Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-358/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə ) Məhkum, xx xxxx 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Res publikası Məhkəməsinin 29 avqust 2001-ci il tarixli qərarı ilə CM-nin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, CM-nin 126.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 126.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkmək lə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 02 fevral 2021-ci il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 dəst 35 manat dəyərində şirəli qazanı, 1 dəst 65 manat dəyərində şirəli qazanı, 1 ədədi 65 manat olmaqla ümumilikdə 130 manat dəyərində iki ədəd 2x2,1 metr ölçüdə yorğanı, 1 ədəd 50 manat dəyərində “Gold excell” markalı 1,60x2.20 metr ölçüdə pambıq adyalı, 1 ədəd 75 manat dəyərində 2,15x2,35 metr ölçüdə “Parima” markalı pambıq adyalı, 1 ədəd 130 manat dəyərində 2,70x1,80 metr xalçanı, 1 ədəd 30 manat dəyərində 2x2,1 metr ölçüdə yataq örtüyünü gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 09 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin darvazasının üzərindən qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 ədəd 400 manat dəyərində “ERGO” markalı 82 sm dioqanallı LED televizoru, 1 ədəd 100 manat dəyərində “Toshiba” markalı notbuk kompüteri, 1 ədəd 50 manat dəyə rində “Sonashi” markalı Sİ-5044C modelli ütünü, 1 ədəd 20 manat dəyərində “Sonashi” markalı Sfh-904 modelli kiçik ölçülü kondisoneri, 1 ədəd 170 manat dəyərində 2 qram çəkidə 5,85 əyarlı alyans qızıl üzüyü, 1 cüt 350 manat dəyərində 4 qram çəkidə 5,85 əyarlı alyans qızıl sırğanı, 1 dəsti 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində “Carlorina” markalı yataq dəstini, 1 ədəd 80 manat dəyərində 2,50x2,10 metr ölçülü ağ qara zolaqlı adyalı, 1 ədəd 40 manat dəyərində 1,65x3,25 metr ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyünü, 1 ədəd 50 manat dəyərində 1,80x3,20 metr ölçüdə “Bahadır” markalı stol örtüyünü, 1 ədəd 35 manat dəyərində 1,30x1,80 metr ölçüdə üzəri naxışlı stol örtüyünü, 1 ədəd 30 manat dəyərində 3x1,60 metr ölçüdə torlu stol örtüyünü, 1 ədədi 30 manat dəyərində “SKYSTYLE” markalı 4 2-44 ölçülü kişi köynəyini, 1 ədəd 30 manat dəyərində “Amato Cerruti” markalı 41 ölçülü kişi köynəyini, 1 ədəd 30 manat dəyərində “Cesars” markalı 44 ölçülü kişi köynəyini, 1 ədədi 1 manat olmaqla ümumilikdə 30 manat dəyərində 30 ədəd sintetik kişi corablarını, 1 ədəd 100 manat dəyərində “Sony” markalı videokameranı, 1 ədəd 30 manat dəyərində 2,30x2,20 metr ölçüdə yataq üzünü, 1 ədədi 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd 0,60x0,75 metr ölçüdə ağ rəngli balınc üzünü, 1 ədəd 10 manat dəyərində “Staleks pro” markalı mətbəx əlcəyini, 1 ədəd 15 manat dəyərində “Sonashi” markalı SHS-2017 modelli saç ütüsünü, 1 ədəd 45 manat dəyərində “DAEWOO” markalı video kaset aparatını, 1 dəst 28 manat dəyərində “Matilda” markalı qadın alt geyim dəstini, 1 ədədi 10 manat olmaqla ümumilikdə 2 0 manat dəyərində 2 ədəd kişi qalstukunu, 1 ədədi 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd mis qazanı, 1 ədəd 350 manat dəyərində 8 litr tutumlu latun od savomarını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 2803 (iki min səkkiz yüz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 11 may 2021-ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 ədəd 500 manat dəyərində 6 qram çəkidə 5,85 əyarlı qızıl üzüyünü, 1 ədəd 40 manat dəyərində 4 qram çəkidə 925 əyarlı gümüş kişi üzüyünü, 1 ədəd 120 manat dəyərində “Eurolux” markalı 6,8 litr tutumlu elektirkli çaydanı, 1 ədəd 50 manat dəyərində “Star-x-super98” markalı peyk tunerini, 1 ədəd 20 manat dəyərində 2x1,60 metr ölçüdə göy rəngli adyalı, 1 ədəd 100 manat dəyərində “Arshia” markalı AMG-246 modelli ətçəkən maşını, 1 kiloqramı 20 manat olmaqla ümumilikdə 140 manat dəyərində 7 kiloqram çəkidə əridilmiş kərə yağını, 30 manat qəpik pulları, 1 ədəd 400 manat dəyərində 4x2,5 metr ölçüdə gəvəni, 1 ədəd 45 manat dəyərində “İncity girls” markalı zolaqlı donu, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd 2,70x5,80 metr ölçüdə pərdəni, 1 ədəd 20 manat dəyərində “VTF collection” markalı 0,47x0,40 metr ölçüdə yubkanı, 1 ədəd 40 manat dəyərində 42 ölçüdə “Tempest” markalı sa rı rəngli donu, 1 dəst 90 manat dəyərində “Lafate” markalı qadın kostyumunu (yubka+pencək+mayka), 1 ədəd 120 manat dəyərində “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcəni, 1 ədəd 100 manat dəyərində “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcəni, 1 ədədi 7 manat olmaqla ümumilikdə 21 manat dəyərində 3 ədəd 0,35x0,75 metr ölçüdə stəkan dəsmallarını, 1 dəst 50 manat dəyərində Giltex markalı yataq dəstinin üzünü (balınc, yorğan, döşək üzü), 1 ədəd 40 manat dəyərində 2,50x2,40 metr ölçüdə çarpayı üzlüyünü, 1 ədəd 12 manat dəyərində 1,70x0,60 metr ölçüdə qırmızı rəngli şalı, 1 ədəd 25 manat dəyərində 0,25 metr diametrli 0,10 mert hündürlüyündə “Aura” markalı sapılcanı, 1 ədəd 30 manat dəyərində 2x1,60 metr ölçüdə göy rəngli örtüyü, 1 ədəd 50 manat dəyərində “Svesso” markalı 40 ölçülü qara rəngli üzəri güllü donu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 6 ədəd şəffaf rəngli şüşə şirə qədəhlərini və 1 dəst 100 manat dəyərində 6 ədəd qədəhdən və 1 ədəd şirə qabından ibarət olmaqla bənövşəyi rəngli qədəh dəstini gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 2273 (iki min iki yüz yetmiş üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa 12 may 2021-ci il tarixdə o, qardaşı X12a məxsus fərdi yaşayış evində sonuncunun doğum günü məclisində Zərərçəkmiş şəxs1 onun böyük qardaşı Füzuliyə oturmaq üçün yer verməməsi səbəbindən ona irad bildirməsindən sonra aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs1 əsəbiləşərək onun üz nahiyyəsinə sillə vurmuş, bu zaman m asada olan digər şəxslər onları sakitləşdirmiş və onlar yenidən yeyib-içməyə davam etmiş, qardaşı X, əmisi oğlu X6 getdikdən, digər qardaşı X12 isə evin içərisinə keçdikdən sonra saat 23 radələrində Zərərçəkmiş şəxs1 öz evinə getmək üçün masadan qalxdıqda o, sonuncunu yola salmaq üçün birlikdə eyvandan pilləkənlə həyətə düşmüş, bu zaman Zərərçəkmiş şəxs1 onun tək qaldığını görüb böyük oğlunu onun yanına göndərə biləcəyini bildirdikdə, o, sonuncunun böyük oğlu barədə nalayiq ifadə işlətdiyinə görə aralarında şəxsi münasibəttlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 yenidən əsəbləşərək onu sillə ilə vurmuş, o, sillənin təsirindən səndələyərək yerə yıxılmış və anidən ayağa qalxaraq qisas almaq niyyəti ilə üzərində olan istintaq zamanı müəyyən edilməyən bıçaqla sonuncunun sağ əli nin I-II barmaqlar arası sahəsinin, burun nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığana yüngül zərər və bir ədəd qarın nahiyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və hadisə yerindən qaçıb getmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Hüseynov Sal man Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin), “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarlarına, habelə işin müəyən olunmuş faktiki hallarına istinad edərək həmin halları mübahisələndirən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum məhz xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması barədə ibtidai araşdırma orqanının gəldiyi həmin nəticə zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmasına baxmayaraq məhkumm olunmuş şəxsin törətdiyi əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 12 6.1ci maddəsinə tövsif edən birinci instansiyası məhkəməsi öz qənaətini kifayət qədər əsaslandırmamış, bu haqda hökm çıxararkən məhkəmə istintaqı zamanı müəyyən etdiyi halları əsas götürmüş, apellyasiya instansiyası məhkəməsi də düzgün olmaaraq həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Daha sonra kassasiya protestinin müəllifi araşdırılmış sübutlara müraciət edərək qeyd etmişdir ki, məhkəmələr cinayət əməlinin tövsifi ilə bağlı bu və ya digər nəticəyə gələrkən hadisənin motivinə, baş vermə səbəbinə təsir edən işin faktiki hallarını nəzərə alınmalıdırlar. Belə ki, hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs1 Məhkum böyük qardaşı ilə mübahisə etməsinə irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, bu zaman Məhkum “səni vuraram...” deyə bildirdik də Zərərçəkmiş şəxs1 da, gülərək zarafatla ona “məni vurmaq sənin başınçün deyil...” deyə cavab vermişdir. Həmçinin, digər şəxslər getdikdən sonra MƏhkumla Zərərçəkmiş şəxs1 birlikdə yeyib-içməyə davam etmişlər. Qeyd edilən işin faktiki halları hadisə zamanı orada olan digər şəxslər tərəfindən də təsdiq olunur və bir daha aydın olur ki, onlar arasında qisas alınacaq hər hansı münaqişə olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 evinə getmək istəyərkən onun məclisində qalmasını təkid edən Məhkum Zərərçəkmiş şəxs1 böyük oğlunu onun yanına göndərəcəyini dedikdə sərxoş vəziyyətdə sonuncunun oğlunun ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, Zərərçəkmiş şəxs1 da haqlı olaraq oğlunu təhqir etdiyi üçün Məhkum sillə vurmuşdur. İşin bu halını məhkəmələr qisas almaq niyyəti kimi qiymətlən dirməklə yanlışlığa yol vermiş, çünki münaqişənin səbəbi Zərərçəkmiş şəxs1 sillə ilə Məhkum vurması deyil, əksinə Məhkum Zərərçəkmiş şəxs1 oğlunu söyməsi olmuşdur. Yəni bu münaqişənin təşəbbüskarı Məhkum olmuş, məhz onun əxlaqsız hərəkətinə görə irad bildirmək mənasında qarşılıq olaraq Zərərçəkmiş şəxs1 onu sillə ilə vurmuş, etdiyi əxlaqsız hərəkətin davamı olaraq Məhkum öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 üstün tutmaqla ona bıçaqla xəsarətlər yetirmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini əsassız olaraq əhəmiyyətli dərəcədə dəyişdirməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarla rından irəli gələn mövqeyini və mövcud məhkəmə təcrübəsini nəzərə almamışlar. Kassasyia protestində şərh edilən bu dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasia şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zər ər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkəməl ər tərəfindən sübutların CPM-nin 143-146-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini və bunun nəticəsində Məhkum əməlinin CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyini iddia edərək öz kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı mü raciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədə n göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhk əmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Bununla yanaşı göstərilən konstitusiyon tələb tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamət lərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxsləri n Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əh əmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək və məhz məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən hökm çıxarmaq və ya iş üzrə digər yekun qərar qəbul etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi tə qdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ci ddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Ko nvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum cinayət əməlinin CM-nin 126.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum hökmlə təqsirli bilindiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini, yəni xuliqanlıq niyyətilə deyil, şəxsi m ünasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən sağlamlığa ağır zərər vurma, habelə yaşayış sahələrinə girməklə təkrarən oğurluq cinayətlərini törətməsi, kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı və dövlət ittihamçısı tərəfindən mübahisələndirilən işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 12 may 2021-ci il tarixdə qardaşı X12a məxsus fərdi yaşayış evində sonuncunun doğum günü münasibətilə keçirilən məclisdə Zərərçəkmiş ş əxs1 onun böyük qardaşı Xə oturmaq üçün yer verməməsi səbəbindən ona irad bildirməsindən sonra aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs1 əsəbləşərək onun üz nahiyyəsinə sillə vurmuş, bu zaman masada olan digər şəxslər onları sakitləşdirmiş və onlar yenidən yeyib-içməyə davam etmiş, qardaşı X, əmisi oğlu X6 getdikdən, digər qardaşı X12 isə evin içərisinə keçdikdən sonra həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs1 öz evinə getmək üçün masadan qalxdıqda o, sonuncunu yola salmaq üçün birlikdə eyvandan pilləkənlə həyətə düşmüş, bu zaman Zərərçəkmiş şəxs1 onun tək qaldığını görüb böyük oğlunu onun yanına göndərə biləcəyini bildirdikdə, o, sonuncunun böyük oğlu barədə nalayiq ifadə işlətdiyinə görə aralarında şəxsi münasibəttlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 yenidən əsəbləşərək onu sillə ilə vurmuş, o, sillənin təsirindən səndələyərək yerə yıxılmış və anidən ayağa qalxaraq qisas almaq niyyəti ilə üzərində olan istintaq orqanı tərəfindən müəyyən edilməyən bıçaqla zərər çəkmiş şəxsin sağ əlinin İ-İİ barmaqlar arası sahəsinin, burun nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığana yüngül zərər və bir ədəd qarın nahiyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və hadisə yerindən qaçıb getmişdir. Cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və oby ektiv araşdırılmış sübutlara) görə, Məhkum özünü yuxarıda təsvir olunan əməli törətməkdə təqsirli bilməsə də onun həmin əməli törətməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Hazırki iş üzrə qəbul edilmiş ekun məhkəmə aktlarında həmin sübutlar ətraflı təsvir edilsə də, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün onların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, 12 may 2021-ci il tarixdə saat 18 radələrində onun qonşuluğunda yaşayan X12 doğum günü olduğunu, özünə ad günü keçirəcəyini bildirib onu bu münasibətlə yaşadığı evdə keçirəcəyi məcl isə dəvət etmiş, o, da bu təklifi qəbul edərək X12un evinə getmiş, həmin vaxt evdə X12 və arvadı X olmuş, bundan sonra oraya X12un böyük qardaşı X, əmisi oğlu X6, bacısı X21 də gəlmişlər. Qadınlar evin içərisində hazırlanmış masada, onlar yəni kişilər isə eyvanındakı masada yeyib-içmiş, bir qədər sonra X12un kiçik qardaşı Məhkum da onlara qoşulmuş, onlar Məhkumla mehriban şəkildə yemək yeyib spirtli içki - araq içmişlər. Masada yeyib-içərkən Məhkumla böyük qardaşı X arasında səbəbini bilmədiyi mövzu barəsində mübahisə yaranmış, mübahisə zamanı Məhkum qardaşı Xnin ünvanına nalayıq ifadələr işlətdiyinə görə o, Məhkum iradını bildirirdikdə onların arasında mübahisə yaranmış və həmin mübahisə zamanı o, əsəbləşərək Məhkumu sillə ilə vurmuşdur. Bu vaxt Məhkum əməisi oğlu X6 və digər qonaqlar onl arı sakitləşdirmiş və onlar yenidən yeyib-içməyə davam etmişlər. Bir müddətdən sonra orada olan qonaqlar getmiş ev sahibi X12 isə oturduqları masadan qalxıb evin içərisinə daxil olmuşdur. Təxminən onlar saat 23 radələrinədək birlikdə spirtli içki olan araq içdikdən sonra o, artıq masadan qalxıb evinə getməyə qərar vermiş və bunu görən Məhkum da onu yola salmaq üçün masadan qalxmışdır. O, Məhkuma onu yola salmasına ehtiyac olmadığını desə də, onunla birlikdə gəlmiş, evin pilləkanından düşüb təxminən 3-4 metr piyada getmiş və Məhkumun tək qaldığını, tək qalmaması üçün sonuncuya böyük oğlunu onun yanına göndərə biləcəyini demişdir. Həmin vaxt Məhkum onun oğlunun ünvanına nalayiq ifadələr işlətmiş, o, isə bundan əsəbləşib Məhkumu sillə ilə vurmuşdur. Məhkum sillənin təsirindən səndələyib yerə yıxılmış və anidən ayağa qalxaraq üzərindən bıçaq çıxardıb onun qarın nahiyəsinə bir zərbə vurmuş, bu zaman o, əli ilə mane olmuş və bıçaq onun sağ əlini və burnunu kəsmiş, o, Məhkumu dayandırmaq üçün üzərinə getdikdə Məhkum qaçaraq oradan uzaqlaşmışdır. Eyni zamanda Şahid qeyd etmişdir ki, o, içkili olduğu üçün xəsarətlərinin elə də ciddi olmadığını düşündüyü üçün oradan küçəyə çıxmış, yaxınlıqda olan mağazaya gedib pivə almış, lakin artıq halının olmadığını görüb oradan özünün yaşadığı evə getməyə çalışmış, evinə çatmamış yolda halı özündə olmayaraq yıxılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadələrindən görünür ki, 12 may 2021-ci il tarixdə əmisi oğlu X12un dəvəti ilə o, sonuncunun ad günü münasibətilə yaşadığı evdə keçirdiyi məclis də olarkən bir qədər sonra oraya X12un qardaşı Məhkum da gəlmiş və onlar, o cümlədən X12un qonşusu Zərərçəkmiş şəxs1 mehriban şəkildə yemək yeyib spirtli içki içmışlər. Bu zaman Məhkumla böyük qardaşı X arasında səbəbini bilmədiyi mövzu barəsində mübahisə yaranmış və Zərərçəkmiş şəxs1 bu mübahisəyə müdaxilə edərək Məhkumun ünvanına nalayiq ifadələr işlədərək onun böyük qardaşı ilə mübahisə etməsinə görə iradını bildirmişdir.a Bir müddət sonra X oturduqları masadan qalxıb onlarla sağollaşıb getmiş və o, getdikdən sonra Zərərçəkmiş şəxs1 yenidən Məhkuma baxaraq sanki Məhkumun ünvanına deyirmiş kimi, oğru aləmindən danışmağa başlamış, hətta Zərərçəkmiş şəxs1 Məhkuma lazım olsa “mən istədiyim adamı götüzdürərəm” kimi sözlər demişdir. Həmin vaxt o, Məhkuma Zərərçəkmiş şəxs1in qonaq olduğunu, sə brli olmasını, ola bilsin Zərərçəkmiş şəxs1in sərxoş olduğu üçün belə danışdığını bildirmiş və bu zaman Zərərçəkmiş şəxs heç bir səbəb olmadan Məhkuma sol əli ilə sillə vurmuşdur. Bunu gördükdə o, dərhal araya girib onları sakitləşdirmiş, Məhkumu evin içərisində olan digər otağa salmış, Zərərçəkmiş şəxs1i isə X12 özü ilə birlikdə mağazaya aparmışdır. O, öz evinə getmək üçün taksi çağırdığına görə Zaurun evinin qarşısından taksiyə minib Zərərçəkmiş şəxs1la X12un getdikləri maqazinin qarşısından keçərkən orada Zərərçəkmiş şəxs1la Zaurun və yanlarında mağazanı işlədən oğlanın söhbət etdiklərini görmüşdür. Şahid X12 məhkəmə iclasında göstərmişdir ki, o, 12 may 2021-ci il tarixdə ad günü münasibətilə yaşadığı evdə məclis qurmuş və həmin məclisdə qardaşı X, bacısı X21, əmisi oğlu X6 və Zərərçə kmiş şəxs1, bir qədər sonra isə kiçik qardaşı Məhkum gəlmiş və onlar yeyib-içməyə başlamışlar. Masa arxasında olan zaman Məhkum böyük qardaşları X ilə mübahisə etmiş və həmin vaxt Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlədərək Məhkuma özündən böyük qardaşı ilə mübahisə etməməsini tələb etmişdir. Bununla belə yenə məclis davam etmiş, lakin bir müddət keçəndən sonra Məhkumla Zərərçəkmiş şəxs1 yenə mübahisə etməyə başlamış və Zərərçəkmiş şəxs1 Məhkumu sillə ilə vurmuşdur. Həmin vaxt əmisi oğlu X6 onları sakitləşdirməyə çalışmış və Zərərçəkmiş şəxs1 əsəbi şəkildə masanın üzərində olan şüşə stəkanı vurub sındırmışdır. Stəkan sınanda Zərərçəkmiş şəxs1un əli kəsilərək qanamışdır. Sonra onlar sakitləşib yenidən masa arxasında oturub yeyib-içməyə davam etmiş və məclisin sonlarına yaxın əmisi oğlu X6 evlərinə getmək üçün taksi sifarişi vermiş, taksi gələndən sonra Səyavuş həyat yoldaşını götürüb bayıra çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 da onlarla birlikdə bayıra çıxmış, o, da X6 və Zərərçəkmiş şəxs1gili yola salan zaman Zərərçəkmiş şəxs1 onunla birlikdə “pivə” almaq üçün mağazaya getməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs1la birlikdə mağazaya getmiş, onlar mağazadan “pivə” aldıqdan sonra Zərərçəkmiş şəxs1 mağazada qalmış, o, isə evinə qayıdaraq heyvanlara baxmaq üçün tövləyə girmiş və bu vaxt Məhkumla Zərərçəkmiş şəxs1un bayırda dayandıqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 “qaraçı dilində” kiminləsə mobil telefon vasitəsi ilə acıqlı şəkildə danışmışdır. Məhkum ona artıq gec olduğunu deyib, onunla sağollaşıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 yenidən “pivə” almaq üçün mağazaya gedəcəyini bildirib Məhkumun arxası ilə getmişdir. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs1un ailəsi onların evinə gəlib Zərərçəkmiş şəxs1un vurulduğunu söyləmiş, lakin o, yəni X12 bunun hansı şəraitdə baş verməsini görməmişdir. İbtidai araşdırma orqanının da, yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya protesti vermiş dövlət ittihamçısının da qənaətlərinə görə, Məhkum qarşı irəli sürülmüş ittihamda və kassasiya protestində 12 may 2021-ci il tarixdə X12un yaşadığı evdə və evin həyətində Məhkumla Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişənin təşəbbüskarı Məhkum olması, onun heç bir səbəb olmadan bıçaq zərbəsi ilə Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması göstərilsə də, şərh olunan sübutlardan görünür ki, hadisənin ilkin mərhələsində Məhkum Zərə rçəkmiş şəxs1 ilə deyil, qardaşı x ilə mübahisə etmiş və həmin vaxt sərxoş vəziyətdə olan zərər çəkmiş şəxs bu mübahisəyə müdaxilə edərək əvvəl Məhkum nalayiq ifadələrlə təhqir etmiş, sonra isə ona bir sillə zərbəsi vurmuş, lakin X6un müdaxiləsi nəticəsində bu münaqişənin qarşısı alınsa da, sonradan X12un yaşadığı evin həyətində Məhkumla Zərərçəkmiş şəxs1 arasındakı mübahisə davam etmiş, həmin vaxt da sonuncu məhkum olunmuş şəxsi sillə ilə vurmuş və buna cavab olaraq Məhkum üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişin qarın nahiyyəsindən zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarət yetirmiş (həmin xəsarətin dərəcəsi iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 iyun 2021-ci il tarixli 822 nömrəli rəyi ilə müəyyən edilmişdir), yəni zərər çəkmiş şəxsin sağlamılı ğna ağır zərər vurmuşdur. Məhkum bu əməlinə maddi hüquq normasının tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə, CM-nin 126.2.4-cü ma ddəsində isə bu əməllərin ümumi təhlükəli üsulla yanaşı xuliqanlıq niyyətilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun bu normalarının tələbinə və mənasına görə, şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla CM-nin 126.1-ci maddəsində göstərilən əməli törədərkən əsas meyar kimi onun bunun üçün heç bir motiv və səbəbinin olmaması müəyyən edilməli, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizl ik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsindən ibarətdir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq niyyətilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün isə təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq motivi bu xarakterli cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı ilə şərtləndirilirsə, əməl xuliqanlıq niyyətilə törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət əməlinin düzgün hüquqi tövsifin ə xüsusi əhəmiyyət verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda kon kret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilmə məsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həyat və sağlamlıq əleyhinə cinayət əməllərinin xuliqanlıq niyyətilə törədilməsi məsələsinə münasibət bildirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam ö ldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyə tilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin ş əxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası hesab edir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumunun əməldə həm xuliqanlıq cinayətinin tərkib əlamətlərinin, həm də xuliqanlıq niyyətinin olub-olmaması məsələsinə dair hüquqi mövqeyi, izah və tövsiyələri həmçinin zərər çəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ya ağır zərər vurulması cinayətlərinə dair işlərə baxılarəkən də nəzərə alınmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuş faktiki hallardan görünür ki, Məhkum zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmasına səbəb sonuncunun təşəbbüsü ilə başlanmış mübahisə, onların biri-birinin ünvanına nalayiq ifadələr işlətmələri, Zərərçəkmiş şəxs1 iki dəfə Məhkum sillə zərbələri vurması, sonuncu zərbənin təsiri nəticəsində onun yerə yıxılması, yəni zərərçəkmişin məhkum olunmuş şəxsə qarşı qeyri-qanuni hərəkətlər etməsi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal Məhkum ona qarşı edilən hərəkətlərə cavab olaraq Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərəri məhz xuliqanlıq niyyətilə vurması barədə fikir yürütməyə əsas vermədiyindən, onun əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin nəticəsi tamamilə qanuni və əsaslıdır, bu məsələ ilə bağlı kassasiya protestinin dəlilləri isə yalnız mülahizə və subyektiv xarakter daşıyır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum hazırki qərarda təhlil edilən əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin aşağıdakı normalarının tələblərini də nəzərə alıb bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübu ta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsind ə təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həll i üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulması ilə bağlı onun əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr ehtimal xarakterli yekun məhkəmə aktlarının qəbul edildməsindən imtina edərkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişlər. Belə ki, CPM-nin 349.5-ci ma ddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmi şdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci m addələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə təhlil edib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 126.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-358/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-358/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver