Məhkəmə qərarları › İş №1(102)-356/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-356/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-356/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(106)-472/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Sabi rabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(056)-53/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim S.M.Allahverdiyev) xx xxxxxxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabirabad rayonu Suqovuşan kəndində yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum et mə cəzasından çıxılmış və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) verilmiş apellyasiya protesti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(056)53/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 71.5-ci maddəsinə əsasən Məhkum Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(056)-5/2022 nömrəli hökmünə əsasən təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Məhkum Sabirabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(056)-53/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məhkəmənin 09 mart 2022-ci il tarixli, 1(056)-5/2022 hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il ta rixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün müddət ona təyin olunmuş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(106)-472/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,920 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümün içərisində üzərində daşıyaraq əynindəki gödəkçənin sağ yan cibində saxlamış, 15 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu, Suqovuşan kəndində saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sağ yan cibindən təmiz çəkisi 0,920 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cinayətlərin residivi olmasını nəz ərə almamış və sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə minimum 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməli olduğu halda (cinayətlərin residivinə görə yarısından az olmamaq şərtilə), məhkəmə Məhkum Sabirabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmün ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən saxlamış bununla da, cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, işin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya əsassız olaraq onun Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(056)5/2022 nömrəli hökmünə əsasən təyin edilmiş cəza müddətinin çəkib qurtarmasına baxmayaraq şərti məhkum etmə ləğv etmiş və hökmlərin məcmusu ilə ağır cəza təyin etmişdir. Məhkum hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini ağırlaşdıran hallar haqqında məsələnin düzgün həll edilmədiyini, nəticədə cinayətlərin residivi nəzərə alınmadığı üçün Məhkum şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artı q yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(056)-5/2022 nömrəli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin əsassız ləğv edildiyini, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasi ya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(106)-472/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və tarazlaşdırılmış şəkildə nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdı ran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Qeyd olunan cinayət - hüquqi normaların işığında və məhkəmə kollegiyasının yuxarıda gətirilən mülahizələrinə nəzərən kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestinin əsaslı, kassasiya şikayətinin isə əksinə əsasız olduğu müəyyən olunur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay müddətə sınaq müddəti müəyyən edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmündən apellyasiya protesti və ya şikayəti verilmədiyi üçün, həmin hökm Cinayət Prosessual Məcəlləsinin 358.2ci maddəsinə əsasən 29 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həmin Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay müddətə sınaq müddəti müəyyən edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin axımı 29 mart 2022-ci il tarixdən başlamış və 29 sentyabr 2023-cü il ta rixdə cəza müddəti başa çatmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 6 ay sınaq müddəti bitmədən 15 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini nəzərə alaraq, 15 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Məhkum Sabirabad Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş şərti məhkum etmə ləğv etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Məhkum Sabirabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını həmin Məhkəmənin 09 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə ona 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərar diqqət etdikdə müəyyən olunur ki, məhkəmə kollegiyası Məhkum cəza təyini zamanı sonuncunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla (Məhkum əməlində cinayətlərin residivi ilə bağlı mövqeyini şərh etməmiş) bağlı məsələyə heç bir mövqe bildirməmişdir. Halbuki Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin məna sına görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Eyni ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Qeyd olunan məhkumluğun ödənilməsi məsələlərini tənzimləyən maddi hüquq normalarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış etdikdə müəyyən olunur ki, X4 Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə qəsdən törətdiyi cinayət əməlinə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sınaq müddəti dövründə şüurlu şəkildə yenidən qəsdən cinayətə yol vermişdir (onun şəxsiyyətinin ictimai təhlükəliliyini və çətin islah olunmasını göstərir) ki, bu da sonuncunun məhkumluğunun qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsinə, yəni Məhkum əməlində cinayətlərin residivinin olmasına dəlalət edir. Belə olan halda, apellyasiya məhkəməsinin (səhv nəticələrdən çıxış edərək) Məhkum əməllində cəzanı ağırlaşdıran halın olmasını (Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini) nəzərə almadan, müvafiq olaraq residivə görə cəzanın Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında təyin edilməsinə aydınlıq gətirmədən gəlmiş olduğu yekun nəticəsi Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələri ilə nəzərdə tutulmuş bütün halların düzgün və tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan qənaət kimi səciyyələndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün ə sasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Yuxarıda sadalanmış hallara görə məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanın yüngülləşdirlməsi haqqında iddialarını açıq-aşkar əsassız, işin həqiqi hallarına, cinayət qanununun normalarına söykənməyən iddia kimi qiymətləndirir, eyni ilə kassasiya şikayətinin təmin edilməsini də mümkünsüz bilir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittiham çısının çıxışını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilməli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(106)-472/2024 nömrəli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əmə llərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə Məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçıs ı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(106)-472/2024 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar