Məhkəmə qərarları › İş №1(102)-36/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-36/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-36/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum – Məhkum iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 1(021)-156/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli (sədrlik edən və məruzəçi hakim Babaşov Fuad Bəhruz oğlu) hökmü ilə xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmə kdə təqsirli bilinərək həmin əmələ münasibətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək isə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM- nin 69.3-cü maddəsinə əsasən onun 21 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 4 gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasını n bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 14 noyabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır. Həmçinin hö kmlə maddi sübutlara və məhkəmə məsrəflərinə aid məsələlər həll edilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) 1(104)-105/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(021)156/2023 saylı hökmü təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü maddəsi ilə təyin olunmuş cəza və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi hissəsində dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar çıxarılmış, Məhkum оğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum оğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bu qərarla təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 21 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 4 (dörd) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək mə qsədilə 14 fevral 2022-ci il tarixdə saat 1 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Zümürxan kəndində yerləşən ərzaq mağazasına gəlib həmin mağazanın qapısının üzərinə asılmış qıfılı istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir alətlə sındıraraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq, həmin mağazadakı vitrindən Zərərçəkmiş şəxs məxsus 1 qutusunun dəyəri 2(iki) manat 10 (on) qəpik olan 15 qutu nazik göy rəngli «Keno» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 10 (on) qəpik olan 20 qutu boz rəngli nazik «Vikeroy» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 30 (otuz) qəpik olan 18 qutu nazik boz rəngli < Want> markalı siqaretləri, 1 ədədinin dəyəri 11 (on bir) manat olan 2 (iki) ədəd 750 ml-lik "Winchester" markalı viskini, 1 ədədinin dəyəri 9 (doqquz) manat 50 (əlli) qəpik olan 3 (üç) ədəd 750 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 7 (yeddi) manat 50 (ǝlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat olan 5 (beş) ədəd 750 ml-lik «Yubliye» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat 50 (əlli) qəpik olan 4 (dörd) ədəd 750 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat 50 (əlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ǝded 750 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 4 (dörd) manat olan 5 (beş) ədəd 500 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ədəd 750 ml-lik «Parlament» markalı və 1 ədədinin dəyəri 9 (doqquz) manat olan 4 (dörd) ədəd 500 ml-lik «Parlament» markalı araqları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 840 (səkkiz yüz qırx) manat 40 (qırx) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə Tərtər yolunda "Çənlibel" restoranının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki qara rəngli şalvarın sağ cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi əsassız olaraq apellyasiya protestini təmin etmiş, qərar qəbul edərkən yüngülləşdirici halları nəzərə almadan ağır cəza təyin etmişdir. Şikayətdə göstərilənlərə əsasən Məhkum barəsində olan G əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının yüngül cəza təyin edilməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avrop a Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəni n müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olmas ı dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cina yətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kə sb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdan məhrum etmə cəzası nın təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şü bhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Od ur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum et mə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxl anılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-105/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar