Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-357/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – Məhkum, Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İda rəsinin etibarnamə üzrə nümayəndəsi – Mustafayev Aqşin Zabit oğlunun iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarından mülki iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən N.Əliyev) 04 noyabr 2021-ci il tarixli, 1(014)-2/2021 nömrəli hökmü ilə xx.xx.1961-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatında olan və yaşayan "xxxx" MMC-nin (VÖEN* *********) təsisçisi və direktoru, məhkumluğu olmayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmaların aparıldığı gündən hesablanması, mülki iddianın qismən təmin olunması, "xxxx" MMC-nın fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 44183,01 (qırx dörd min yüz səksən üç manat bir qəpik) manat məbləğində pul vəsaitinin Məhkum tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Hökmdən Məhkum, onun müdafiəçisi Mehtiyev Dərgah Hüseyn oğlu və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətl ərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarı ilə (hаkimləri: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan mülki iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum, 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN-**********) təsisçisi və direktoru işləyərkən, cəmiyyətin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəa liyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53.1, 72, 77.3, 78.1, 82.3, 83.4, 85.2, 107-109 və 180-ci maddələrinin tələblərini pozmaqla, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bilə-bilə təhrif olunmuş bəyannamələr təqdim etməklə və bəyannamə təqdim etməməklə, xeyli miqdar təşkil edən 178.394,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmələr yuxarıda q eyd edilən nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Mülki iddiaçının nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1525 nömrəli rəyində "xxxx" MMC-nin ümumilikdə 178.394,39 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş, məhkəmələr buna düzgün hüquqi qiymət verməyərək ədalətsiz nəticəyə gəlmişlər. Həmçinin Şəki İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1445 nömrəli rəyində də "xxxx" MMC-nin ümumilikdə 178.394,39 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənil məkdən yayındırılması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə qərar qəbul edilərkən ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli 9/1525 nömrəli və inzibati məhkəmə icraatı zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli 9/1445 nömrəli ekspert rəylərini deyil, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01,04.2021-ci il tarixli 9/472 nömrəli ekspert rəyi və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4581 nömrəli ekspertiza rəyləri əsas götürülmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixli 9/472 nömrəli və xx.xx.2021-ci il tarixli 9/4581 nömrəli ekspert rəylərində iş üzrə 84.326,19 manat mülki iddia məbləği azaldılaraq 44.183,01 manat olduğu göstərilmişdir. Ağdaş Rayon Məhkəməsi öz hökmündə göstərmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə istintaqı zamanı təyin edilmiş və həmin mərkəz tərəfindən verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(014)-2/2021 saylı hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinmiş, mülki iddia hissəsində isə vergi orqanının mülki iddiası qismən təmin edilərək 44.183,01 manat məbləğində pul vəsaitin Məhkum tutularaq dövlət büdcəsinə keçirilməsi qərar alınmışdır. Qeyd olunan hökmdən narazı qalan vergi orqanı tərəfindən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(014)-2/2021 saylı hökmündən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilmişdir. Məhkəmə Kollegiyası tədqiqa t obyekti olan apellyasiya şikayətində faktiki olaraq iş üzrə keçirilmiş ekspertiza rəyləri mübahisələndirildiyindən, həmçinin iş üzrə obyektiv nəticəyə gəlmək üçün zəruri olduğundan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edillməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qəbul etmiş və ekspertizanın aparılmasını Ədliyyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarını mülki iddiaya aid hissədə ləğv edilməsi, mülki iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən nümayəndə Mustafayev Aqşin Zabit oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə həmin məcəllənin 16.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsi hesab edildiyini, xərc barədə sənədlərin təqdim olunmadığını bildirib, kassasiya şikayətinin təmin olunmasını və mülki iddianın tam təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, borcunun olmadığını bildirib, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində məhkum tərəfindən dəymiş maddi ziyanın tam ödənilməsi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (m əhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrinə nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi kassasiya şikayətində mülki iddia qismən təmin edildiyi üçün məhkəmə qərarlarının qanunsuz və əsassız olduğunu iddia etməklə, məhkəmələrin mülki iddianın həllinə dair cinayət prosessual qanunun tətbiqi üzrə mövqelərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “məhkəmə baxışı zamanı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir”. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) yalnız mülki iddiaya aid his səsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:.... _ tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;...” Kassasiya şikayətində irə li sürülmüş tələbdən görünür ki, məhkəmələrin Məhkum büdcədən yayındırdığı vergi borcunu azaltmaqla mülki iddianı qismən təmin etməsi mülki iddianı irəli sürmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsini qane etmir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı təmin etməsə də, apellyasiya məhkəməsi mülki iddiaçının apellyasiya şikayətinə baxılması nəticəsində hökmü dəyişdirməli və mülki iddianı təmin etməli idi. Lakin, birinci instansiya məhkəməsinin yuxarıda göstərilmiş gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla keçirilmiş, cinayət işinin materialları yenidən araşdırılmış, iş üzrə mövcud olan sübutlara yenidən hüquqi qiymət ver ilmişdir. Belə ki, iş materiallarında olan mühasibat ekspertizasının 13 iyul 2020-ci il tarixli 9/1525 №-li rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC tərəfindən 103.839,96 manat əlavə dəyər vergisi, 20.452,29 manat ödəmə mənbəyində tutulan vergisi, 54.092,47 manat hüquqi şəxsin mənfəət vergisi, 9,67 manat əmlak vergisi, ümumilikdə isə 178.394,39 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Cinayət nəticəsində dövlətə vurulmuş 178.394,39 manat maddi ziyanın 94.068,04 manatı təqsirləndirilən şəxs Məhkum tərəfindən ödənilmişdir. İş materiallarında olan mühasibat ekspertizasının 01 aprel 2021-ci il tarixli 9/472 №- li rəyindən görünür ki, təqdim olunmuş sənədlərə, Vergi Məcəlləsinə əsasən göstərilən tələb lərinə və yoxlamanın başlanğıc tarixinə müəssisənin 74.068.04 manat məbləğində artıq ödənişləri nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin cəmi məbləği 64.183.01 (ƏDV, mənfəət vergisi, əmlak vergisi) manat müəyyən olunur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, iş materiallarında istintaq zamanı vergi ödəyicisi tərəfindən 20000,0 manat məbləğində vergi ödənişi edildiyi öz əksini tapmışdır. Həmin ödənişdə nəzərə alındıqda yoxlamanını əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 44.183,01 manat müəyyən edilir. İş materiallarında olan mühasibat ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 9/4581 №-li rəyindən görünür ki, təqdim olunmuş sənədlərə, Vergi Məcəlləsinə əsasən göstərilə n tələblərinə və yoxlamanın başlanğıc tarixinə müəssisənin 74.068.04 manat məbləğində artıq ödənişləri nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin cəmi məbləği 64.183.01 (ƏDV, mənfəət vergisi, əmlak vergisi) manat müəyyən olunur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, iş materiallarında istintaq zamanı vergi ödəyicisi tərəfindən 20.000,0 manat məbləğində vergi ödənişi edildiyi öz əksini tapmışdır. Həmin ödənişdə nəzərə alındıqda yoxlamanını əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 44.183,01 manat müəyyən edilir. Lakin, apellyasiya məhkəmə kollegiyası obyektiv nəticəyə gəlmək üçün zəruri olduğundan Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə təkrar məhkəməmüha sibatlıq ekspertizası təyin etmişdir. Belə ki, ekspert rəyində mülki iddiaçı tərəfindən qoyulmuş bütün suallara cavab verilmiş, rəyin təsviri hissəsində göstərildiyi kimi, təqdim olunmuş sənədlərə, Vergi Məcəlləsinin tələblərinə və səyyar vergi yoxlamasının məlumatlarına əsasən, yoxlamanın başlanğıc tarixinə müəssisənin 74.068,04 manat məbləğində artıq ödənişidə nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət az hesablanmış vergilərin cəmi məbləği 64.183,01 (ƏDV, mənfəət vergisi, əmlak vergisi) manat müəyyən olunur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, iş materiallarında istintaq zamanı vergi ödəyicisi tərəfindən 20.000,0 manat məbləğində vergi ödənişi edildiyi öz əksini tapmışdır. Həmin ödənişdə nəzərə alındıqda yoxlamanın əhatə etdiyi dövr üzrə müəssisə tərəfin dən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 44.183,01 manat müəyyən edilir. İttihamın həcminin azaldılaraq bu şəkildə müəyyən edilməsi dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş, yalnız mülki iddiaçı qərarın mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermişdir. Belə vəziyyətdə (nə qədər ki, mülki iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin dəyişdirdiyi, dövlət ittihamçısının mübahisələndirmədiyi ittihamın həcminin apellyasiya məhkəməsində artırılmasına gətirib çıxaracaqdı) apellyasiya instansiyası məhkəməsi haqlı olaraq (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) Məhkum Nofel oğlundan tutulmalı olan məbləği artırmamış, buna dair mülki iddiaçının apellyasiya şikayətini təmin etməmişdir. Bu zaman apellyasiya məhkəməsi onu da nəzərə alımışdır ki, birinci instansiya məhkəməsi tərəfindən faktiki hallar, o cümlədən büdcədən yayındırılmış verginin məbləği məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu əsasında, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən lazımınca araşdırılmış və yekun qərarda ətraflı cavablandırılmış dəlilləri təkrarladığından və apellyasiya məhkəməsinin faktlar, hüququn tətbiqi üzrə nəticələrini təkzib etmədiyindən, məhkəmə kollegiyası həmin nətcələri şübhə altına almaq üçün əsas görmür. Bundan əlavə CPM-nin 420.2-ci maddəsinə görə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Odur ki, məhkəmə kollegiyası sözügedən mülki iddia üzrə məsələyə (mülki iddiaçının apellyasiya şikayətinə) baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun tələblərinə əməl olunduğunu nəzərə alaraq, mülki iddiaçının kassasiya şikayətinə münasibətdə cinayət-prosessual qanunun 416.0-cı maddəsində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsinə, ləğv edilməsinə ə sas yaradan) halları müəyyən etmir və bu səbəbdən həmin şikayətin təmin edilməsini mümkün saymır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçının nümayəndəsinin mülki iddia ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-357/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-357/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver