Məhkəmə qərarları › İş №1(102)-357/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-357/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-357/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Məmmədov Elşad Bərşad oğlunun iştirakları ilə, Sabirabad Rayon Mə hkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Məmmədov Elşad Bərşad oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(056)-161/2022 nömrəli (hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx -cü ildə Sabirabad rayonunun x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, X10 xidmətçi işləyən, xxx-də qeydiyyatda olmaqla, xxxx yaşayan Məhkum Azərbaycan Resp ublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması hökm edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən, məruzəçi hakim), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) 23 avqust 2023-cü il tarixli 1(106)-69/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Məmmədov Elşad Bərşad oğlu və Hüseynov Əli Meybulla oğlu birgə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 18 may 2022-ci il tarixdə saat 23 radələrində Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Axtaçı-Muğan kəndi ərazisində idarə etdiyi VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Qaragüyen kəndi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən, təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 17,6-26 metr qalmış dayandırmağa texniki imkanı olduğu halda, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, qarşı hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21 070” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasındakı mişar daşına dəyib sola doğru istiqamətləndikdən sonra avtomobilin qabaq sol hissəsi ilə, onun avtomobilinin qabaq sol hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarının küt travması ilə əlaqədar qaraciyərin və öd kisəsinin cırılması, irinli-septiki vəziyyətlə müşayiət olunan mədənin perforasiyası, peritonit, sol baldır sümüklərinin sınığı, başın alın-təpə nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, alt dodaq nahiyəsinin, boyun nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ saidin, sağ diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, hər iki gö z orbitasının hematoması ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən, xx.xx.2022-ci il tarixdə X16 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçilər Məmmədov Elşad Bərşad oğlu və Hüseynov Əli Meybulla oğlu kassasiya şikayəti onunla əsaslandırılmışlar ki, məhkəmə kollegiyasının Məhkum barəsindəki qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı sübutların tədqiqindən əsassız imtina etmiş, bir sıra sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, bunun nəticəsi olaraq cinayət və cinayətprosessu al qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, qeyri qanuni və əsassız qərar qəbul etmişdir. Belə ki, istintaqın gəldiyi nəticəyə görə guya hadisədə iştirak etmiş digər avtomaşının sürücüsü Zərərçəkmiş şəxs Məhkum hərəkət yoluna istiqamətləndiyi nöqtədən toqquşma nöqtəsinə qədər 21,7 metr məsafə qət etmişdir. Bu hal hadisə yerinə əlavə edilmiş sxemdə göstərilsə də, hadisə baxış protokolunda öz əksini tapmamışdır. Həmçinin də, təqsirləndirilən Məhkum hərəkəti üçün təhlükə yarandığı halda onun idarə etdiyi avtomaşının toqquşma yerindən 17,6- 26 metr məsafədən daha böyük məsafədə olması barədə nəticənin nəyə əsaslandığı qeyri-müəyyəndir. O cümlədən, Məhkum bütün izahatında və ifadələrində toqquşmadan əvvəl sürətinin 30-40 km/saat olmasını göstərməsinə baxmayaraq, ekspert təhqiqatı məh z onun avtomobilinin surətinin 30 km/saat sürəti üzərindən aparılmışdır ki, bu da təqsirləndirilən şəxsə qarşı qərəzli mövqe göstərir. Ekspertiza orqanı qərəzlilik nümayiş etdirərək, müdafiə tərəfinin göstərdiyi hadisənin başvermə mexanizmi üzrə tədqiqat aparmaqdan imtina edərək, bəhanə kimi öz verdiyi rəyinin nəticə hissəsində göstərdi ki, «rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin göstərdiyi məlumatlar, yəni VAZ-21074 avtomobilin toqquşmaya kimi sabit 60 km/saat sürətlə hərəkətdə olması və mişar daşına dəydikdən sonra toqquşma yerinə kimi 21,7 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Ona görə də həmin məlumatlar üzrə tədqiqat aparılmır» Belə bir rəyi aldıqdan sonra, apellyasiya məhkəmə kollegiyası prinsipiallıq göstərərək, təmin etdiyi vəs atət, yəni müdafiə tərəfinin əsaslandırdığı mexanizm üzrə tədqiqatın aparılmasına nail olmaq əvəzinə, ekspertizanın qərəzli rəyi ilə razılaşaraq, birinci instansiya məhkəməsinin ədalətsiz və qanunsuz hökmünü qüvvədə saxlamışdır. Cinayət işində digər ciddi qüsurlarda vardır ki, onlar təqsirləndirilən Məhkum bu yol nəqliyyat hadisəsində təqsirliliyini istisna edir və bir mənalı şəkildə onun bu yol nəqliyyat hadisəsində təqsirsiz olmasını sübuta yetirir. Yalnız hadisənin başvermə mexanizmi üzrə əlavə yol nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirildikdən, sonra təqsirləndirilən Məhkum əməllərinə hüquqi qiymət verilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Məhkum və müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsini n tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini ka ssasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilərin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələblər i baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sü butetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçək miş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapması barədə nəticəyə gəlinmişdir. Kassasiya şikayətində müdafiəçilər təqsirləndirilən şəxs Məhkum toqquşma zamanı surətinin 30-40 km/saat olmasını göstərdiyi halda, ekspert hesablamaları yalnız onun avtomobilinin surətini 30 km/saat olması üzərində verilməsini, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin hərəkət yoluna istiqamətləndiyi nöqtədən toqquşma nöqtəsinə qədər 21,7 metr məsafə qət etməsinin ekspertin mülahizələrinə əsasən qeyri-real hesab edilməsi barədə gəldiyi nəticəni, şəxsin təqsirliliyini sübut etmək üçün istinad olunan ekspert rəylərinin zidd iyyətli olmaqla həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı müəyyən olunmuş işin faktiki halları (hadisənin baş vermə mexanizmi) ilə ziddiyyət təşkil etməsini və məhkəmələrin ziddiyyətli ekspert rəylərini mötəbər sübut kimi dəyərləndirməsini prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun olmayan nəticə kimi qeyd etmişlər. Kassasiya məhkəmə kollegiyası göstərilən kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Daha sonra həmin qərarda göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə t övsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq Məhkum təqsirləndirilməsi nə dair cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və düzgün qiymətləndirməmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi yerinin sxeminə əsasən hadisə yerini ilkin müayinə etmiş polis mayoru, baş müstəntiqi Mirzahid Abasov, Sabirabad RPŞ CAB-nin əməliyyat müvəkkili polis leytenantı X, RPŞ-nin X7 polis kapitanı X, polis nəfəri X, iki hal şahidi, yəni cəmi 6 nəfərdən ibarət əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerində Zərərçəkmiş şəxs üzərinə çıxaraq əzdiyi mişar daşından toqquşma yerinə qədər olan məsafənin 21,7 metr olmasını müəyyən etmişlər. İş üzrə təqsirləndirilən şəxs Məhkum verdiyi bütün ifadələrində təhlükə yarandığı anda, yəni Zərərçəkmiş şəxs idarə etdiyi 54 BM217 dövlət nişanlı avtomo bilin mişar daşına dəyərək anidən yolun özünə məxsus hərəkət hissəsindən çıxaraq qarşı hərəkət zolağına hərəkət etməsi zamanı aralarındakı məsafə 20-25 metr olduğunu, avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etdiyini, həmin vaxt sükanı sağa istiqamətləndirməyə cəhd göstərdiyini lakin məsafə az olduğu üçün toqquşma baş verdiyini qeyd etmişdir. Digər şahidlər ifadələrində VAZ-21074 markalı 54BM217 dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin təxminən 60 km/saat olduğu qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunan hadisə mexanizminə uyğun təyin edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 2 avqust 2022-ci il tarixli 8/1715 nömrəli rəyində, 2-ci sual üzrə qeyd edilmişdir ki,.... Nəqliyyat vasitələrin qarşıqarşıya 60 km/saat və 30 km/saat sürətlə hərəkə tdə olmaları nəzərə alınmaqla qeyd edilir ki, VAZ-21074 markalı 54BM217 dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı sol hərəkət zolağına çıxan anda avtomobillər arasında 20-25 metr məsafənin olması şəraitində təhlükə yaranan andan toqquşmaya kimi 0,8-1,0 saniyə keçə bilərdi. Lakin həmin vaxt (0,8-1,0 san) ərzində sürücünün təhlükəni dərk edərək avtomobili sağa istiqamətləndirməsi mümkün deyildir. Bu isə onu izah edir ki, istintaq tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan anda avtomobillər arasında 20-25 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan avtomobillər arasında olan real məsafə 20-25 metrdən böyük olmuşdur. Göstərilən səbəblərə görə Məhkum hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Göründ üyü kimi ekspert rəyində hadisə üzrə təsdiq olunan dəqiq faktlara – yəni hadisənin bucaq altında baş verməsinə, məsafə və sürətə deyil, yalnız təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiyi “onun sükanı sağa istiqamətləndirməyə cəhd göstərməsi” halına əsaslanmaqla hadisə mexanizminin real olmaması nəticəsinə gəlinmişdir. Belə olduğu halda əlavə istintaq hərəkətləri aparılaraq təkrar ifadələr alınmış Şahid1, Şahid2, Şahid3 və Şahid4 oğlu əlavə şahid qismində dindirilərkən mərhum Zərərçəkmiş şəxs avtomobilinin sola istiqamətlənərək Məhkum hərəkət yoluna çıxdığı andan toqquşma anına qədər 03 saniyə vaxt keçdiyini, Məhkum isə 04-05 saniyə keçdiyini bildirmişdir. Eyni zamanda bu istintaq hərəkətləri nəticəsində də hadisə yerində Zərərçəkmiş şəxs üzərinə çıxaraq əzdiyi mişar daşından toqquşm a yerinə qədər olan məsafənin 21,7 metr olması bir daha təsdiq olunmuş, əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərkən yuxarıda qeyd edilən hallarla yanaşı həmin məsafənin dəyişmədiyi göstərilmişdir. Qeyd edilən hallara əsasən ekspertin 31 avqust 2022-ci il tarixli 8/2180 nömrəli rəyində göstərilmişdir ki, “.....Sürücü X-in hərəkəti üçün təhlükə VAZ-21074 markalı 54BM217 dövlət qeydiyyat nişanlı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı anda yaranmış və həmin andan toqquşma baş verənə kimi 4-5 saniyə vaxt keçmişdir. Aparılmış tədqiqatdan məlum olduğu kimi təhlükə yaranan anda, yəni VAZ-21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı anda VAZ-21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerində n olduğu məsafənin 33,3-41,7 metr, mövcud şəraitdə avtomobilin dayanma yolundan 15,7 metr böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla sürücü X-in idarə etdiyi VAZ-21074 markalı **BX*** dövlət qeydiyyat nişanlı avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 17,6-26 metr qalmış dayandırmağa texniki imkanı olmuşdur”. Qeyd edilən ekspert rəyinə əsasən müəyyən olunur ki, Məhkum toqquşma zamanı sürətinin 30-40 km/saat olmasını göstərdiyi halda, ekspert hesablamaları yalnız onun avtomobilinin sürətini 30 km/saat olması üzrə aparılmış, yuxarıda adları göstərilən şəxslərin əlavə dindirmə protokollarında təhlükə anının 3 saniyə davam etməsindən söhbət getdiyi halda ekspertin təhlükə vaxtı kimi 4-5 saniyə göstərilərək, 4-5 saniyə üzərin dən ekspert hesablamaları aparılmış, mişar daşının toqquşma yerinə qədər məsafənin 21,7 metr olmasının hadisə yerini müayinə etmiş əməliyyat istintaq qrupunun iştirakçıları tərəfindən bir mənalı şəkildə müəyyən edildiyi təqdirdə, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı anda ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 33,3 - 41,7 metr olduğunu qeyd etməklə faktiki cinayət işində olmayan yeni hal müəyyən etmiş, ekspert rəyində avtomobillərin hərəkət trayektoriyası, toqquşmanın müəyyən bucaq altında baş verməsi, mişar daşına dəyən avtomobilin sürətinin dəyişməsi, təhlükənin yaranma anını nə üçün ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hərəkət zolağına çıxdığı andan götürülmədiyi ümumiyyətlə nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X12 ifadə verərək yuxarıda göstərilən məsələlər üzrə verilən suallara hər hansı bir aydınlıq gətirə bilməmiş, eyni zamanda 0,81,0 san ərzində sürücünün təhlükəni dərk edərək avtomobili sağa istiqamətləndirməsi mümkün olmadığını, bunun üçün 1,2 saniyə lazım olduğunu bildirməklə əslində avtomobillərin sürətlərinin təxmini göstərilməsini, avtomobilin trayektoriyasının müəyyən edilmədiyini və yuxarıda qeyd edilən digər faktorların 0,2 saniyə fərqinə təsirini nəzərə almamışdır. Apellyasiya məhkəmə icraatı zamanı müdafiə tərəfin vəsatətinə əsasən təyin edilmiş təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 8/1210 nömrəli ekspert rəyində də yuxarıda qeyd edilən halların heç birinə aydınlıq gətirilməmiş, o cümlədən sabit 60 km/saat sürətlə hərəkətdə olan avtomobil yolun sol tərəfinə çıxaraq, sürətini bir qədər itirdikdən nəyə görə 21,7 metr məsafə qət edə bilməməsinə dair gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, məhkəmələrin ziddiyyətli əsaslandırılmamış ekspert rəylərinə istinad etməsi, bunun la da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası ekspert rəyləri barədə məhkəmələrin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, ekspert rəyinə dair mahiyyətcə eyni, o cümlədən rəyin əsaslandırılmış olmasına dair tələblər “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanununda da nəzərdə tutulmuşdur. Belə ki, bu Qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində həmçinin istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmununun və nəticələrinin əks etdirilməsi, “tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması” tələb olunur. Cinayət-prosessual qanunun 127.3-cü maddəsi isə c inayət prosesini həyata keçirən orqan tərəfindən ekspertin rəyinin hər hansı başqa sübut kimi, yəni CPM-in 33, 144-cü maddələrinin və digər müddəlarının tələblərinə müvafiq surətdə yoxlanılmasını tələb edir. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində təsbit olunmuş sübutların qiymətləndirilməsi prinsipinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər (maddə 33.1). Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). CPM-in 144-cü maddəsi cinayət prosesini aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlam ağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilənlərə əlavə olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində cinayət tərkibinin olubolmaması məsələsi üzrə nəticəyə gələrkən təkrar (kompleks) məhkəmə yol nəqliyyat ekspertizasının təyin edilməsi barədə qərarda qoyulan (işin mühüm əhəmiyyət kəsb edən bir sıra hallarına dair) suallar üzrə nəticələrlə əlaqələndirilə biləcək tədqiqi yuxarıda istinad edilən cinayət-prosessual normalarla və Qanunla ekspert rəyinə münasibətdə irəli sürülən tələblərlə uzlaşmayan, CPM-in 127.3, 144, 145-ci maddələrinin tələb etməsinə baxmayaraq məhkəmə tərəfindən həmin rəyin lazımınca (cinayət-prosessual qanunun 125.2.7, 267.3, 127.1.1, 127.1.2, 127.2, 271.2.6-cı maddələrinin tələbləri nöqteyinəzərindən) yoxlanılmadığını və qiymətləndirilmədiyini göstərir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.1.1 və 127.1.2-ci maddələrinə əsasən ekspert rəyi qoyulan suallara, iş materiallar ının tədqiqi zamanı ortaya çıxan ekspertin səlahiyyətinə aid olan digər halların araşdırılmasına dair nəticələrlə yanaşı “bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir”. CPM-in 127.2-ci maddəsinə əsasən “ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır”. Cinayət-prosessual qanunun 271.2.6-cı maddəsində də nəzərdə tutulmuşdur ki, ekspertin rəyində CPM-in 271.2.1-271.2.5-ci maddələrində göstərilənlərlə yanaşı, “ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tədbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd” göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yox laya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində ol mayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkuma bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hadisənin müdafiə tərəfinin təklif etdiyi mexanizm üzrə baş verməsi barədə dəlillərə qiymət verilmədən, həm bu barədə, həm də işin digər faktiki hallarına uyğun yuxarıda qeyd edilə n normaların tələblərinə müvafiq araşdırma aparılmadan, müdafiə tərəfinin kassasiya müraciətində və məhkəmə çıxışında göstərdiyi Məhkum təqsirliyi, sübutların tədqiqi, iş üzrə müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi, məhkuma bəraət verilməsi haqqında dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməklə Məhkum barəsində qərar verməsini - CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya müraciətinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Məmmədov Elşad Bərşad oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar