Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-361/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəliyev Ramil Əmirxan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi - vəkil Kəngərli Orxan Rüstəm oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-220/2021 saylı, 21 dekabr 2021-ci il tarixli (hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Re spublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xxx ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 22 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulub 24 sentyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 dekabr 2019-cu il tarixdən hesablanmış, zərərçə kmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı mülki iddialardan imtinaları qəbul edilmiş və qeyd olunan iddialar üzrə mülki mühakimə icraatına xitam verilmiş, iş üzrə maddi ziyanları ödənilməmiş digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunun müdafiəçisi Məmmədova Nərminə Rəşid qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 19 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətl əri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təkrarən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs4 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs8 qızına 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs10 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs3 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs6 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs7 ayrı-ayrılıqda 5.000 (beş min) manat və 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda və Zərərçəkmiş şəxs2 3.500 (üç min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçd iyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilmişdir. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulub 24 sentyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi - vəkil Kəngərli Orxan Rüstəm oğlu tərəfindən birlikdə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Vəliyev Ramil Əmirxan oğlu məhkəmə kollegiyasına birlikdə ərizə ilə müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüklərini bildirmişlər. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qa ytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Az ərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi - vəkil Kəngərli Orxan Rüstəm oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-361/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-361/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver