Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-355/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-86/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafi əçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 11 avqust 1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 14 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, təxminən 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 2 ünvanında yerləşən anası Şahid17 məxsus evin yataq otağında olan içərisində pul və zinət əşyalarının olduğunu əminliklə bildiyi sandığın qıfılını qabaqcadan əldə edib üzərində saxladığı açarla açmaqla həmin sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən saxlanılması üçün Şahid17 verilmiş 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 1255 (bir min iki yüz əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1ədəd 20 qram çəkisində qalın boyunbağını, 652 (altı yüz əlli iki) manat 50(əlli) qəpik dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 440 (dörd yüz qırx) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəst ini, 55 (əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 54902 (əlli dörd min doqquz yüz iki) manat 50 (əlli) qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. 3. 14 aprel 2021-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-197/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM”-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, həbsdə və ev dustaqlığında saxlanıldı ğı 3 ay 2 gün müddətinin ona təyin olunan cəza müddətinə hesablanılmaqla üzərində qəti olaraq 4 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi izahat və ifadələrində qeyd etdiyi məlumatlarda xeyli sayda əhəmiyyətli ziddiyyətlər olmuş, digər tərəfdən həmin məlumatlar ağlabatan deyi llər. Bundan başqa, Zərərçəkmiş şəxs Şahid17 pul və qızıl zinət əşyası verməsi, həmin əmlakların hər kim tərəfindən oğurlanması faktı nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında öz təsdiqini tapmamışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-86/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-197/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkumun müdafiəçisi onları təkrarlamaqla Gəncə Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-86/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət v erilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının lə ğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum təqsirinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olu nmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirl əndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
20. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı dövründə ona qarşı irəli sürülmüş ittihamı təkzib edərək, barəsində başlanmış cinayət işi üzrə təqsirli olmasını etiraf etməmişdir.
21. İbtidai istintaq orqanı tərəfindən Məhkum ilkin izahatı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, baxış protokolları, üzləşdirmə protokolları, götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədlərinə istinad edilməklə Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 177.3. 2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi müəyyən edilərkən, ibtidai istintaq orqanı tərəfindən toplanılmış həmin sübutların məcmusuna istinad olunmuşdur.
22. Sadalanan sübutlara nəzər yetirildikdə görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi onun ibtidai istintaq dövründə 01 mart 2019-cu il tarixdə verdiyi ilkin izahatı olmuşdur. Bu izahat birinci instansiya məhkəməsi tərəfindən Məhkum ittiham edildiyi cinayətin törədilməsində təqsirli olmasının sübutu kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respu blikası CPM-nin 124-cü maddəsinin tələblərinə əsasən cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin ifadələri sübut kimi qəbul olunsa da, ilkin izahatın sübuta aid edilməsi təsbit edilməmişdir.
24. Digər tərəfdən, istinad edilən həmin maddənin şərti nəzərdə tutur ki, sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırılmaqla əldə olunmalıdır.
25. Hazırkı cinayət işinin materiallarından görünür ki, barəsində aparılmış istintaqın sonrakı mərhələlərində - 25 may 2019-cu il tarixdə verdiyi növbəti izahatında, eləcə də cinayət təqibi dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Məhkum 01 mart 2019-cu il tarixli ilkin izahat ında bildirdiklərini təkzib edərək, həmin izahatı polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirmiş və ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, özünü təqsirli bilməmişdir.
26. Cinayət işinin qeyd edilən xüsusatı ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, 01 mart 2019-cu il tarixdə Məhkum izahat alınmasının əsasını Zərərçəkmiş şəxs dayısı oğlunun arvadı olan Şahid17 saxlamaq üçün verdiyi 52000 manat pul və qızıl-zinət əşyalarının oğurlanmasına dair 27 fevral 2019-cu il tarixdə Bərdə Rayon Polis Şöbəsinə ünvanlandığı şikayət ərizəsi təşkil etmiş, həmin izahat alınarkən Məhkum oğurluq cinayət əməlini törətməsi ilə bağlı şübhəli şəxslərin dairəsinə aid ola biləcəyinə yüksək ehtimallar artıq istintaq orqanında mövcud olmuşdur. Bununla belə, ona Azərbaycan Respublikası CPM-n in 90.7.10-cu maddəsində təsbit edilmiş özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək hüququ olduğu izah edilməmiş, eyni zamanda həmin anda o, şübhəli və təqsirləndirilən şəxs statusunda olmadığından, öz müdafiəsini qurmaq və keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum edilmişdir. 27.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində və Azərbaycan Respublikası CPM-nin 19.1, 19.4, 19.4.3 və 19.4.4-cü maddələrində təsbit edildiyi kimi, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə yanaşı, qanunla nəzərdə tutulmuş hallarda bu hüquqi yardımın dövlət hesabına göstərilməsi və şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqları qanunvericiliklə müəyyən olunmuşdur. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli, Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verməli və imkan yaratmalı və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir.
28. Azərbaycan Respublikası CPM-nin 90.7, 90.7.5, 92.12 və 232.2-2-ci maddələrinin ümumi məzmununa əsasən şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qər ar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququna sahibdir, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Eyni zamanda, müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yana şı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. 30. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 12-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır.
31. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, vəkildən kömək almaq hüququ polis tərəfindən dindirilmə boyunca və onun sonuna qədər, o cümlədən, alınan ifadələr oxunduğu və şübhəli şəxsdən onları təsdiqləyi b imzalaması tələb olunduğu vaxta qədər tətbiq edilir, çünki dindirmənin bu nöqtəsində digər məsələlərlə yanaşı vəkilin köməyi də eyni dərəcədə vacibdir. Polis tərəfindən dindirilərkən vəkilin iştirakı və fəal köməkliyi şübhəli şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq üsulları ilə sübutların toplanmasının qarşısının alınmasına və şübhəli şəxsin polis tərəfindən sorğu-sual edildikdə danışmaq və ya susmaq seçimini etmək azadlığının qorunmasına yönəlmiş mühüm prosessual təminatdır (Akdağ Türkiyəyə qarşı, № 75460/10, § 45, 17 sentyabr 2019-cu il).
32. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməl i, cinayət mühakimə icraatının həyata keçirilərməsi zamanı həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının yolverilməz olduğunu nəzərdən qaçırmamalıdırlar.
33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin 124.1.1-ci maddəsinə əsasən istənilən sübut cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalı, həmin Məcəllənin 125.2.1-ci maddəsinə görə isə bu tələbə riayət edilmədən əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
34. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsində əksini tapmış hüquqi təminatla müəyyən edilir ki, həmin Məcəllənin 125.2-ci mad dəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.
35. Şərh edilən prosessual hüquqi normalara əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr 01 mart 2019-cu il tarixdə verilmiş ilkin izahatını sübut kimi qəbul edib onu Məhkum təqsirinin təsdiqlənilməsində istifadə etməkdə səhvə yol vermişlər.
36. Məhkum cinayətin törədilməsində təqsirinin müəyyən edilməsi üçün əsas götürülmüş digər sübutlara nəzər yetirildikdə, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün dindirilmiş şahidlərin əksər hissəsinin müdafiə tərəfinin, digərlərinin isə zərərçəkmiş tərəfin yaxınlarının olduğu, müvafiq olaraq onların yaxın olduğu tərəfin mənafeyin ə uyğun ifadə verdikləri aşkar olunur. Bununla belə, şahid ifadələri əsasında məhkum edilmiş şəxsin təqsirliliyinin təsdiqinə yönəldilə bilən hər hansı halın mövcudluğu aydın edilmir, əksinə Məhkum ilə əvvəllər yaxın münasibətdə olmuş şəxslərin verdikləri ifadələri ilə oğurladığı iddia edilən pul vəsaitinin yaxın ətrafına və öz ehtiyaclarına sərf edilməsi təkzib olunur.
37. Məhkum edilmiş şəxsin təqsirliliyini təsdiq edən sübutların siyahısında həmçinin üzləşdirmə istintaq hərəkətləri ilə bağlı tərtib edilmiş protokollar sadalanmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında həmin protokollar üzrə yalnız zərərçəkmiş şəxsin üzləşdirmə zamanı ifadəsində bildirdiklərinə istinad edərək, məhkum edilmiş şəxsin təqsirliliyini sübuta yetirilmiş hesab etmişdir. Halbuki, üz ləşdirmə istintaq hərəkəti ibtidai istintaq orqanı tərəfindən tərəflərin ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması ilə bağlı həyata keçirilsə də, tərtib edilmiş müvafiq protokollardan bunun edildiyi, yəni ifadələr arasında hər hansı ziddiyyətə aydınlıq gətirildiyini aşkar etmək olmur.
38. İbtidai istintaq orqanı tərəfindən məhkum edilmiş şəxsə verilmiş ittiham üzrə cinayət əməlini törətməsinin sübutu olaraq eləcə də 24 sentyabr 2020-ciil tarixli baxış keçirilməsi haqqında protokola istinad olunmuşdur. Həmin protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş içərisində mobil nömrələrin antena dairəsinin, sahiblərinin şəxsiyyəti barədə həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrinin sahiblərinin şəxsiyyəti və yaşayış yeri bar ədə, göndərilən və daxil olan SMS-lərin, “Whatsapp” yazışmaları və danışıqları barədə olan məlumatlar olan “DVD” diskə baxış keçirilmişdir. Həmin baxış nəticəsində ibtidai istintaq orqanı belə qənaətə gəlmişdir ki, Məhkum mobil nömrələrin antena dairələrinə keçilmiş və “SMS” yazışmalarını analiz etdikdə Məhkum 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Bərdə rayonunda olması, konkret olaraq isə 24 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixə keçən gecə və 25 noyabr 2018-ci il tarixdə günorta saatlarında sonuncunun Bərdə rayonunun Kətəlparaq kəndində deyil, cinayət hadisənin baş verdiyi ünvanda, yəni Bərdə şəhəri, Cavanşir küçəsi, ev 57 ünvanında olması müəyyən edilir.
39. Qeyd edilən baxış protokolu əsasında Məhkum göstərilən tarixlərdə konkr et olaraq cinayət hadisənin baş verdiyi ünvanda olması müəyyən edilməsi sübut olaraq qiymətləndirilsə də, ona qarşı irəli sürülmüş ittiham həmin hissədə natamam olmaqla cinayət hadisəsinin vaxtı dəqiq olaraq göstərilməmiş, təxmini olaraq 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda törədilməsinə dair ehtimal əsasında irəli sürülmüşdür.
40. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs ona məxsus 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və qızıl-zinət əşyalarını saxlaması üçün həqiqətən Şahid17 verilməsinə dair ittihamın əsasını təşkil edən xüsusatlara səthi yanaşılmış, həmin məbləğdə pul vəsaitinin zərərçəkmiş şəxsdə mövcud olması, onun hansı səbəbd ən saxlanılması üçün məhz məhkum edilmiş şəxsin anası Şahid17 təhvil verilməsi iş üzrə hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır.
41. Belə ki, Zərərçəkmiş şəxs 52000 (əlli iki min) manat məbləğində nağd pul vəsaitini əldə etməsi ona məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 2018-ci ilin sentyabr ayında qardaşı qızı Şahid7 satması ilə izah edilmiş, göstərilən xüsusatın təsdiqini istintaq orqanı əməliyyat tapşırığının icrası nəticəsində əldə edilmiş, zərərçəkmiş şəxsin özü və ona yaxın olan şəxslərin verdiyi şahid ifadələri əsasında tərtib edilmiş 15 sentyabr 2018-ci il tarixli aktla əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüq uqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalı, həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
43. Mülki qanunvericiliyin istinad edilən imperativ şərtlərdən göründüyü kimi, daşınmaz əmlakın alqı-satqısı yalnız notarial qaydada bağlandıqda hüquqi qüvvəyə malikdir, müvafiq olaraq bu növdən olan əmlak barəsində alqı-satqı əməliyyatının aparılıb-aparılmamasının müəyyən edilməsi üçün hər hansı əməliyyat tədbirinin keçirilməsinə zərurət yoxdur. Belə olan halda Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evini satıb bunun müqabilində hər hansı məbləğdə pul vəsaitini əldə etməsi faktının müəyyən edilməsi üçün müvafiq orqana sorğu verilməsi yolu ilə əldə edilməsi kifayət etdiyi olduğu halda, istintaq orqanı tərəfindən bunun əməliyyat yolu ilə əldə olunmasına çalışılması anlaşılan deyildir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş şəxs tərəfindən ona verilmiş ittiham üzrə oğurlandığı iddia edilən qızıl-zinət əşyalarına münasibətdə ümumiyyətlə hər hansı formada araşdırma aparılmamış, məhz həmin çeşiddə və çəkidə qızıl-zinət əşyalarının həqiqətən zərərçəkmiş şəxsdə mövcud olması, onların saxlanması üçün məhkum edilmiş şəxsin anası Şahid17 verilməsinə dair hər hansı sübut əldə edilməmişdir. İbtidai istintaq orqanı təkcə zərərçəkmiş şəxsin şikayət ərizəsində və ifadəsində göstərilənlərə istinadən siyahı tərtib edib, həmin qızıl-zinət əşyalarının orta bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, buna dair verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3341 saylı, 09 oktyabr 2020-ci il tarixli rəy əsasında məhkum edilmiş şəxsə qarşı ittiham irəli sürmüşdür.
45. Yuxarıda qeyd olunan ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, ekspertin ünvanlandığı 02 oktyabr 2020-ci il tarixli vəsatətinə cavab olaraq daxil olmuş 21 oktyabr 2020-ci il tarixli məktubda orta bazar qiyməti müəyyən edilməli olan qızıl-zinət əşyalarının 585 əyarlı, istehsalçı ölkəsi Rusiya Federasiyası olmaqla, texniki vəziyyətlərində hər hansı zədə və deformasiya olmaması məlumatları olmuş, tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmışdır.
46. Göründüyü kimi, ekspert təqd im olunmuş materialların qoyulmuş suallara cavab verilməsi üçün kifayət etməməsini nəzərə almadan heç bir mənbəyə əsaslanmayan şifahi məlumatlar əsasında nəzəri qaydada qiymətlənləndirmə əsasında ekspertiza həyata keçirərək, buna dair rəy vermişdir.
47. Halbuki, Azərbaycan Respublikası CPM-nin 97.4 və 97.4.2-ci maddələrinin ümumi məzmununa əsasən ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən imtina etmək; yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın k eçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək vəzifəsini yerinə yetirməlidir.
48. Bundan başqa, istintaq orqanı 25 yanvar 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarda göstərmişdir ki, aparılmış istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, üzləşdirmə protokolları, Məhkum oxuduğu universitet və yaşadığı yerdən verilən xasiyyətnamələr, keçirilmiş kompleks psixiatrik və psixoloji ekspertizanın rəyi əsasında sonuncunu öz- özlüyündə hər hansı cinayəti törətməyə meylli olan insan kimi xarakterizə etdiyini, digər xüsusiyyətlərlə əlaqələndirildikdə həmin insan haqda ətraflı təsəvvür yaratdığı qənaətinə gələrək, həmçinin istintaq materiallarını, kompleks psixiatrik və psixoloji ekspertizanın rəy ini analiz etməklə Məhkum cinayət hadisəsini baş verdiyi tarixlərdə, yəni 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində yaşadığı Bərdə şəhəri, Cavanşir küçəsi, ev 57 ünvanında yerləşən evində olduğunu, oğurluq cinayət əməlini törətdikdən sonra isə özünü ətrafdakılar və cəmiyyətə qarşı qoyaraq törətdiyi cinayət əməlini inkar etdiyi nəticəsinə gəlmişdir.
49. Göründüyü kimi, ibtidai istintaq orqanı Məhkum şəxsi həyatı üzrə davranışlarını onun cinayət törətməyə meylli olan insan kimi xarakterizə etdiyi qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı hər hansı sübut mövcud olmadığı halda məntiqə uyğun hesab etdiyi formal mülahizələrlə əsaslandırmaqla çalışmış, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etmək əvəzinə, ona qarşı istinad olunan maddə ilə ittiham irəli sürmüşdür.
50. Bununla belə, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətlərinin üzərinə qoyulduğu birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab etmişdir ki, cinayət işi materiallarında olan sübut və faktiki əsaslar Məhkum ona verilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmasına tam əsas verir.
51. Öz növbəsində, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin mövqeyini əsaslı hesab etmişdir.
52. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri istintaq orqanı tərəfindən Məhkum verilmiş ittihamla razılaşsalar da, məhkəmələr tərəfindən qəbul edilmiş yekun qərarların sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyin, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrindən və izahlarından irəli gələn tələblərlə müqayisəli təhlilindən görünür ki, əldə edilmiş sübutlar məhkəmə baxışları zamanı düzgün qiymətləndirilməmiş və bu səbəbdən həmin qərarlarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
53. Birinci instansiya məhkəməsi Məhkum məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs məxsus pulları və qızıl-zinət əşyaları oğurluq etməməsinə dair xüsusatlarla bağlı qeyd etmişdir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Qeyd olunan xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahatı, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, "xxxx" MMC-dən daxil olmuş içərisində mobil nömrələrin antena dairəsinin, sahiblərinin şəxsiyyəti barədə həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələr in sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə məlumatları olan “DVD” diskə baxış protokolu, baxış protokolları, zərərçəkmiş şəxs, şahid ifadələri, əməliyyat tapşırığına cavab və üzləşdirmə protokolları və s. sübutlarla tam təkzib edilmişdir.
54. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul edilmiş qərarında hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkum təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir hal müəyyən edilməmişdir.
55. Göründüyü kimi, məhkəmələr istintaq orqanının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış ye kun məhkəmə aktları qəbul edib, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə tövsif etməklə məhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər.
56. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
57. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməs ində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
58. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
59. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
60. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
61. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
62. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi m əzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
63. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
64. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məc əllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri Avropa Məhkəməsinin yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırma sının nəzərdən keçirilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).
66. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
67. Baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayət-hüquqi normalarının tələbləri baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsin ə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi, nəticədə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsi aşkar edilir.
68. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-86/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublika sı CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-86/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.