Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-355/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxs X4 nümayəndəsi – XXXX55nın vəkili X1, Məhkum və onun müdafiəçisi – XXXX66nun vəkili Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi – XXXX66nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Məmmədov) Məhkum (xx xx xx 1989-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas alında həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkməmüəssisəsindəçəkməsi,cəzaçəkmə müddətinin18 iyul 2019-cuiltarixdənhesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər Ş.Q.Rzaquliyev və Ç.B.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X18, habelə zərərçəkmiş şəxs X11 və onun nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şik ayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə təxminən 2015-ci ilin yay aylarından 2016-cı ilin yay aylarına qədər olan müddətdə ünvan2ndə yaşayan əmisi qızı, eyni zamanda əmisi oğlu X12 arvadı X5 başqa şəxslərlə intim münasibətdə olmasından şübhələndiyini bildirməklə, bunu sübut etmək üçün X16 və X13 X511nı güdməyi təklif etmiş, lakin həmin şəxslər bu təklifi qəbul etməkdən imtina etdikdən sonra X511ya həmkəndliləri X14, X22 və X2 ilə intim münasibətdə olması barədə onun əri X12ə və digər şəxslərə məlumat verməklə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müxtəlif vaxtlarda ondan 20, 10, 30, 50 və 50 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində pul almış, bununla da Məhkum X7 barəsində rüsva yedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək vahid niyyətlə əhatə olunan qəsdlə onun 160 (bir yüz altmış) manat məbləğində pulunu ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə Məhkum cinayət törətmədiyi halda, müstəsna olaraq irəli sürülmüş ittiamla uzlaşmayan mobil telefon əlaqlərinə dair məlumatlar, eləcə də onun məhkum edilməsində maraqlı olan zərərçəkmiş şəxs X8 və sonuncunun qohumlarının qərəzəli və bötan xarakterli ifadələri əsasında X511dan hədə-qorxu ilə pul tələb etməkdə - Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olma yaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə X12in barəsində ona isnad edilən cinayət üzrə təqsirliliyi sübuta yetiri lmədiyi halda, Azərbaycan Respublikası Ciayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməsinə və ağır cəzaya məhkum edilməsinə dair ittiham hökmünün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığını iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, 416.0.3, 416.0.11, 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə, yəni Məhkum 2015-ci ilin yay aylarından 2016-cı ilin yay aylarına qədər olan müddətdə X9 onun X14, X22 və X2 ilə intim münasibətdə olması barədə onun əri X12ə və digər şəxslərə məlumat verməklə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müxtəlif vaxtlarda ondan 20, 10, 30, 50 və 50 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində pul alması barədə nəticəyə Məhkumlə X511nın mobil telefon əlaqələrinə dair məlumatlar həlledici şəkildə əsas olmuşdur. Belə ki, hökmdə həmin məlumatlara müdafiə tərəfinin dəlillərini, o cümlədən təqsirləndirilən şəxsin X511dan hədə-qorxu ilə pul tələb etməməsi, sonuncunun onun aiəsi ilə X511nın ailəsi arasında yaranmış mülki mübahisəyə görə ona böhtan atması barədə ifadələrini təkzib edən, ittihamı isə təsdiq edən sübut kimi istinad olunmaqla göstərilmişdir ki, 28 sentyabr 2016-cı il tarixdən 05 dekabr 2016-cı il tarixə qədər olan vaxt ərzində Məhkum ***-***-**-** nömrəli mobil tel efonu ilə X511nın istifadəsində olmuş mobil telofon arasında 47 dəfə telefon danışığı (zənglərdən 32-si Məhkum, 15-i X11nın telefonundan edilməklə) və 3 “SMS” yazışması olmuş, bundan sonrakı dövrdə, o cümlədən 2017-ci ilin yanvar ayından 2018-ci ilin yay aylarına qədər (X511nın əri X12 mobil telefonu X11dən alıb oğluna verdiyinə görə) həmin mobil nömrələr arasında danışıq və “SMS” yazışması olmamışdır. Lakin, mobil telefon əlaqələrinin əhətə etdiyi dövrlə (28 sentyabr 2016-cı il tarixdən 05 dekabr 2016-cı il tarixə qədər olan zamanla) ittihamda və həmin ittihamla razılaşmış birinci instansiya məhkəməsinin hökmündə cinayətin törədildiyi, yəni hədə-qorxu ilə 20, 10, 30, 50 və 50 manat (ümumilikdə 160 manat) məbləğlərində pul vəsaitlərinin X511dan tələb edilib alındığı zamanı – “2015-ci ili n yay aylarından 2016-cı ilin yay aylarına qədər olan müddət”i müqayisə etdikdə, onların üst-üstə düşmədiyi, telefon əlaqələrinin cinayətin törədilmə vaxtı kimi göstərilmiş zamandan sonrakı dövrə aid olduğu açıq-aydın görünür (halbuki, cinayət təqibi orqanının və məhkəmənin ehtimallarına görə Məhkum məhz həmin telefon əlaqələrində hədə-qorxunu ifadə etmişdir). Bundan başqa, hətta ittihamda göstərilən dövrü deyil, telefon əlaqələrinin əhatə etdiyi 28 sentyabr 2016-cı il tarixdən 05 dekabr 2016-cı il tarixə qədər olan dövrü Məhkum X511dan hədə-qorxu gəlməklə pul tələb edib aldığı dövr kimi nəzərdən keçirdikdə, X11nın həmin vaxt və yaxud bundan az sonra deyil, ancaq 2018-ci ilin ikinci yarısında bunu əks etdirən ərizə ilə cinayət təqibi orqanına müraciət etməsi sual doğurmaya bilməz (xüsusilə nəzərə alınsa ki, müdafiə tərəfinin dəlillərinə, hətta X511nın özünün ifadəsinə görə buna qədər polis orqanında X511nın əri X25 arasında X11ya görə baş vermiş dalaşma hadisəsi, eləcə də X511nın Məhkum 2015-ci ildə onu zorlaması barədə müraciəti araşdırma predmeti olmuş və hər iki hal üzrə cinayət işinin başlanılması rədd edilmişdir). Məhkumun müdafiəçisi birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində Məhkum bəraət verilməsini tələb edən xüsusatlar kimi digər dəlillərlə yanaşı Məhkum mobil telefon əlaqələrində X511dan hədə-qorxu ilə pul tələb etməsinə, ümumiyyətlə cinayət törətməsinə dair məhkəmə qənaətinin mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət edən materiallara əsaslanmadığını, ittihamın sübuta yetirilməsi ilə bağlı aradan qaldırılmayan (xüsusilə, Məhkum ailə üzvləri ilə X511nın ailə üzvləri arasında mülki mübahisənin olmasından, hazırki işdən əvvəl X11nın Məhkum onu zorlamaqda ittiham etməsindən, lakin bunun əsassız olmasının rəsmi qərarla təsdiq edilməsindən irəli gələn) şübhələrin olduğunu qeyd etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsində Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, müdafiəçinin dəlilləri lazımınca yoxlanılmamış, o cümlədən mobil telefon əlaqələrinə dair məlumatların əhatə etdiyi dövrlə cinayətin törədilmə vaxtı kimi ittihamda və hökmdə göstərilən dövrün üst-üstə düşməməsindən, X511nın hadisələrin baş verdiyi ehtimal edilən vaxt və yaxud ona yaxın zamanda deyil, uzun müddətdən sonra cinayət təqibi orqanına hədə-qorxu ilə tələb edilm əyə məruz qalması barədə müraciət etməsinən, buna qədər isə Məhkum tərəfindən 2015-ci ildə zorlanması haqqında müraciətinin əsassız olmasının cinayət təqibi oranının qərarı ilə təsdiq olunmasından, ittiham tərəfinin şahidlərinin əsasən X511nın qohumları olmaqla ittihamın mühüm hallarına aid hissələrdə sonuncunun sözlərindən məlumatlar vermələrindən irəli gələn şübhələr (birinci instansiya məhkəməsində aparılmış araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasit ə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinc i və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə barətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nə ticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsind ə olan 11 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 sentyabr 2019-cu il tarixliqərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-355/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-355/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver