Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-36/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2 023-cü il tarixli qərarından dövlət ittihamçısı X14 oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Fikrət Əliyev) 1(060)-56/2023 nömrəli 07 may 2023-cü il tarixli hökmü ilə 29 oktyabr 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xxxx rayonu, xxxx qəsəbəsi, xxxx küçəsi ev 43-də qeydiyyatda olmaqla yaşayan X10 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: İttihama əsasən X10 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 09 iyul 2022-ci il tarixdə saat 00:50-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibb i Yardım Şöbəsinin qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs görüb ona yaxınlaşan zaman sonuncunun onu təhqir etməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, sağ gözün ağlı qişasına qansızmadan ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 1(105)-272/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(060)-56/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protesti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Nəriman Məmmədova Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Mübahisənin başlanmasına təqsirləndirilən şəxsin hərəkətləri səbəb olmuş, o zərərçəkmiş şəxsin parkda gəzdiyini gördükdən sonra oğlunu evə aparmış, daha sonra yenidən zərərçəkmiş şəxsi izləməyə başlamış, sonuncuya bir neçə dəfə söz atdıqdan sonra aralarında mübahisə baş vermiş, gəzdikləri parkdan nisbətən az insan olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYŞ-nin qabağında olarkən zərərçəkmişə hücum etmişdir. Zərərçəkmiş şəxsin gözündə xəsarətin olmasını təqsirləndirilən şəxs inkar etməmiş, o özünü müdafiə xarakterli verdiyi ifadələrində həmin xəsarətlərin hadisədən 7-8 gün əvvəl Lamiyənin spirtli içki qəbulu nəticəsində yarandığını bildirmişdir. Məhkəmlər iş üzrə mötəbər sübut olan məhkəmə tibbi eksper t rəyini deyil təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi guya zərərçəkmiş şəxsin hadisədən 7-8 gün əvvəl spirtli içki içməsi nəticəsində gözünün qızarmasını və şahid qismində dindirilmiş Şahid1 hadisə vaxtı zərərçəkmiş şəxsin üz nahiyəsində hər hansı xəsarət izini görmədiyinə dair ifadələrini əsas götürüb əsassız bəraət hökmünü qüvvədə saxlamışdır. Ekspert rəyinə yekun məhkəmə qərarında və hökmdə ümumiyyətlə qiymət verilməmiş, CPM-in 140.0.1 -ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə tibbi ekspertiza rəyini mübahisələndirmək məqsədilə təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ekspertin həmin rəyi vermək üçün zərərçəkmişdən 100 manat rüşvət almasını bildirmiş, həmin məlumat araşdırıldıqdan sonra təsdiq olunmamış və cinayət işinin başlamnası rədd edilmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş hadisədən dərhal sonra zərərçəkmiş şəxsin izahatını alan təhqiqatçı X11 ifadəsində, 09 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə keçmiş əri Nəriman Məmmədov tərəfindən Sumqayıt şəhər TTYŞ-nin qarşısında döyüldüyünü bildirməsi əsasında tərəfindən araşdırma aparıldığını, araşdırma zamanı Şahid1 zərərçəkmiş şəxsin Nəriman Məmmədov tərəfindən döyüldüyünü təsdiq etdiyini, Zərərçəkmiş şəxs 1 -ci PB-də izahat verərkən gözündə hematoma olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, qızının zəngi əsasında yaşadığı Salyan rayonundan qızının yaşadığı Sumqayıt şəhərinə gəldiyini, qızının sağ gözündə xəsarət izini gördüyünü, bacıs ı Şahid1 da ona şifahi olaraq qızını Nəriman Məmmədovun vurduğunu bildirmişdir. Qeyd olunan xüsusatın yoxlanılması məqsədilə müvafiq operatora sorğu verilmiş və Şahid2 istifadəsində olmuş ********** saylı nömrənin 09 iyul 2022-ci il tarixdə 00:50-dən saat 10:00-dək olan müddətdə telefon danışığı aparılmadığı üçün anten dairələri müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar zərərçəkmiş şəxs ifadəsində anası ilə “Whatsapp” proqramı ilə danışdığı üçün zənglərin siyahısı aşkar olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası isə isə yekun qərarda olmayan anten dairələri ilə şahidin ifadəsinin təkzib edildiyini göstərmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxsin polisə zəng etdiyini bildikdən sonra sakit tərzdə hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Lakin zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında baxış keçirilmiş görüntülərdən görünür ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Sonuncu bunu polis əməkdaşlarının gələcəyindən qorxduğu üçün etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində Nəriman Məmmədovun onu vurduqdan sonra telefonunun kamerası ilə həmin görüntüləri çəkdiyini, sonuncunun isə hadisə yerindən qaçaraq uzaqlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət törədilmədiyi təqdirdə hadisə yerindən qaçaraq uzaqlaşmağının səbəbi məhkəmə kollegiyası tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Eyni zamanda görüntülərdən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi izlədiyi və söz ataraq sonuncunu narahat etməsi görünür. Birinci instansiya məhkəməsi bər aət hökmünü yalnız hadisəni görməyən Şahid1 ifadəsi ilə əsaslandırmış, apellyasiya məhkəmə kollegiyası da öz növbəsində bu əsassız və qanunsuz əsalandırmanı qüvvədə saxlamışdır. Həmin şahid özü ifadəsində Nəriman Məmmədov və Zərərçəkmiş şəxs irəlidə getdiyini, arxaya baxdıqda Nərimanın qaçaraq uzaqlaşdığını bildirmişdir. Bundan başqa„ təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə 2021-ci ildən rəsmi olaraq boşanmasına baxmayaraq, zərərçəkmiş şəxsə qarşı törətdiyi hüquqa zidd hərəkətlərə görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuş, cəzalar məqsədinə nail ola bilməmiş və Nəriman Məmmədov qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə kollegiyası isə təqsirləndirilən şəxs Nəriman Məmmədovun törətdiyi cinayət əməlinə qiymət vermək əvəzinə, Zərərçəkmiş şəxs haqlı şikayətinin səbəbi kimi aral arında olan mülki mübahisə ilə əlaqələndirmiş, nəticədə təqsirləndirilən şəxs X10 cinayət məsuliyyətindən kənarda qalmışdır. Göründüyü kimi, məhkəmə kollegiyasının Nəriman Məmmədova CM-in 128-ci maddəsi ilə verilmiş bəraəti qüvvədə saxlamaq üçün əsaslandığı sübutlar qeyri-mötəbər olmuş və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri yekun qərarda göstərilməmişdir. Yuxanda göstərilənlərə, habelə iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Nəriman Məmmədovun 09 iyul 2022-ci il tarixdə saat 00:50-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi Yardım Şöbəsinin qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs görüb ona yaxınlaşan zaman sonu ncunun onu təhqir etməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, sağ gözün ağlı qişasına qansızmadan ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə baxışında dindirilmiş zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini ye kun qərarda göstərməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya ins tansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərlə bağlı aşağıdakıları göstərməyi z əruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üz rə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi X4 irəli sürülmüş ittihamı təsdiq etmək üçün ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək, habelə məhkəmə iclasında əlavə sübutlar araşdırıb nəticəyə gəlmişdir ki, həmin sübutlarla ittiham təsdiq olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi məhkəmə X4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, işin digər sübutlara və qanun normalarına istinad etmişlər. Belə ki, məhkəmə iclasında tə qsirləndirilən şəxs X10 ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə vaxt o, Lamiyəni vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə saat 00:50-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində TTYŞ-nin qarşısında xalası Şahid1 ilə birlikdə olan zaman sabiq həyat yoldaşı Nəriman Məmmədov onunla mübahisə edərək, onun göz nahiyəsinə yumruqla vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt xalası İradə onu yerdən qaldırmış, Nəriman Məmmədov isə oradan qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə yaşadığı Salyan rayonundakı evində olan zaman gecə radələrindən qızı Zərərçəkmiş şəxs onun istifadəsində olmuş ********** saylı nömrəyə zəng edərək, Nərimanın küçədə onu vurduğunu deməsindən sonra dərhal qızının yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayondakı evinə gəlmiş, evə çatan zaman qızı Lamiyənin göz nahiyəsində xəsarət olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, qızı Lamiyə isə Nərimanın onu vurduğunu demişdir. Həmin vaxt bacısı İradə də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təhqiqatda verdiyi izahatını və istintaq zamanı verdiyi ifadəsini təkzib edərək, həmin sənədlərdəki imzanın onun olmadığını bildirərək göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə o, bacısı qızı Zərərçəkmiş şəxs ilə birlikdə gecə vaxtı Sumqayıt şəhərinin H.Əliyev parkında gəzmiş, həmin vaxt Lamiyənin keçmiş əri Nəriman Məmmədov da orada olmuşdur. Lamiyə Nərimanla mübahisə etmişdir. Lamiyə polisə zəng etmiş və Nəriman oradan uzaqlaşmışdır. O, Nərimanın Lamiyəni vurmasını, Lamiyənin yerə yıxılmasını görməmişdir. Həmçinin o, Lamiyənin xəsarət almasını, onda xəsarət olmasını görməmişdir. Həmin gecə evdə Lamiyə ilə birlikdə qalmış, bacısı Şahid2 həmin gecə gəlməmişdir. Cinayət işinə əlavə edilmiş şahidin dindirilməsi haqqında protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə təxminən saat 00:50 radələrində onlar Lamiyə ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon TTYŞ-nin qarşında olan zaman Nəriman qəfildən onlara yaxınlaşmış, onun telefonuna zəng gəldiyi üçün Lamiyədən qabaqda telefonla danışmışdır. Qəfildən arxadan səs -küy gəldiyini eşitmiş, arxaya çönmüş və Nərimanın Lamiyənin göz nahiyəsinə 1 dəfə yumruqla vurduğunu, Lamiyənin gözünü tutduğunu və Nərimanın qaçdığının şahidi olmuşdur. O, Lamiyəyə yaxınlaşıb nə baş verdiyini soruşan zaman Lamiyə ona Nərimanın qəflədən onun üz nahiyəsinə yumruqla zərbə vurduğunu ona söyləmişdir. O, da Lamiyəyə bu zaman köməklik göstərib onu evə aparmışdır. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı Nərimanın Lamiyəni vurması barədə ifadə verməmiş, protokolda olan imzalar ona məxsus deyil. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X11 bildirdi ki, 09 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə keçmiş əri Nəriman Məmmədov tərəfindən Sumqayıt şəhər TTYŞ-nin q arşısında döyüldüyünü bildirmiş, həmin müraciət əsasında tərəfindən araşdırma aparılmış, araşdırma üzrə onun tərəfindən Zərərçəkmiş şəxs, X3 və X12 izahatları alınmışdır. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin müəyyən edilməsi məqsədilə Məhkəmə Tibb Ekspertizası təyin edilmişdir. X7 ilə aralarında yaranmış mübahisə nəticəsində döyülməsi səbəbindən bədənində yüngül dərəcəli bədən xəsarəti aşkar olunması barədə ekspert tərəfindən rəy verilmişdir. Onun tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Araşdırma zamanı İradə Zərərçəkmiş şəxs X8 tərəfindən döyüldüyünü təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs 1-ci PB-də izahat verərkən gözündə hematoma olduğunu bildirmişdir. Məhkəmə iclasında ə lavə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, həmin gün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin məsul növbətçisini əvəz edən şəxs olmuşdur. Lamiyənin bölməyə gəlib-gəlmədiyini, gəlsə də kiminlə gəldiyini xatırlamır. Çağırış həddən artıq çox olduğu üçün həmin gün olanları xatırlamır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 12 iyul 2022-ci il tarixli, 1007 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, sağ gözün ağlı qişasına qansızma xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, zərərçəkənin müayinəsindən 3-4 gün qabaq olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 09 iyul 2022-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə-hətşünaslıq ekspertizasının 4/1519 saylı, 11 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 8-9-cu vərəqlərində Şahid1 adından olan tarixsiz izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində “Şahid1” yazılarından əvvəl yerləşən imza, 34-36-cı vərəqlərində olan şahidin dindirilməsi haqqında 10 avqust 2022-ci il tarixli protokolun 3-cü vərəqində “İmza” qrafasındakı imza Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bundan başqa, zərərçəkmiş şəxsin anası olan Şahid2 və zərərçəkmiş şəxsin özünün anasına zəng etməsi və anasının tez bir zamanda rayondan gəlməsi, xəsarət almasının şahidi olmas ı ilə bağlı ifadəsi yoxlanmış və bu xüsusat da həm Şahid1 ifadəsi, həm də mobil operatordan götürülmüş anten məlumatları ilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlara qiymət verib nəticəyə gəlmişdir ki, təhqiqat və istintaq orqanında araşdırma ittihamyönümlü aparılmış, izahat və protokolda şahidin yerinə başqa şəxs imza etmişdir və həmin ifadəyə əsasən də X5 Lamiyəni vurması və ona yüngül dərəcəli bədən xəsarəti yetirməsi qənaətinə gəlinmişdir. Şahid qismində dindirilmiş Şahid1 adından yazılmış izahatın və ifadənin hadisənin mahiyyəti ilə bağlı hissəsindəki imzaların ona aid olmaması barədə ekspertizanın gəldiyi nəticə təhqiqat və istintaq orqanının gəldiyi nəticəni şübhə altına alır. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlara nəzər salaraq, birinc i instansiya məhkəməsinin Nəriman Məmmədovun zərərçəkmiş şəxsə zərbə vurmaması barədə ifadəsinin mötəbər sübutlarla təkzib olunmadığına dair gəldiyi nəticəni əsaslı hesab edir. X3 Zərərçəkmiş şəxs vurması və ona xəsarət yetirməsi barədə işdə inandırıcı və mötəbər sübut yoxdur. Məhkəmə-tibb ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs xəsarət alması təsdiq olunsa da, həmin xəsarətlərin məhz X10 tərəfindən yetirilməsi mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında davamlı məhkəmə çəkişmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə bağlı mütəmadi şikayətləri olmuşdur. Tərəflərin qarşılıqlı münasibətləri məhkəməni sübutların mötəbərliyinə qiymət verilməsinə daha həssa s yanaşmağa və məhkəmə iclasında daha ətraflı tədqiq edilməsinə vadar edir. Məhz bu baxımdan, zərərçəkmiş şəxsin işdəki digər sübutlarla təsdiq olunmayan ifadəsi ittiham hökmü çıxarılması üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsi ndə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs ziddiyyətli və digər sübutlarla təsdiq olunmayan ifadələrinə əsaslanan ittiham sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik n ormalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlardan görünür ki, ittiham yalnız zərərçəkmiş şəxsin ardıcıl olmayan və digər sübutlarla ziddiyyət təşkil edən ifadələrinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsi baxımında qiymət verərək hesab edir ki, X10 tərəfindən Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsi sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından gö rünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyas ı məhkəməsinin X10 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqəda r həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X3 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-36/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-36/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver