Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-361/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs Məhkum, onun müdafiəçisi – XX33nun vəkili X2 və məhkum Məhkum1nun müdafiəçisi – XX22nun vəkili X24 iştirakı il ə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qəranıdan Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, haabelə məhkum Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, subay, ali təhsilli, XXX80nin XX45nun müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünva nda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi və əməllərində cinayət tərkibinin əlamətlərinin olması sübuta yetirilmədiyindən bəraət verilmişdir; Məhkum1 (23 noyabr 1976-cı ildə ünvan4ndə anadan olmuş, ali təhsilli, evli-himayəsində 4 nəfər azyaşlı uşaqları olan, XXX85nun XX66nda sahə məsləhətçisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan6ndə qeydiyyatda olmaqla ünvan7ndə nömrəsiz evdə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1in cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 26 sentyabr 2018-ci il tarixdən hesablanması, habelə Məhkum1in 21 sentyabr 2018-ci il tarixdə, saat 19:34-də vətəndaş X5 məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartından istifadə edib ünvan25ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 bankomatdan, X3 hesabından ona məxsus 150 manat məbləğində pulu çıxararaq nağdlaşdırıb etibardan sui-istifadə etməklə ələ keçirməsi epizodu üzrə Məhkum1in əməli cinayət tərkibi yaratmadığından, həmin epizod üzrə onun barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Rzayev, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Dövlət ittihamçısı1 tərəfindən ver ilmiş apellyasiya protesti və məhkum Məhkum1nun müdafiəçisi X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu tarixli hökmü Məhkum1na aid hissədə dəyişdirilmiş, Məhkum1ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilmiş, Cinayət Məcəllənin 69.3cü maddəsinə əsasən onun 26 sentyabr 2018-ci il tarixdən 03 oktyabr 2019-cu il tarixə qədər həbsdə saxlanıldığı 1 (bir) il 7 ( yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq - 2 (iki) il 14 (on dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla Məhkum1in üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası saxlanılmış, Məhkum1in barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum1in üzərinə yaşayış yerini (ünvan11) hər gün saat 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək, günün qalan hissəsini ünvan12nin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yer ini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum1ə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzasınının müstəqil icra edilməsi, qərarın icrasının XX16nə həvalə edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkum Məhkum1 isə kassasiya şikayəti vermişlər. İşin halları: İrəli sürülmüş ittihama əsasən Məhkum vəzifəli şəxs qismində ayrı-ayrı şəxslərdən xidməti vəzifələrinin icrası ilə əlaqədar onlar ın xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pulu şəxsən və qeyrisi vasitəsilə özü və qabaqcadan əlbir olduğu şəxs üçün birbaşa yolla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən rüşvət qismində istəmiş və almışdır. Belə ki, o, 4 aprel 2005-ci il tarixdən XXX47nda baş məsləhətçi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım a lmaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən ünvanlı dövlət sosial yardımın təyini ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni XX13na sosial yardımın təyin olunması üçün sonuncudan 2008-ci ilin iyun ayında həmin hərəkətin edilməsi müqabilində sosial yardım kartına sosial yardımın təyin olunduğu dövr, yəni 01.07.2008-ci il tarixdən 01.07.2009-cu il tarixədək hər ay üçün köçürüləcək 60 manat olan sosial yardım məbləğinin dörd ay üçün nəzərdə tutulan hissəsini, yəni ümumilikdə 24 0 manat məbləği X13ya (X13) verilmiş plastik müavinət kartını özündə saxlayaraq oradan götürəcəyini həmin şöbənin ünvan9da yerləşən binasındakı xidməti otağında sonuncuya bildirərək həmin məbləğdə pulu ondan şəxsən istəmiş, X13 ilə razılaşdıqdan sonra sonuncuya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını özündə saxlayaraq 01.07.2008-ci il tarixdən 2008-ci ilin noyabr ayının axırlarınadək həmin məqsədlə X13nın hesabından hər ay üçün 60 manat, vahid niyyətlə cəmi 240 (iki yüz qırx) manat məbləğində pulu şəxsən həmin kart vasitəsilə istintaqla müəyyən edilməyən ayrıayrı bankomatlardan çıxararaq nağdlaşdırıb özünə götürməklə, təkrarən, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X13na sosial yardımın təyin olunması üçün sonuncudan 2009-cu ilin iyun ayında həmin hərəkətin edilməsi müqabilində sosial yardım kartına həmin yardımın təyin olunduğu dövr, yəni 01.07.2009-cu il tarixdən 01.07.2010-cu il tarixədək hər ay üçün köçürüləcək 60 manat olan sosial yardım məbləğinin dörd ay üçün nəzərdə tutulan hissəsini, yəni ümumilikdə 240 manat məbləği X13ya verilmiş plastik müavinət kartını özündə saxlayaraq oradan götürəcəyini həmin şöbənin ünvan10da yerləşən binasındakı xidməti otağında sonuncuya bildirərək həmin məbləğdə pulu ondan şəxsən istəmiş, X13 ilə razılaşdıqdan sonra 01.07.2009-cu il tarixdən 2010-cu ilin noyabr ayının axırlarınadək sonuncuya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını həmin məqsədlə özündə saxlayaraq X13nın hesabından hər ay üçün 60 manat, vahid niyy ətlə cəmi 240 (iki yüz qırx) manat məbləğində pulu həmin kart vasitəsilə istintaqla müəyyən edilməyən ayrı-ayrı bankomatlardan şəxsən çıxararaq nağdlaşdırıb özünə götürməklə, təkrarən, ünvanlı dövlət sosial yardımın təyini ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X13na sosial yardımın təyin olunması üçün sonuncudan 2010-cu ilin avqust ayında həmin hərəkətin edilməsi müqabilində sosial yardım kartına sosial yardımın təyin olunduğu dövr, yəni 01.09.2010-cu il tarixdən 01.09.2011-ci il tarixədək hər ay üçün köçürüləcək 60 manat olan sosial yardım məbləğinin altı ay üçün nəzərdə tutulan hissəsini, yəni ümumilikdə 360 manat məbləği X13ya verilmiş plastik müavinət kartını özündə saxlayaraq oradan götürəcəyini həmin şöbənin ünvan16da yerləşən binasındakı xi dməti otağında sonuncuya bildirərək həmin məbləğdə pulu ondan şəxsən istəmiş, X13 ilə razılaşdıqdan sonra 01.09.2010-cu il tarixdən 2011-ci ilin mart ayının axırlarınadək sonuncuya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını həmin məqsədlə özündə saxlayaraq X13nın hesabından hər ay üçün 60 manat, vahid niyyətlə cəmi 360 (üç yüz altmış) manat məbləğində pulu həmin kart vasitəsilə istintaqla müəyyən edilməyən ayrı-ayrı bankomatlardan şəxsən çıxararaq nağdlaşdırıb özünə götürməklə, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi nemət olan pulu vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə X13dan şəxsən birbaşa yolla təkrarən rüşvət qismində istəmiş və almışdır. Bundan başqa, o, 26 oktyabr 2016-cı il tarixdən XXX88nun m üdiri vəzifəsində işləyərkən, vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin həyata keçirilməsi, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasına nəzarətin həyata keçirilməsi, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilərək şöbənin müdirinə təqdim edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak, müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması haqqında tə rtib edilən qərar layihələrinin qanunauyğunluğunun yoxlanılması və təsdiqi, səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılması və cavablandırılması funksiyalarına malik vəzifəli şəxs kimi, təkrarən, həmin sektorun vəzifəli şəxs olan sahə məsləhətçisi Məhkum1 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girib aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2 və 4.0.1.3-cü maddələrinə əsasən, yaşa və əlilliyə görə müavinətlərin təyini ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni X17 yaşa görə müavinətin təyin olunması üçün sonuncunun oğlu X6 2018ci ilin sentyabr ayının əvvəllərində həmin hərəkətin edilməsi müqabilində müavinət kartına köçürülə cək 1.800 manat məbləğində müavinətin 600 manatlıq hissəsini Məhkum1 vasitəsilə özü və onun üçün götürəcəyini həmin şöbənin ünvan13da yerləşən binasındakı xidməti otağında Məhkum1 vasitəsilə XX18a bildirməklə həmin məbləğdə pulu ondan istəyib, XX18la razılaşıldıqdan sonra 2018-ci il sentyabr ayında XX15ya məxsus «xxxx» ASC tərəfindən verilmiş müavinət kartını Məhkum1in ondan həmin məqsədlə alıb ünvan14ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə XX15nın hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:39-da 500 manat, 22 sentyabr 2018- ci il tarixdə, saat 07:18-də 100 manat, vahid niyyətlə cəmi 600 (altı yüz) manat məbləğində pulu Məhkum1 vasitəsilə çıxararaq nağdlaşdırmaqla maddi neməti rüşvət kimi onun vasitəsilə birbaşa yolla əldə etmək lə həmin pulun 300 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum1dən qəbul edərək özünə götürüb, qalan məbləği isə sonuncuda saxlamaqla; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan19 sakini X7 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 900 manatlıq hissəsini Məhkum1 vasitəsilə özü və onun üçün götürəcəyini həmin şöbənin ünvan20da yerləşən binasındakı xidməti otağında XX23ya bildirməklə maddi nemət olan pulu Məhkum1 vasitəsilə ondan istəmiş, XX23 ilə razılaşıldıqdan sonra sonuncuya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını Məhkum1in ondan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə XX23nın hes abından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:34-də 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, saat 07:16-da 400 manat, vahid niyyətlə cəmi 900 (doqquz yüz) manat məbləğində pulu Məhkum1 vasitəsilə çıxararaq nağdlaşdırmaqla maddi neməti rüşvət kimi onun vasitəsilə birbaşa yolla əldə etməklə həmin pulun 450 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum1dən qəbul edərək özünə götürüb, qalan məbləği isə sonuncuda saxlamaqla; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan21 sakini X14 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 600 manatlıq hissəsini Məhkum1 vasitəsilə özü və onun üçün götürəcəyini həmin şöbənin ünvan22da yerləşən binasındakı xidməti otağında XX25ya bildirərək maddi nemət olan pu lu ondan Məhkum1 vasitəsilə istəmiş, razılaşıldıqdan sonra XX25ya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını Məhkum1in ondan həmin məqsədlə alıb ünvan23ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə XX25nın hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:35-də 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, saat 07:18-də 100 manat, vahid niyyətlə cəmi 600 (altı yüz) manat məbləğində pulu Məhkum1 vasitəsilə çıxararaq nağdlaşdırmaqla maddi neməti rüşvət kimi onun vasitəsilə birbaşa yolla əldə etməklə həmin pulun 300 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum1dən qəbul edərək özünə götürüb, qalan məbləği isə sonuncuda saxlamaqla; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan24 sakini X5 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 150 manatlıq hissəsini Məhkum1 vasitəsilə özü və onun üçün götürəcəyini həmin şöbənin ünvan25da yerləşən binasındakı xidməti otağında XX28ya bildirərək maddi nemət olan pulu sonuncudan Məhkum1 vasitəsilə istəmiş, razılaşıldıqdan sonra XX28ya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını Məhkum1in ondan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 bankomata daxil edib həmin kart vasitəsilə XX28nın hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:34-də 150 manat məbləğində pulu Məhkum1 vasitəsilə çıxararaq nağdlaşdırmaqla maddi neməti rüşvət kimi onun vasitəsilə birbaşa yolla əldə etməklə həmin pulun 75 manatını əvvəlcədən aralarında olan cinayətk ar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum1dən qəbul edərək özünə götürüb, qalan məbləği isə sonuncuda saxlamaqla; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan29 sakini X21 əlilliyə görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 800 manatlıq hissəsini Məhkum1 vasitəsilə özü və onun üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX41yə bildirərək maddi nemət olan pulu sonuncudan Məhkum1 vasitəsilə istəmiş, razılaşıldıqdan sonra XX41yə məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:36-da 500 manat, 22 sentyabr 2018-ci il tarixdə saat 07:17-də 300 manat, vahid niyyətlə cəmi 800 (səkkiz yüz) manat məbləğində pulu Məhkum1 vasitəsilə çıxarmaqla nağdlaşdırıb maddi neməti rüşvət kimi onun vasitəsilə birbaşa yolla əldə etməklə həmin pulun 400 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum1dən qəbul edərək özünə götürüb, qalan məbləği isə sonuncuda saxlamaqla, ümumilikdə vəzifəli şəxs qismində Məhkum1 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girib aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq ayrı-ayrı şəxslərdən xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəkləri hərəkətə görə cəmi 3.050 (üç min əlli) manat məbləğində maddi nemət olan pulu şəxsən və Məhkum1 vasitəsilə özü və onun üçün birbaşa yolla qabaqcada n əlbir olan bir qrup şəxs qismində təkrarən rüşvət qismində istəmiş və almış, əldə edilmiş həmin məbləğin 1.525 (bir min beş yüz iyirmi beş) manatını Məhkum1də saxlayıb, 1.525 (bir min beş yüz iyirmi beş) manatını isə sonuncudan qəbul edib şəxsi ehtiyaclarına sərf etmişdir. İrəli sürülmüş ittihama əsasən Məhkum1 18 aprel 2013-cü il tarixdən XXXXX66nin Sosial yardım və müavinətlər sektorunda sahə məsləhətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosi al yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi həmin sektorun müdiri işləməklə vəzifəli şəxs olan Məhkum ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girib aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2 və 4.0.1.3-cü maddələrinə əsasən, yaşa və əlilliyə görə müavinətlərin təyini ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X17 yaşa görə müavinətin təyin olunması üçün sonuncunun oğlu X6 2018-ci ilin sentyabr ayının əvvəllərində həmin hərəkətin edilməsi müqa bilində müavinət kartına köçürüləcək 1.800 manat məbləğində müavinətin 600 manatlıq hissəsini özü və qabaqcadan əlbir olduğu Məhkum üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX18a bildirərək həmin məbləğdə pulu ondan şəxsən istəmiş, XX18la razılaşdıqdan sonra 2018ci ilin sentyabr ayında XX15ya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:39-da 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, saat 07:18-də 100 manat, vahid niyyətlə cəmi 600 (altı yüz) manat məbləğində pulu şəxsən çıxararaq nağdlaşdırıb həmin pulun 300 manatını əvvəlcədən aralarında ol an cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum verib qalan hissəsini özünə götürməklə; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan36 sakini X7 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 900 manatlıq hissəsini özü və qabaqcadan əlbir olduğu Məhkum üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX23ya bildirərək maddi nemət olan pulu ondan şəxsən istəmiş, onunla razılaşdıqdan sonra XX23ya məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:34-də 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, sa at 07:16-da 400 manat, vahid niyyətlə cəmi 900 (doqquz yüz) manat məbləğində pulu şəxsən çıxararaq nağdlaşdırıb həmin pulun 450 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum verib qalan hissəsini özünə götürməklə; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan35 sakini X18 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 600 manatlıq hissəsini özü və qabaqcadan əlbir olduğu Məhkum üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX25ya bildirərək maddi nemət olan pulu ondan şəxsən istəmiş, razılaşdıqdan sonra ona məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankom ata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:35-də 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, saat 07:18-də 100 manat, vahid niyyətlə cəmi 600 (altı yüz) manat məbləğində pulu şəxsən çıxararaq nağdlaşdırıb həmin pulun 300 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum verib qalan hissəsini özünə götürməklə; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan34 sakini X5 yaşa görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 150 manatlıq hissəsini özü və qabaqcadan əlbir olduğu Məhkum üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX28ya bildirərək maddi nemət olan pulu ondan şəxsən istəmiş, razılaşdıqdan sonra ona məxsus «xxx x» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 bankomata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə saat 19:34-də 150 manat məbləğində pulu şəxsən çıxararaq nağdlaşdırıb həmin pulun 75 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum verib qalan hissəsini özünə götürməklə; təkrarən, 2018-ci ilin sentyabr ayında ünvan32 sakini X21 əlilliyə görə müavinətin təyin olunması üçün ondan müavinət kartına köçürüləcək məbləğin 800 manatlıq hissəsini özü və qabaqcadan əlbir olduğu Məhkum üçün götürəcəyini həmin şöbənin ünvan31da yerləşən binasındakı xidməti otağında XX41yə bildirərək maddi nemət olan pulu ondan şəxsən i stəmiş, razılaşdıqdan sonra ona məxsus «xxxx» ASC tərəfindən verilmiş plastik müavinət kartını sonuncudan həmin məqsədlə alıb ünvan30ndə yerləşən «xxxx» ASC-yə məxsus AO100206 nömrəli bankomata daxil edib həmin kart vasitəsilə sonuncunun hesabından 21 sentyabr 2018-ci il tarixdə, saat 19:36-da 500 manat, 22 sentyabr 2018-ci il tarixdə, saat 07:17-də 300 manat, vahid niyyətlə cəmi 800 (səkkiz yüz) manat məbləğində pulu şəxsən çıxararaq nağdlaşdırıb həmin pulun 400 manatını əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum verib qalan hissəsini özünə götürməklə, ümumilikdə vəzifəli şəxs qismində həmin üsulla ayrı-ayrı şəxslərdən xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə cəmi 3.050 (üç min əlli) manat məbləğind ə maddi nemət olan pulu şəxsən və qeyrisi vasitəsilə özü və qabaqcadan əlbir olduğu Məhkum üçün birbaşa yolla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən rüşvət qismində istəmiş və almış, əldə etdiyi həmin məbləğin 1.525 (bir min beş yüz iyirmi beş) manatını Məhkum verib, 1.525 (bir min beş yüz iyirmi beş) manatını isə şəxsi ehtiyaclarına sərf etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum X13(X13) ndan rüşvət kimi ümumilikdə 840 manatı istəyib alması sübuta yetirilməmiş, Məhkum1 isə yuxarıda göstərilən şəxslərdən qeyd olunan pul məbləğlərini təkbaşına – Məhkum iştirakı olmadan həm də rüşvət kimi deyil, aldatma yolu ilə (dələduzluq etməklə) almış, müvafiq olaraq da birinci instansiya məhkəməsi Məhkum tə qsirliliyinin və əməllərində cinayət tərkibinin əlamətlərinin olmamasının sübuta yetirilməməsi əsasları ilə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, Məhkum1in əməllərini isə (X8 Marif qızı ilə bağlı olan epizod istisna olmaqla) həmin maddələrdən təkrarən və qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluğa – Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif etmişdir. X1 ilə bağlı olan epizodda isə Məhkum1 tərəfindən aldatma yolu ilə ələ keçirilmiş pulun məbləği – 150 manat Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmə üçün tələb olunan miqdarı təşkil etmədiyindən (500 manatdan artıq olmadığından), yəni cinayət tərkibi yaratmadığından, həmin epizod üzr ə Məhkum1in barəsində cinayət təqibinə xitam verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə cinayət işi üzrə toplanmış sübutlarla Məhkum və Məhkum1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş rüşvət alma cinayətini törətmələri kifayət qədər sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsinin hökmü ilə əsassız və qanunsuz olaraq Məhkum bəraət verilmiş, Məhkum1in əməlinin hüquqi tövsifi isə Cinayət Məcəlləsinin həmin maddələrindən dələduzluq cinayətinini nəzərdə tutan 178.2.2 və 178.2.3-cü maddələrinə dəyişdirilmiş, bu nəticə ilə razı laşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.3 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yalnız Sahibə Namazlıya qarşı dələduzluq etməklə ziyan vurduğundan, ittihamda göstərilən digər şəxslərin pul vəsaitlərini isə ələ keçirmədiyindən, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum1 hesab edir ki, onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməli idi. Məhkum Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarının ona aid hissədə dəyişdirlməsini, əməlinin Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsini və X22 dəymiş ziyan tamamilə ödənildiyindən, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasi ya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verildiyini, Məhkum1nun əməllərinin hüquqi tövsifinin isə həmin maddələrdən Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələrinə dəyişdirildyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respu blikası CPM-in 416.0.2, 416.0.3 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum Məhkum1 da kassasiya şikayətində məhkəmələr tərfəindən sübutların düzgün qiymətləndirilmədiyini, əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməli və X22 dəymiş ziyan tamamilə ödənildiyindən, cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli olduğu halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq ona aid hissədə mübahisələndirilən qərarın dəyişdirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini cinayət-prosessual qanunun 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, kol legiya dövlət ittihamçısının kassasiya protestini və məhkum Məhkum1in kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.2 və 42.1.4-cü maddələrində şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum Məhkum1 tərəfindən hazırki qərarın “İşin halları” bölməsində adları qeyd olunan şəxslərdən müxtəlif məbləğlərdə pul almasında hər hansı şəkildə rolu, yəni XX45un törətdiyi cinayətlərdə iştirakı olmamış, XX45 ona həmin şəxslərdən pul alacağını deməmiş və aldıqdan sonra da hər hansı məbləğdə pul verməmiş, eynilə Məhkum təkbaşına X13(X13) ndan rüşvət istəyib alması da sübutlarla təsdiq olunmamışdır. Məhkəmələr öz qənaətlərini Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə baxılmış sübutlarla, o cümlədən Məhkum özünün X13dan (X13dan) hər hansı məbləğdə pul istəməsini və almasını, Məhkum1lə əlbir olmasını inkar edən məhkəməyədək icraat dövründən başlayaraq ardıcıllıqla vediyi ifadələri və onun məlumatlarını təsdiq edən X31nın (X13nın), təqsirləndirilən şəxs Məhkum1in məhkəmədə verdikləri ifadələri, eyni zamanda ibtidai istintaqın müəyyən mərhələlərində Məhkum1dən və X13dan (X13dan) alınmış ziddiyyətli ifadələrdən başqa cinayət işinin materilallarında Məhkum ona isnad edilən cinayət əməllərini törətməsini təsdiq edə biləc ək digər sübutların olmaması ilə əsaslandırmışlar. Belə ki, yalnız məhkəməyədək icraatın ilkin mərhələsinə verdiyi izahatında və ifadələrində X35 Məhkumun əleyhinə məlumat vermiş, lakin sonrakı ifadələrində məhkəmədə verdiyi ifadəsində olduğu kimi bu izahat və ifadələrin həqiqəti əks etdirmədiyini, onun cinayət törətməsində Məhkum heç bir rolunun olmadığını, ittihamda göstərilən şəxslərdən hər hansı məbləğdə pulun istənilib alınması haqqında Məhkumla əvvəlcədən danışmadığını və hər hansı məbləğdə pulu Məhkum vermədiyini göstərmişdir. X31 (X13) da ibtidai istintaqda ardlıcıl olmamış, gah Məhkum əleyhinə (ittihamın məzmununa uyğun) ifadə vermiş, gah da həmin məlumatları təkzib etmiş, o cümlədən Məhkum ondan rüşvət istəmədiyini və Məhkum pul vermədiyini göstərmiş, xəstəliyinə, onun Məhkumla ü nvanlı sosial yardımın təyin edilməsi ilə bağlı olan ünsiyyətindən uzun müddətin ötməsinə görə hadisələri xatırlamamasına istinad etmişdir. Məhkəmədə dindirilərkən də X13 (X13) Məhkum ondan rüşvət istəmədiyini, Məhkum rüşvət vermədiyini bildirmişdir. İttiham tərəfi məhkəmə baxışında adları çəkilən şəxslərin ifadələrini təkzib edən, beləliklə də Məhkum X13 (X13) ilə bağlı epizodda – təkbaşına rüşvət istəyib almasını, ittiham aktında qeyd olunan digər şəxslərə (X17, X7, X14, X5, X21) sosial müavinətlərin təyin edilməsi bağlı epizodlarda isə Məhkum1lə qabaqcadan əlbir olmaqla cinayət törətməsini, sonuncunun əməllərində hər hansı şəkildə iştirak etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olu nmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri di gər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Adları çəkilən şəxslərin (Məhkum münasibətdə) məhkəmədə verdikləri məlumatların həqiqiliyi kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum təqsirliliyinin və əməlində cinayət tərkibinin əlamətlərinin olmasının sübuta yetirilməməsi barədə qənaətə gəlməsi (müvafiq olaraq da ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verm əsi) cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Odur ki, dövlət ittihamçısının Məhkum bəraət verilməsi üzrə məhkəmələrin gəldikləri nəticələrin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri əsaslı hesab edilə bilməz. Eynilə məhkəmə kollegiyası kassasiya protestinin Məhkum1nun əməllərinin dələduzluq kimi qiymətləndirilib hüquqi tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2-ci maddələrindən 178.2.2, 178.2.3-cü maddələrinə dəyişdirilməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə də razılaşmır. Çünki, birinci instansiya məhkəməsini n cinayət-prosessual qanunun 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edib qiymətləndirdiyi mümkün və mötəbər sübutların məcmusundan, o cümlədən Məhkum1in özünün qismən etirafedici ifadəsindən, habelə Məhkum1in hərəkətləri nəticəsində ittihamda göstərilən pul vəsaitlərindən məhrum olunmuş şəxslər X16, X4, X11, X3, X19, habelə şahid X12 ifadələrindən görünür ki, Məhkum1 səlahiyyətinə aid olmayan hərəkəti yerinə yetirib ittihamda göstərilən şəxslərin plastik müavinət kartlarının aktivləşdirilməsini və müvafiq müavinətlərin tam şəkildə kartlara köçürülməsini özünün təmin edəciyini bildirməklə, yəni yalan söyləyib aldatmaqla, qeyd olunan şəxslər, habelə XX15nın oğlu X23 tərəfindən həmin pul məbləğlərinin ona verilməsinə nail olmuşdur (həmin şəxslərin ifadələri və digər sübutlar birinci in stansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərada sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Qeyd olunan əlamətlərlə müşayiət edilən əməli isə cinayət olaraq məhz Cinayət Məcəlləsinin 178-ci maddəsi nəzərdə tutmuşdur. Belə ki, dələduzluq cinayətinin əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Məhkum1in əmələrini müşayiət edən ağırlaşdırıcı əlamətləri isə (cinayətin təkrar törədilməsini və Məhkum1in cinayəti tör ətmək üçün öz qulluq mövqeyindən istifadə etməsini) Cinayət Məcəlləsinin 178.2.2 və 178.3.2-ci maddələri nəzərdə tutmuşur. Məhkum1in əməlləri də onlarla uyğunluq təşkil edən Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə tövsif olunmuş və apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrindən, cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının tələblərindən, Məhkum1in törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətindən, o cümlədən himayəsində dörd azayaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, ailəsində yeganə qazanc gətirən şəxs olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların isə olmamasından, cəzanın Məhkum1in islah olunmasına və ai ləsinin həyat şəraitinə təsirindən çıxış edərək ona əsas cəza kimi 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması, əlavə cəza kimi isə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzalarını təyin etmişdir. Odur ki, Məhkum1in həmin maddələrlə təqsirli bilinməsi və ona qeyd olunan cəzaların təyin edilməsi qanunsuz və əsassız nəticələr kimi qiymətləndirilə bilməz. Təsvir edilənlərə görə məhkəmə kollegiyası məhkum Məhkum1in onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibinin olması haqqında iddiasını və bu iddianın üzərində qurulmuş əməlinin Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsi və X22 dəymiş ziyan tamamilə ödənildiyindən, cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq xitam verilməsi haqqında tələblərini əsassız, işin həqiqi hallarına, cinayət və cinayət-prosessual qanunların normalarına söykənməyən iddia və tələblər kimi qiymətləndirir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları kassasiya protestinə və məhkum Məhkum1in kassasiya şikayətinə baxılması nəticəsində həmin müraciətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.3, 416.0.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən edilmədiyini, müvafiq olaraq da kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edi lməsinə, məhkum Məhkum1in kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə, məhkum Məhkum1in kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum1in müdafiəçisi XXXXX35in, eləcə də bəraət almış şəxs Məhkum və onun müdafiəçisi XXXXX45in çıxışlarını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və məhkum Məhkum1in kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Məhkum1nun barəsində olan 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, məhkum Məhkum1nun kassas iya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Məhkum1nun barəsində olan 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-361/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-361/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver