Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-357/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.A.Səfərov) xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Ünvan1də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Məhkuma Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-cı il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş 550 manat cərimə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə tamamilə birləşdirilməklə, Məhkuma qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 550 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişd irilmiş, Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 03 il 06 ay müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, yenidən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxsin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 89 B saylı evin həyətinin giriş qapısının bir ədəd asma qıfılın ı dəmir armatur parçası ilə qıraraq həyətə daxil olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsini əlləri ilə açmış və həmin pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar şkafının içərisində asılmış pencəyin sol döş cibindən 320 manat nəğd pulu, həmin şkafda geyim əşyalarının arasına qoyulmuş dəyəri 60 manat təşkil edən bir ədəd «İphone 4» markalı, A İ 332 modelli mobil telefonu və dəyəri 120 manat təşkil edən bir ədəd «İPad» markalı 1430 modelli planşet komputeri aksessuarları ilə birlikdə, ümumilikdə dəyəri 37 manat təşkil edən 6 ədəd əl-üz dəsmallarını, dəyəri 10 manat təşkil edən bir ədəd qızılı rəngdə zəncirbənd formalı dəstəyi olan tüklü qadın əl çantasını, ütü masasının üzərindən dəyəri 50 manat təşkil edən bir ədəd « Vestel» markalı V-press modelli elektrik ütünü, kamodun üstündən dəyəri 230 manat təşkil edən bir ədəd «Patek Philippe» markalı qol saatını və dəyəri 245 manat təşkil edən gümüşdən olan üzük-sırğa, kulonla boyunbağı və qolbaq dəstini, həmin kamodun üstündə olmuş qadın əl çantasının içərisindən 30 manat nəğd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxsə ümumilikdə 1102 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARI: Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü ilə ona təyin olunmuş cəza böyük ictimai təhlükə törətməyən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilən cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən birləş dirilmiş, 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Beləliklə, faktiki olaraq ilk dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 550 manat cərimə cəzası sonrakı hökmlər üzrə təyin edilən cəzalara CM-nin 67.1-ci maddəsi ilə birləşdirilsə də, həmin cərimə cəzası hazırkı vaxtadək icra edilməmişdir. Buna görə də, həmin cərimə cəzasına görə məhkumluq yaranmışdır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilən cərimə cəzası üzrə məhkumluq yəni, daha doğrusu həmin cəza təyin e dilmiş cinayətə görə məhkumluq (CM-nin 18.4.4-cü maddəsinin dəqiq mənasına görə), residiv müəyyən edilərkən nəzərə alınmır. Bu cür halda məhz cəzaya görə yox, cinayətə görə məhkumluq əhəmiyyət kəsb edir və residivın müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə, Məhkumun əməli cinayətlərin sadə residivi hesab edilməklə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzası üzərində saxlanılması və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorl uğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsasın olmadığını bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkuma apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilməsi zamanı onun əvvəlki cinayət əməllərinin əsassız olaraq cinayətlərin təhlükəli residivi kimi qiymətləndirildiyi, odur ki, məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını ara şdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq – yəni özgə əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetir ilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən onun əvvəllər törətmiş olduğu cin ayət əməllərinin əsassız olaraq cinayətlərin təhlükəli residivi kimi qiymətləndirildiyi və nəticədə məhkuma ağır cəza təyin edildiyi iddia edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Məhkum Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ü zərində qəti olaraq şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası saxlanılmışdır. Bundan sonra, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə birləşdirilməklə üzərində qəti olaraq 02 il müddətinə azadlından məhrumetmə cəzası və 550 manat cərimə cəzası saxlanılmışdır. Daha sonra, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 66.5 və 68.2-ci maddələri nəzərə alınmaqla üzər ində qəti olaraq 05 il müddətinə azadlından məhrumetmə cəzası və 550 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2013-cü ildə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Məhkum Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla üzərində qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 550 manat cərimə cəzası saxlanılmışdır. Daha sonra həmin cəzasını çəkdiyi müddətdə Məhkum Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 317-1.2-ci maddəsi ilə təqsirli bilinib 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən CM-nin 67.1-ci maddəsi ilə Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə (CM-nin 177.2-ci maddəsində göstərilən cinayət) təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 il 8 ay 13 gün hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə qismən, 550 manat cərimə cəzası isə tam birləşdirilməklə, üzərində qəti olaraq 2 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 550 manat miqdarında cərimə cəzası təyin edilmişdir. CM-nin 68.2-ci maddəsinə əsasən 550 manat cərimə cəzasının müstəqin icra etməsi hökm edilmişdir. Məhkumun CM-nin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə müəyyən edilmişdir ki, Məhkuma Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 67.1-ci maddəsi nəzər ə alınmaqla təyin edilmiş 550 manat cərimə cəzası ödənilməmiş və “28 may-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisin xx.xx.2016-cı il tarixli Qərarının 11-ci bəndinə əsasən cəza kimi 550 manat cərimə cəzası amnistiya ilə bağlı həmin qərarın təsiri altına düşməmişdir. İş materiallarından göründüyü kimi, Məhkum xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən isə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunm uş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinin tələbinə görə, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83- cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya öd ənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Tədqiq olunmuş iş materialları ilə müəyyən olunur ki, Məhkum müxtəlif ardıcıllıqla beş dəfə məhkum olunmuşdur. Belə ki, Məhkum ilk dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 550 manat cərimə cəzasını icra etmədiyi üçün həmin cərimə cəzası sonradan Məhkumun törətdiyi: Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilən cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilən cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirilmiş, 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü i l tarixli hökmü ilə təyin edilən cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilən cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirilmişdir, 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Beləliklə faktiki olaraq ilk dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 550 manat cərimə əzası sonrakı hökmlər üzrə təyin edilən cəzalara CM-nin 67.1-ci maddəsi ilə birləşdirilsə də, həmin cərimə cəzası hazırkı vaxtadək icra edilməmişdir. Məhkum daha sonra 3 dəfə (xx.xx.2009, xx.xx.2009 və xx.xx.2014-cü il tarixli hökmlərə əsasən) törətmiş olduğu az ağır cinayət əməllərinə görə məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5, 67.1 və 68.2-ci maddələrin ə əsasən ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Kassasiya məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi Məhkumun azadlıqdan məhrum etmə cəzası təyin edilmiş əvvəlki iki cinayət əməli üzrə məhkumluqlarının müddəti bitmədiyi təqdirdə yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını cinayətlərin təhlükəli residivi kimi qiymətləndi rərək tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Odur ki, göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını cəza hissəsində dəyişdirərək, Məhkumun əməlində cinayətlərin təhlükəli r esidivinin olması ilə bağlı tamamilə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarını şübhə altına almağa heç bir əsas yoxdur. Məhkuma təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (cinayəti etraf etməsi, əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmaması), cəzasını ağırlaşdıran hal (cinayətlərin təhlükəli residivi) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası C M-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, ka ssasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkumun müdafiəçisi Bağırov Kərim Bağır oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-357/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-357/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver