Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-356/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oblu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Əmirəliyev Fərid Mübariz oğlu) Məhkum, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşayan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bil inərək 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində, ünvan 1-də onunla birlikdə yaşayan qayınatası Zərərçəkmiş şəxs bir müddət əvvəl soyuducudan çıxarıb donu açılması üçün mətbəxdə olan masanın üstünə qoyduğu toyuğu başqa masanın üstünə atdığına görə sonuncunun tutduğu iradı qəbul etməyib onunla mübahisə yaradaraq, aralarında şəxsi münasibətlərin pozulması zəmində yaranmış münaqişə zamanı yataq otağına keçib oradan özü ilə gətirdiyi sellofan paketin içində istintaqla müəyyən edilməyən kəsici alətlə bir dəfə Zərərçəkmiş şəxs sağ əlindən vuraraq ona sağ əlinin ovuc səthində olan kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül z ərər vurmaya aid olunan bədən xəsarəti yetirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrli edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət iş inə düzgün baxmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul etmişdir. Belə ki, onun qayınatası Zərərçəkmiş şəxs və sonuncunun keçmiş ikinci həyat yoldaşı X22 əlbir olub dəfələrlə süni münaqişə yaratmaqla onu ailəsi ilə birlikdə evdən qovmaq istəmişlər, lakin istədiklərinə nail ola bilmədikdə, onu şərləyib polisə şikayət etmişlər. Məhkəmə X22ni şahid qismində dindirmiş, halbuki o, mübahisə zamanı hadisə yerində olmamış və görmədiyi hallar barədə yalan ifadələr vermişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifi bildirir ki, onun barəsindəki hadisədən xeyli vaxt keçdikdən sonra başlanmış cinayət işi üzrə həmçinin ibtidai istintaq da düzgün aparılmamış, heç bir araşdırma həyata keçirilməmiş, Zərərçəkmiş şəxs kəsici xəsarət almasının halları düzgün müəyyən edilməmiş, ittihamda qeyd olun an kəsici alət tapılmamışdır. Məhkum kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: M əhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona ittiham olunmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarıl mış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və ape llyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul e dilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafi əsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri mü əyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 7.2-ci maddəsinə əsasən, şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4- cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqs ədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olma lıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə həm hazırki iş üzrə sonradan zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, həm də Məhkum şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı biri-birinə xəsarətlər yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs Məhkum, sonuncu isə Zərərçəkmiş şəxs məsuliyy ətə cəlb edilməsi tələbi irəli sürərək şikayət ərizələri ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisinə müraciət etmişlər. Bu müraciətlər əsasında xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Binəqədi Rayon Polis İdarəsinin təhqiqatçısı və müstəntiqi tərəfindən hadisə yerinə - Məhkumun və Zərərçəkmiş şəxs yaşadıqları evə (əsasən evin giriş hissəsinə) baxış keçirilmiş, Zərərçəkmiş şəxs, Məhkum, X6, X7 və X5 izahatları alınmış, məhkəmə-tibbi ekspertizaları təyin edilib keçirilmiş və müstəntiqin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Binəqədi rayon prokurorunun müavininin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum və Zərərçəkmiş şəxs şikayət ərizələri ilə üzrə toplanmış materi allara əsasən qəbul edilmiş qərar ləğv edilərək araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Məhkum və Zərərçəkmiş şəxs şikayət ərizələrinə əsasən toplanmış materiallar üzrə əlavə heç bir araşdırma aparılmadan xx xxxxxxxx 2019-cu il tarixdə (baş vermiş hadisədən 08 ay 08 gündən sonra) Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və bu iş üzrə ibtidai araşdırma zamanı Məhkum təqsirliliyinə dair sübutların toplanması istiqamətində əvvəllər izahatları alınmış şəxslər - Zərərçəkmiş şəxs (zərərçəkmiş şəxs qismində tanındıqdan sonra), şahid və təqsirləndirilən şəxs qismində Məhkum, şahidlər X22, Zərərçəkmiş şəxs dindirilmiş, Məhkum ilə Zərərç əkmiş şəxs arasında və Məhkum ilə X22 arasında üzləşdirmələr aparılmışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, istər Məhkum, istərsə də adları yuxarıda göstərilən şəxslərin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin müqayisəli təhlili göstərir ki, həmin bu ifadələr məzmununa görə onların ilkin araşdırma zamanı verdikləri izahatların məzmunu ilə üst-üstə düşmüş və məhz həmin izahatlar toplanılmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsinin əsası kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası bu ifadələrin bir qisminə müraciət etməyi zəruri bilərək, həmin ifadələrdəki bir sıra ziddiyyətlərin həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən aradan qaldırılmadığını qeyd edir. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasınd a Məhkum şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən ardıcıl olaraq göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 1-də onunla birlikdə yaşayan qayınatası Zərərçəkmiş şəxs bir müddət əvvəl soyuducudan çıxarıb donu açılması üçün mətbəxdə olan masanın üstünə qoyduğu toyuğu başqa masanın üstünə atdığına görə sonuncunun tutduğu iradı qəbul etməyib onunla mübahisə etmiş və aralarında şəxsi münasibətlərin pozulması zəmində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs mənzilin dəhlizində onun ayaq nahiyyəsindən təpik zərbəsi vuraraq xəsarət yetirmişdir. Məhkum qeyd etmişdir ki, mübahisə zamanı o, yataq otağına keçib oradan içərisində yalnız uşaq paltarları olan sellofan paketi götürərək evdən çıxmaq istəmiş, lakin Zərərçəkmiş şəxs onun arxasınca gələrək iki ilə qap ını tutub ona təpik zərbəsi vurmuşdur. Götürdüyü sellofan paketdə heç bir kəsici alət olmamış və o, həmin paketlə Zərərçəkmiş şəxs vurmamış və ona xəsarət yetirməmişdr. Yalnız hamamdan qayıtdıqdan sonra, o evin qonaq otağında qan ləkələri görmüş və ərinin deməsinə görə, sonuncunun atası naməlum şəraitdə əlinin ovuc hissəsindən kəsilmiş xəsarət aldığına görə qardaşı Rəşad onu xəstaxanaya aparmışdır. Zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində gəlini Məhkum, oğlanları X33, X34 və keçmiş arvadı X22 ilə birlikdə yaşadqları ünvan 1-də bir müddət əvvəl soyuducudan çıxarıb donu açılması üçün mətbəxdə olan masanın üstünə qoyduğu toyuğu Məhkum masanın üstünə atdığına görə ona iradını bildirdikdə sonuncu bu iradı qəbul etmə yib onunla mübahisə etməyə başlamış və aralarında şəxsi münasibətlərin pozulması zəmində yaranmış münaqişə zamanı yataq otağına keçib oradan özü ilə gətirdiyi sellofan paketi götürüb onu söyə-söyə evdən çıxmaq istəmiş, o, yəni Zərərçəkmiş şəxs isə onun arxasınca dəhlizə çıxıb giriş qapısını açmaq istədikdə qapı ehtiyatsızlıqdan Məhkuma dəymiş və bu vaxt sonuncu əlində olan sellofan paketlə onun başına zərbə vurmaq istədikdə o, əli ilə başını həmin zərbədən qorumağa cəhd göstərdikdə paketin içərisində olan bilmədiyi əşya ilə onun əlinin ovuc hissəsinə kəsici xəsarət yetirmişdir. Göründüyü kimi, hadisənin ardıcıllığı ilə bağlı həm zərərçəkmişin ifadələrinə, həm də Məhkum elan olunmuş ittihamın məzmununa (həmçinin məhkəmələrin işin hallarına dair gəldikləri nəticəyə) görə, Zərərçəkmiş şəxs ev dən çıxıb hamama getmək istəyən Məhkumun arxasınca dəhlizə çıxıb qapını açdıqdan və qapı onun bədəninə dəydikdən sonra Məhkum əlindəki sellofan paketlə onun başına zərbə vurmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs özünü əli ilə bu zərbədən müdafiə edərkən paket onun əlinə dəyərək paketin içərisində olan kəsici alətlə ona əlinin ovuc hissəsindən xəsarət yetirilmişdir. Lakin ibtidai araşdırma orqanının və məhkəmələrin Məhkum təqsirliliyinə dəlalət edən sübut kimi əsaslandıqları şahid X22 verdiyi ifadələrdən görünür ki, xx xxxxxx 2019cu il tarixdə saat 22 radələrində o, keçmiş əri Zərərçəkmiş şəxslə, oğlanları X33, X34 və X33 arvadı Məhkum ilə birlikdə yaşadıqları ünvan 1-də, öz otağında olarkən mətbəxdən səs-küy gəldiyini və orada Zərərçəkmiş şəxsla Məhkum mübahisə etdiklərini eşidib öz otağı ndan mətbəxə baxmış və bu vaxt Məhkumun əlindəki sellofan paketlə Zərərçəkmiş şəxs başına zərbə vurmağa cəhd etdiyini, Zərərçəkmiş şəxin əlləri ilə özünü bu zərbədən qoruduğunu, lakin paketin əlinə dəyməsi nəticəsində ovuc hissəsindən kəsici xəsarət aldığını görmüşdür. Bundan sonra Məhkum evdən çölə çıxmış və onun arxasınca gedən Zərərçəkmiş şəxs çöl qapısını açmaq istədikdə qapı Məhkumun bədəninin hansısa hissəsinə dəymişdir. Şahid həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Məhkuma təpik zərbəsi vurmamış və bu yolla ona xəsarət yetirməmişdir. Şahid Zərərçəkmiş şəxs (Məhkum əri və Zərərçəkmiş şəxs oğlu) xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə baş vermiş hadisə zamanı öz otağında olduğunu, hadisənin necə baş verməsini görmədiyini bildirərək eyni zamanda göstərmişdir, yalnız hadisədən so nra otağından çıxdıqda qonaq otağında qan izlərinin olmasını görmüş və sonradan atasının sözlərindən eşidib bilmişdir ki, həmin gün evdə Məhkum ilə atası X arasında baş vermiş münaqişə zamanı Məhkum əlindəki sellofan paketlə atasının başından zərbə vurmaq istədikdə atası əlləri ilə özünü həmin zərbədən qorumağı istəyərkən paket onun əlinə dəymiş və o, əlinin ovuc hissəsindən kəsilmiş xəsarət almışdır. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, əvvəla Məhkum Zərərçəkmiş şəxs kəsici xəsarət yetirməsi ehtimal olunan hər hansı kəsici alət ilkin araşdırma və ibtidai istintaq zamanı aşkar edilməmiş, maddi sübut kimi cinayət işinə əlavə olunmamış və tədqiqat aparılması üçün ekspertlərə təqdim edilməmişdir. Bundan başqa, ibtidai araşdırma orqanının və məhkəmələrin hadisənin baş verm ə yeri kimi evin dəhlizinin olması, orada əvvəl Zərərçəkmiş şəxs qapını açmaq istəyərkən qapının ehtiyatsızlıqdan Məhkum bədəninə dəyməsi və məhz bundan sonra sonuncunun zərərçəkmişə xəsarət yetirməsi barədə nəticəyə gəlmələrinə baxmayaraq, bu hallara dair nəinki Məhkum, həmçinin ittiham tərəfinin şahidləri olan X22 və Zərərçəkmiş şəxs, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrində işin bu halları məhkumun ifadələri ilə birgə fərqli şəkildə təsvir edilmiş, lakin həm istintaq orqanı, həm də məhkəmələr mövcud olan bu ziddiyyətlərə əhəmiyyət verməmiş və onların aradan qaldırılması üçün lazımi hərəkətlər etməmişlər. Bundan əlavə, məhkum Məhkum cinayət təqibinin bütün mərhələlərində ozünün ona elan olunmuş ittiham üzrə təqsirsiz olmasını bildirərək bunun təsdiqi kimi irəli sürdüyü daha bir dəlil ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs hadisə zamanı onun arxasınca dəhlizə çıxıb giriş qapısının iti olan hissələrindən əli ilə tutması nəticəsində əlinin ovuc hissəsindən xəsarət ala bilərdi, lakin ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr də məhkumun bu dəlilini hər hansı qaydada yoxlamamış, bu dəlillə bağlı müvafiq sübutları, o cümlədən məhkumun təqdim etdiyi sübutları tədqiq etməkdən imtina etmişlər (belə sübutlara məhkumun ifadələri ilə yanaşı onun məhkəməyə təqdim etdiyi fotoşəkillər də aid ola bilər). Göründüyü kimi, birinci instansiyası məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə qənaətə gələrkən həm əlavə araşdırma tələb edən ehtimal xarakterli hallara, həm bu halların arxasında dayanan ziddiyyətli sübutlara əsaslanmış, apellyasiya instan siyası məhkəməsi isə bütün bunlara baxmayaraq heç bir araşdırma aparmadan, mövcud ziddiyyətləri aradan qaldırmadan, araşdırılmış sübutların məhkumun təqsirli bilinməsi üçün kifayət edib-etməməsi, onların mötəbər nəticəyə gəlməyə imkan verib-verməməsi məsələlərini nəzərdən keçirmədən belə qənaətlə razılaşmışdır. Halbuki, CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetiri lməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə si üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar ü zrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin tələblərinə görə isə, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhk əmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndiri lən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyası Məhkumnin barəsində çıxarılmış ittiham hökmünün çıxarılması və bu hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarınının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının çıxarılmasına dair qanunvericiliyinin tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Məhkum kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək öz növbəsində həmin şikayətin təmin edilməsini, Məhkumnin CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2 -ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-356/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-356/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver