Məhkəmə qərarları › İş №1(102)-357/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-357/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-357/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 18 dekabr 2023-cü il tarixli 1(106)-719/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin (sədrlik edən hakim Nüsrət Mirzəyev) 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmü ilə xx xxxx 2001-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Amnistiya Aktının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (be ş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasındakı tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş 6 (altı) aylıq, birinin qiyməti 70 (altmış) manat olan 1 (bir) aylıq quzunu gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 720 (yeddi yüz iyirmi) manat məbləğdə ziyan vurmaqla oğurlamışdır. Bundan baş qa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,022 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2023cü il tarixdə saat 21:50 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “İşıqfor”un yaxınlığında idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki qara rəngli cins şalvarın so l yan cibindən aşkar edilərək götürülmüşdür Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 18 dekabr 2023-cü il tarixli 1(106)-719/2023 nömrəli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 1(022)-107/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli 1(106)-719/2023 nömrəli qərarının ləğv edilməsi və ona CM-in 177.2.3-cü maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır k i, Biləsuvar Rayon Polis İdarəsinin əməkdaşları 25 iyun 2023-cü ildə onu törətməsi heç bir sübut-dəlillə təsdiqlənməyən, ona ağır işgəncələr verilməklə, 720 manat dəyərində 6 ədəd xırdabuynuzlu heyvanı oğurlamaqda ittiham etmişlər. Məhkum 67 yaşlı atasının və evin tək övladı olmasını əsas gətirərək, ona ittiham olunduğu oğurluq maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əsassız olaraq onu Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilmişlər. Ona təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri əsaslı hesab etmir. Belə ki, cinayət işi üzrə sübutlar əsasında – məhkumun Məhkum özünün və Zərərçəkmiş şəxs, Şahid3 ifadələri, istintaq hərəkətlərinin protokolları ilə müəyyən edilmişdir ki, Məhkum 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasındakı tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş 6 (altı) aylıq, birinin qiyməti 70 (altmış) manat olan 1 (bir) aylıq quzunu gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 720 (yeddi yüz iyirmi) manat məbləğdə ziyan vurmaqla oğurlamışdır. Belə ki, Məhkum CM-in 177.2.3 -cü maddəsi ilə təqsirli bilinməsi haqqında epizod üzrə ifadəsində göstərmişdir ki, 27 fevral 2020-ci il tarixə keçən gecə özünə məxsus “VAZ21011” markalı (dövlət nömrə nişanını xatırlamır) avtomobillə “Çərçili” adlana əraziyə getmiş, həmin ərazidə olan fermanın həyətindəki qəhəlin qapısını açmış, qəhəldən 6 baş quzunu oğurlayıb avtomobilinə yükləmiş, həmin 5 baş qoyunu hər biri 130 manat olmaqla 650 manat və 1 baş quzunu 70 manat pula Biləsuvar rayonunda İlkin adlı şəxsə satmışdır, o həmin 720 manat pulu öz istirahətinə xərcləmişdir. Oğurladığı quzuların 5 başının çəkisi 20 kq, xalis çəkisi 10 kq, o birinin isə çəkisi 9 kq, xalis çəkisi 5 kq olarmış. Şahid qismində dindirilmiş Şahid3 məhkumdan 6 baş quzunun alınması faktı təsdiq etmişdir. Zərərçəkmiş şəxs ona məxsus Biləsuvar rayonu “Çərç ili” adlanan ərazidə fermadan 6 baş quzunun oğurlanmasını göstərmişdir İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, istintaq hərəkəti zamanı Məhkum 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasından sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş quzunu gizli talayaraq oğurlamasını etiraf etmiş, fotoşəkillərdə həmin quzuları oğurladığı və satmaq istədiyi yerləri göstərmişdir. Məhkəmə kollegiyası, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməməsi barədə kassasiya şikayətində irəli sürülən dəlillərin yuxarıda qeyd ol unan sübutlarla təkzib olunduğunu nəzərə alaraq, həmin dəlilləri əsassız hesab edir və belə nəticəyə gəlir ki, onlar məhkum olunmuş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiy i hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət e dilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü bütün epizodlar üzrə təqsirli bilmişdir. Onun Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv və şübhə yaratmayan sübutların məcmusu ilə sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün tam təqsirli olması barədə ifadəsi ilə yanaşı iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzr ə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutl ardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsi zliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul e dilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlləri etiraf edərək peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi və cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azə rbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli 1(106)-719/2023 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda g östərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023cü il tarixli 1(106)-719/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar