Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-359/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 1(012)-34/2020 nömrəli 02 mart 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Beyləqan rayonunun Aşqallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonunun Aşqallar kəndində qeydiyyatda olmaqla Tovuz rayonunun Cəlilli kəndində yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilımiş, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından ç ıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Beyləqan rayon Əlinəzirli kənd sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N №-li hərbi hissəsində həqiqi hərbi xidmət edən oğlu Nəsir Nəsirovu xidmət etdiyi həmin hərbi hissədə saxladacağını vəd edərək inandırmış, 13 dekabr 2014-cü il tarix də Gəncə şəhərində yerləşən N №-li hərbi hissənin qarşısında əvvəlcədən razılaşdıqları kimi işin həlli üçün bu məqsədlə 800 (səkkiz yüz) manat pulunu ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu, Bozalqanlı kənd sakini Zərərçəkmiş şəxs3 bacısı oğlu X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Müddətdən artıq həqiqi hərbi qulluqçu” vəzifəsinə işə düzəldəcəyini vəd edib inandırmış,bu məqsədlə 19 mart 2016-cı il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Tovuz rayonu, Bozalqanlı kəndindəki evində işin həlli üçün 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu, Bozalqanlı kənd sakini Zərərçəkmiş şəxs3 Tovuz rayon Yaşıllaşdırma İdarəsində xadimə və əri Abdullayev Rəhmanı isə sürücü kimi işə düzəldəcəyini vəd edib inandırmış, bu məqsədlə 2016-cı ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs3 yaşadığı Tovuz rayonu, Bozalqanlı kəndindəki evində işin həlli üçün 700 manat məbləğində pulunu, bundan sonra həmin ərəfədə Tovuz şəhəri “Nəsimi” bazarında 550 manat pulunu alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və Zərərçəkmiş şəxs3 ümumilikdə 1250 (bir min iki yüz əlli) manat məbləğində ma ddi ziyan maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs1 internat uşaqları üçün Bakı şəhəri, Yasamal rayonunda tikilən binadan mənzil alıb verəcəyini vəd edib inandırmış, 12.10.2017-ct il tarixdə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 2, ev 3 saylı ünvanda 200 manat, 10.10.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 2000 manat, daha sonra yenidən Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə 800 manat pulu, yəni ümumilikdə 3000 (üç min) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şə xs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibarından sui- istifadə edib həmin şəxsin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs1 17.11.2017-ci il tarixdə kirayə yaşadığı ünvan 2 ünvana köçərkən evdə qalmış əmlaklarından bir ədəd 300 manat dəyərində «Dnepr» markalı soyuducunu, bir ədəd 100 manat dəyərində tozsoranı, bir ədəd 100 manat dəyərində elektrik radiatorunu və bir ədəd 100 manat dəyərində elektrik sobasını, yəni ümumilikdə 600 (altı yüz) manat dəyərində əmlakı səhəri günü həmin evdən özü gətirəcəyini vəd edib inandırmış, lakin verdiyi vədə əməl etməyərək 18.11.2017-ci il tarixdə qeyd olunan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov, (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 20 avqust 2020-ci il tarixli hökmü ilə Abşeron Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2020-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, əməlində cəzasını yüngülləşdirən hallar kifayət qədər ə nəzərə alınmamış və nəticə etibarı ilə ona ağır cəza təyin edilmişdir. Belə ki, kassator şikayətində qeyd edir ki, həyat yoldaşı və sonradan həbsdə olduğu zaman iki övladı vəfat etmiş, ilk dəfədir məhkum olunur, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, ata və anası yaşlı olmaqla yanaşı ağır xəstəlikdən əziyyət çəkirlər, valideynləri 2-ci qrup əlil olmaqla onun himayəsindədirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsin ə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə sinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, cinayət işi materiallarında şübhəli şəxsin istintaq orqanına könüllü gəlməsi barədə protokol vardır. Həmin protokol Abşeron RPİ-nin İŞ-in müstəntiqi tərəfindən tərtib edilmişdir. Şübhəli şəxs protokolda barəsində axtarış elan olunduğunu bilərək dərhal ibtidai istintaq orqanına gəlməsi qeyd edilmişdir. Bundan başqa, Məhkum şikayətində həyat yoldaşının, övladlarının vəfat etdiyini, ana və atasının ağır xəstəlikdən əziyyət çəkdiyini, onların onun himayəsində olduğunu qeyd etməsi, törətdiyi əməldən peşmançılıq çəkməsini qeyd etmişdir. Azərbaycan Respublik ası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə təsbit olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 8-ci bəndində izah olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür, bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır, məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu, xüsusən də cəza çəkdiyi müddətdə davranışını, məhkəmə tərəfindən müəyyən edilməmiş halları yəni həyat yoldaşının və övladlarının vəfat etməsini müstəsna hallar kimi nəzərə almaqla hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq olunmasına və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsinə əsaslar vardır və məhz belə cəza təyin edilməklə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməs i birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 20 avqust 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 20 avqust 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tət biq edilməklə ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, onun iki gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-359/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-359/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver