Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-36/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, F üzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: M.A.Bağırov) Məhkum - xx xxxxxx 1988-ci ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas ı CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, hazırda Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən, Füzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş şərti məhkumetmə ləğv olunaraq həmin hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə Məhkum 3 (üç) il müddətinə azadlqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin həbsə alındığı 15 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum Füzuli rayonu Kərimbəyli kənd sakini X4 əmlakını tamah niyyətilə, hüquqazidd və əvəzsiz oğurlamaq məqsədi ilə 2018-ci ilin dekabr ayının axırlarında, saat təxminən 21 radələrində Füzuli rayonu, Kərimbəyli kənd sakini X4 yaşadığı evin çöl işığının yanılı, içəri işıqların sönülü olduğunu və evdə heç kimin olmadığını bilib, evin açıq darvazasından həyətə daxil olub, əli ilə evin giriş qapısını yoxlamış, qapının kilidlə bağlı olduğ unu görüb, evin sol yan tərəfindəki axırıncı plastik pəncərəni özü ilə gətirdiyi qalın dəmir məftillə açaraq qanunsuz olaraq içəri daxil olub, evin girişdən sağdakı axırıncı otağındakı üzərində yorğan-döşək yığılmış çarpayının üzərində olan gümüşü rəngli mücrünü açaraq hamısı İtaliya istehsalı və əyarları 585 olan, çəkisi 8 (səkkiz) qram, 480 manat dəyərində bir ədəd qızıl qolbağını, çəkisi 6 (altı) qram, 360 manat dəyərində bir cüt qızıl sırğanı, çəkisi 5 (beş) qram, 300 manat dəyərində bir ədəd qadın üzüyü, 50 manat pulu və həmin otaqda olan uşaq arabasınından 10 (on) manat pulu oğurlayaraq, yəni özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxs Ləman Məmmədovaya 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum Füzuli rayonu Kərimbəyli kənd sakini X2 ыn əmlakını təkrar tamah niyyətilə, hüquqazidd və əvəzsiz oğurlamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 21 radələrində Füzuli rayonu, Kərimbəyli kənd sakini X1 yaşadığı evin yanından keçərkən evin çöl işığının yanlı, içəri işıqların sönülü olduğunu görüb, onların evdə olmamasını bilib, həyətyanı sahənin dəmir hasarının üzərində həyətə keçib, evin yataq otağının açıq pəncərəsindən qanunsuz olaraq içəri daxil olub, evin digər otağındakı termonu qarşısında olan bir ədəd Rusiya istehsalı, 583 əyarlı, zavod üsulu ilə hazırlanmış, çəkisi 13 qram, 715 manat dəyərində qızıl qolbağını oğurlayaraq, yəni özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxs X2а 715 (yeddi yüz on beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum Füzuli rayonu Kərimbəyli kənd saki ni X3 əmlakını təkrar tamah niyyətilə, hüquqazidd və əvəzsiz oğurlamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə, saat təxminən 15 radələrində Füzuli rayonu Kərimbəyli kənd sakini X3 həmin gün qızının toy məclisində olduğunu və evdə heç kimin olmadığını bilib, onun yaşadığı evin həyətyanı sahəsinin dəmir darvazasının üzərindən həyətə keçib, evin arxa plastik pəncərəsini özü ilə gətirdiyi qalın məftil ilə açaraq qanunsuz olaraq içəri daxil olub pəncərənin qarşısındakı telefon qabının üzərində olan 90 (doxsan) manat pulu və evin digər otağındakı pəncərənin qarşısında olan Rusiya istehsalı 583 əyarlı, çəkisi 3 (üç) qram, 180 (yüz səksən) manat dəyərində bir ədəd qızıl üzüyünü oğurlayaraq, yəni özgənin əmlakını gizli olaraq talayaraq XXa 270 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdu r. Hökmdən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının qəbul edildiyi vaxtı Məhkum Füzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə cəza təyin olun arkən həmin maddənin sanksiyasında alternativ cəzanın olmasına və onun barəsində yüngülləşdirici halların olmasına baxmayaraq ona daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunun yoxlanılmamasına heç bir əhəmiyyət verilməmişdir. İş materiallarından da göründüyü kimi, Məhkum ailənin yeganə qazanc gətirənidir, məcburi köçkün ailəsidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4-li qərarının 1-ci bəndinin tələblərinə əsasən bu hallar cəzanı yüngülləşdirici halı kimi qəbul edilməlidir. X8 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının qəbul edildiyi vaxtı Məhkum öz təqsirini etiraf edib əməlindən səmimi peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərlə barışması, ona qarşı hər hansı bir təl əb və ya şikayətin olmaması, himayəsində iki azyaşlı uşağının olması, şəxsiyyətinin müsbət xarakterizə olunması yüngülləşdirici hallar kimi qeyd edilsə də cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış, bir sözlə, Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında alternativ daha yüngül cəzaların olmasına baxmayaraq hər iki halda onun barəsində daha ağır cəza təyin olunmuşdur. Ən başlıcası odur ki, Məhkum bu cinayət əməlini ailəsinin borc içində yaşaması səbəbindən törətmiş, bu hal iş materiallarında qeyd olunsada cəza təyini zamanı nəzərə alınmamışdır. Odur ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirərək Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin olunması barədə q ərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan m əhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, Məhkum Füzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə cəza təy in olunarkən həmin maddənin sanksiyasında alternativ cəzanın olmasına və onun barəsində yüngülləşdirici halların olmasına baxmayaraq ona daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunlunğunun yoxlanılmamasına heç bir əhəmiyyət verilməmişdir. Məhkum ailənin yeganə qazanc gətirənidir, məcburi köçgün ailəsidir, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının qəbul edildiyi vaxtı Məhkum öz təqsirini etiraf edib əməlindən səmimi peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərlə barışması, ona qarşı hər hansı bir tələb və ya şikayətin olmaması, himayəsində iki azyaşlı uşağının olması, şəxsiyyətinin müsbət xarakterizə olunması yüngülləşdirici hallar kimi qeyd edilsə də cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış, təqsirləndirildiyi maddənin sanksiyasında alte rnativ daha yüngül cəzaların olmasına baxmayaraq hər iki halda onun barəsində daha ağır cəza təyin olunmuşdur. Cinayət işinin materiallarından müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 487 nömrəli məktubdan görünür ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə Füzuli rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, hazırda hökmün icr ası davam edir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə göstərilənlərlə sübut edilir ki, Məhkum əvvəl qəsdən törətdiyi cinayətə görə məhkumluq müddəti bitmədən yenidən qəsdən cinayət törətməklə cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbinə görə Məhkum təqsirl i bilindiyi CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəzalar tətbiq oluna bilməz və hətta sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az həddə cəza təyin edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi ona düzgün olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəzaya əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından qismən, 6 ay birləşdirmişdir. Cəzanın daha da yüngülləşdirilməsi üçün hüquqi əsaslar olmadığından kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-36/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-36/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver