Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-358/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, məhkumun müdafiəçisi Həsənov İbarət Əhəd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2023 nömrəli, 26 oktyabr 2023-cü i l tarixli qərarından Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx cü il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 15 fevral 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 mart 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərə findən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası Şahid1 məxsus “Hyundai Solaris minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, Lənkəran rayonunun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini, vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamə tində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu, Şağlaser kənd sakini, 21 avqust 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs etibarnamə əsas ında idarə etdiyi “Nissan Tiida” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs canlı şəxslərdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik - ənsə nahiyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası (hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqə rəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 1(049)-173/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, mülki iddianın baxılmamış saxlanılması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov İbarət Əhəd oğlu apellyasiya şikayəti verib, hökmün ləğv olunması, təqsirləndirilə n şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmasının hadisə ilə səbəbli əlaqəsinin olması sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Zərərçəkmiş şəxs hadisə ərəfəsində idarə etdiyi “Nissan Tida” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağı na çıxaraq ötmə əməliyyatı aparan zaman idarə etməni itirərək, avtomobilini öz hərəkət zolağı ilə hərəkət edən Məhkum “Hyundai Solaris” markalı **-NC-*** qeydiyyat nişanlı avtomobilinə istiqamətləndirmişdir. Nəticədə Zərərçəkmiş şəxs avtomobili Məhkum avtomobili toxunduqdan sonra aşmışdır. Bu hal həm hadisə günü istintaq orqanı, həm də hadisənin səhəri günü Məhkum özünün çəkdiyi fotoşəkillərlə sübuta yetirilir. Həmin fotolardan açıq-aydın görünür ki, Məhkum idarə etdiyi “Hyundai Solaris” markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobilin sol ön qapısında olan qara rəngli dairəvi formalı iz “Nissan Tida” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobilin təkər izidir. Lakin bu xüsusata nə istintaq orqanı, nə də ki, birinci instansiya məhkəməsi əhəmiyyət verməmişdir. İşin müəyyən olunmuş halları ilə müəyyən olunur ki, hadisənin baş verməsinə Məhkum idarə etdiyi avtomobillə sürət həddini aşması deyil, məhz Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə ötmə əməliyyatı aparan zaman avtomobili Məhkum nəqliyyat vasitəsinə çırpması səbəb olmuşdur.
8. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və mülki iddianın təmin olunmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2023 nömrəli, 26 oktyabr 2023-cü tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov İbarət Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəs i Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-173/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum hökm üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 03 (üç) ilədək müddətə artırılmış və ona 01 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etira zlar
11. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları olduğu kimi təkrarlamaqla, Məhkum əməlində cinayətin tərkibinin olmadığını iddia edib sonuncuya bəraət verilməsini xahiş edir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlar a hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi Həsənov İbarət Əhəd oğlu kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-n in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyas iya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Mə zahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
21. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılanlardan fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin sözüge dən məsələ üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi q ərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsı