Məhkəmə qərarları › İş №1(102)-355/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-355/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-355/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)355-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi nin 26 avqust 2014-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 186.2.2 və 308.1-ci maddələri ilə və qeyrilərinin məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Ağayev Ərəstun Əliabbas oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim: X14) Məhkum – xx xxxx 1975-ci ildə *********** şəhərin dədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı övladı olan, ali təhsilli, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon Pİ-nin 11-ci PB-də sahə müvvəkkili və Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin ******* ** polis bölməsinin****************vəzifələrində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, ******************************************** yaşayan, Azərbaycan Respublikası CM-nin 32.5, 186.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 32.5, 186.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmişdir. Həmin hökmlə X28, X9 və X15 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Hök mə əsasən Məhkum polis mayoru rütbəsində olmaqla Binəqədi rayon Polis İdarəsinin ********* Polis Bölməsinin ********* vəzifəsində işləyərkən, 2013-cü ilin aprel ayında qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu tanışı və həmyerlisi Bakı şəhəri, Binəqədi rayon mühafizə idarəsinin sabiq baş mühafizə inspektoru, polis mayoru X7 xahişi əsasında onun qarşısında nüfuz qazanmaq niyyəti ilə, Almaniya Federativ Respublikası vətəndaşı X10i əsas olmadan ifşa edilməsi məqsədi ilə 2013-cü ilin aprel ayının əvvəllərindən etibarən İ6 külli miqdarda pul vəd etdiyi tanışları Türkiyə Respublikasının vətəndaşı X28 və X9 ilə birlikdə sonuncunun idarə etdiyi “Wolksvagen Passat” markalı **-*** dövlət qeydiyyat nişanlı avtomaşında “Mercedes SLK” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən V6 mütəmadi olaraq izlənilib hərəkət marşrutunun öyrənilməsində, 11 aprel 2013-cü il tarixdə isə İ6 tərəfindən Q6 xüsusi vasitə kimi bir bükümdə 0,12 qram çəkidə qurudulmuş marixuana və idarə etmək üçün “Mercedes” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşın verilərək həmin avtomaşınla V6 idarə etdiyi avtomaşını vurulması, qəsdən törədilən nəqliyyat vasitələrinin toqquşması hadisəsindən istifadə edib sonuncunu narkotik aludəçisi kimi ifşa etmək məqsədilə polis bölməsinə aparılması üçün həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində, “McDonalds” restoranının yaxınlığında Q6 tərəfindən idarə edilən avtomaşınla V6 idarə etdiyi “Mercedes SLK” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşın vurularaq ümumi təhlükəli üsulla qəsdən zədələyib 1639 manat, “Mercedes” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsindən isə 3141 manat təşkil edən xeyli miqdarda ziyan vurulmasının iştirakçısı kimi həmin ziyanın ödənilməsi adı ilə X27 S6 və Q6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin ******* polis bölməsinin xidməti ərazisi olan Mir-Cəlal küçəsində yerləşən “Favorit” marketin qarşısına gətirildikdə Məhkum qulluq mənafeyi tələb etdiyi halda bunun qarşısını almayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 04 mart 2000-ci il tarixli 80 №-li əmrinin tələblərinə və vəzifə təlimatlarına zidd olaraq İ6 ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə V6 polis bölməsinə gətirilməsi barədə tabeliyində olan Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin ******* polis bölməsinin əməkdaşlarına qanunsuz göstəriş verərək V6 ilə birlikdə polis bölməsinə gətirilmiş Q6 un üzərindən az miqdarda narkotik vasitə aşkar olunmasına, eləcə də əsassız olaraq polis bölməsinə gətirilmiş V6 hər-hansı bir qanun pozuntusuna yol verməməsinə baxmayaraq “ANS” telekanalından çəkiliş qrupu dəvət etməklə xidməti otağında X24 ilə birlikdə çəkiliş qrupuna təqdim edib onların vidoçəkilişini aparmaqla barələrində narkotik vasitənin istifadəçisi kimi süjet hazırlanaraq 11-12 aprel 2013-cü il tarixlərdə “ANS” televiziya kanalında efirə gedən “Növbətçi” verilişində nümayiş etdirilməsini təşkil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə V6 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Hökmdən müdafiəçi Ağayev Ərəstun Əliabbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) 23 iyun 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilmiş, hökm Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti təyin olunmasına dair müddəalar hökmdən xaric edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CMnin 32.5, 186.2.2-ci maddələri ilə bəraət verilmiş, Məhkum CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə c əzası 1 (bir) ilə endirilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 fevral 2017-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) 29 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Ağayev Ərəstun Əli abbas oğlu kassasiya şikayəti verərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində Məhkum əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinə xitam verilməsi barədə tərəfindən vəsatət təqdim olunsa da təmin olunmamışdır. Belə ki, Məhkum X1i əsas olmadan polis bölməsinə gətirilməsində əlbir olmaqda ittiham olunsa da hazırkı işdə həmin ittihami təsdiq edəcək mötəbər sübut yoxdur. Məhkumlə qabaqcadan əlbirlikdə ittiham edilən X15 həmyerlisi Məhkumlə görüşərək V6 adlı şəxsi bir bəhanə ilə PB-nə gətirilməsində və onun telefonunun yaddaşına baxış keçirilməsində köməklik göstərməsini xahiş etməsi və K6 da bu iş ə razılıq verməsi barədə ziddiyyətli ifadə versə də istintaq orqanı onları üzləşdirmədən, digər mühüm xüsusatları araşdırmadan əvvəlcədən nəzərdə tutduğu ittihamı Məhkum elan etmişdir. Bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, İ6 yaxalanaraq ifadəsi alınanadək artıq Məhkum qarşı qeyd olunan ittiham irəli sürülmüşdür. Bu ittiham verilərkən isə CPM-nın 126.3 maddəsinin tələbinə zidd olaraq yalnız Y6 üçüncü şəxsin yəni İ6un sözlərindən verdiyi məlumat əsas götürülmüşdür Yalnız Məhkum ittiham elan olunduqdan sonra İ6 «...Məhkumlə qabaqcadan razılaşmaları barədə» «etirafedici» ifadələr alınmışdır. Halbuki, İ6 məhkəmə istintaqı zamanı həmin ifadələri təsdiq etməmiş, Məhkumlə hər hansı formada qabaqcadan əlbir olmadığını bildirmişdir. Belə razılığın olması məhkəmə istintaqı zamanı hər hans ı digər sübutla təsdiqini tapmamışdır. Digər tərəfdən, istintaq orqanı Məhkum V6 kifayət qədər əsas olmadan polis bölməsinə gətirməsi barədə nəticəyə gəlsə belə, onun hərəkətinin cinayət tərkibli olubolmamasına diqqət yetirməmişdir Belə ki, məhkəmə istintaqı zamanı nümayiş olunan V6 barəsində ANS telekanalında yayımlanan süjetdən görünür ki, PB-də çəkiliş aparılacaq otağa əvvəlcə üzərində narkotik vasitə aşkarlanan Q6, daha sonra isə V6 daxıl olur. Q6 polis nəfərlərinin müşayiəti ilə otağa «gətirilir», V6 isə sərbəst şəkildə otağa daxil olur və ani olaraq qapının kandarında görünür. Məhkum elan olunmuş ittihamda onun «...V6 barəsində narkotik vasitə istifadəçisi kimi süjet hazırlanmasını təşkil etməsi», bunun da nəticəsində sonuncunun «..hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurma sı» qeyd olunsa da videomaterialda V6 barəsində bu barədə bir kəlmə də olsun ifadə səslənmir və onun narkotik istifadəçisi kimi təqdim olması barədə hər hansı formada rəy yaranmır. Belə olan halda əlbəttə ki hər hansı mühüm zərərdən söhbət gedə bilməz. Bundan başqa, V6 polis bölməsinə dəvət edilərək faktla əlaqədar izahatı alınsa da qısa müddətdən sonra sərbəst buraxılmış, əsas konstitusion hüquq və azadlıqları pozulmamış (əgər pozulmuşdusa bunun nədən ibarət olması ittihamın məzmununda göstərilməmişdir), məhkəmə istintaqı zamanı təsdiq olunduğu kimi mənəvi, yaxud fiziki zərər vurulmamış, bununla əlaqədar nə özü, nə də valideynləri tərəfindən hər hansı narazılıq ifadə olunmamış, müvafiq orqanlara şikayət edilməmişdir. İstintaq materiallarından göründüyü kimi əksinə o, baş vermiş hadisə bar ədə tələbə yoldaşlarına gülərək danışmış, hüquq və mənafeyinə zərər vurulması barədə iddiaçı olmamışdır. Bu səbəbdən də Məhkum hərəkətlərinin DİN-in Müvafiq əmr və təlimatlarına zidd olmasını qəbul edilsə belə yenə əməlində CM-nin 308.1-ci maddəsinin tərkibinin olması istisna olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Tədqiq olunmuş sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, Məhkum əməlində cinayət tərkibi yoxdur. Hazırkı işdə, birinci instansiya məhkəməsinin hökmündə göstərilmiş nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, bununla belə apellyasiya instansiyası məhkəməsi həmin nəticəni düzgün hesab edərək hökmü bu hissədə qismən dəyişdirməklə qüvvəsində saxlamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsin də kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkumlə qabaqcadan əlbirlikdə ittiham edilən X15 həmyerlisi Məhkumlə görüşərək V6 adlı şəxsi bir bəhanə ilə PB-nə gətirilməsində və onun telefonunun yaddaşına baxış keçirilməsində köməklik göstərməsini xahiş etməsi və Kənan da bu işə razılıq verməsi barədə ziddiyyətli ifadə versə də istintaq orqanı onları üzləşdirmədən, digər mühüm xüsusatları araşdırmadan əvvəlcədən nəzərdə tutduğu ittihamı Məhkum elan etmişdir. Bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, İ6 yaxalanaraq ifadəsi alınanadək artıq Məhkum qarşı qeyd olunan ittiham irəli sürülmüşdür. Bu ittiham verilərkən isə CPM-nın 126.3 maddəsinin tələbinə zidd olaraq yalnız Y6Sümerin üçüncü şəxsin yəni İ6un sözlərindən verdiyi məlumat əsas götürülmüşdür Yalnız Məhkum ittiham elan olunduqdan sonra İ6 «...Məhkumlə qabaqcadan razılaşmaları barədə» «etirafedici» ifadələr alınmışdır. Lakin cinayət işinin materiallarından görünür ki, Y6Sümerin ifadəsi ilə yanaşı Məhkum özü də ona ittiham elan edilənədək şahid qismində bir neçə dəfə dindirilmişdir. 15 iyul 2013-cü il tarixli ifadəsində göstərmişdir ki, 2013-cü ilin aprel ayının ortalarında saat 17 radələrində İ6 mənə zəng vuraraq göstərmişdir ki, “Favorit” marketin qarşısında əzilmiş “Mersedes” markalı avtomaşın var, içərisindəki şəxs isə narkomana oxşayır. Mən yoldan bölmənin nəzarətçisinə zəng vurub həmin yerə əməliyyatçı göndərilməsini tapşırdım. Bölməyə gələndə mənə məlumat verdilər ki, avtomobili və sürücünü gətiriblər. İlhamdan aldığım məlumata, habelə gözlərindəki qızartıya əsasən mən Q6 adlı həmin sürücünün üzərinə baxış keçirilməsinə göstəriş verdim. Bsxış zamanı onun üzərindən selofana bükülmüş narkotik vasit əyə oxşar maddə aşkar edildi. Q6 adlı sürücü bölməyə gəldikdən sonra onun arxası ilə V6 adlı bir şəxs gəlib həmin Q6 adlı şəxsin onun avtomaşınını vurduğunu və 450 manat usta pulu verməli olduğunu bildirmişdir. Bununla əlaqədar göstəriş verdim ki, həmin V6 adlı şəxsin də izahatı alınsın. V6 izahatı alındıqdan sonra bölmədən çıxıb getmişdir. Suallara cavab verərkən Məhkum göstərmişdir ki, Q6 və V6 bölmədə olarkən İ6 da oraya gəlmiş və V6ın üzərindən də narkotik vasitə aşkar edilibedilməməsi ilə maraqlanmışdır. Onunla təklikdə görüşərək bildirmişdir ki, V6 də üzərindən narkotik vasitə çıxmalıdır. Y6Sümerin ifadəsi ilə yanaşı Məhkum özünün şahid qismində ifadəsi və ibtidai istintaqda toplanmış digər sübutların məcmusu kifayət etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddə si ilə ittiham verilməsinə dair əsaslı qərar qəbul edilsin. İbtidai istintaq zamanı Məhkumlə İ6 arasında həqiqətən üzləşdirmə keçirilməmişdir. Lakin, məhkəmə iclasında onların hər ikisinin iştirakları ilə ibtidai istintaq zamanı verdikləri ifadələri də elan edilərək tədqiq edilmişdir. Ona görə də onların ibtidai istintaq zamanı üzləşdirilməməsinə görə təqsirliliklə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığı barədə kassasiya şikayətinin dəlili əsassızdır. Daha sonra kassasiya şikayətində göstərilir ki, V6 polis bölməsinə dəvət edilərək faktla əlaqədar izahatı alınsa da, qısa müddətdən sonra sərbəst buraxılmış, əsas konstitusion hüquq və azadlıqları pozulmamış (əgər pozulmuşdusa bunun nədən ibarət olması ittihamın məzmununda göstərilməmişdir), məhkəmə istintaqı zaman ı təsdiq olunduğu kimi mənəvi, yaxud fiziki zərər vurulmamış, bununla əlaqədar nə özü, nə də valideynləri tərəfindən hər hansı narazılıq ifadə olunmamış, müvafiq orqanlara şikayət edilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə V6 polis bölməsinə heç bir əsas olmadan qanunsuz gətirilmiş, üzərindən narkotik vasitə aşkar edilmiş Q6 la birlikdə ANS telekanalının əməkdaşlarına təqdim edilib onların vidoçəkilişini aparmaqla barələrində narkotik vasitənin istifadəçisi kimi süjet hazırlanaraq 11-12 aprel 2013-cü il tarixlərdə “ANS” televiziya kanalında efirə gedən “Növbətçi” verilişində nümayiş etdirilməsini təşkil etməklə onun azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına müdaxilə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə V6 hüquqların a və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olan əməl törətmişdir. Bundan başqa o, heç bir qanuni əsas olmadan V6 Şilderlə yanaşı Q6 un da polis idarəsinə gətirilməsi, qanunda nəzərdə tutulmuş əsaslar (müvafiq qərar) olmadan üzərində şəxsi axtarış keçirilməsi və bununla əlaqədar ittihamda təsvir edilən törətdiyi digər hərəkətlər Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin dispozisiyasında təsbit edilmiş əməlin əlamətlərinə uyğundur. Məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Onun əməlləri məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla yanaşı xüsusilə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu məhkum X7 və sonuncunun vasitəsilə bu cinayət əlaqəsinə cəlb olunmuş Nоvruzоv Qurbаn Tаhir оğlunun ifadə ləri ilə də sübut edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Məmmədоv İlhаm Zаhid оğlunun ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin ******* polis bölməsinin ********* Məhkum zəng edərək gedib onunla iş yerində görüşüb, V6 adlı şəxs barədə ona məlumat verib xahiş etmişdir ki, V6ın müəyyən bir bəhanə ilə bölməyə gətirilməsində və telefonunun yaddaşına baxış keçirilməsində оnа köməklik göstərsin, Kənan оnа razılıq verdikdən sonra Azərin gümüşü rəngli «Mersedes» markalı avtomaşınını götürüb idarə etmək üçün Q6a vermiş və ona həmin avtomaşınla V6ın avtomaşınını sürtməsini və ziyanı ödəmək adı ilə V6ı Binəqədi rayonuna aparmasını bildirmiş, bunun müqabilində isə Q6a 1000 manat pul verəcəyini deyib əvvəlcədən ona 600 manat pul ödəmiş, günorta saatlarından sonra, Q6, ya d a Y6оnа zəng edərək V6ın avtomaşınını vurduqlarını və 9-cu mikrorayona “Favorit” marketin qarşısına getdiklərini bildirmiş, onlara həmin marketin qarşısında dayanmaqlarını tapşırdıqdan sonra dərhal ******* polis bölməsinin ********* Kənana zəng vurub V6ın qeyd edilən yerə gələcəyini və polis nəfərləri göndərib onu bölməyə aparmağı dеmiş, bir neçə dəqiqədən sonra Q6a zəng vurduqda sonuncu V6 və Y6ilə birlikdə “Favorit” marketin qarşısından ******* polis bölməsinə aparıldıqlarını dеmiş, bundan sonra həmin bölməyə gеdib ********* Məhkum xahiş etmişdir ki, V6 istifadəsində olan mobil telefonun yaddaşına baxılmasına оnа imkan yaratsın, 15 dəqiqədən sonra Məhkum оnа V6 telefonunu xatırlamadığı hansısа bir səbəbdən götürüb baxılmasının mümkün olmadığını dеmiş, həmin günü gecə saatlarında Q6 оnа yenidən zəng edərək pоlis bölməsində üzərindən narkotik tapılandan sonra “ANS” telekanalının əməkdaşları gəlib onun videoçəkilişini çəkərək televizorda nümayiş etdirdiklərini narazı şəkildə dеmişdir. Məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxs N6 ibtidai istintaqdakı ifаdəsində göstərmişdir ki, 2013-cü ilin аprеl аyının təqribən 10-12-də Nərimаnоv mеtrо stаnsiyаsının yахınlığındа, «Mаqdоnаlsd» kаfеsindən bir qədər qаbаqdа mаşını sürüb həmin оğlаnın аvtоmаşınını аrхаdаn vurmuş. оnlаr və həmin оğlаn mаşınlаrdаn düşmüş və Y6 tеz оğlаna yахınlаşıb, hеç bir prоblеm оlmаdığını dеyib, оnun аvtоmаşınını düzəltdirəsəyini bildirməklə həmin оğlаnın аvtоmаşınınа оturаrаq B6prоspеktində yеrləşən аvtоmоbil təmir sехinə sürdürmüş, İlhаmоnа yахınlаşıb аrхаsı ilə sürməyi tаpşırmış, оnlаr «Əcəmi » mеtrоstnsiyаsı tərəfə sürmüş və İlhаm оrаdа mаşını yоlun kənаrınа vеrib sахlаmаğı tаpşırаrаq çıхıb gеtmişdir. 2-3 dəqiqə kеçmiş pоlis işçiləri gəlib оnun əzilmiş vəziyyətdə оlаn mаşınını rəisləri gördüyünü və Binəqədi rаyоn pоlis idаrəsinin ******* pоlis bölməsinə gеtməli оlduqlаrını dеyərək həmin pоlis işçiləri ilə bölməyə gеtmişlər, о, həmin оğlаnlа pоlis bölməsində qаlmış və üstlərinə bахış kеçiriləndə оnun gödəkcəsinin cibindən İlhаmın vеrdiyi mаriхuаnа çıхmış, pоlisdə həmin nаrkоtikin çıхmаsı sənədləşdirilmiş, sоnrа həmin bölməyə İlhаm gəlib оnu kənаrа çəkərək tеlеkаnаldаn çəkiliş gələcəyini və nаrkоtik çıхdığınа görə оnu və həmin оğlаnı çəkib АNS və Хəzər kаnаllаrındа göstərəcəklərini dеmiş. о, ilkin оlаrаq rаzılаşmаmış, İlhаm isə аni оlаrаq оnun və həmin оğlаnın sifətini çəkməyə r аzılıq vеrməsini хаhiş еdərək əvəzində оnа 3 min mаnаt vеrəcəyini bildirmiş. pulа еhtiyаcı оlduğu üçün о rаzılаşmış və оnun, həmçinin оğlаnın sifəti çəkilmişdir. Göstərilən təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bəzi hallar Məhkum özünün də müdafiə xarakterli ifadələri ilə uyğunluq təşkil etmişdir. Göstərilənləri və məhkəmə iclaslarında tədqiq edilmiş bütün sübutların məcmusunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə əsasən tədqiq edilib qiymətləndirilərək sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsa sən: İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 68-ci maddəsinə İ. bəndinə əsasənHər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 14.1-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. CPM-nin 90.11.2-ci maddəsinə əsasən şübhəli şəxs t utularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini yerinə yetriməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməlini törətməsi nəticəsində V6 yuxarıda istinad edilən normalarda təsbit olunmuş hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq müddətində və birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş mötəbər sübutlar məhkəmə iclasında tam, hərtərəfi və obyektiv araşdırılmış, müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların məcmusu, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillə ri əsassız hesab edilir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrilərinin təqsirli bilinmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı Məhkum müd afiəçisi A6 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar