Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-361/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar S’yyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx xx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilən kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Azər Paşayev və Əhməd Quliyevdən ibarət tərkibdə) 1(101)-994/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1959-cu il Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cə zası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, istintaqla müəyyən edilməyən mənbədən əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əldə etməklə yaşadığı ünvan 2 ünvanındakı evə daşımış və evin həyətyanı sahəsində tərkibində narkotik maddə olan çətənə bitkisinin toxumlarını külli miqdarda əkib kolların ətrafını suvarma üçün açmaqla, kolların diblərini alaq otlarından təmiz ləməklə, diblərinə peyin töküb xüsusi qayğı göstərməklə, aqrotexniki qaydada qulluq edib kultivasiya etməklə qanunsuz olaraq külli miqdarda çətənə bitkisi yetişdirmiş, həmin bitkinin kollarının bir hissəsini toplayıb qurutmaqla qanunsuz olaraq emal edib satış məqsədi ilə həyətyanı sahəsindəki əl damında, bir hissəsini isə yaşadığı evdə saxlamış, 2019-cu il iyunun 12-də saat 22:30-dan saat 23:45-dək olan müddətdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun göstərilən ünvandakı evinin həyətyanı sahəsinə baxış keçirilərkən və 2019-cu il iyunun 13-də saat 01:05-dən saat 01:25-dək olan müddətdə evində axtarış aparılarkən evin tərkibinə görə eyni olan həyətyanı sahəsindən 253 ədəd, saxsı dibçəkdə 1 ədəd, cəmi 254 ədəd yaş vəziyyətdə ümumilikdə 45 kiloqram 860 qram çəkidə, yəni kül li miqdarda əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkiləri, həyətyanı sahədəki əl damından qurudaraq saxladığı dəmir məftillə topa halında bağlanmış 19 ədəd, yaşadığı evin qonaq otağından və mətbəxindən qurudaraq saxladığı 34 ədəd olmaqla cəmi 53 ədəd, quru vəziyyətdə ümumilikdə 450 qram çəkidə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, həyətyanı sahədəki əl damından 3 ədəd yeşik qabda 9.050 qram çəkidə, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə yaşayış sahəsinin daxilindən bir ədəd «Prima» siqaret qutusunun, bir ədəd şüşə dərman qabının və bir ədəd ağ kağıza bükülünün içərisində ümumilikdə 11,813 qram çəkidə əkilib becərilməs i qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Elman Rəhimovdan ibarət tərkibdə) 1(105)-107/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 6 (altı) ay müddətinə, CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq, 7 (yed di) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və barəsində ədalətli qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci və apellyasiya instansiya məhkəmələrinin hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, apelyasiya instansiyası üzrə məhkəmə kollegiyası qərar çıxararkən, ittiham aktını rəhbər tutaraq, cinayət əməlində təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini, şahid ifadələrini, ekspertiza rəylərinin birinci instansiya məhkəməsi tərəf indən düzgün qiymətləndirildiyini qeyd etmiş, mühüm əhəmiyyətə malik olan halların araşdırıldığını və bir daha yoxlamağa ehtiyac olmadığını göstərmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən narkotik xassəli çətənə kollarının əldə olunma mənbəyi, eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən əkib-becərilmiş narkotik vasitə marixuananın satıldığı şəxslərin dairəsi müəyyən edilməmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi qərarı əsaslandırarkən ciddi araşdırma aparılmadan ittiham aktında əks olunanları qərara köçürməklə kifayətlənmişdir. Bundan başqa, əməlin törədilməsi zamanı satış məqsədinin olmaması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmaldır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riay ət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sa yır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. İş materialından görünür ki, Məhkum istintaqla müəyyən edilməyən mənbədən əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əldə etməklə yaşadığı ünvan 2 ünvanındakı evə daşımış və evin həyətyanı sahəsində tərkibində narkotik maddə olan çənətə bitkisinin toxumlarını külli miqdarda əkib kolların ətrafını suvarma üçün açmaqla, kolların diblərini alaq otlarından təmizləməklə, diblərinə peyin töküb xüsusi qayğı göstərməklə, aqrotexniki qaydada qulluq edib kultivasiya etməklə qanunsuz olaraq külli miqdarda çətənə bitkisi yetişdirmiş, həmin bitkinin kollarının bir hissəsini toplayıb qurutmaqla qanuns uz olaraq emal edib satış məqsədi ilə həyətyanı sahəsindəki əl damında, bir hissəsini isə yaşadığı evdə saxlamış, 2019-cu il iyunun 12-də saat 22:30-dan saat 23:45-dək olan müddətdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun göstərilən ünvandakı evinin həyətyanı sahəsinə baxış keçirilərkən və 2019-cu il iyunun 13-də saat 01:05-dən saat 01:25-dək olan müddətdə evində axtarış aparılarkən evin tərkibinə görə eyni olan həyətyanı sahəsindən 253 ədəd, saxsı dibçəkdə 1 ədəd, cəmi 254 ədəd yaş vəziyyətdə ümumilikdə 45 kiloqram 860 qram çəkidə, yəni külli miqdarda əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkiləri, həyətyanı sahədəki əl damından qurudaraq saxladığı dəmir məftillə topa halında bağlanmış 19 ədəd, yaşadığı evin qonaq otağından və mətbəxindən qurudaraq saxla dığı 34 ədəd olmaqla cəmi 53 ədəd, quru vəziyyətdə ümumilikdə 450 qram çəkidə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, həyətyanı sahədəki əl damından 3 ədəd yeşik qabda 9.050 qram çəkidə, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə yaşayış sahəsinin daxilindən bir ədəd «Prima» siqaret qutusunun, bir ədəd şüşə dərman qabının və bir ədəd ağ kağıza bükülünün içərisində ümumilikdə 11,813 qram çəkidə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çənətə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkum birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilsə də, onun həm in cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən əməliyyat tədbirləri Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparılmış, Məhkum yaşadığı ünvana baxış keçirilmiş, prosessual tədbirlərinin keçirilməsi müvafiq protokolla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməs i, əkib-becərməsi, kultivasiya etməsi, saxlaması və daşıması əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun əməllərinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qi ymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Həmçinin, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı endirib ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının yüngülləşdirilməsi və yaxud ona həbslə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllən in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Mə hkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-361/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-361/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver