Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-356/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçi- vəkil Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) Məhkum-xx xxxx 1966-cı il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkumluğu olmayan, İsmayıllı rayonu Hacıhətəmli kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərə k cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 10 (on) gün müddət həmin cəzaya hesablanmaqla üzərində qəti cəza 9 (doqquz) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzaçəkmənin əvvəli xx.xx.2019 İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, x xxx 2018-ci ildə, saat 6 radələrində yaşadığı evin həyətində olan zaman tanışı Zərərçəkmiş şəxs sağ əlində balta, sol əlində isə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə həmin evin həyətyanı sahəsinin daş hasarının üstündə oturmuş vəziyyətdə olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs uca səslə “Allahu Əkbər, sizin bu gün ölüm gününüzdür” sözlərini bir nəçə dəfə təkrar etmişdir. Həyətdə olan arvadı X9 Zərərçəkmiş şəxs “ay bala, sən kimsən?" deyib onun istiqamətində getdikdə, Zərərçəkmiş şəxs hasardan həyətə tullanıb 5-10 metr həyətin ortasına tərəf addımlamış, x1 tərəf gələrək “sizin ikinizin də bu gün ölüm günüdür” deyərək x1 saçından dartıb itələyib yerə yıxaraq ona sağ kürəyin sıyrığı, ənsə nahiyəsinin qansızması, sağ budun qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs “sən x2 deyilsən?, sən bu gün öləcəksən” sözlərini dedikdə Məhkum “bıçağı, baltanı yerə at” demiş, lakin Zərərçəkmiş şəxs onun sözünə məhəl qoymayaraq üzərinə gəlib əlindəki balta və bıçağı onun istiqamətində sağa- sola fırladaraq ona sol əlin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Məhkum qaçıb yaşadığı evin ikinci mərtəbəsində divanın altında saxladığı 1967-ci il istehsalı olan 16 kalibrli, “B” modelli, 13854-67 nömrəli qoşalülə ov tüfəngini və 3 ədəd içərisində qırma olan patronları götürərək 2 ədəd patronu tüfəngin içərisinə doldurub yenidən yaşadığı evin həyətinə qayıtmışdır. Zərərçəkmiş şəxs həyətdə əlində balta və bıçaqla dayandığını görüb, ona təxminən 15-20 metr məsafədən “vaxtında əllərindəkini yerə at, çıx həyətdən, atmıram səni” sözlərini söyləmiş, Zərərçəkmiş şəxs isə “əllərimdəkini atmıram, mən səni öldürəcəyəm, arvadın ayağımın altındadı” sözlərini demişdir. Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymadığını görüb onu qorxutmaq məqsədi ilə əlindəki t üfənglə 1 dəfə havaya atəş açmış, Zərərçəkmiş şəxs onun xəbərdarlığına baxmayaraq “atırsan at” sözlərini deyib üzünü çevirərək onun yaşadığı evin həyətinin giriş qapısından çıxaraq üzü həmin yerdən 130 metr məsəfadə yerləşən əsas asfalt örtüklü yola çıxmaq istədiyi an özünü və arvadı x1 Zərərçəkmiş şəxs ictimai təhlükəli qəsdindən qorumaq məqsədi ilə zəruri müdafiə vəziyyətində yaşadığı evin giriş qapısının qarşısında sonuncuya ayaq nahiyəsindən atəş açaraq sağ bazunun, sol saidin arxa səthinin, sol budun ön-bayır səthinin, sağ budun yuxarı 1/3-nin ön səthinin, sol daban nahiyəsinin yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Oradan uzaqlaşmış Zərərçəkmiş şəxs hərəktlərindən hiddətləndiyinə görə Zərərçəkmiş şəxs qisas məqsədi ilə qəsdən öldürmək qərarına gələrək əlindəki tüfənglə Zərərçəkmiş şəxs arxasınca qaçmış, Zərərçəkmiş şəxs həmin kənddə yaşayan və onun evindən 175 metr məsafədə yerləşən X12 evinin həyətinin giriş darvazasının qarşısında çataraq həmin evin qarşısından keçən yolun əks tərəfində dayanıb 25-30 metr məsafədən Zərərçəkmiş şəxs bel nahiyəsindən nişan alaraq bir dəfə atəş açmaqla ona daxilə (boşluğa) keçməyən döş qəfəsinin arxa səthinin, onurğa sütunu nahiyəsinin, döş qəfəsinin sağ yan səthinin, bel nahiyəsinin yaraları kimi dərəcələrinə görə sağlamlığrn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. x3 atəş səsinə yaşadığı evin həyətinin giriş darvazasının qarşına çıxaraq sağ çiyni üzərində yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs öz yaşadığı evin həyətinə apardığına, qonşular səs-küyə evlərindən küçəyə çıxdıqlarına və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım aldığına görə həyatı xilas edildiyindən, bilavasitə qəsdən adam öldürməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkum və müdafiəçisi-vəkil X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, məhkumun barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, elan edilmiş ittihamın məzmununda Zərərçəkmiş şəxs əməlləri CM-nin 134-cü maddəsi ilə deyil 29,120.2.7-ci maddəsi ilə tövsif edilməli idi. Eyni zamanda Məhkum əməlində cinayət tərkibi olmadığı halda, özünü və həyat yoldaşını Zərərçəkmiş şəxs silahlı basqınından müdafiə etdiyinə görə ona bəraət verilməlidir. Onun hərəkətləri zəruri müdafiə vəziyyətinə uyğundur. Məhkəmələr nəzərə almayıb ki, Məhkum tüfəngdən Zərərçəkmiş şəxs basqını başa çatanadək atəşlər açıb. Zərərçək miş şəxs x2 atəş açması ilə birinci dəfə həyətdən qovulduqdan sonra ikinci dəfə təpik vurub darvazanı açaraq həyətə girib. Buna görə də x2 tüfəngi götürərək onu qovmağa məcbur olub. Bu zaman onun Zərərçəkmiş şəxs evin həyətində, küçədə, yaxında və ya uzaqda atəş açmasının heç bir əhəmiyyəti yoxdur. Onun bu hərəkətlərində zəruri müdafiə həddini aşma əlamətləri varsa onda onun əməli Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə və ya 128-ci maddəsi ilə tövsif edilməli idi. X31 evinin qarşısında atəş açılması ilə əlaqədar ifadəsi digər şahidlər X2 və X5 ifadələri ilə təkzib edilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin e dilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya insta nsiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarında olan, apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna istinadən məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsinə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən şahidlər X12, X10, X6, X7, X1, X13, X11, X14 məhkəmə iclasındakı ifadələrinə, hadisə yerinə əlavə baxış keçirilməsi haqqında xx xxxx 2018-ci il tarixli protokola, məhkəmə-tibbi ekspertizasının x xxxx 2018-ci il tarixli, 106 nömrəli rəyinə, Kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının xx xxxx 2018-ci il tarixli rəyinə, məhkəmə-tibbi-kriminalistik ekspertizasının x xxxxxxx 2018-ci il tarixli rəyinə, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli rəyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, şahidlər X21, X18, X22, X19 və X14 ifadələri, kompleks məhkəmə-ballistik-trasoloji eks pertizasının xx xxxx 2018-ci il tarixli 14708/14709/14710/14909 nömrəli, məhkəmə-tibbi-kriminalistik ekspertizasının x xxxxxxx 2018-ci il tarixli, 513/2018 MTKŞ nömrəli rəyləri, habelə digər istintaq materialları ilə Məhkum Zərərçəkmiş şəxs odlu silahla 130 metrdən artıq məsafədə təqib etməsi və Qiyas Dadaşovun evinin qarşısında, təqribən 25-30 metr məsafədən nişan alıb atəş açmaqla onun kürək nahiyəsindən vurmaqla öldürməyə cəhd göstərməsi sübuta yetirilir və ona görə də əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 29, 120.1-ci maddəsinə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, x xxx 2018-ci ildə s aat 05 radələrində Zərərçəkmiş şəxs uca səslə “Allahu Əkbər sizin bu gün ölüm gününüzdür” deyib, həyat yoldaşı x1nın saçından tutmuş, x1 şəkər xəstəsi olduğundan özünü itirib yerə yıxılmış, elə başa düşmüşdür ki, x3 arvadına xəsarət yetirib. x4 yaxınlaşıb nəyə görə həyətə gəldiyini soruşmuş və ona “bıçağı və baltanı yerə at” demişdir. Lakin x3 onun sözünə məhəl qoymayaraq onun üzərinə gəlib əlindəki balta və bıçağı onun istiqamətdə sağa-sola fırladıb onu vurmaq istəmişdir. Zərbədən yayınsa da əlindəki bıçağın uc tiyəsi sağ əlinin baş barmağının aşağı hissəsinə toxunmuşdur. Tüfənglə həyətə düşdükdə x4 təxminən 15-20 metr məsafədən “vaxtında əllərindəkini yerə at, çıx həyətdən, atmıram səni” demişdir. x3 cavabında “əllərimdəkini atmıram, mən səni öldürəcəyəm, arvadın ayağımın altındadır” dem işdir. x1 özünə gəlməmiş və x3dən 3-4 metr aralıda olmuşdur. x3in onun sözlərinə məhəl qoymadığını görüb onu qorxutmaq məqsədi ilə əlindəki tüfənglə 1 dəfə göyə atəş açmış, həmin vaxt x3 “atırsan at” demişdir. x3in dayandığı istiqamətdə onun qurşaqdan aşağı, yəni ayaqları nahiyəsindən 1 dəfə atəş açmış, lakin x3 heç bir reaksiya verməmiş və yerində dayanmışdır. Tüfəngdən 2 ədəd boş patronu çıxartmış, əvəzinə isə cibindən 1 ədəd dolu patronu tüfəngin içərisinə yerləşdirmiş və x4 “bu sənin qurbanın olacaq, çıx həyətimdən get”. x3 həyətindəki giriş darvaza qapısına təpiklə 3-4 dəfə vurub lay qapısını açmış və ona “bu gün sən ölməlisən” demişdir. x3in əlində balta və bıçağın olduğunu görüb yenidən x3in onun üzərinə gələcəyini fikirləşib onun istiqamətində atəş açmışdır. Şahidlər X9 və X15 məhk əmə iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-tibbi ekspertizasının xx xxx 2018-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, Məhkum məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət sol əlin yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmişdir, x xxx 2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmaya xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə, eləcə də Məhkum göstərdiyi şəraitdə ekspertizaya təqdim edilmiş bıçaqla və buna bənzər digər tipli bıçaqlarla yetirilə bilərdi. Məhkəmə tibbi-ekspertizasının xx xxx 2018-ci il tarixli 105 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ kürəyin sıyrığı, ənsə nahiyəsinin qansızması və sağ budun qançırı küt əşya (alət) təsirindən törənmişdir, x xxx 2018-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər ekspertizaya təqdim edilən balta və bıçaqla yetirilməsi istisna edilir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 1302 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şizofreniya paranoid forma xroniki psixi xəstəlikdən əziyyət çəkir. Əldə olan tibbi sənədlərinin və hazırki psixiatrik müayinənin nəticələrinin hər tərəfli tədqiqi və təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs düçar olduğu xroniki psixi xəstəliyin kə skinləşmə, yəni psixotik halda olması ilə əlaqədar o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs törətdiyi əmələ görə anlaqsız hesab edilməlidir. Zərərçəkmiş şəxs hərəkətləri ona ittiham elan olunduğu halda Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə hal-hazırda da öz hərəkətini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxsin hazırkı psixi vəziyyəti aldığı müalicələrlə əlaqədar hazırda natamam remissiya halı kimi qiymətləndirilir. Hazırkı psixi vəziyyətinə görə onun barəsində məcburi müalicə tədbiri tətbiq edilməsinə ehtiyac yoxdur. Somatik vəziyyətini (hazırda sərbəst yeriyə bil məməsini) nəzərə alaraq yaşayış yeri üzrə psixiatrın nəzarəti və ümumi əsaslarla ambulator müalicə qəbul etməsi tövsiyyə edilir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 4(037)-36 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi ilə bağlı cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işi üzrə ittiham tərəfın gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs sağ əlində balta, sol əlində isə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə həyətə tullanıb x1 tərəf gələrək “sizin ikinizin də bu gün ölüm günüdür” deyərək x1 saçından dartıb itələyib yerə yıxaraq ona sağlamlığa zərər vurm ayan xəsarətlər yetirmiş, Məhkum ona “bıçağı, baltanı yerə at” demiş, lakin Zərərçəkmiş şəxs onun sözünə məhəl qoymayaraq üzərinə gəlib əlindəki balta və bıçağı onun istiqamətində sağa- sola fırladaraq ona sol əlin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Məhkum qoşalülə ov tüfəngini və 3 ədəd içərisində qırma olan patronları götürərək Zərərçəkmiş şəxs “vaxtında əllərindəkini yerə at, çıx həyətdən, atmıram səni” sözlərini söyləmiş, Zərərçəkmiş şəxs isə “əllərimdəkini atmıram, mən səni öldürəcəyəm, arvadın ayağımın altındadı” sözlərini demişdir. Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymadığını görüb onu qorxutmaq məqsədi ilə əlindəki tüfənglə 1 dəfə havaya atəş açmış, Zərərçəkmiş şəxs onun xəbərdarlığına baxmayaraq “atırsan at” söz lərini deyib üzünü çevirərək onun yaşadığı evin həyətinin giriş qapısından çıxaraq üzü həmin yerdən 130 metr məsəfadə yerləşən əsas asfalt örtüklü yola çıxmaq istədiyi an özünü və arvadı x1 Zərərçəkmiş şəxs ictimai təhlükəli qəsdindən qorumaq məqsədi ilə zəruri müdafiə vəziyyətində yaşadığı evin giriş qapısının qarşısında sonuncuya ayaq nahiyəsindən atəş açaraq sağ bazunun, sol saidin arxa səthinin, sol budun ön-bayır səthinin, sağ budun yuxarı 1/3-nin ön səthinin, sol daban nahiyəsinin yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, rəyində n görünür ki, Məhkum cinayət əməlini törədərkən psixi-emosional sferasında həyacan, gərginlik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Məhkum cinayət hadisəsini törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkum cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Göstərilən psixoloji vəziyyətdə Məhkum özünə və arvadı x1 qarşı Zərərçəkmiş şəxs ictimai-təhlükəli qəsdi başa çatsa da o öz hərəkətlərini davam etdirmişdir. İttiham tərəfi Məhkum hərəkətlərinin bu hissəsi üzrə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs hərəktlərindən hiddətləndiyinə görə Zərərçəkmiş şəxs qisas məqsədi ilə qəsdən öldürmək qərarına gələrək əlindəki tüfənglə Zərərçəkmiş şəxs arxasınca qaçmış, Zərərçəkmiş şəxs h əmin kənddə yaşayan və onun evindən 175 metr məsafədə yerləşən X12 evinin həyətinin giriş darvazasının qarşısında çataraq həmin evin qarşısından keçən yolun əks tərəfində dayanıb 25-30 metr məsafədən Zərərçəkmiş şəxs bel nahiyəsindən nişan alaraq bir dəfə atəş açmaqla ona daxilə (boşluğa) keçməyən döş qəfəsinin arxa səthinin, onurğa sütunu nahiyəsinin, döş qəfəsinin sağ yan səthinin, bel nahiyəsinin yaraları kimi dərəcələrinə görə sağlamlığrn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. x3 atəş səsinə yaşadığı evin həyətinin giriş darvazasının qarşına çıxaraq sağ çiyni üzərində yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs öz yaşadığı evin həyətinə apardığına, qonşular səs-küyə evlərindən küçəyə çıxdıqlarına və Zərərçəkmiş şəxs vaxtında x əstəxanaya çatdırılaraq tibbi yardım aldığına görə həyatı xilas edildiyindən, bilavasitə qəsdən adam öldürməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum özünə və arvadı x1 qarşı Zərərçəkmiş şəxs aktiv ictimai-təhlükəli hərəkətləri başa çatsa da, Məhkum “vaxtında əllərindəkini yerə at, çıx həyətdən, atmıram səni” sözlərinə Zərərçəkmiş şəxs “əllərimdəkini atmıram, mən səni öldürəcəyəm, arvadın ayağımın altındadı” cavabını vermiş, bundan sonra Məhkum onu qorxutmaq məqsədi ilə əlindəki tüfənglə 1 dəfə havaya atəş açmış, Zərərçəkmiş şəxs onun xəbərdarlığına baxmayaraq “atırsan at” sözlərini deyərək üzünü çevirib onun ya şadığı evin həyətinin giriş qapısından çıxaraq həmin yerdən 130 metr məsəfadə yerləşən əsas asfalt örtüklü yola çıxmaq istəmişdir. Lakin, buna baxmayaraq Zərərçəkmiş şəxs bu hərkətləri Məhkum özünə və arvadı x1 qarşı hər hansı ictimaitəhlükəli xarakter daşımamışdır. Zərərçəkmiş şəxs Məhkum özünə və arvadı x1 qarşı aktiv ictimai-təhlükəli hərəkətləri başa çatmış, lakin, Məhkum Zərərçəkmiş şəxs ictimai təhlükəli qəsdindən qorumaq məqsədi ilə zəruri müdafiə vəziyyətində başladığı hərkətləri davam etdirərək, zəruri müdafiə həddini aşaraq, 25-30 metr məsafədən Zərərçəkmiş şəxs bel nahiyəsindən nişan alaraq bir dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyat ını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 200 2-ci il tarixli qərarının 1-ci bəndində izah edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında hadisədən əvvəl hər hansı ədavətin və düşmənçiliyin movcudluğuna dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Hadisədən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxsla Məhkum aralarında bir-birinə qarşı həyatdan məhrumetmə motivinin formalaşmasına dəlal ət edən hər hansı səbəb olmamışdır. Münaqişənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş və Məhkum yalnız özünü və həyat yoldaşını Zərərçəkmiş şəxs ictimai təhlükəli qəsdindən qorumaq məqsədi ilə zəruri müdafiə vəziyyətində onun hərəkətlərinə cavab vermişdir. Lakin onlara qarşı qəsdən edilmiş ictimai-təhlükəli hərkətlər başa çatsa da o zəruri müdafiə vəziyyətində etdiyi hərkətləri dayandıra bilməmiş və zəruri müdafiə həddini aşaraq qəsdən adam öldürməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs zəruri müdafiə həddini aşaraq qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İstinad edilən Plenum qərarının 4-cü bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir və ittiham tərəfi də bu mövqedə olmuşdur ki, hadisənin başlanğıcında Məhkum hərkətlərini zəruri müdafiə vəziyyətində, özünü və həyat yoldaşının həyatını, sağlamlığını onlara qarşı edilmiş ictimai təhlükəli qəsddən qoruyarkən törətmişdir. Onun əvvəldən zərərçəkmiş şəxsdən qisas almaq niyyəti olmamışdır. Ona görə də onun zəruri müdafiə vəziyyətində başladığı hərkətlərin qəsdedənin ictimai-təhlü kəli hərkətlərini dayandıranadək olan hissəsini zəruri müdafiə niyyəti ilə, sonrakı hissəsini qisas almaq niyyəti ilə törədilən hərkətlər kimi qiymətləndirilməsi işin faktiki vəziyyətinə uyğun hesab edilmir. Ona görə də Məhkum cinayət əməli CM-nin 29,120.1-ci maddəsindən CM-nin 29,123.1-ci maddəsinə tövsif edilərək bu qanun əsasında ona cəza təyin edilməlidir. Məhkəmə kollegiyası cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində təsbit edilmiş halları və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin qaydalarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Göstərilən maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,123.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməli və cəzaçəkmə müəssisəsinin növü müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədil miş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,123.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,123.1-ci maddəs i ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 10 (on) gün müddət həmin cəzaya hesablanmaqla üzərində qəti cəza 01 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-356/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-356/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver