Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-360/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 360/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirlə ndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahimli İbrahim Adil oğlu) xx.xx.1970-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) man at miqdarında cərimə cəzasına məhkum olunmuş, 16 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, ünvan 1 qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 fevral 2017-ci il tarixdən 20 fevral 2017-ci il tarixədək saxlanıldığı 02 (iki) gün və 21 fevral 2017-ci il tarixdən 22 mart 2017-ci il tarixədək saxlanıldığı 30 (otuz) gün müddətləri nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətin ə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Həmin hökmlə X4 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlundan və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 07 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışd ır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X4 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında, qabaqcadan razılaşdırılmış şərtlərə əsasən, tamah məqsədilə 03 dekabr 2016-cı il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanda yerləşən X2 məxsus “Jack Daniels” adlı şərab mağazasından 900 manat dəyərində 1 ədəd Şotlandiya istehsalı olan “Chivas Regal 38” markalı viski içkisini gizli yolla talayıb oğurlayaraq zərərçəkmiş şəxsə 900 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, onlar təkrarən, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qabaqcadan razılaşdırılmış şərtlərə əsasən, tamah məqsədilə 24 yanvar 2017-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanında yerləşən X8 məxsus “Viva” şirniyyat mağazasından 250 manat dəyərində “X17 Whisky 21 years old blended” markalanma yazısı olan 40 faizlik viski içkisini gizli yolla talayıb oğurlayaraq zərərçəkmiş şəxsə 250 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, onlar təkrarən, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qabaqcadan razılaşdırılmış şərtlərə əsasən, tamah məqsədilə 06 fevral 2017-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən X8 məxsus “xxxx” MMC-nin “Şirniyyat evi” adlanan mağazasından 316 manat dəyərində “X18” markalı spirtli içkini gizli yolla talayıb oğurlayaraq zərərçəkmiş şəxsə 316 manat məbləğində maddi zi yan vurmuşlar. Bundan başqa, onlar təkrarən, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qabaqcadan razılaşdırılmış şərtlərə əsasən, tamah məqsədilə 20 iyul 2017-ci il tarixdə saat 12:00 radələrində ünvan 4 ünvanında yerləşən X6 məxsus “Freshmart” marketdən hər biri 25 manat olmaqla 8 ədəd “Gillette" təraş vasitəsinin ehtiyat başlığını gizli yolla talayıb oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və həmin şəxslərin ona qarşı şikayət və tələblərinin, mülki iddialarının olmadığını, əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, eyni zamanda müstəsn a hal kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların olduğunu bildirsə də həmin hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayə t-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni məhkum Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində göstərilən cinayət əməlini törətməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı barədədir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olm amasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədi barədə qanunun t ələbinə uyğun nəticəyə gəlmişdir. Cəzanın yüngülləşdirilməsi üçün əsas verən və cinayət işinin materiallarında mövcud olan hallar nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəza nı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra Təqsirləndirilən şəxs davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcudluğuna əsas verməmişdir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə kassasiya şikayətinin dəlili təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-360/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-360/2019
19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver