Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-355/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1963-cü il tarixdə Şamaxı rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2003-cü il tarixli hökmü ilə CM-nin 29,120.2.10 və 221.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşamış, CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməklə xuliqanlıq etmişdir. Belə ki, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 24 radələrində, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ş.Qocayev küçəsi ilə Gənclik küçəsinin kəsişdiyi yerdə olan “Görüş” kafesinin həyətində, sərxoş vəziyyətdə icti mai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, əvvəlcə kafenin həyətində masada əyləşərək çay içən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq heç bir səbəb və əsas olmadan onu söyüb təhqir edərək mübahisə yaratmış, həmin vaxt Zərərçəkmiş şəxs2 əyləşdiyi masadan duraraq kafenin həyətindən çölə çıxdıqda, arxasınca gedib mübahisəni davam etdirərək, kafenin qarşısında xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs2 qarnının sağ yarısına bir dəfə qəsdən vuraraq qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək, peritonun və qaraciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş- kəsilmiş yarasından ibarət yetirildiyi anda insan həyatı üçün təhlükəli olan ağı r xəsarət yetirməklə, qəsdən sağlamlığa ağırzərər vurmuş, həmin vaxt ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Məhkum sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 həmin bıçaqla qarının ön divarına bir dəfə qəsdən vuraraq, ona qarının ön divarının daxilə nüfuz etməyən birədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyas iya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi onun cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişdir. Məhkum öz kassasiya şikayətində göstərmişdir ki, o, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən bu halları nəzərə almamış və nətə cədə ona həddin artıq sərt cəza təyin olunmuşdur. Buna görə kassasiya şikayətinin müəllifi göstərdiyi halların nəzərə alınmasını və ona təyin edilmiş cəzanı yüngülləşdirməklə barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Məhkum eyni zamanda kassasiya şikayətində qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli Qanunu tətbiq edilərək ona təyin edilmiş qəti cəzanın müddəti 8 il 10 ayadək endirilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdir ən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyas iya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edil miş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyini ilə bağlı qeyrihumanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni iş üzrə məhkumun, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və digər sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırıl mış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini, yəni xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasının və silah qismində istifadə etdiyi bıçaq tətbiq etməklə xuliqanlıq törətməsi barədə qanuni nəticəyə gəlmiş və onun bu əməllərini CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Məhkum göstərilən maddələrlə təqsirli olması barədə nəticəyə gələrkən məhkəmələr CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etməmiş, məhkəmə iclaslarında hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, məhkəmə iclaslarında təqsirləndirilən şəxin istər Konstitusiyada, istər “İnsan Hüquqlarının və Əsas Az adlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında, istərsə də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırmasına malik olmaq (buraya həmçinin tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini təmin edən tədbirlər də nəzərdə tutulur) və müdafiə hüquqlarının pozulmasına yol verməmiş, qeyd edilən nəticə isə yekun məhkəmə aktlarında maddi və prosessual hüququn müvafiq normalarına, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2002ci il və xx xxxxxx 2002-ci il tarixlərdə qəbul edilmiş Qərarlardakı tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışlar. Buna görə də, məhkəmə kollegiyası bütün bü məsələ lərin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu M əcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran ha llar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzal arın İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlləri nə görə CM-nin 15.4-cü maddəsinə görə ağır cinayət hesab olunan CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək, cinayətin törədildiyi dövrdə qüvvədə olmuş və CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab edilmiş CMnin 221.3-cü maddəsinin sanksiyasında isə - iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum tərəfindən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə apellyasiya şikayətində irəli sürülmüş tələbə əsasən Məhkum təqsirli bilindiyi CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmim i etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmamasını, CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi isə - onun əvvəllər qəsdən xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətməsini, bu halın cinayətlərin xüsusilə təhlükəli residivi yaratmasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi və hökm çıxarılan dövrdə qüvvədə olmuş CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının dörddə üçü hissəsində, yəni mümkün olan ən aşağı həddə kifayət qədər qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq qanunvericiliyin aşağıda şərh edilən tələblərinə əsaslanaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.3.2-ci maddəsində müəyyən edilmişdir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə c əzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə bu hal cinayətlərin xüsusi təhlükəli residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin normaları təqsirkara cinayətlərin təhlükəli residivi nəzərə alınmadan cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb də faktiki olaraq bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 65.3-cü maddəsinin tələblərinə görə, cin ayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. CM-nin 62.1-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müə yyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkum CM-nin 65.2-ci maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi nəzərə alnımaqla cəzanın təyin edilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, o, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2003-cü il tarixli hökmü ilə CM-nin 29,120.2.10 və 221.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cinayətləri n məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmədən yenidən ağır və az ağır cinayətlər törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərdən keçirildikdə, belə nəticə hasil olur ki, Məhkum əvvəlki məhkumluğundan özü üçün müsbət nəticə çıxarmamış, islah olunmamış və yenidən hər hansı motivi olmayan xuliqanlıq və xuliqanlıq niyətilə sağlamlığa ağır zərər vurma cinayətlərini törətmişdir. Digər tərəfdən, iş materialları ilə Məhkum cəzasını yüngülləşdrən və müstəsna hesab edilə bilən hallar da müəyyən edilmir. Belə ol an halda, məhkəmə kollegiyası Məhkum CM-nin 62-ci maddəsinin tətbiq edilməklə, yəni CM-nin 65.2-ci maddəsinin tələbləri nəzər alnımadan cəzanın təyin edilməsinin məqsədə müvafiq olmaması haqda aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və bu hissədə kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Kassasiya şikayətində tələb irəli sürülməsə də, məhkəmə kollegiyası cəza tədbirinin seçilməsi ilə bağlı digər məsələni də - Məhkum təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi mümkünlüyünü nəzərdən keçirərək qeyd edilən maddənin tətbiqini məqsədə uyğun hesab etmir və bununla bağlı aşağıdakıları vurğulayır. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə sa xlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmi şlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin h əyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsi ndə CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin iş materiallarından görünür ki, Məhkum əvvəllər də xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmuş, lakin buna baxmayaraq məhkumluğu ödənilmədən cinayətkar fəaliyyətini dayandırmamışdır. Məhkum yenidən qəsdən cinayət əməllərini törətməsi isə onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və əvvəllər təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və bu hissədə də kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq və onun təymin edilməsi üçün əsaslar görməyərək, eyni zamanda qeyd edir ki, birinci və apellyasiya instansyası məhkəmələrinin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərəcək biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsin də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu ilə CM-nin 221.3-cü maddəsinin sanksiyasında dəyişiklik edilərək həmin sanksiyada iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, Məhkum xx xxxxxxx 2019-cu il tarixli hökmlə göstərilən maddə ilə həmin maddənin əvvəlki sanksiyasının yuxarı həddinin dörddə üç hissəsində, yəni 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınaraq onun barəsində yeni qanunvericiliyin tətbiq edilməsi haqqında hökmün icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatına baxan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə göstərilən cəzanı n müddəti 4 (dörd) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın müddəti isə 8 (səkkiz) il 10 (on) ayadək endirilmişdir ki, bu halın da nəzərə alınmasını məhkəmə kollegiyası məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın xx xxxxxx 2019-cu il tarixli qərarı onun haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı onun haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla kassasiya şikayətinə
Məhkəmə qərarları › İş №1(102)-355/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-355/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver