Məhkəmə qərarları › İş №1(102)-359/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-359/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-359/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, mülki iddiaçının nümayəndəsi x1 iştirakları ilə, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxx 2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 saylı Ərazi Vergilər İdarəsinin rəisi x7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.A.Səfərov) x2- x 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, ü1-da qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhr um edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddətinə şərti məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 213.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək hazırda cəza çəkən x3 təşkil etdiyi qabaqcadan birləşmiş sabit cinayətkar qrup mütəşəkkil dəstənin tərkibində, aralarında aparılmış vəzifə bölgüsünə əsasən, 2012-2013- cü illər, yəni uzun müddət ərzində cinayətkar fəaliyyətlə məşğul olaraq, x4-də təsis edilmiş 66 məhdud məsuliyyətli cəmiyyətin (MMC) 1-də direktor vəzifəsinə təyin edilərək, vahid niyyətlə külli miqdar təşkil edən 104046,61 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, x5-nin direktor müavini vəzifəsinə təyin edilmiş, lakin həmin məhdud məsuliyyətli cəmiyyətə faktiki olaraq rəhbərlik edən x3 birlikdə, cəmiyyətin nizamnaməsinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılması, rəsmiləşdirməsinin təşkil edilməsi, bununla əlaqədar müəssisənin direktoru kimi qeyd olunan vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.12, 157, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq həmin cəmiyyət in qeydiyyatda olduğu vergi orqanına bəyannamələr təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək, müəssisələrin hesablaşma- hesablarına daxil olan pul vəsaitlərini banklardan nağd şəkildə çıxarıb Ələkbər İsmayılova vermiş, mütəşəkkil dəstənin tərkibində külli miqdar təşkil edən 104046,61 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yaymdırılmasmda iştirak etmişdir. Belə ki, x2 x3 tərəfindən, hüquqi ünvanı ü1 olan, vergi ödəyicisi kimi 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan və Bakı şəhərində fəaliyyət göstərən x5-nin direktor müavini vəzifəsinə təyin edilərək, 2012-ci ilin 4-cü rübü üzrə cəmiyyətin dövriyyəsinin 52419,00 manat, müvafiq olaraq sadələşdirilmiş verginin 2096,76 manat, 2013-cü ilin 1-ci rübü üzrə dövriyyəsinin 78526,75 manat, bu dövriyyədən sadələşdirilmiş verginin 3141,07 manat olmasına və həmin dövriyyədən Vergi Məcəlləsinin 220.1-ci maddəsinin tələblərinə əsasən 4% dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı olduğu halda, həmin rüblər üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin olmadığını göstərərək, 2012-ci ilin 4-cü rübü üzrə 2096,76 manat, 2013-cü ilin 1-ci rübü üzrə 3141,07 manat məbləğində sadələşdirilmiş vergini; x5-nin 2013-cü ilin oktyabr ayından 2014-cü ilin yavnvar ayları ərzində vergi tutulan əməliyyatlarının həcmi 130945,75 manat məbləğində olduğuna görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cəmiyyətin əlavə dəyər verg isi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmasına dair vergi orqanına ərizə təqdim etməli olduğu halda, müvafiq ərizə ilə vergi orqanına müraciət etməmiş və 2013-cü ilin yanvar ayında cəmiyyətin ƏDV tutulan dövriyyəsi 120000,00 manatı keçdiyi halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 2013-cü ilin fevral ayı üzrə 41575,73 manat, mart ayı üzrə 8157,36 manat, aprel ayı üzrə 14991,55 manat, may ayı üzrə 10657,00 manat, iyun ayı üzrə 7988,27 manat, cəmi 83369,91 manat məbləğində əlavə dəyər vergisini; x5-nin 2013-cü il üzrə mənfəəti 463166,10 manat, mənfəət vergisi 15438,87 manat qklüğh h'alda, qeydiyyatda olduğu vergi orqanına mənfəət vergisinin bəyannaməsini təqdim etməyərək 2013-cü il üzrə 15438,87 manat məbləğində mənfəət vergisini, ümumilikdə külli miqd ar təşkil edən 104046,61 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 saylı Ərazi Vergilər İdarəsinin direktoru x6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 saylı Ərazi Vergilər İdarəsinin rəisi x7 kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, 104.046,61 manatın x3 ilə yanaşı müştərək qayda da x2ndan da tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 saylı Ərazi Vergilər İdarəsinin rəisi x7 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, x2 x3 tərəfindən hüquqi ünvanı ü1 olan, vergi ödəyicisi kimi 08 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan və Bakı şəhərində fəaliyyət göstərən x5-nin direktor müavini vəzifəsinə təyin edilərək, 2012-ci ilin 4-cü rübü üzrə 2096, 76 manat, 2013-cü ilin 1-ci rübü üzrə 3.141,07 manat, cəmi 5237,83 manat sadələşdirilmiş vergi, 2013-cü il üzrə 15.438,87 manat mənfəət vergisi, həmin ilin fevral-iyun ayları üzrə 83.369,91 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, külli miqdar təşkil edən 104.046,61 manat məbləğində verg ilər dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu fakt apellyasiya instansiya məhkəməsinin qərarında da öz əksini tapmışdır. Cinayət işi x2na münasibətdə ayrıca icraata ayrıldığından, lakin cinayət əməli mütəşəkkil dəstənin tərkibində törədildiyindən x5-də yayındırılan 104.046,61 manat mülki iddianın hər iki təqsirləndirilən şəxsdən müştərək müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməli idi. Yasamal Rayon Məhkəməsi x2na qarşı mülki iddianın və tələbin olmadığı barədə yanlış qənaətə gəlmişdir. 0na görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin 1-ci cildinin 76-cı vərəqində dəymiş ziyanın ödənməsi barədə mülki iddia ərizəsinin fotosürəti əlavə edilmişdir. Həmin iddia ərizəsi iddiaçının nümayəndəsi kimi göstərilmiş x8 tərəfindən imzalanmamışdır. Ərizənin sonunda əsli ilə düzdür ştampı vurulmuş, lakin həmin ərizənin əsli ilə doğruluğunu təsdiq edən şəxs və onun vəzifəsi göstərilməmişdir. Ərizədə cavabdehin kim olması, o cüm lədən x2 cavabdeh olması göstərilməmişdir. Ərizənin məzmununda da x2 cavabdeh olub-olmaması, hansı əsalarla cavabdeh olması əsaslandırılmamışdır. Bundan başqa həmin ərizəni imzalamaq səlahiyyəti verilmiş işin 1-ci cildinin 77-ci vərəqində olan etibarnamə də qanunun tələbinə uyğun tərtib edilməmişdir və həmin etibarnamə də müvafiq səlahiyyəti olan şəxs tərəfindən imzalanmamışdır və möhür vurulmamışdır. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən 149.

1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Göründüyü kimi nə iddia ərizəsi, nə də həmin ərizəni imzalamış şəxsin səlahiyyətləri qanunda nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və əsaslandırılmamışdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə mülki iddia üzrə tələb 549.104,0 manat məbləğundə pul x3ndan və 118875,05 manat məbləğində pul isə x9 tutulmuşdur. Həmin hökm qanuni qüvvədədir. Mülki iddia üzrə digər cavabdehlər x2na qarşı hər hansı reqres tələb irəli sürməmişlər. Kreditorun bütün tələbləri mülki iddianı tam ödəməli olan cavabdehlərin üzərinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509-cu maddəsinə əsasən: 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hü ququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə mülki iddiaçının kassasiya şikayəti hüquqi cəhətdən əsassız hesab edilir və təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbay can Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. x2nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 saylı Ərazi Vergilər İdarəsinin rəisi x7un kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar