Məhkəmə qərarları › İş №1(102)-358/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-358/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-358/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs1 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli b ilinib məhkum olunmuş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin olunmamış Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Paşayev Azər İslah oğlu, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, subay, məhkum olunmamış, Ünvan1də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törə tməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. Hökmdən məhkumun müdafiəçisi Bədəlov Emin Nizami oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Mövsümov Nazim Rasim oğlu, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Məhkum həmin maddələr ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, Məhkum digər şəxs ilə qabaqcadan əlbir olaraq əlbir olaraq bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2in etibarından sui-istifadə istifadə edərək Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzində ticarəti ilə əlaqədar bankdan pul götürmək üçün Zərərçəkmiş şəxs2in mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, lb/6 N-li evin 32 saylı mənzilini banka girov qoymasına razılığını alaraq və götürəcəyi pulu banka vaxtında özünün ödəyəcəyinə yalan vəd verməkl ə inandıraraq xx xxxxxx 2007-ci il tarixdə Zərərçəkmiş şəxs2in iştirakı olmadan "xxxx" Açıq Səhmdar Cəmiyyətin Nizami filialında ipoteka saxlayan kimi həmin filialın direktoru X4 və borc alan kimi onun tərəfindən imzalanmış RBN 29/07 №li baş kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2in mənzilini banka girov qoyaraq 15.000 (on beş min) manat nağd pul kredit götürüb özünə inam yaratmaq üçün həmin puldan 4500 (dörd min beş yüz) manatını Zərərçəkmiş şəxs2ə verib, 11.500 (on bir min beş yüz) manat məbləğində pulu ələ keçirmiş, sonradan həmin pulu banka ödəmiş Zərərçəkmiş şəxs2in etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zə rərçəkmiş şəxs1in etibarından sui-istifadə edərək, olan borclarını ödəmək üçün pul lazım olması və ona borcu olan şəxslərdən pulunu ala bilməməsi barədə yalan məlumat verərək sonuncundan yaşadığı mənzili girov qoymaqla bankdan kredit götürülməsinə icazə verməsinə xahiş edib belə bir niyyəti olmadığı halda həmin pulu tam şəkildə 2008-ci ilin avqust ayında qaytaracağına söz verib aldadaraq, Zərərçəkmiş1nın mülkiyyətində olan bazar qiyməti 70.000 manat qiymətləndirilmiş Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən, 18/15 №-li evin 8 saylı mənzilini ipoteka saxlayan kimi xxxx” ASC-nin Yasamal filialının direktoru X5 və ipoteka qoyan kimi Zərərçəkmiş şəxs1, borclu kimi Məhkum tərəfindən Zərərçəkmiş şəxs1in iştirakı ilə imzalanan xx xxx 2008-ci il tarixli, ZF-1370 saylı baş kredit müqaviləsi əsasınd a sonuncuya məxsus olan mənzili girov qoymaqla həmin bank filialından 30.000 (otuz min) manat nağd pul götürərək, həmin puldan Zərərçəkmiş şəxs1ə verməmiş, götürdüyü krediti ödəmədiyindən “xxxx” ASC-nin iddiası üzrə Sumqayıt şəhər məhkəməsinin borcun ipoteka tələbinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması və qeydiyyatda olan şəxslərin qeydiyyatlarına xitam verilməsi barədə xx xxxxxx 2010-cu il tarixli qətnaməsi əsasında Zərərçəkmiş şəxs1 məxsus olan mənzilin bankın mülkiyyətinə keçirilməsi nəticəsində zərərçəkmiş şəxsə külli miqdarda - 52.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2009-cu il tarixdə X6 qızı xxxxx etibarından s ui-istifadə edərək aldatmaqla sonuncudan yaşadıqları və atası İsmixan Əsədovun mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 28 A saylı evin 11 saylı mənzilinin sənədlərini əldə etmiş, gələcəkdə ödəmək niyyəti olmadan mənzili “xxxx” Açıq Səhmdar Cəmiyyətin Əzizbəyov filialına girov qoyub oradan 35.000 (otuz beş min) ABŞ dolları kredit götürmək üçün göstərilən ünvanın Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin 16 saylı Mənzil İstismar Sahəsinin xidməti ərazisinə aid olmasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında olan şəxslər barədə 2 saylı forma arayışın 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilməsi barədə saxta 2 saylı forma arayış tərtib edərək ona həmin sahənin möhür və ştampını vurub yuxarıda qeyd edilən mənzilə aid olan sənədlərlə birlikdə “xxxx” ASC-nin Əzizbəyov filialına təqdim etmiş, təqdim etdiyi saxta arayış əsasında qeyd edilən filialdan xxxx məxsus mənzili ipoteka saxlayan kimi həmin filialın müdir müavini X2, ipoteka qoyan kimi X9 və borclu kimi Məhkum tərəfindən xxxxx iştirakı olmadan imzalanan xx xxxxxx 2009-cu il tarixli müqavilə əsasında filiala girov qoyaraq həmin tarixdə qüvvədə olan məzənnəyə uyğun olaraq 28.269 (iyirmi səkkiz min iki yüz altmış doqquz) manat 50 (əlli) qəpik təşkil edən 35.000 (otuz beş min) ABŞ dolları məbləğində pulu bankdan götürüb həmin pulu ödəməyərək “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda 28.269 (iyirmi səkkiz min iki yüz altmış doqquz) manat 50 (əlli) qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞ TİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsindəki qərarından narazı olmaqla, həmin qərarın ləğv olunaraq cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Belə ki, birinci instansiya məhkəməsinin gedişində Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə dəfə məhkəməyə Məhkumun qeyd olunan cinayətləri tək törədə bilməyəcəyini, ona xüsusi imtiyazlarla həmin bank tərəfindən kredit verildiyini və ona istinad olunan cinayətin törədilməsində “xxxx” ASC-nin əməkdaşları ilə əlbir olduğunu bildirərək cinayət işinin CPM-nin 318-ci maddəsi ilə ibtidai istintaqa qaytarılması barədə vəsatətlər versə də, həmin vəsatətlərə ümumiyyətlə baxılmamış, Sumqayıt Apellyasiya Məh kəməsində də cinayət işinə baxılarkən bu vəsatətlərinə və ifadəsində qeyd etdiklərinə münasibət bildirilməmiş, bank işçiləri xxxx, xxxx, xxxxxin əməllərinə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası əsassız olaraq Məhkum əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif etmiş, Məhkumun ona faktiki olaraq 52000 manat ziyan vurmasını nəzərə almamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Məhkumun ödədiyi məbləğin 12138 manat olduğu nəticəsinə gəlsə də, faktiki olaraq oinayət işinin materiallarına əlavə edilmiş qəbzlərlə həmin məbləğ fərqlidir və vurulmuş ziyanın məbləği dəqiqləşdirilməmişdir. Həmçinin, Məhkuma təyin edilmiş cəza yüngül olmuş, Məhkumun dələduzluğu nəticəsind ə o, evsiz qalmışdır, maddi vəziyyəti çox pisdir, lakin məhkəmə bunu nəzərə almamış, Məhkuma yüngül cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs1 kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən əsassız olaraq həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunduğu, nəticədə, qanunsuz və ədalətsiz qərar qəbul edildiyi, həmçinin məhkuma y üngül cəza təyin edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud o lduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya məhkəməsinin qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyası qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq kimi müəyyən edilmişdir. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətində məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən əsassız olaraq həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edildiyi, faktiki olaraq Məhkumun cinayət əməli nəticəsində ona 52.000 manat məbləğində ziyan vurulduğu iddia edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı və digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətinin xeyli və külli miqdarda törədilməsi məhz ələ keçirilmiş əmlakın dəyəri ilə müəyyən edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarının 30-cu bəndində də qeyd edilir ki, əldə keçirilmiş əmlakın dəyərindən asılı olaraq əməl xeyli və ya külli miqdarda ziyan vurulmuş dələduzluq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Apellyasiya məhkəməsi tamamilə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Məhkumun əməli zərərçəkmiş şəxsə külli miqdarda zərər vurmaqla dələduzluq kimi yalnız o halda tövsif edilə bilərdi ki, Məhkum zərərçəkmiş şəxsə məxsus qiyməti 52.000 manat dəyərində olan həmin mənzilə əmlak hüququnu ələ keçirmiş olsun. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum əvvəlcədən Zərərçəkmiş şəxs1ə külli miqdarda ziyan vurmaqla ona məxsus mənzil hüququnu əldə etmə k niyyəti olmamış və onun həmin mənzilə hüquq əldə etməsi mümkün belə olmamışdır. Bu hal yalnız Məhkumun «xxxx» ASC ilə cinayət əlaqəsində olduğu halda mümkün ola bilərdi. Lakin cinayət işi üzrə Məhkumun «xxxx» ASC ilə cinayət əlaqəsində olması faktı müəyyən edilməmişdir. Məhkumun Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, olan borclarını ödəmək üçün pul lazım olması və ona borcu olan şəxslərdən pulunu ala bilməməsi barədə yalan məlumat verərək sonuncundan yaşadığı mənzili girov qoymaqla bankdan kredit götürülməsinə icazə verməsini xahiş etmiş, belə bir niyyəti olmadığı halda həmin pulu tam şəkildə qaytaracağına söz verib aldadaraq, Zərərçəkmiş1nın mülkiyyətində olan mənzili girov qoymaqla həmin bank filialından 30.000 (otuz min) manat nağd pul götürmüş, götürdüyü krediti ödəmədiyi ndən “xxxx” ASC-nin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin borcun ipoteka tələbinə yönəldilməsi barədə qətnaməsi əsasında Zərərçəkmiş şəxs1in məxsus olan mənzil bankın mülkiyyətinə keçirilmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş «xxxx» ASC-nin qəbzlərindən görünür ki, Məhkum həmin bankla bağlanmış xx xxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 300xx xxxxxxxx 12138 manat banka ödəmişdir. Göründüyü kimi Məhkum və onunla birlikdə cinayəti törətmiş digər şəxs 30000 manat deyil, faktiki olaraq 17862 manat məbləğində pulu ələ keçirmişlər. Odur ki, apellyasiya məhkəməsinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi ilə bağlı mövqeyi tamamilə əsaslı və qanunidir. Bu s əbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində həmçinin, məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və onun törətmiş olduğu cinayətin ədalətli nəticəsi olmadığı iddia edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə tə siri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin olunmamış Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar