Məhkəmə qərarları › İş №1(102)-36/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-36/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-36/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Dülyar oğlu və onun müdafiəçiləri, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X35 və Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, i şləməyən, ünvan qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Dülyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), T.X.Nəsrullayeva və N.A.Kərimov) Məhkum Dülyar oğlu Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 179.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 308.2-ci maddəsi ilə 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, mühasib və digər maddi məsul rəhbər vəzifə tutmaq (müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum Dülyar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), N.R.Mövsümov və H.Ə.Nəbiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum X barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, külli miqdarda ziyan vurmaqla və əmlak hüquqlarını əldə etməklə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş külli miqdarda özgə əmlakını təkrarən mənimsəməklə talamış, xidməti vəz ifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, Məhkum x xx xxxxxxxx 2004-cü ildən xx xxxxxxxx 2012-ci il tarixədək “Term” kompaniyasının mühasibi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmə məqsədilə, “Term” kompaniyası ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, RBSF/TR-479 nömrəli baş kredit müqaviləsinə əsasən, təsisçi X16 arvadı X38ma məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 0,061 ha torpaq sahəsindəki 5 gir işli, 513,64 kv.metr ümumi, 64,8 kv.metr əsas və 449,24 kv.metr köməkçi sahələrdən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış sahəsinin - əmlakın girov qoyulmaqla, təmir-tikinti layihəsinin görülməsi məqsədi ilə istifadə olunmaq üçün bank tərəfindən açılmış 400.000 manat məbləğində kredit xətti üzrə, kompaniyanın fəaliyyəti ilə əlaqədar ayrı-ayrı işlərin yerinə yetirilməsinə və xərclərin bağlanmasına görə pul vəsaitlərinin ayrılmasının zəruri olduğuna müəssisənin baş mühasibi X44, direktorları X23 və X24 inandıraraq, mal-materialların alınmasına, pul vəsaitlərinin xərcləri üzrə hərəkətinə, tikinti-quraşdırma və s. işlərin yerinə yetirilməsinə etibar edilmiş səlahiyyətli şəxs kimi aldadıb, həmin şəxslərin imzaları ilə təsisçisi X16 məlumatı və razılığı olmadan qeyd edilən bankın filialından kom paniyaya xx xxx 2010-cu il tarixdə 20.450 manat, xx xxxx 2010-cu il tarixdə 20.000 manat, xx xxxxxx 2010- cu il tarixdə 8.000 manat, xx xxxxxxxx 2010-cu il tarixdə 10.000 manat, xx xxxxxxx 2010-cu il tarixdə 90.000 manat, xx xxxxxx 2010-cu il tarixdə 30.000 manat, xx xxxxxx 2010-cu il tarixdə 8.000 manat, xx xxxx 2011-ci il tarixdə 24.760 manat, xx xxxxxx 2011-ci il tarixdə 38.000 manat, xx xxxxxxx 2011-ci il tarixdə 20.000 manat, xx xxxxxx 2011-ci il tarixdə 20.000 manat, xx xxxxx 2012-ci il tarixdə 30.000 manat və xx xxxx 2012-ci il tarixdə 20.000 manat olmaqla, ümumilikdə 339.210 (üç yüz otuz doqquz min iki yüz on) manat məbləğində kreditin rəsmiləşdirilməklə ayrılmasına nail olub, həmin məbləğdə pul vəsaitlərini x1, x2 və x3 vasitəsilə Sumqayıt şəhərində bankın xəzinəsindən götürdükdən sonra, həmin şəxslərdən alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə qeyd olunan kompaniyaya məxsus külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib etibar olunmuş özgə əmlakını təkrarən talama məqsədilə, 2009-cu ilin dekabr ayının əvvəllərində «Term» kompaniyasının direktoru X36 şəxsi işlərinin həlli üçün pul vəsaitinə ehtiyacının olmasını və bununla bağlı hər hansı bir bankdan kredit vəsaiti götürmək istədiyini aralarında olan söhbətləri zamanı deyərkən, kompaniya ilə «xxxx» ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, RBSF/TR-479 nömrəli baş kredit müqaviləsinə əsasən, təsisçi X16 a rvadı X38ma məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 0,061 ha torpaq sahəsindəki 5 girişli, 513,64 kv.metr ümumi, 64,8 kv.metr əsas və 449,24 kv.metr köməkçi sahələrdən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış sahəsinin - əmlakın girov qoyulmaqla, təmir- tikinti layihəsinin görülməsi məqsədi ilə istifadə olunmaq üçün bank tərəfimdən açılmış 400.000 manat məbləğində kredit xəttinin olmasını və həmin kredit vəsaiti üzrə müvafiq qaydada istənilən məbləğdə pulun götürülüb sonradan ödənişin aparılmasının mükünlüyünü bildirib, etibar edilmiş səlahiyyətli şəxs kimi təsisçi X16 məlumatı və razılığı olmadan kompaniyanın baş mühasibi X44 və direktor X17 imzaları ilə təsdiq olunmuş xx xxxxxx 2010-cu il tarixli kassa məxaric orderi əsasında 12.000 manat vəsaiti götürüb x1 verdikdən sonra, sonuncu tərəfindən həmin tarixdən başlayaraq 18 ay ərzində kreditin əsas və faiz borcları üzrə ödənilən aylıq 830 manat olmaqla, ümumilikdə isə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində “Term” kompaniyasına məxsus pul vəsaitlərini Sumqayıt şəhərindəki iş yerində alıb, banka ödəmədən özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar edilmiş qeyd olunan külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib, təkrarən, talamışdır. Bundan əlavə, o, yuxarıda qeyd olunan vəzifədə və xx xxxxxxxx 2012-ci ildən xx xxxxxxx 2014-cü il tarixədək kompaniyanın direktoru işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş özgənin külli miqdarda əmlakını vahid niyyətlə təkrarən talama məqsədilə, “Term” kompaniya ilə «xxxx» ASC-nin Sumqayıt filialı arasında bağ lanmış xx xxxxxxx 2008-ci il tarixli, RBSF/İR-109 nömrəli baş kredit müqaviləsinə əsasən, təsisçi X25 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərzisində yerləşən 0,12 ha torpaq sahəsində olan 2 mərtəbəli, 4 otaqlı 86,58 kv.metr ölçüdə yaşayış və 185,41 kv.metr ölçüdə köməkçi sahəyə malik 2157V nömrəli bağ evindən ibarət girov qoyulmuş əmlakın müqabilində, həmin tarixdə bank tərəfindən iri və xırda buynuzlu heyvanlar və avadanlıqların alınması üçün kompaniyaya ayrılmış 185.000 manat məbləğində kredit vəsaiti üzrə əsas və faiz ödənişlərinin aparılması üçün təsisçi Tofiq Hüseynliyə məxsus “Sumqayıt Çörək” ATSC tərəfindən X11 vasitəsilə göndərilən və ya birbaşa Sumqayıt şəhərində özünə verilməklə etibar olunmuş pul vəsaitlərini, yəni xx xxxx 2012-ci il tarixdə 850 manat, xx xxx 20 12-ci il tarixdə 850 manat, xx xxxxxxxx 2012-ci il tarixdə 9.800 manat, xx xxxxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxxxxxx 2013-cü il tarixdə 9.800 manat, xx xxxxxxx 2013-cü il tarixdə 9.800 manat məbləği banka ödəməyərək, eyni zamanda xx xxxxxx 2012-ci il tarixdə aldığı 9.800 manatdan 8.827,2 manat, xx xxxxxx 2012-ci il tarixdə aldığı 9.800 manatdan 5.227,1 manat, xx xxxxxx 2013-cü il tarixdə aldığı 9.800 manatdan 720 manat, xx xxxxx 2013-cü il tarixdə aldığı 9.800 manatdan 725,5 manat ödəniş etməklə, həmçinin xx xxxxxx 2012-ci il tarixdə 4,41 manat, xx xxxx 2012-ci il tarixdə 1,2 manat, xx xxxxxx 2012-ci il tarixdə 60 manat, 2012-ci ilin oktyabr ayında 109 manat məbləğində artıq ödəniş aparmaqla, ümumilikdə xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxxx 2012-ci il tarixədək banka ödənilməsi üçün aldığı 163.572 manat vəsaitin 50.146,4 manatını ödəyib, qalan 113.425,6 (yüz on üç min dörd yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində pul vəsaitlərini ödəməyərək, həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə təkrarən talamışdır. Bundan əlavə, o, göstərilən vəzifələrdə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmə məqsədilə, “Term” kompaniyası tərəfindən inşa olunmuş S umqayıt şəhəri, 44-cü məhəllə 3 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 25 saylı mənzilin xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında kompaniya tərəfindən Zərərçəkmiş şəxs3 106.697.500 AZM-ə və ya 21.339,5 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli qəpik) manata satılmasına baxmayaraq, həmin mənzilin qaynatası X18 məxsus olması barədə saxta rəsmi sənədləri - xx xxxxxx 2013-cü il tarixli saxta maliyyə və «ətraflı» arayışları tərtib edib imzası və kompaniyanın möhürü ilə təsdiq edərək, Kərim Gülməmmədovun vasitəsilə adına xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarış alı b, Zərərçəkmiş şəxs3 məxsus külli miqdar təşkil edən 106.697.500 AZM və ya 21.339,5 (iyirmi bir min üç yüz otuz doqquz) manat dəyərində mənzilə - əmlaka olan hüquqlarını öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə edib, təkrarən, dələduzluq etmiş, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib saxta sənədləşmə əsasında qaynatasmın adma rəsmiləşdirdiyi qeyd olunan mənzilin xx xxxx 2013-cü ildə qohumu X2 və həmin tarixdə mənzilin “xxxx” ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə 25.000 (iyirmi beş min) manat məbləğində ipoteka krediti rəsmiləşdirilməsini təşkil edərək, krediti ödəməyəcəyi təqdirdə girov qoyduğu əmlakın müsadirə edilməsinin mümkün olmadığını bildiyi halda, həmin vəsaiti Sumqayıt şəhərində götürüb özünün şəxsi ehtiyaclarına sərf edərək, kreditin ödənmə imkanlarını aradan qaldıran həmin hərəkətləri ilə “xxxx” ASC-nin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifələrdə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə, “Term” kompaniyası tərəfindən inşa olunmuş Sumqayıt şəhəri, 44-cü məhəllə 3 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 24 saylı mənzilin kompaniya tərəfindən 106.697.500 AZM-ə və ya 21.339,5 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli qəpik) manata Zərərçəkmiş şəxs4 satılmasına və xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun arvadı X12 adına sənədləşdirilməsinə baxmayaraq, həmin mənzilin arvadı X8 məxsus olması barədə saxta rəsmi sənədləri - xx xxxxx 2013-cü il tarixli saxta maliyyə arayışı və saxta ətraflı arayış tərtib edib imzası və kompaniyanın möhürü ilə təsdiq edərək, Xatirə Gülməmmədovanın vasitəsilə xx xxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarış alaraq Zərərçəkmiş şəxs4 məxsus külli miqdar təşkil edən 106.697.500 AZM və ya 21.339,5 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli qəpik) AZN dəyərində mənzilə - əm laka olan hüquqlarını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə əldə edib, təkrarən, dələduzluq etmiş, həmçinin xidməti vəzifələrinin icrası üçün özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, qanunsuz olaraq ipoteka krediti götürmək üçün, kreditor bank tərəfindən məqsədli ipoteka kreditinin qohumluq münasibətində olduğu şəxsə məxsus yaşayış sahəsi üçün verilmədiyni əvvəlcədən bildiyindən, saxta sənədlər əsasında Xatirə Gülməmmədovanın adına rəsmiləşdirdiyi göstərilən mənzilin xx xxxxxxxx 2014-cü ildə tanışı X19, sonuncu tərəfindən isə xx xxxxxxxx 2014-cü il tarixdə qardaşı X27 alqı-satqı müqaviləsi əsasında satılmasının və nəticədə qeyd olunan mənzilin x3 adın dan xx xxxxxxxx 2014-cü il tarixdə “xxxx” ASC-yə girov qoyulmaqla güzəştli şərtlərlə 50.000 (əlli min) manat məbləğində qanunsuz ipoteka kreditinin rəsmiləşdirilməsini təşkil edərək, krediti ödəməyəcəyi təqdirdə girov qoyduğu əmlakın müsadirə edilməsinin mümkün olmadığını bildiyi halda, həmin məbləğdə vəsaiti Sumqayıt şəhərində götürüb özünün şəxsi ehtiyaclarına sərf etməklə “xxxx” ASC- nin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Daha sonra, o, qeyd olunan vəzifələrdə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmə məqsədilə, “Term” kompaniyası tərəfindən inşa olunmuş Sumqayıt şəhəri, 44-cü məhəllə 3 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 114,8 kv.metr olan 23 saylı mənzilin xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında kompaniya tərəfindən Zərərçəkmiş şəxs4 140.630.000 AZM-ə və ya 28.126 (iyirmi səkkiz min yüz iyirmi altı) manata satılmasına baxmayaraq, həmin mənzilin arvadı X26ma məxsus olması barədə saxta rəsmi sənədləri - xx xxxxx 2013-cü il tarixli saxta maliyyə və «ətraflı» arayışları tərtib edib imzası və kompaniyanın möhürü ilə təşdiq edərək, arvadı X6 vasitəsilə xx xxxxx 2013-cü il tarixdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmjakm Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarış alıb, Zərərçəkmiş şəxs4 məxsus külli miqdar təşkil edən 140.630.000 AZM və ya 28.126 (iyirini səkkiz min yüz iyirmi altı) manat dəyərində mə nzilə - əmlaka olan hüquqlarını öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə edib təkrarən dələduzluq etmiş, həmçinin xidməti vəzifələrinin icrası üçün özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, təsisçisi olduğu “xxxx” MMC-yə qanunsuz kredit vəsaitinin ayrılması üçün, saxta sənədləşmə əsasında arvadı Xatirə Gülməmmədovanm adma rəsmiləşdirdiyi Sumqayıt şəhəri, 44-cü məhəllə 3 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında 23 saylı mənzilin xx xxxxxx 2013-cü il tarixdə X.Gülməmmədova tərəfindən “xxxx” ASC-yə girov qoyulmaqla “xxxx” MMC-nin adına həmin tarixdə 200.000 (iki yüz min) manat məbləğində kredit rəsmiləşdirilməsini təşkil edib, krediti ödəməyəcəyi tə qdirdə girov qoyduğu əmlakın müsadirə edilməsinin mümkün olmadığını bildiyi halda, həmin məbləğdə vəsaiti Sumqayıt şəhərində götürüb öz şəxsi ehtiyaclarına sərf etməklə “xxxx” ASC-nin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Bundan əlavə, o, qeyd olunan vəzifələrdə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə, “Term” kompaniyası tərəfindən inşa olunmuş Sumqayıt şəhəri, 44-cü məhəllə 3 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 122,5 kv.metr olan 10 saylı mənzilin kompaniya tərəfindən 143.692.500 AZM-ə və ya 28.738,5 (iyirmi səkkiz min yeddi yüz otuz səkkiz manat əlli qəpik) manata Zərərçəkmiş şəxs2 satılmasına və xx xxxxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun arvadı X20 adma rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzilin arvadı X26ma məxsus olması barədə saxta rəsmi sənədləri - xx xxxxxx 2013-cü il tarixli saxta maliyyə və «ətraflı» arayışları tərtib edib imzası və kompaniyanın möhürü ilə təsdiq edərək, Xatirə Gülməmmədovanm vasitəsilə xx xxxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarış alaraq, həmin mənzilin özünə məxsus olan mənzil kimi Zərərçəkmiş şəxs1 təqdim edib, xx xxxxxxx 2013-cü il tarixdə x vasitəsilə 35.000 manata qanunsuz olaraq satmaqla, mənzilə görə Zərərçəkmiş şəxs1 qeyd olunan tarixdə Sumqayıt şəhərində göstərilən məbləğdə p ulu almış və bununla da Zərərçəkmiş şəxs2 məxsus külli miqdar təşkil edən 143.692.500 AZM və ya 28.738,5 (iyirmi səkkiz min yeddi yüz otuz səkkiz manat əlli qəpik) manat dəyərində mənzilə - əmlaka olan hüquqlarını, eləcə də Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 35.000 manat pulu öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə etməklə təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun cinayət hadisəsinin baş verməsində təqsirləndirilməsinə dair heç bir sübut və faktlar olmadığı halda, qərəzli bir şək ildə ittiham olunaraq məhkum edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçilər K.Vəliyev və Z.Mirzəbəyovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edil miş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməs i şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla,yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qulluq mövqeyindən və zərərçəkmiş şəxs Tofiq Hüseynlinin etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncunun sahibi olduğu “Term” kompaniyasına “xxxx” ASC-nin Sumqayıt fi lialı tərəfindən ayrılmış 400.000 manatlıq kredit xəttinə əsasən qeyd edilən bankdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti götürülməsinə nail olaraq həmin pulları öz şəxsi ehtiyaclarına xərcləməklə mənimsəməsi və dələduzluq etməsi, həmin kompaniyanın təsisiçisi X16, “Term” kompaniyasının nümayəndəsi X7, şahid qismində dindirilmiş X1, şahid X9, X28, X29, şahid qismində dindirilmiş X39, X17 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ifadələri ilə yanaşı, “xxxx” ASC-nin Sumqayıt filialı ilə “Term” kompaniyası arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli, EBSF/İR-109 nömrəli və xx xxxxxx 2009-cu il tarixli, RBSF/TR-479 saylı Baş kredit müqavilələri üzrə borc qalığının məbləğinin nədən ibarət olmasını müəyyən etmək məqsədilə iş üzrə təyin edilmiş xx xxxxxx 2016-cı il tar ixli mütəxəssis rəyi, “xxxx” ASC-nin Sumqayıt filialından “Term” kompaniyasına xx xxx 2010cu il tarixdə 20.450 manat, xx xxxx 2010-cu il tarixdə 20.000 manat, xx xxxxxx 2010-cu il tarixdə 8.000 manat, xx xxxxxxxx 2010-cu il tarixdə 10.000 manat, xx xxxxxxx 2010-cu il tarixdə 90.000 manat, xx xxxxxx 2010-cu il tarixdə 30.000 manat, xx xxxxxx 2010-cu il tarixdə 8.000 manat, xx xxxx 2011-ci il tarixdə 24.760 manat, xx xxxxxx 2011-ci il tarixdə 38.000 manat, xx xxxxxxx 2011-ci il tarixdə 20.000 manat, xx xxxxxx 2011-ci il tarixdə 20.000 manat, xx xxxxx 2012-ci il tarixdə 30.000 manat və xx xxxx 2012-ci il tarixdə 20.000 manat olmaqla, ümumilikdə 339.210 (üç yüz otuz doqquz min iki yüz on) manat məbləğində kreditlərin sifariş və məxaric sənədləri, “Term” kompaniyası ilə «xxxx» ASCnin Sumqayıt f ilialı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, RBSF/TR-479 nömrəli baş kredit müqaviləsi, şahidlər X30, X40 və X21 ifadələri, iş üzrə kompleks məhkəməmühasibatlıq, məhkəmə-xətşünaslıq ekspertizaları, təqsirləndirilən şəxslə şahidlərin üzləşdirilməsi kimi istintaq hərəkətləri, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, Məhkum x öz qulluq mövqeyindən istifadə etməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına dair cinayət əməlləri zərərçəkmiş şəxs qismində tanınmış “xxxx” ASC-nin nümayəndəsi X41, “xxxx” ASC-nin nümayəndəsi X31, zərərç əkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər X12, X32, X13, X4, X45, X6, X33, X14 ibtidai və məhkəmə istintaqları zamanı verdiyi ifadələr, eləcə də, ünvan 2 ünvanında yerləşən binanın 10, 23, 24 və 25 saylı mənzillərinin özgəninkiləşdirilməsi ilə bağlı Dövlət Reyestr Xidmətindən və həmiçinin “Term” kompaniyasından əldə edilib cinayət işinin materiallarına əlavə edilmiş maliyyə, mühasibat və bank sənədləri ilə də təsdiq olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənəd lərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qayta rmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi – “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-ni n 308.1-ci maddəsi – “Vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” yaranan cinayət məsuliyyətini; Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi isə - “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Beləliklə də, məhkəmə kolle giyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxslə şahidlərin üzləşdirilməsi kimi istintaq hərəkətləri, iş üzrə kompleks məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq ekspertizaları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk məhkumluğunu, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğ u cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Dülyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar