından göründüyüı kimi, adları göstərilən şahidlər həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilməzdən əvvəl CM-in 297-ci maddəsinə əsasən bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş, sonuncuların işdə maraqlı olmaları, ifadələrini isə hər hansı təzyiq, təsir və ya xahiş əsasında vermələri digər sübutlarla müəyyən edilməmiş, ifadələrdə göstərdikləri hallar nəinki biri biri ilə, həm də Məhkum və onun yaxın qohumları X11 (bacısı) və X1 (arvadı) üst üstə düşmüş, bu ifadələrin qəbul edilməz və yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün əks sübutlar əldə olunmamış, dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi təhlil edilən ifadələrin məhkəmələr tərəfindən qəbul edilməsini mübahisələndirərkən öz iddialarını kifayət qədər əsaslandıra bilməmişlər. O, ki qaldı məhkəmələrin Məhkum ibtidai araşdırmanın sonrakı mərhələsində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinin özünü müdafiə xarakteri daşıdığına görə qəbul edilməz olması barədə kassasiya protestinin dəlilinə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 21 və 91-ci maddələrində təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil, onun elan olunmuş ittihamı təkzib etmək və özünün müdafiəsi üçün həmin ittihamın əksinə olan ifadələr vermək onun hüququdur və o, belə ifadələr verdiyinə görə heç bir məsuliyyət daşımır. Təqsirləndirilən şəxsin verdiyi ifadələrin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilməsi üçün sübutların təqdim edilməsi isə ittiham tərəfinin üzərinə düşür ki, həmin tərəfdə belə sübutları məhkəmələrə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum təhlil olunan və yuxarıda təsvir edilmiş ifadələrinin məhkəmələr tərəfindən qismən qəbul edilərək hökmün və kassasiya qaydasında mübahisələndirilən qərarın əsasına qoyulmasında heç bir qanun pozuntusu görmür və hesab edir ki, həm bu ifadələrlə, həm də araşdırılmış digər sübutlarla Məhkum ittihamda göstərilən şəraitdə deyil, yaşadığı evdə saxlanılaraq və zor tətbiq edilməklə, yaxın qohumlarının verdikləri üst paltarı ona geyindirildikdən sonra Ağcabədi RPŞ-nə aparılması, şalvarının cibində həmin vaxt nark otik vasitənin olmasının müəyyən edilməməsi təsdiq olunur ki, məhkəmələr də haqlı olaraq məhz bu sübutlara əsaslanıb məhkumun ilkin izahat və ifadələrinə şübhə ilə yanaşılmasını mümkün bilmiş, digər tərəfdən isə həm onun saxlanılması, həm də üzərində şəxsi axtarışın aparılması zamanı qanun pozutularına yol verilməsini müəyyən edərək sonuncunun külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlayıb daşımasına dəlalət edən sübutları mötəbr sübut kimi qiymətləndirməkdən imtina etmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, CPM-in 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozu lması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədəqorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, yaxud istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinin tələbindən görünür ki, əsasən həmin Məcəllənin 1 25.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Birinci instansiya məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmündən və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin 15 may 2024-cü il tarixli qərarından göründüyü kimi, məhkəmələr Məhkum qarşı irəli sürülmüş ittihamdan onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda - 13,055 qram çəkidə heroini əldə edərək saxlaması və daşımasının ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi barədə öz qənaətlərini həm qanunvericiliyin tələblərinə, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad etməklə kifayət qə dər əsaslandırmış və məhkəmə kollegiyası hazırki qərarında belə əsaslandırmanı təkrarlamağa lüzum görməyərək eyni zamanda qeyd edir ki, kassasiya protestində də istinad olunan “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü nü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkum saxlanılması və onun üzərində axtarışın aparılmasına dair şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ittihama uyğun verdikləri ifadələrinin məhkəmələr tərəfindən əsassız olaraq nəzərə alınmaması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş həmin polis əməkdaşları Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək onun saxlanılmasında iştirak etmələri, onu Ağcabədi RPŞ-nə gətirərək təhqiqatçıya təhvil vermələri, bundan sonra onların da iştirakları ilə Məhkum üzərində şəxsi axtarışın aparılması, bunun nəticəsində isə sonuncunun üzərindən 13,055 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi barədə hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edilsə belə, onların təkcə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində deyil, həm də onlara aid olmayan istintaq hərəkətinin aparılmasında da iştirak etmələri onların Məhkum verdiyi ifadələrində göstərdiyi kimi, ona ünvanladıqları tələbin yerinə yetirilməsinin sığortalanması zərurətindən irəli gəlmişdir. Məhz buna görə də ibtidai araşdırma orqanı və kassasiya protestinin müəllifi adları çəkilən polis əməkdaşlarının ifadələrini Məhk um qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olan və onun bu ittiham üzrə təqsirliliyinə dəlalət edən sübut növü kimi qiymətləndirmiş, lakin Məhkum həqiqətən ittihamda göstərilən miqdarda heroini əldə edərək saxlamasını və daşımasını təsdiq edən qərəzsiz və mötəbər sübutlar (məhkəmə-kimyəvi ekspertizasının rəyi istisna olmaqla) məhkəmələrə təqdim olunmamış, ittihamın bu epizodu ilə bağlı toplanmış qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin pozulması və yuxarıda göstərilən başqa pozuntularla əldə edilmiş, eyni zamanda həmin şahidlərin ifadələri digər şəxslərin ifadələri ilə uzlaşmamışdır. Halbuki, şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından isə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qar şı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, adları qeyd olunan polis əməkdaşları Məhkum saxlanılaraq polis şöbəsinə gətirilməsi, onun üzərində şəxsi axtarışının aparılması barədə şahid kimi ifadələr vеrmiş və ibtidai araşdırma orqanı sonuncunun həm ittihamın birinci epizodu üzrə, həm də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən, kassasiya protestinin müəllifi isə bununla bağlı dəlillərini irəli sürərkən nəzərlərindən qaçırmışlar ki, onların bu ifadələri cinayəti n törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, Məhkum isə külli miqdarda narkotik vasitə olan heroini nə vaxt, kimdən əldə etməsini, hansı müddətdə saxlamasını və daşımasını, habelə onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan başqa halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmalarını haqlı hesab edir və qeyd edir ki, Məhkum ona is tinad olunan külli miqdarda heroini əldə edərək saxlamaqda və daşımaqda təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. Müdafiəçi M.A.Xankişiyevin kassasiya şikayətinin dəlillərinə ca vab olaraq, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları təhlil edərək belə qənaətə gəlir ki, 20 dekabr 2022-ci il tarixdə Məhkum yaşadığı evə baxış keçirilərkən və oradan bir bükümdə 11,791 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülərkən təhqiqat orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və buna görə ittihamın bu hissəsini təsdiq edən sübutlar mötəbər və Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, ittihamın təhlil edilən hissəsi obyektiv olaraq həmçinin məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7896 saylı, habelə məhkəmə tibbi- ekspertizasının 5 yanvar 2023-cü il tarixli 4806/K saylı rəyləri ilə təsdiq edilir. Həmin rəylərə görə isə, Məhkum götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabioid” aşkar edilmişdir. Sonuncu həm bütün ifadələrində, həm də ekspertizaların aparılması zamanı özü də etiraf etmişdir ki, o, qurudulmuş marixuananı çəkmə yolu ilə qəbul etmiş, lakin halhazırda həmin narkotik vasitədən istifadə etmir. Buna görə, ekspertlər Məhkum narkomaniya xəstəliyindən əzab çəkməməsi və bu xəstəlikdən məcburi müalicəyə ehtiyacının olmaması barədə nəticəyə gələrək onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görmüşlər. Həm bu rəylərin, həm də iş üzrə toplanmış və araşdırılmış sübutların fonunda məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda göstərilən çəki də (şəxsi istehlak miqdarından artıq olan) narkotik vasitəni - qurudulmuş marixuananı əldə edərək daşıyıb yaşadığı evdə saxlaması barədə həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticəni qanuni və əsaslı hesab edir və buna görə onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası onu da vurğulayır ki, yuxarıda göstərilən, yəni Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşıması və saxlaması, bununla da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticə məhkəmələr tərəfindən qəbul olunmuş yekun məhkəmə aktlarında kifa yət qədər əsaslandırılmış, bununla bağlı sübutlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilmişdir ki, məhkəmə kollegiyası da bu əsaslandırma və qiymətləndirmə ilə tam razılaşır. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi istər sübutların qiymətləndirilməsi və bu qiymətləndirməyə əsasən Məhkum qarşı irəli sürülmüş ittihamın bir hissəsini (külli miqdarda - 13,055 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək saxlaması və daşıması epizodunu) xaric edərkən, digər tərəfdən isə onun satış məqsədi olmadan narkotik vasitə olan və çəkisi 11,791 qram təşkil edən qurudulmuş marixuananı əldə edib daşıması və yaşadığı evdə saxlaması, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törət məsi barədə, buna görə onun həmin maddə ilə təqsirli bilinərək məhkum olunması barədə yekun qərar qəbul edərkən CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir, bu da həmin qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestinin və müdafiəçi M.A.Xankişiyevin kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və həmin kassasiya müraciətlərinin təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətini n təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması haqda isə Məhkum və onun müdafiəçisi M.A.Xankişiyevin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiy a protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar