Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-360/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 74-cü, Azərbaycan Respublikası CPM-in 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilib cinayət məsuliyyətindən azad edilməsinə dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarından təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli (sədrlik edən hakim Yusif Kərimov) qərarı ilə, Məhkum, xx xxxxx 1951 -ci ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Moskva şəhərini n ********** küçəsində, ev ************************************************ mənzilində yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, Məhkum onda təqsirləndirilir ki, Zərərçəkmiş şəxs birinciyə qarşı 1994-cü il təvəllüdlü X6 cavabdehdən alınmasına və uşağın anasının yanında qalmasının müəyyən edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. 24 iy ul 2000-ci ildə Kərimov X3 Respublikası Ədliyyə Nazirliyinin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinə dəvət olunmuş və ona məhkəmə qətnaməsinin mahiyyəti tam izah edilmişdir. Lakin o, qətnaməni icra etməkdən imtina etmişdir. 25 iyul 2000-ci ildə Məhkum yenidən Bakı şəhəri Səbail rayon MN və Mİ şöbəsinə dəvət olunmuş, qətnaməni icra etmək ona bir daha təklif edilmişdir, o, qətnaməni icra etməyəcəyini və uşağı anasına verməyəcəyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qərarı dəfələrlə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və araşdırma predmeti olmuşdur. 1.Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ələddin Cəfərov) iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs q arşı 1994-cü il təvəllüdlü “X6 yaşayış yerinin müəyyən edilməsi”nə dair iddiası rədd edilmiş, Zərərçəkmiş şəxs Məhkum qarşı azyaşlı uşaqları olan “X6 Məhkum alınması və anası ilə yaşamasının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası təmin edilmişdir. (cild 1, iş vərəqə 7-10).
2. Moskva Şəhər Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 27 fevral 2002-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsinin tanınması və Rusiya Federasiyası ərazisində məcburi qaydada icra edilməsinə razılıq verilməsinə dair vəsatəti Məhkum məhkəmə iclasına vaxtında və qanunamüvafiq qaydada çağırılmadığı və nəticədə göstərilən məhkəmə prosesində iştirak etmədiyi əsası ilə təmin edilməmişdir (cild 1, iş vərəqə 346-347).
3. Azərbaycan Res publikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim Lətif Nəbiyev, hakimlər Elmar Abdullayev və Mirpaşa Hüseynovdan ibarət tərkibdə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ləğv ediılmiş, iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi” tələbinə qarşı iddiası və Zərərçəkmiş şəxs Məhkum qarşı “uşağın Məhkum geri alınması və anası ilə yaşamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir (cild 2, iş vərəqə 322-324).
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Yusif Kərimov) məhz Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi əsas götürülərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (cild 2, iş vərəqə 327-330).
5. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 06 iyul 2006-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ələkbər Quliyev, hakimlər Hüseyn Talıbov və Rasim İsgəndərovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqə 356-359).
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 10 oktyabr 2006-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Nəriman Hüseynov, hakimlər Vidadi Həşimov və Müzəffər Ağazadədən ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 06 iyul 2006-cı il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir (cild 2, iş vərəqə 395-399).
7. Azərbaycan Resp ublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 21 dekabr 2006-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Allahverən Həsənov, hakimlər Rəsul Səfərov və Qədir Həsənovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqə 410-414).
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 avqust 2006-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rafiq Məmmədov, hakimlər Zakir Quliyev və Qürbət Əsgərovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 fevral 2006-cı il tarixli qərardadı (halbuki belə qərardad yoxdur. Qərarın təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı göstərilir, amma nəticə hissədində 23.02.2006-cı il tarixli qərardadın deyil, 28.02.2006-cı il tarixli qərardadın ləğv edilməsi göstərilir. Belə olan halda bu anlaşılmazlıq kimi aradan qaldırılmalı idi, amma iş materiallarında anlaşılmazlığın aradan qaldırılmasına dair qərar yoxdur) ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir (cild 2, iş vərəqə 426-428).
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 01 may 2007-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi ha kim Zeyqəm Hüseynov, hakimlər Fərhad Əliyev və Müseyib Hüseynovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilən kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 21 dekabr 2006-cı il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir (cild 2, iş vərəqə 430-434).
10. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Cavanşir Məmmədov, hakimlər Fərhad Kərimov və Əhməd Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır (cild 2, iş vərəqə 455-456).
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 sentyabr 2007-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Yaqub Əsgərov, hakimlər Tapdıq Mahmudov və Vəfaddin İbayevdən ibarət tərkibdə) iddiaçı Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (cild 2, iş vərəqə 465-469).
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 16 aprel 2010-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Xələfov, hakimlər Həsən Əhmədov və Ülvi Mayılovdan ibarət tərk ibdə) apellyasiya şikayəti təmin edimiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı 1994-cü il təvəllüdlü “X6 yaşayış yerinin müəyyən edilməsi”nə dair iddiası təmin edilmiş, 1994-cü il təvəllüdlü X6 yaşayış yeri atası Məhkum yanında müəyyən edilmiş, Zərərçəkmiş şəxs Məhkum qarşı azyaşlı uşaqları olan “X6 Məhkum alınması və anası ilə yaşamasının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası təmin edilməmişdir (cild 3, iş vərəqə 190-193).
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 14 sentyabr 2010-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əli Rüstəmov, hakimlər Ələsgər Əliyev və Mehparə Əhmədovadan ibarət tərkibdə) cavabdeh Zərərçəkmiş şəxs ka ssasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 16 aprel 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 3, iş vərəqə 194-197).
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2011-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Sahibxan Mirzəyev və Camal Ramazanovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı mümkün olmadığına görə o, məhkəmə iclasında iştirak edənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır (cild 3, iş vərəqə 37-41).
15. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Sahibxan Mirzəy ev və Elşad Şamayevdən ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi müraciətləri ilə əlaqədar olaraq təzələnmişdir (cild 3, iş vərəqə 107-111).
16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Sahibxan Mirzəyev və Elşad Şamayevdən ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ləğv edilmiş, cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 3, iş vərəqə 121-124).
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Hafiz Nəsibov və Tahir Kazımovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş və və iş yeni apellyasiya baxışına təyin edilmişdir (cild 3, iş vərəqə 219-225).
18. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Qədim Babayev və Vaqif Mursaqulovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmiş, cinayət işi üzrə icraata xitam verilməsi barədə həmi n qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tətbiqi xaric edilmişdir (cild 3, iş vərəqə 141-144). Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarından təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74 və CPM-in 40.2. 40.2.3 və 43.3-cü maddələrinə əsasən xitam verilməklə, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmənin qərarına əsasən Məhkum təqsirlə ndrilmişdir ona görə ki, Zərərçəkmiş şəxs Məhkum qarşı 1994-cü il təvəllüdlü X6 Məhkum alınması və uşağın anasının yanında qalmasının müəyyən edilməsinə dair qarşılıqlı iddiasının təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün həmin rayonun məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmişdir. iyul 2000-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinə dəvət olunmuş və ona məhkəmə qətnaməsinin mahiyyəti tam izah edilmişdir. Lakin Məhkum qətnaməni icra etməkdən imtina etmişdir. iyul 2000-ci il tarixdə Məhkum yenidən Səbail rayon MN və Mİ şöbəsinə dəvət olunmuş, qətnaməni icra etmək ona bir daha təklif edilmişdir. Lakin o. qətnaməni icra etməyəcəyini və uşağı anasına verməyəcəyini bi ldirmişdir. Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarından Məhkum müdafıçisi kimi tərəfimdən apellyasiya şikayəti verilərək qərarın ləğv olunması və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələri əsasında xitam verməklə, cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məəhkəmə kollegiyasının 06 iyun 2006-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati x ətalara dair işlər üzrə məhkəmə kollegiyasının 06 iyun 2006-cı il tarixli qərarından həm Məhkum müdafıçisi kimi tərəfimdən həm də zərərçəkmiş X2 tərəfindən ayrı-ayrılıqda kassasya şikayətləri verilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 06 iyun 2006-cı il tarixli qərarının ləğv olunaraq işin yenidən Apellyasiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 10 oktyabr 2006-cı il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 06 iyun 2006-cı il tarixli qərarının ləğv olunaraq işin yenidən baxım ası üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 21 dekabr 2006-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafıçisi kimi tərəfimdən kassasiya şikayəti verilərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 21 dekabr 2006-cı il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 01 may 2007-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 21 dekabr 2006- cı il tarixli qərarının ləğv olunaraq işin yenidən baxıması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2018-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ləğv olunmuş, cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cii maddəsinə əsasən xitam verilmişdir. Məhkum müdafıçisi kimi tərəfimdən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2018-cı il tarixli qərarını ləğv olunması, Məhkum əməlinə cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bər aətverici əsasla xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 6 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2018-cı il tarixli qərarı ləğv olunaraq iş yeni apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ilə Məhkum müdafiəçisinin apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarının dəyişdirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barəsindəki həmin qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tətbiqinin xaric edilməsi, mübahisələndirilən qərarın qalan hissələrdə dəyişdirilməməsi qət edilm işdir. Kassator qeyd edir ki, Məhkum Rusiya Federasiyasının vətəndaşıdır və daimi olaraq Moskva şəhərində yaşayır. Onun həmin vaxt yaşayış yerinin dəqiq ünvanı barədə mülki işdə kifayət qədər məlumatlar olmuşdur. İşdə olan sənədlərdən aydın olur ki, X9 da həmin dövrdə Rusiya Federasiyasının Moskva şəhərində, Naqatinskaya küçəsində ev 17 mənzil 119 ünvanında daimi yaşayırdı. A6 həmin vaxt Moskva şəhərində yerli qəyyumluq və himayəçilik orqanları tərəfindən dindirilmiş və aydın olmuşdur ki, o, atası ilə qalmaq istəyir və Zərərçəkmiş şəxs yanına qayıtmaq istəmir. Bundan başqa ittiham akına əsasən və məhkəmə qərarında qeyd olunur ki, guya məhkəmə iraçıları icra üçün bütün vasitələrdən isyifadə etmişlər və sonradan bütün istintaq hərəkətləri keçirilsə də, A6 yerini müəyyən etmək mümkün olmamışd ır. İşin içində olan icra aktlarından açıq aşkar müəyyən olunur ki, icra sənədləri formal xarakter daşıyır və heç bir icra hərəkəti ediimmişdir. Həmin aktlar hamısı iki gün ərzində tərtib edilmiş və göstərilən tələbin icrasını mümkünsüz etmişdir. Belə ki, iddiaçılar ilk öncə Məhkum qətnaməni könüllü icra etməkdən ötrü vaxt verməli idilər. Lakin icraçılar bunu etmədən növbəti günü akt tərtib edmişdilər və bununla guya Məhkum icraadan boyun qaçırdığını “sübut edirdlər”. Rusiya Federasiyasının vətəndaşı olan A6 heç bir qanunu pozmayaraq, öz ölkəsinin mülki prosessual qanunvericiliyinə riayət edərək hərəkət etmişdir. Moskva şəhərində gedən mülki çəkişmələr zamanı Bakı şəhərində icraatda olan cinayət işi barəsində heç kəs, o cümlədən Q8 nə məhkəməyə, nə də Kərimova xəbər verməmişdir. Kassator k assasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair iş üzrə dövlət ittihamçısı Anar Məmmədovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti qismən təmin ed ilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının d üzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini əsaslandırmaq üşün bir sıra dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “ Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməklə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi isə təqsirləndirilməsinə dair cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməlidir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyası 2 avqust 2018-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməməklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarını ləğv edib, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə Məhkum barəsindəki cinayət işi üzrə icraata xitam verərək onu cinayət məsuliyyətindən azad etmişdir. İş materiallarından isə görünür ki, cinayət təqibinə (cinayət işinin icraatına) 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə müdafiə tərəfinin razılığını göstərən ərizə və ya hər hansı bir digər sənəd mövcud deyildir, buna görə də birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərarından CPM-nin 43.3 maddəsinin tətbiqi xaric edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır”. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslandırılmamış hesab edir və apellyasiya məhkəməsinin diqqətini xüsusilə iki aspektə cəlb edir:
1. Birinci aspekt - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ilə iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı 1994-cü il təvəllüdlü “X6 yaşayış yerinin müəyyən edilməsi”nə dair iddiası rədd edilmiş, Zərərçəkmiş şəxs Məhkum qarşı azyaşlı uşaqları olan “X6 Məhkum alınması və anası ilə yaşamasının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası təmin edilmiş və məhz bu qətnaməni icra etmədiyinə görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.3 və 43.3-cü maddələrinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
2. Məhkəmə kollegiyası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarına münasibət bildirməyi vacib hesab edir, çünki məhz bu qərarın qanuni və əsaslı olub-olmaması çoxsaylı məhkəmə qərarlarının çıxarılmasına səbəb olmuşdur.
3. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılmasına səbəb olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə ləğv ediılmiş, iddiaşı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi” tələbinə qarşı iddiası və Zərərçəkmiş şəxs Məhkum qarşı “uşağın Məhkum geri alınm ası və anası ilə yaşamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir (cild 2, iş vərəqə 322-324).
4. Məhkəmə kollegiyası qərarında göstərmişdir ki, “ işdə olan sənədlərdən aydın olur ki, Məhkum Rusiya Federasiyasının vətəndaşıdır və daimi olaraq Moskva şəhərində yaşayır. Onun yaşayış yerinin dəqiq ünvanı barədə işdə kifayət qədər məlumat var. İşdə olan sənədlərdən aydın olur ki, mübahisənin əsas predmeti olan 1994-cü il təvəllüdlü X9 hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərində ****************** daimi olaraq yaşayır və Rusiya Federasiyasında təhsil alır. “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış müqavilənin 30-cu maddəsi nin 2-ci bəndinə əsasən əgər valideynlərdən birinin və uşağın daimi yaşadığı yer başqa Razılaşmış Tərəfin ərazisindədirsə, bu zaman hüquq münasibətləri uşağın vətəndaşlığı olan ölkənin qanunvericiliyi ilə tənzimlənməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən hal-hazırki mülki işə baxılması qanunauyğun deyil və bu mübahisə Rusiya Federasiyasının Moskva şəhərində Rusiya qanunvericiliyinə müvafiq qaydada aidiyyatı üzrə məhkəmədə həll olunmalıdır”.
5. Məhkəmənin qərarından da göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi qanunsuz hesab edilərək mülki işin icraatına xitam verilmişdir. Başqa sözlə, Məhkum barəsində cinayət işi qaldırılmasına səbəb olmuş qətnamə qanunsuz hesab edilmişdir. Haq lı bir sual doğur - Qanunsuz hesab edilən qətnaməni icra etməməyə görə cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarında göstərilən əsaslarla xitam verilməlidir, yaxud cinayət hadisəsi olmadığına görə Məhkum bəraət verilməlidir?
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarından görünür ki, məhkəmə məhz Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsini əsas götürərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 40.2, 40.2.3 və 43.3-cü maddələrinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (cild 2, iş vərəqə 327-330).
7. Məhkəmə qərarında göstərmişdir ki, “Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət törətməsi sübuta yetirildi. Təqsirləndirilən şəxs Məhkum barəsində cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. (Qeyd: halbuki, Məhkum heç məhkəmə iclasında iştirak etməmişdir) Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə ləğv edilmiş, iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi” tələbinə qarşı iddiası və Zərərçəkmiş şəxs Məhkum qarşı “ uşağın Məhkum geri alınması və anası ilə yaşamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin göstərilən qərardadı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən hal-hazırki mülki işə baxılması qanunauyğun deyil və bu mübahisə Rusiya Federasiyasının Moskva şəhərində Rusiya qanunvericiliyinə müvafiq qaydada aidiyyatı üzrə məhkəmədə həll olunmalıdır. Odur ki, yuxarıda göstərilən xüsusat, həmçinin, təqsirləndirilən şəxs tərəfindən cinayətin ilk dəfə törədilməsi, əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması məhkəməyə əsas verir ki, şəraitin dəyişməsi nəticəsində Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməs inin təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsində ifadə olunan əməlin artıq ictimai təhlükəli olmaması və ona görə də, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinin məqsədəmüvafiqliliyi qənaətinə gəlsin”.
8. Məhkəmə Məhkum barəsində olan cinayət işinə xitam verərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74, CPM-in 40.2, 40.2.3 və 43.3-cü maddələrinə əsaslanmışdır.
9. Kassasiya kollegiyası aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarını qanuni və əsaslı hesab etmir:
10. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük i ctimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
11. Məhkəmə kollegiyası qeyd edir ki, şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi anlaşılır. Belə hallarda şəraitin dəyişməsi fərdi xarakterdə olub ancaq şəxsin həyatı ilə bağlı olur. Bu hal, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali təhsil müəssisəsinə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər.
12. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri nəticəsində cinayət əməli öz maddi əlamətini, ictimai təhlükəliliyini itirir. Şəraitin dəyişməsi siyas i, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklə bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və müəyyən ərazidə baş verə bilər.
13. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon Məhkəməsi isə qanun normasını yanlış şərh etmiş və yuxarı instansiya məhkəməsnin qərarı ilə qətnamənin qanunsuz olaraq ləğv edilərək mülki iş üzrə xitam verilməsini şəraitin dəyişməsi kimi qiymətləndirmişdir. Qanunun bu norması o vaxt tətbiq edilə bilər ki, şəraitin dəyişməsi nəticəsində ya törədilmiş cinayət əməli ictimai təhlükəli olmasın, yaxud bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilsin.
14. Diqqət yetirək: hansı hadisə baş vermişdir və ya hansı bir şərait yaranmışdır ki, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli öz ictimai təhlükəliliyini itirmişdir? Məhkəmənin qərarından belə müəyyən edilir ki, məhkəmə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini şəraitin dəyişməsi kimi qiymətləndirmişdir. Bu yanlış və uğursuz bir yanaşmadır. Yuxarı instansiyası məhkəməsinin qərarı ilə qətnamə qanunsuz olduğundan ləğv edilərək mülki iş üzrə icraata xitam verilirsə, bu heç bir halda CM-in 74-cü maddəsində nəzərdə tutulan şəraitin dəyişməsi kimi qiymətləndirilə bilməz.
15. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi bəraətverici əsas deyildir. Bu maddə yalnız o zaman tətbiq edilə bilər ki, şəxsə qarşı irəli sürülən ittiham sübuta yetirilmiş olsun.
16. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində təsbit edilən şəraitin dəyişməsi araşdırılan cinayət təqibi üzrə yalnız şəxsin həyatında baş verən və ya ictimai münasibətlər sistemində yaranan dəyişikliyi şəraitin dəyişməsi kimi ehtiva edir.
17. Maraqlı bir paradoks alınır: bir tərəfdən Məhkum məhkəmə qətnaməsini icra etməməyə görə təqsirli bilinir, digər tərəfdən də onun təqsirli bilinməsinə dair məhkəmə qətnaməsi qanunsuz olduğundan ləğv edilir, mülki iş üzrə icraata xitam verilir və o, yenə də həmin qətnaməni icra etməməyə görə təqsirli bilinir, amma bildirilir ki, həmin qətnamə qanunsuz olduğuna görə şərait dəy işmişdir, buna görə sən şəraitin dəyişməsinə görə bəraətverici əsas olmadan cinayət məsuliyyətindən azad olunursan.
18. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi ilə xitam verilməsinin qanunsuz və əsassız olması nəticəsinə gəlir.
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarında istinad etdiyi digər norma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.3-cü maddələridir.
20. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin p rokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.2.3 şərait dəyişdikdə.
21. Kollegiya qeyd edir ki, qanun normasının tələbindən göründüyü kimi burada cinayət təqibinə xitam verilməsinin əsası kimi CM-in 74-cü maddəsi çıxış edir ki, məhkəmə kollegiyası həmin maddə ilə cinayət təqibinə xitam verilməsinin əsassızlığı barədə yuxarıda artıq şərh vermişdir.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə Məhkum barəsində cinayət təqbinə CPM-in 43.3-cü maddəsi ilə xitam verilməsinin əsassızlığı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarında ətraflı göstərildiyindən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qə rarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilib, cinayət işi üzrə icraata xitam verilməsi barədə həmin qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tətbiqi xaric edildiyindən məhkəmə kollegiyası da bu normanın qanunsuz tətbiq edilməsi qənaəti ilə razılaşır və bu xüsusata geniş münasibət bildirməyə lüzum görmür.
23. Məhkəmə kollegiyası vurğulayır və apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı çıxarılarkən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı ilə Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olmuş Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-c i il tarixli qətnaməsi qanunsuz hesab edilərək ləğv edildiyindən və mülki işin icraatına xitam verildiyindən məhkəmə qanunsuz qətnaməni icra etməməyə görə Məhkum CM-in 306.1-ci maddəsi ilə təqsirli bilə bilməzdi. Çünki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadında aydın qeyd edilmişdir ki, Apellyasiya Məhkəməsi tərəfindən hal-hazırki mülki işə baxılması qanunauyğun deyil və bu mübahisə Rusiya Federasiyasının Moskva şəhərində Rusiya qanunvericiliyinə müvafiq qaydada aidiyyatı üzrə məhkəmədə həll olunmalıdır. Əgər şəxsin cinayət məsuliyyətinə səbəb olan qətnamə qanunsuz hesab edilib mülki iş üzrə icraata xitam verilirsə, bu xüsusat cinayət təqibi üzrə cinayət hadisəsinin olmamasına dəlalət edir. Burada söhb ət yalnız cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.1, 42.1 və 42.1.1-ci maddələrinin tətbiqindən gedə bilər.
24. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.1-ci maddələrinin tələbinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda.
25. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda.
26. İkinci aspekt: İddia oluna bilər ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli mülki işin icraatına xitam verilməsi qərardadı da sonra kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Doğrudur, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 avqust 2006-cı il tarixli qərarı ilə Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 fevral 2006-cı il tarixli qərardadı (halbuki belə qərardad yoxdur. Qərarın təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 fevral 2006-cı il tarixli qərardadı göstərilir, amma nəticə hissədində 23.02.2006-cı il tarixli qərardadın deyil, 28.02.2006-cı il tarixli qərardadın ləğv edilməsi göstərilir. Belə olan halda bu anlaşılmazlıq kimi aradan qaldırılmalı idi, amma iş materiallarında anlaşılmazlığın aradan qaldırılmasına dair qərar yoxdur) ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir (cild 2, iş vərəqə 426-428).
28. İşə yenidən baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqə 455-456).
29. Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 sentyabr 2007-ci il tarixli qərarı ilə iddiaçı Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (cild 2, iş vərəqə 465-469).
30. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 16 aprel 2010-cu il tarixli qərarından müəyyən edilir ki, qərarla apellyasiya şikayəti təmin edimiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Məhkum cavabdeh Zərərçəkmiş şəxs qarşı 1994-cü il təvəllüdlü “X6 yaşayış yerinin müəyyən edilməsi”nə dair iddiası təmin edilmiş, 1994-cü il təvəllüdlü X6 yaşayış yeri atası Məhkum yanında müəyyən edilmiş, Zərərçəkmiş şəxs Məhkum qarşı azyaşlı uşaqları olan “X6 Məhkum alınması və anası ilə yaşamasının müəyyən edilməsi” barədə qarşılıqlı iddiası təmin edilməmişdir (cild 3, iş vərəqə 190-193).
31. Nəhayət, bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 14 sentyabr 2010-cu il tarixli qərarı ilə cavabdeh Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 16 aprel 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 3, iş vərəqə 194-197).
32. Göründüyü kimi, bu halda da Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilən bütün hüquqi nəticələr aradan qalxmış, həmin qətnamə ləğv edilmiş və iddiaçı Məhkum iddiası təmin edilərək 1994-cü il təvəllüdlü X6 yaşayış yeri atası Məhkum yanında müəyyən edilmişdir.
33. Hər iki aspektdən yanaşdıqda X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılan cinayət təqibində cinayət hadisəsinin olması görünmür.
34. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilllərlə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
35. Apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq sübutları obyektiv və hərtərəfli surətdə tədqiq etməli, sübutlara onların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini nəzərə almaqla düzgün qiymət verməli, Məhkum barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət hadisəsinin olub-olmaması müəyyən edilməli və iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
36. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X5rşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş pr esedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
37. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd e dilən qərarlarının fövqündə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarına yanaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə yeni yekun aktı qəbul edərkən gəldiyi nəticənin səbəb və motivini ağlabatan dəlillərlə əsaslandırmalı və ədalətli nəticəyə gəlməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə qqismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilm əsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.3-cü maddələrinə əsasən xitam verilməsinə dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.