Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-359/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarı ilə X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qocayev Babək Lətif oğlunun kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qocayev Babək Lətif oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Nuriyev) 01 avqust 2022-ci il tarixli, 1(010)-270/2022 nömrəli qərarı ilə X3 Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair Qocayev Babək Lətif oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Q ocayev Babək Lətif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli (İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, X3 cinayət məsuliyyətinə cəlb olunmasına dair Qocayev Babək Lətif oğlunun xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qocayev Babək Lətif oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qocayev B abək Lətif oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittiham qaydasında şikayət verən Qocayev Babək Lətif oğlunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyasının “kütləvilik halının olmamasını” bildirməsi və “elektron məhkəmə siteminə yerləşdirilən izahatın həmin iş üzrə prosessual sənəd kimi prosessual şəxslərdən kənar şəxslər üçün əlçatan olmur və heç bir halda kütləvilik yaratmır” kimi fikirləri yanlışdır. Belə ki, sözgedən işdə barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X6 tərəfindən imza edilən və onun vəkili tərəfindən yazılaraq məhkəmə dəftərxanasına təhvil verilən təhqirlərin yer aldığı izahat dəftərxanaya verildiyi andan artıq kütləvilik halı yaranmışdır. Çünki məhkəmə dəftərxanasında azı 5 nəfər əməkdaş iş ləyir ki, onlardan heç də prosessual şəxslər deyildirlər. Təhqirlərin yer aldığı izahat isə dəftərxana əməkdaşları tərəfindən oxunaraq qəbul edilir və kütləvi şəkildə yayılma halı anıq həmin sənəd elektron məhkəmə sisteminə yerləşdirilənə qədər mövcud olmuşdur. Daha sonra isə birinci instansiya məhkəməsində sözügedən mülki iş üzrə məhkəmə icraatında yeddi dəfə hazırlıq iclası keçirilmişdir (hər dəfə əsassız yerə təxirə salınmaqla). Həmin iclasların keçirildiyi məhkəmə prossesində işdə iştirak edən şəxslərdən başqa sözügedən işə aidiyyatı olmayan digər vəkillər və şəxslər də olmuşdur ki, bu da kütləvi şəkildə barəmdə işlədilən təhqiramiz ifadələrin onlar tərəfindən də eşidilməsinə səbəb olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün işin yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Xüsusi ittiham qaydasında Qocayev Babək Lətif oğlu tərəfindən verilmiş kassasiya şikayətində X6 barəsində cinayət məsuliyyətinə cəlb edilməsindən imtina edilməsi barədə qərarın əsassız olaraq qəbul edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1. 1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydası nda şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sairə) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdir ildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər teleradio proqramları və kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından, iş materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, aşağıdakı əsaslara görə kas sasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qocayev Babək Lətif oğlunun iddia etdiyi böhtan və təhqir xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında deyil, X3 mülki iş üzrə məhkəməyə ünvanlanmış yazılı izahatında əks olunmuş və həmin izahat sonuncunun özü tərəfindən deyil, vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən tərtib edilmiş, X6 isə sadəcə olaraq həmin izahatını imzalamışdır. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarına istinad etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin tələbindən və mənasından göründüyü kimi hər şəxsin xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilk növbədə onun ifadə etdiyi məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması halı mövcüd olmalıdır. Həmin hal olmadan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, sözügedən izahatın “Elektron Məhkəmə” informasiya sistemində yerləşdirilməsi həmin iş üzrə prosessual sənəd kimi prosessual şəxslərdən kənar şəxslər üçün əlçatan olmur və heç bir hal da kütləvilik yaratmır. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir:.....-şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3);...-cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); -şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə düzgün olaraq xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılarkən, X6 tərəfindən Qocayev Babək Lətif oğluna kütləvi böhtan atılmasını təsdiq edən heç bir mötəbər sübutun göstərilməməsinə və bu tələblərə cavab vermədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul etmiş, apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin Qocayev Babək Lətif oğlunun xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət verən Qocayev Babək Lətif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-359/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-359/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver